Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1903/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbt olunması, tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-270/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) adına 20 fevral 2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2016-cı il tarixli, 2(104)-27/2016 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli, 2(62)-33/2013 nömrəli qətnaməsi qismən ləğv edilərək, cavabdehlər X2 və Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən tutulmuş hazırkı iş üzrə iddiaçıya məxsus 580 kv.m torpaq sahəsinin boşaldılması və 580 kv.m torpaq sahəsinin inşaat materiallarından təmizlənməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan torpaq sahəsində qeyri-qanuni inşa etdirdiyi darvaza ilə birlikdə 16 metr uzunluğunda hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2011-ci ildən onu mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan zəbt etmişdir. Halbuki, mülkiyyətində olan torpaq sahəsinə dair adına hüquq müəyyənedici sənədlər olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsi tikinti materiallarından təmizlənmiş və akt əsasında ona təhvil verilmişdir. Buna baxmayaraq 13 fevral 2020-ci il tarixdə cavabdeh qohumları ilə birlikdə on a hücum çəkmiş və onu təhqir etmişlər. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh qeyri-qanuni olaraq hasar inşa etmiş və darvaza qoymuşdur. Cavabdeh darvazanı bağlayaraq, mübahisəli torpaq sahəsinə daxil olmağa imkan verməmişdir. Eləcə də fərdi yaşayış evinin inşası üçün həmin torpaq sahəsinə 1000 ədəd mişar daşı, 1 yük maşını çay daşı və 1 yük maşını qum tökdürmüşdür.
5. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi uzun illərdir onların sahiblik və istifadəsində olmuşdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, ona görə də iddia rədd olunmalıdır.
6. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 noyabr 2020-ci il tarixli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 10/2638 nömrəli 11 yanvar 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********20 reyestr nömrəli çıxarışa əsasən iddiaçının adına dövlət qeydiyyatına alınmış 0,07 ha həyətyanı torpaq sahəsinin koordinatları cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsinin bütövlükdə daxilində yerləşmişdir. Cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsində tikili mövcud olmuş, tikilinin kim tərəfindən inşa edilməsini müəyyənləşdirmək səlahiyyətləri xaricində olmuşdur.
7. Birinci instansiya məhkəməsinin 2(062)-81/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının adına dövlət qeydiyyatına alınmış 0,07 ha həyətyanı torpaq sahəsinin koordinatları cavabdehin istifadəsi kimi təqdim edilən torpaq sahəsinin bütövlükdə daxilində yerləşmişdir. Mübahisə predmeti olan torpaq sahəsində tikilinin yerləşməsi müəyyən edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 10/6764 nömrəli 21 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehin istifadəsi kimi təqdim edilən hasar və darvazanın böyük hissəsi iddiaçının adına xüsusi mülkiyyətə qeydiyyata alınmış RX **********20 nömrəli çıxarışda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin ist ifadəsi kimi təqdim edilən hasar və darvazanın birlikdə uzunluğu 16.57 metr təşkil edir.
12. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-270/2022 nömrəli iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsini hasarlamış və bununla da sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.
14. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bunda n əvvəlki mübahisə həyətyanı torpaq sahəsinin boşaldılması ilə bağlı olmuş və cavabdehlərin iddiaçıya məxsus 580 kv.m torpaq sahəsini boşaltması və həmin ərazinin inşaat materiallarından təmizlənməsi qət olunmuşdur. Hazırkı iddia tələbi isə darvazanın və daş hasarın sökülməsi barədə olmuşdur. Beləliklə, iddiaların predmeti fərqli olmuşdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157, 158, 238.1-ci, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçıya satılarkən boş olmamışdır. Həmin torpaq sahəsi 1996-cı ildə qanuni əsaslarla cavabdehə istifadə üçün ayrılmışdır. Ayrıldığı vaxtdan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, fərdi yaşayış evi tikmişdir. Cavabdeh həmin evdə yaşamış, kommunal xərcləri ödəmiş, torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ödəmişdir. Mübahisəli torpaq sahəsinə mülkiyyətçi kimi hüquqları dövlət qeydiyyatına alınmamış, lakin istifadəçi kimi həmin torpaq sahəsinə hüquqları olmuşdur. Məhkəmə bu halları nəzərə almamışdır.
18. Kassator qeyd etmişdir ki, apellyasiya baxışı zamanı onun iştirakı təmin edilməmiş, həmçinin iş üzrə ekspertizalar keçirilməmişdi r.
19. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü, Mülki Məcəllənin 139.1, 146.2, 152.1, 354.1-ci, Torpaq Məcəlləsinin 67-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9, 14.1, 77.1, 88, 176.5, 216.2, 217.4, 385.1.2, 388-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə
29. İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyek tin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.
26. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlə r əsasında təyin edilir. Torpaq Məcəlləsi
27. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
28. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şi kayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, işə baxmış məhkəmələr tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğu, cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüququnun olmadığı müəyyən edilmişdir. Hər iki instansiya məhkəmələrində iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş, hasarın iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilməsi müəyyən edilmişdir.
41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən göndərilən bildirişlər cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram ünvanlasa da məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi MP M-in 376.2-ci maddəsinə əsasən işə baxmaqda haqlı olmuşdur.
42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-270/2022 nömrəli iş üzrə 26 deka br 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.