Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-19/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sabirabad rayon Elektrik Şəbəkəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-19/22 (Açar sözlər: delikt nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Sabirabad rayon Elektrik Şəbəkəsinə qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6486/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları
1. İddiaçıya məxsus iki baş iri buynuzlu cins heyvan, yerə düşmüş altı minlik elektrik xəttinə toxunaraq elektrik vurması səbəbindən yerindəcə ölmüşdür.
2. Hadisə nəticəsində iddiaçıya ziyan dəymişdir.
3. Ziyanın ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sabirabad r ayon Elektrik Şəbəkəsinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, iki baş iri buynuzlu cins heyvanın ölməsi nəticəsində dəymiş ziyana görə 5000 manat, əldən çıxmış faydaya görə 2000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, 27.07.2020-ci il tarixində təxminən səhər saat 04 radələrində iddiaçının yaşadığı Ağtaçı-Muğan kənd ərazisində su nasosuna gedən altı minlik elektrik xətti qırılaraq yerə düşmüşdür. Elektrik xəttinə nəzarət edən səlahiyyətli şəxslər xəttin qırılaraq yerə düşməsi ilə bağlı baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı təxirə salınmaz tədbirlər görməmişlər. Bu səbəbdən də altı minlik elektrik xətti həyat ü çün ciddi təhlükə törətdiyi halda yerdə qırılmış vəziyyətdə qalmışdır.
6. Elektrik xəttinin qırılaraq yerə düşməsi səbəbindən səhər saat 04 radələrindən başlayaraq Sabirabad rayonunun bir neçə kəndinə su ötürən nasoslarınm fəaliyyəti dayanmış və həmin kəndlərə suyun verilməsi kəsilmişdir.
7. İddiaçı həmin gün tarixində özünə məxsus olan iri buynuzlu heyvanları təxminən səhər saat 08 radələrində, yəni elektrik xəttinin qırılaraq yerə düşdüyü vaxtdan 4 saat sonra otlaq sahəsinə apararkən iki baş iri buynuzlu cins heyvan, qırılaraq yerə düşmüş altı minlik elektrik xəttinə toxunub, nəticədə elektrik vurması səbəbindən heyvanlar yerindəcə ölmüşdür.
8. İddiaçı altı minlik elektrik xəttinin qırılmasından xəbərsiz olmuş və həmin xətti də yerdə görmüşdür. İddiaçı dərhal DİN-in 102 xidmətinə, Yerli İcra Nümayəndəliyinə, kənd Bələdiyyəsinə, rayon Baytarlıq İdarəsinə və Sabirabad rayon İşıq İdarəsinə məlumat vermişdir.
9. İddiaçının məlumatı əsasında müraciət etdiyi şəxslər hadisə yerinə gəlmiş, hadisə və dəymiş ziyanla bağlı müvafiq akt tərtib olunmuşdur. Həmin aktda elektrik vurması səbəbindən iddiaçıya məxsus iki iri buynuzlu cins heyvanın ölməsi öz təsdiqini tapır.
10. İddiaçı dəymiş ziyanın ödənilməsi ilə bağlı Sabirabad rayon Elektrik Şəbəkəsinə müraciət etmişdir. İdarənin əməkdaşları hadisə yerinə gəlmiş, digər səlahiyyətli şəxslərin yanında iddiaçı ilə söhbət apararaq bildirmişlər ki, narahatçılığa əsas yoxdur, dəymiş ziyanı tam olaraq ödəyəcəklər. Bunun üçün onlar iddiaçını Ərazi İcra Nümayəndəliyinə dəvət etmişlər. Həmin gün iddiaçı,Ərazi icra Nümayəndəliyinə getmiş, lakin Sa birabad rayon Elektrik Şəbəkəsinin əməkdasları oraya gəlməkdən imtina etmişlər.
11. Bundan sonra iddiaçı Sabirabad rayon Elektrik Şəbəkəsinə getmiş, lakin idarənin səlahiyyətli şəxsləri ilə görüşə bilməmişdir. İddiaçı onlarla telefon vasitəsi ilə əlaqə saxlamaq məcburiyyətində olmuş, ancaq iddiaçıya bildirilmişdir ki, ziyanın ödənilməsindən söhbət gedə bilməz, istədiyi yerə şikayət etsə də, dəymiş ziyan ödənilməyəcəkdir.
12. Dəymiş ziyanın məbləği ilə bağlı heyvan alqı-satqı bazarından verilmiş arayışa görə elektrik vurması nəticəsində ölmüş iki baş inəyin hər birinin qiyməti 1500 manat məbləğində müəyyən olunmuşdur. Lakin heyvan alqı-satqı bazarı tərəfindən verilmiş arayışda göstərilən məbləğ həqiqəti əks etdirmir. Çünki ölən heyvanların bazar qiyməti hazırda göstərilmiş məbləğdə deyil, təxminən hər biri 2500 manat məbləğindədir.
13. Elektrik nəticəsində ölən heyvanların hər ikisi cins və süd verən heyvanlar olub.
14. İddiaçı təssərrüfatla, iri buynuzlu mal-qaradan əldə etdiyi maddi vəsaitlə çətinliklə dolanır. Bu səbəbdən də iki baş iri buynuzlu cins süd verən heyvanın ölməsi iddiaçı üçün böyük itkidir. İddiaçı həmin heyvanların südü, qatığı, yağı və digər məhsullarını satmaqla əldə etdiyi vəsaitlə ailəsini dolandırmışdır. Heyvanların ölməsi nəticəsində iddiaçı əldə etdiyi qazancdan məhrum olmuşdur. Bundan başqa, ölən hər iki heyvanın balaları hazırda 1 aylıq olduğu üçün südlə qidalandığından təssərrüfatında olan digər heyvanlardan əldə etdiyi südü də onlara vermək məcburiyyətində olur. Bu səbəbdən iddiaçı təsərrüfatında olan digər heyvandan da əldə etdiyi qazancdan məh rum olmuşdur.
15. Əldən çıxmış faydanı iddiaçı 2000 manat məbləğində qiymətləndirmişdir.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.
17. Mülki iş sonradan ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
18. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, sözügedən hadisədən sonra tərtib edilən akt hadisənin birbaşa şahidi olmayan şəxslər tərəfindən tərtib edilib.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2374/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən dəymiş ziyanın əvəzi kimi 3500 manat və 30 manat dövlət rüsumu, cəmi 3530 ( üç min beş yüz otuz) manat pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qala n hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ramin Xəlilov)
20. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən 06 avqust 2020ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərara, 27.07.2020-ci il tarixli akta, "Fərid" mal-qara alqı-satqı bazarının məktubuna əsasən müəyyən etmişdir ki, iddiaçının hər birinin bazar qiyməti 1400-1500 manat civarında olan iki baş iribuynuzlu heyvanlarını Axtaçı-Muğan kənd ərazisində elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində cərəyan vurub tələf etmişdir. Sabirabad rayon Axtaçı-Muğan kəndində 27.07.2020-ci il tarixdə su nasosuna gedən altı minlik elektrik xətti qırılaraq düşmüş və nəticədə iddiaçıya məxsus iki baş iri buynuzlu heyvanı elektrik vurub öldürmüşdür. Heyvanların körpə balaları iddiaçının həyətindədir. Be ləliklə, Sabirabad rayon AxtaçıMuğan kəndində 27.07.2020-ci il tarixdə su nasosuna gedən altı minlik elektrik xəttinin yerə düşməsi nəticəsində iddiaçıya məxsus hər birinin bazar qiyməti 1400-1500 manat civarında olan iki baş iri buynuzlu heyvanı cərəyan vurub tələf etmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir.
21. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşaraq qeyd edib ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı ona məxsus iki baş iri buynuzlu heyvanların məhz cavabdehin təqsiri üzündən (cərəyan vurması nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir.
22. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096, 1 097.1 və 1115-ci maddələrinə istinadən vurğulayıb ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət göstərən cavabdeh bu fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”na görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələri nin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin b) yarımbəndinə əsasən mühafizə zonası gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir.
23. Birinci instansiya məhkəməsinə görə elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin is tismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. İşdən isə görünür ki, iddiaçıya məxsus iki baş iri buynuzlu heyvanlar elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. Belə olan halda lazımi qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən cavabdeh törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir.
24. Birinci instansiya məhkəməsi dəymiş ziyanın məbləğini müəyyən edərkən göstərib ki, iddiaçı tələf olmuş iri buynuzlu heyvanın bir ədədinin qiymətinin 2500 manat olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
25. Birinci instansiya məhkəməsi 06 avqust 2020-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərarı əsas götürərək, belə nəticəyə gəlib ki, c avabdehdən dəymiş maddi ziyanın əvəzi tutularkən 1 baş iri buynuzlu heyvan 1500 manat dəyərində qiymətləndirilməklə tutulması ağlabatan olmaqla ədalətlidir. Belə olan halda, cavabdehdən tələf olmuş iri buynuzlu heyvanlara görə dəymiş maddi ziyanın əvəzi kimi 3000 manat, əldən çıxmış faydaya (heyvanların tələf olması nəticəsində itirilmiş süd və s. məhsullara görə) görə isə 500 manat olmaqla ümumilikdə 3500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir
26. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəb ul edilməsini xahiş edib.
28. Apellyasiya şikayətinin dəlilləri: - heyvanların ölmə səbəbini müəyyən edən rayon baytarlıq idarəsinin rəyi məhkəməyə təqdim edilməyib; - hadisənin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutlar yoxdur; - iddia təmin edilərkən hadisənin bilavasitə şahidi olmayan şəxslərin tərtib etdiyi akta istinad edilib.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6486/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2374/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Rafael Eyvazov)
30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normalrı ilə razılşataq qeyd edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəillərinə uyğun əsaslandırılıb. (hazırki qərarın 28-ci bəndi) b) Kassasiya şikayətinə qarşı yazılı etirazın əsasları
33. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirak çılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
35. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlib.
40. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.
41. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
42. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından da görünür ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət göstərən cavabdeh bu fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətmişdir.
43. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur.
44. Hadisənin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutların olmaması barədə kassasiya şikayətini dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müəssisə qeyd edilən ərazidə, qeyd edilən vaxtda yüksək gərginlikli elektrik xəttinin qırılmasını işə mahiyyəti üzrə baxan məhkəmələrdə mübahisələndirməyib, həmin faktı təkzib edən hər hansı dəlili məhkəmələrə təqdim etməyib. Başqa sözlə, qeyd edilən ərazidə, qeyd edilən vaxtda yüksək gərginlikli elektrik xəttinin qırılması işin mübahisə edilməyən halı kimi məhkəmələr tərəfindən müəyyən edilib.
45. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nə ticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
45. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbləri baxımından nəzərə alınsa ki, yüksək gərginlikli elektrik xətlərinin mühafizəsini elektrik şəbəkəsi təmin etməlidir, belə olan halda, zərərin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməməsini (zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Buna görə də məhkəmə kollegiyası hadisənin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutların olmaması barədə dəlilləri əsassız sayır.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalıdır.
47. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6486/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.