Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1900/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ № 2(102)-1900/2022 (Açar sözlər: əvvəlki mülkiyyətçiyə yazılmış borcun silinməsi) Bakı şəhəri, 26 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10977/2021 nömrəli, 24.11.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 2019-cu ildən İddiaçı mülkiyyətindədir. Onun sudan istifadə ilə bağlı Cavabdeh ASC ilə müqaviləsi yoxdur. ASC tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə sudan istifadə ilə bağlı 14100.6 manat məbləğində borc yazılmışdır. Həmin borc İddiaçı əvvəlki sahibə yazılmış, onun tərəfindən ödənilmiş 1200 manat məbləğində pul əvvəlki sahibə yazılmış borca silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyriyaşayış sahəsi ilə bağlı əvvəlki mülk iyyətçi X4 hesablanmış 14100,6 manat borcun iddiaçıdan tutulması və 1200 manat pulun X4 hesablanmış 14100,6 manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 yanvar 2019-cu il tarixdə ünvan 2 A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini X1 almışdır. Az bir müddət öncə cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yuxarıda həmin qeyri-yaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi X3 2011-2014-cü illər üzrə 14100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini kəsmişlər. Sonradan iddiaçı tərəfindən 1200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və iddiaçıya 12.900,6 manat borcunun olduğu bildirilmişdir. Bununla əlaqədar keçmiş mülkiyyətçi X4 müraciət etdiyi zaman isə o, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 04.03.2015-ci il tarixli 2-(81)299/2015 saylı qətnaməsini, Ali Məhkəmənin 27.10.2016-cı il tarixli 2-2(102)-310/16 saylı qərarını və 27.01.2020-ci il tarixli ödəniş sənədini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.03.2015-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X4 məxsus ünvan 2 ünvanında yerləşən “Otel Eqoist” adlı obyektə hesablanmış 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 8604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmə tərəfindən bu Qətnamə qüvvədə saxlanılmışdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, M.Qibləliyevanın cavabdehə borcu olsa idi belə, həmin borca görə İddiaçı məsuliyyət daşımır və 2011-2014-cü illər üzrə borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməlidir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə, qapı 1A ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçi X4 hesablanmış 14100,6 (on dörd min yüz man at altmış qəpik) manat borcun iddiaçıdan tutulması və 1200 (bir min iki yüz) manat pulun X4 hesablanmış 14100,6 (on dörd min yüz manat altmış qəpik) manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 (bir min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 194.2, 198.1, 386, 389.1, 390.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 2 və 4.1.3cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin borcun ob yektin əvvəlki sahibinə yazılmasına istinad edərək iddiaçıdan tələb edilməsinin əsassız olması qənaətinə gəlməsi yanlışdır. Halbuki, borc məbləğ iddiaçıya deyil, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə (Qibləliyeva Məhluqə) hesablanmış və hazırkı günə qədər abonent kodu Məhluqə Qibləliyevanın adınadır. Digər tərəfdən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün norma tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiqedilmiş “Sudan istifadə Qaydaları” nın 8.4-cü bəndi tələbinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyiş dirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, Su təchizatı və kanalizasiya müəssisəsi /STKM/-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-yə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. İş materialarından göründüyü kimi yeni mülkiyyətçi olan iddiaçı borc barədə arayışı əvvəlki mülkiyyətçidən tələb etməmiş və tələb etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən göstərilən normaya istinad etm ədiyi üçün həmin halları araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İmanov sədrlik edən və məruzəçi, Q.Əsgərov və V.Sadıqov) 24 noyabr 2021-ci il tarixli, 2(103)10977/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiql ənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi yoxdur. 14100,6 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır, ona görə də birinci növbədə iddiaçıdan tələb edilən borcun əsaslı olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun İddiaçı hesablanmalı olmasını sübuta yetirməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəf, yəni Cavabdeh ASC qeyd edilən halı sübut edə bilməmiş və apellyasiya şikayətində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi id dia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz.
10. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Yeni mülkiyyətçi olan iddiaçı borc barədə arayışı əvvəlki mülkiyyətçidən tələb etməmiş v ə tələb etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydaları:
14. Bənd. 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki i stehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
22. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbi rədd edilməlidir.
27. İşin mübahisəsiz halı bundan ibarətdir ki, sudan istifadəyə görə borc hesablanmış qeyri-yaşayış sahəsi iddiaçı nın mülkiyyətindədir və onunla cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə yoxdur. Borc məbləği əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında və ona hesablanmışdır.
28. İddiaçı iddia tələbinin əsası kimi borcla bağlı məsuliyyətin ona aid olmamasına, borcun ondan əvvəlki mülkiyyətçiyə məxsus olmasına istinad etmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
30. Göründüyü kimi, Qaydalar obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakin, hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan obyekti satın almış, həmçinin, yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisəsinə 10 (on) iş günü müddətində yazılı müraciət etməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydalardan göründüyü kimi, mülkiyyətçinin dəyişməsi borcun silinməsi üçün əsas deyildir. Həmçinin, alqı-satqı edərkən, obyektə dair problemli məsələlərin – həmin obyektə dair borcun olub-olmaması, obyekt üzərində həbsin olub-olmaması, obyektin ipoteka predmeti olub-olmaması və s. alıcının risk dairəsinə aiddir. Odur ki, iddiaçının sudan istifadəyə görə borcu olan qeyriyaşayış sahəsini alması həmin borcun silinməsinə əsas verə bilməz.
32. Eyni zamanda kollegiya qeyd edir ki, Apellyasiya Məhkəməsi əvvəlki mülkiyyətçinin borcunun olması halını sübutetmə vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı gəldiyi nəticə əsassızdır.
33. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. İddiaçı borcun özünə aid olmamasını bildirir ki, bu halın sübuta ehtiyacı yoxdur. Eyni zamanda, borcun əvvəlki mülkiyətçiyə düzgün hesablanmamasını mübahisələndirmir. Deməli, bu halı da heç bir tərəf mübahisələndirmədiyi üçün həmin halın da hər-hansı tərəfin sübuta yetirməyə zərurət yoxdur. İddiaçının yeganə dəlili ondan ibarətdir ki, əvvəlki mülkiyyətçinin borcu ondan tutula bilməz. Belə olan təqdirdə, iddiaçı həmin əmlakı hər bir öhdəlikdən azad surətdə almasını sübuta yetirməlidir. İddiaçı bu halı sübuta yetirə bilməmiş, bu nunla bağlı hər-hansı sübut təqdim etməmişdir. Belə ki, o, hotel kimi fəaliyyət göstərən obyekti satın aldığı təqdirdə, həmin obyektin sudan istifadəyə görə borcunun olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, yuxarıda qeyd olunan qaydalara riayət etməmişdir.
35. İddiaçının keçmiş mülkiyətçinin sudan istifadəyə görə yaranmış borcdan qismən ödəniş etməsi qanunla qadağan edilmir.
36. Belə ki, mülki qanunvericiliyə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir (§13). İddiaçı həmin qaydalara uyğun olaraq keçmiş mülkiyyətçinin öhdəliklərini qismən qarşılamışdır. Tərəflər arasında belə razılaşma yoxdursa, iddiaçı həmin məbləği keçmiş mülkiyyətçidən tələb etməkdə haqlıdır.
37. Kollegiya qeyd edir ki, keçmiş mülkiyyətçiyə məxsus olan borcun silinməsini tələb etməyə iddiaçının subytektiv hüququ yoxdur. Bununla bağlı kassasiyanın dəlilləri əsaslıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorun an pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn p ozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 39. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi q iymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
40. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı Cavabdeh ASC-yə qarşı keçmiş mülkiyyətçiyə hesablanmış borcun silinməsini tələb etməkdə hüquqi ixtiyara malik deyil.
42. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
43. Göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10977/2021 nömrəli, 24.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İsmayıl Xəlilov Ələsgər Əliyev Mehparə Əhmədova