Məhkəmə qərarları › İş №2(102)-1901/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1901/2019

12.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1901/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(003)-xx/18) İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş sahənin boşaldılması, həmin sahədən istifadəyə müdaxilənin cavabdehə qadağan olunması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyi tərəfindən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1/22 “A” №-li sahədə yerləşən torpaq sahəsinin 90 kv.metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması qət edilmiş və iddiaçının həmin sahədən istifadəsinə müdaxilə cavabdehə qadağan olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)xx/18) Cavabdeh tərəfindən verilmişapellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 90 kv.mdən ibarət hissəsinin boşaldılması, həmin sahədən istifadəsinə müdaxilənin cavabdehə qadağan olunması, cavabdehdən dəymiş maddi zərərin əvəzi qismində 700 manat, mənəvi zərərin əvəzi qismində 3000 manat məbləğində pulun və ödənil miş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1999-cu ildə X6 adına X9 İdarəsinin bağçaçılıq birliyi tərəfindən ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna şossesi, Naxçıvan küçəsi, döngə 5, 1/22 “A” saylı sahədən 0.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iki tikili mövcuddur və həmin iki tikililər bir mərtəbədən ibarətdir. Hər iki tikililər onun tərəfindən inşa edilmişdir. Birinci inşa etdirdiyi tikilinin sahəsi 105 kv.mdir, orada cavabdeh yaşayır, ikinci tikilinin sahəsi isə 35 kv.m-dir. O, birinci tikdirdiyi evdə 18 il ailə üzvləri ilə birgə yaşamışdır. Sonradan tikdirdiyi evdə isə qızı ailə həyatı qurduqdan sonra 2015-ci ilin avqust ayınadək öz ailəsi ilə birlik də yaşamışdır. O, 2016-cı ildə yaşayış yerini dəyişmək istədiyindən yaşadığı evi satmaq qərarına gəlmişdir. X1 adlı şəxs ev almaq üçün ailəsi ilə birlikdə yaşadığı evə baxmış, bəyənmiş və aralarında razılıq əldə olunmuşdur. O, evi dəyərindən çox ucuz qiymətə cavabdehə satmaq barədə sonuncu ilə razılaşmış və ona evin hüquq müəyyənedici sənədi olmadığı üçün evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ümumi 400 kv.m torpaq sahəsinə dair etibarnamə verəcəyini bildirmişdir. Bundan başqa o, evin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq qərarın olmadığını və bu səbəbdən gələcəkdə özəlləşdirmə məsələsinin mümkün olmayacağını da cavabdehə xatırlatmışdır. O isə öz növbəsində buna heç bir etirazının olmadığını, özəlləşdirməyə ehtiyac duymadığını, yalnız ona verəcəyi etibarnamə ilə kif ayətlənəcəyini bildirmişdir. Cavabdehlə razılaşdıqları evə dair yalnız Buzovna Bələdiyyəsi tərəfindən tərtib edilmiş “texniki qiymətləndirmə rəyi” mövcud idi. O, razılaşdıqları evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ümumi 400 kv.m torpaq sahəsini ölçməsini cavabdehə təklif etmiş, sonuncu isə tikinti mühəndisi olduğunu, torpaq sahəsinə baxan kimi hər şeyin ona məlum olduğunu bildirmişdir. Cavabdeh evə, torpaq sahəsinə, sonradan tikdirdiyi evə, evlərin sərhədlərinə hərtərəfli baxdıqdan sonra onlar ikitərəfli razılığa gəlmişlər və bundan sonra Cavabdeh ona 35.000 manat məbləğində pul vermiş, iddiaçı isə ona 400 kv.m torpaq sahəsinə dair etibarnamə, həmin torpaq sahəsində yerləşən evin “texniki qiymətləndirmə rəyi”ni, torpaq sahəsinə dair bağçılıq biletini və evə dair kommunal sahələrə aid sənədləri vermişdir. Bundan sonra cavabdeh həmin evə köçərək yaşamağa və öz sahəsindən istifadə etməyə başlamışdır. Cavabdehə verdiyi evin həyətyanı sahəsi ilə qızının 2015-ci ilədək yaşamış olduğu evin sərhədini 7 metr uzunluğunda və 2 metr hündürlüyündə daş hasar ayırırdı. 2017-ci ilin oktyabr ayında cavabdeh ona zəng edərək verdiyi torpaq sahəsinin sənədini itirdiyini və həmin sənədin surətini verməsini ondan xahiş etmiş, o da həmin sənədin surətini cavabdehə vermişdir. Noyabr ayında cavabdeh ona zəng edərək ölçmə işləri apararkən sahəsinin 400 kv.m-dən az olduğunu, kəsir qalan hissənin digər evə düşdüyünü və həmin evi sökməsini, torpaq sahəsini isə ona verməsini ondan tələb etmişdir. O, cavabdehə 35.000 manata torpaq sahəsi deyil, ev verdiyini, buna baxmayaraq etibarnamədə göstərilən 400 kv.m torpaq sahəsindən əksik ola biləcək sahəni sahibliyində olan evin həyətindən verməsini ona təklif etsə də cavabdeh buna raz olmadığını bildirmişdir. Daha sonra cavabdeh istifadəsində olan sahə ilə eyni ünvanda yerləşən onun sahibliyində olan evin sərhədini ayıran 7 metr uzunluğunda və 2 metr hündürlüyündə daş hasarı uçurtmuş və ona aid sahədən qanunsuz istifadə etməyə başlamışdır. Bu azmış kimi cavabdeh ona aid olmayan evdən və həyətyanı sahədən istifadəsinə də müdaxilə etmişdir. Cavabdehlə aralarında yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün həmin sahəyə mütəxəssisin baxış keçirməsi məqsədi ilə Xəzər rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. 2017-ci ilin noyabr ayından bu günədək həmin sahədən is tifadə edə bilmir. Cavabdehin qeyri-qanuni müdaxilələri nəticəsində sahiblik hüququ pozulmuş və pozulmaqda davam edir. Cavabdehin müdaxilə etdiyi 90 kv.m-dən ibarət sahəyə dair sahiblik hüququnu xx xxx 2015-ci il tarixli etibarnaməyə əsasən X3 vermişdir. X1 dayısı qızıdır və həmin evdən 2015-ci ilin avqust ayınadək qızı istifadə etmişdir. 2015-ci ilin avqust ayında isə qızı ailəsi ilə birlikdə Pirallahı rayonuna köçmüş və həmin ev onun sahibliyində qalmışdır. Belə ki, o, evi etibarnamə ilə 13.000 manat pulun müqabilində Könül Həsənovaya versə də o həmin evdən istifadə etməmişdir. X8 həmin evi yenidən təmir etdirərək kirayə vermək fikrində olmuşdur, özünün isə başqa ünvanda yaşayış yeri vardır. Bu səbəbdən həmin ev onun sahibliyində qalmış və 2016-cı ildən Pirallahı rayonunda yaşasa da mü təmadi olaraq həmin evə gəlib-getmiş, öz əmlakı kimi baxış keçirmiş və nəzarət etmişdir. Bununla bərabər cavabdeh 6 aydan artıqdır ki, onu öz əmlakından məhrum etmiş, həmin sahədən istifadəsinə müdaxilə nəticəsində sarsıntı və iztirablar keçirmişdir. Cavabdeh hər dəfə evi sökməsini və həmin sahəni boşaltmasını qanunsuz olaraq ondan tələb etmiş, onu əsəb, stress vəziyyətinə salmış, dəfələrlə evinə gedərək içəri daxil olmağa cəhd göstərsə də, buna imkan verməmiş, bununla da mütəmadi olaraq onu mənəvi sarsıntı keçirməyə vadar etmişdir. Cavabdeh bu cür hərəkətlərlə ona mənəvi zərər vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İş üzrə 3-cü şəxs K.Həsənova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmas ını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,xx xxx 1999-cu il tarixdə X6 adına X9 İdarəsinin bağçaçılıq birliyi tərəfindən 1/22 “A” №-li sahədə İddiaçı 0.05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı notariat qaydasında verdiyi etibarnamə ilə H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin 738 saylı biletinə əsasən sahə 1/22A saylı sahə ünvanında yerləşən həmin 0.05 ha torpaq sahəsinin 400 kv.m hissəsi ilə bağlı sənədləşmə, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi və s. Cavabdeh etibar etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsindən mütəxəssis qismində cəlb edilmiş X2 iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi ünvanda yerləşən torpaq sahəsi dördbucaqlı quruluşa malik olmaqla dörd tərəfdən mişar daşı ilə hasara alınmışdır, ərazidə iki tikili mövcuddur. Torpaq sahəsinə giriş dəmir qapı və darvaza vasitəsilədir, girişdən sağda yerləşən tikilidə cavabdeh və ailə üzvləri yaşayır, soldakı tikilidə isə yaşayış yoxdur, həmin tikilinin qarşısından digər küçəyə giriş qapısı və darvaza mövcuddur. Torpaq sahəsi cavabdehin istifadəsindədir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Cavabdeh 0,05 ha torpaq sahəsinin bir hissəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər dava m edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-cü maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 159-cu maddəsindən görünür ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavi lə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Həmin M əcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Belə ki, cavabdeh 400 kv.metr sahədən istifadə etdiyini və bu torpaq sahəsindən başqa istifadəsində torpaq sahəsinin olmadığını qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. İşin faktiki halları ilə də müəyyən edilmişdir ki, Cavabdeh 0,05 ha torpaq sahəsinin bir hissəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin i ş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə qismən sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci madd əsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar