Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1906/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, və na qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X10 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, və na qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-691/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ndən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 22 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 23.10.2014-cü il tarixdə Hüseynov Emil Vəkiloviç Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmış, sonuncu, xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsini 50000 manat məbləğinə X1.
2. Həmin torpaq sahəsi yenidən, xx.xx.2020-cu il tarixdə X5 tərəfindən 5000 manat məbləğinə Cavabdeh1 satılmışdır. 3. 27.08.2020-ci il tarixdə həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqları Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Həmin reyestrdən çıxarışla torpaq sahəsi və fərdi yaşayış evinə, vahid ünvan - Bakı şəhəri, Sabunçu ra yonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanı verilmişdir. 4. 30.04.2021-ci il tarixdə kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı Cavabdeh1 arasında alğı-satqı və ipoteka müqaviləsi bağlanmış, mübahisəli ev 170000 manat məbləğinə satılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) mübahisəli ev üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır.
5. Mübahisəli evdə hazırda Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh6 və Cavabdeh5 Maruyeloviç yaşayır.
6. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X6 təkrarən tamah niyyəti ilə özünü ev və torpaq alğı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib tanışı X2 vasitəsi ilə tan ış olduğu Cavabdeh3 məxsus olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ramana südçülük sovxozu ərazisində yerləşən 40000 manat müqabilində bankda girovda olan 0,05 ha torpaq sahəsini girovdan çıxardacağına, həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli 314,1 kv metr sahəsi olan yaşayış evini sataraq güya sonuncuya 300000 manat pul verəcəyinə dair vəd verərək inandırmaqla aldadaraq Cavabdeh3lə tanışı X3 adına daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilə tərtib etdirib və etibarnamə alaraq, Cavabdeh3 etibarından sui-istifadə edərək Cavabdeh3 Rusiya Federasiyasında olmasından istifadə edib onun xəbəri olmadan həmin daşınmaz əmlaka Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən 27 avqust 2020-ci il tarixdə çıxarış alıb həmin fərdi yaşayış e vini 30 aprel 2021-ci il tarixdə Kapital Bank ASC-nin AİF/23 nömrəli alğı-satqı və ipoteka müqaviləsi ilə 170000 (yüz yetmiş min) manata İddiaçı sataraq həmin məbləğdə pulu ələ keçirib, zərərçəkmiş şəxs Cavabdeh3 külli miqdarda 300000 (üç yüz min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ilk olaraq Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və qeyrilərinin mübahisəli evdən və 0,05 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasını, evin boşaldılması, evin və torpaq sahəsinin onun istifadəsinə verilməklə evə köçürülməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, və nu n iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli evdən və 0,05 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması, evin və torpaq sahəsinin iddiaçının istifadəsinə verilməklə evə köçürülməyini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, uzun müddət milli orduda xidmət etməsi, ailəli olması, lakin şəxsi mənzilinin olmaması ilə bağlı dövlət ipotekası ilə mənzil almaq qərarına gəlmiş, beləliklə də 30 aprel 2021-ci il tarixdə mübahisəli evi ipotekaya qoymaqla almışdır. Müqavilə bağlanan tarixdən etibarən o, həmin kredit borcu üzrə üzərinə düşən bank öhdəlikırini yerinə yetirir, lakin hərbi qulluçu olduğu və hazırda Bakı şəhəridən xeyli kənarda hərbi xidmətini davam etdirdiyi üçün aldığı evdə hal -hazırda yaşamaq imkanı yoxdur. Bundan istifadə edən cavabdehlər isə evi ona təhvil verməkdən imtina edir, hətta yaxınları vasitəsi ilə əldə etdiyi məlumata görə onun evini başqa şəxslərə kirayəyə verilmişdir.
10. Cavabdeh3 məhkəmədə iddianı qəbul etməyərək göstərmişdir ki, sonradan tanıdığı X7 və X8 adı gedən ünvandakı onlara məxsus 0,05 ha torpaq sahəsini, 313,8 kv metr yaşayış evini almaq məqsədilə ümumilikdə 340000 manata razılaşmışlar. Lakin evin çıxarışı olmadığı üçün əvvəlcə torpaq sahəsini notarius vasitəsilə alğı-satqı ilə satmış və ona 40000 manat pul verilmişdir. Evi özəlləşdirib çıxarışı alandan sonra ona 300000 manat verəcəklərini bildirmişlər. Sonradan onlar sözə əmələ etmədiklərindən bir müddət görüşməmişlər. O, da artıq yaşayış evini satmaqdan imtina etmişdir. Çünki ona ver iləcək 300000 manatı verməmişlər. O, şəxsi işləri ilə əlaqədar RF-na getmişdir həmin vaxtda pandemiya ilə əlaqədar uzun vaxtdan sonra vətənə qayıtmışdır. Vətənə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Vüsal Mənsimov və Namiq Əliyev onun evini çıxarış alaraq başqa şəxsə satmışdır. Buradan məlum olur ki, Vüsal Mənsimov və Namiq Əliyev dələduzluq yolu ilə onun 6 nəfər ailə üzvünün yaşadığı evi qeyri-qanuni olaraq çıxarış alaraq başqa şəxslərə satmışır.
11. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 iyun 2022-ci il tarixli, 2(008)-1005/2022 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, və nun mübahisəli evdən və torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sa həsinin cavabdehlərin hesabına boşaldılması, evə və torpaq sahəsinə iddiaçının köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsini gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşamaları və iddiaçını həmin evə buraxmamaları mülkiyyətçi kimi iddiaçının qanunla qarunan hüquqların pozur. Ona görə də iddia əsaslıdır. Evin və torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, göstərilən fərdi yaşayış evinə iddiaçı köçürüldükdən sonra, onun öz xüsusi mülkiyyətində olan evdən istifadə etməyinə real şərait yaranmış olduğundan iddia tələbinin həmin hissədə təmin edilməsinə zərurət aradan qalmır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Resp ublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmaı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq cavabdehlərin evdən çıxarılması barədə qətnamə qəbul etmiş, nəzərə almamışdır ki, tərəflər arasında razılaşmaya görə mübahisəli yaşayış evinə görə 300000 (üç yüz min) manat pul cavabdehlərə ödənilməmişdir. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə qismən təmin etmiş, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmı şdır. Hazırda həmin evin qanunsuz sənədləşdirilməsi və satılması ilə bağlı dələduzluq faktları ilə bağlı hüquq mühafizə orqanlarında araşdırmalar aparılır. Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci maddələrinin isə tətbiqini bu işdə yolverilməz hesab edir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-691/2023 nömrəli iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü, Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.4, 88, 106.1, 217.3 və 384.0.1-ci maddələri istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh3 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı qeydiyyat anına qədər Cavabdeh1 əsl mülkiyyətçi olmamasını və reyestrdəki qeydin qeyri-dəqiqliyini bildiyindən vicdanlı əldə edən hesab edilə bilməz. O, Cavabdeh3 ailə üzvlərinin həmin evdə yaşadığını və özlərini mülkiyyətçi hesab etdiklə rini bilirdi. Həmçinin vicdanlı əldə edilən görüntüsü yaratmaq üçün ev Cavabdeh3 etibarından sui-istifadə edildikdən sonra bir neçə dəfə satılmış və alıcılar əvvəlcədən məsələdən xəbərdar olmuşlar. Bu da bir daha onu təsdiq edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 140, 146 və 178-ci maddələrinə nəzər yetirməmiş, vicdanlılıq məsələsini yoxlamadan İddiaçı mülkiyyətçi hesab etmiş və onun iddiasını təmin edərək əsl mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən çıxarılması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiy yəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasın da özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz müla hizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə ta m mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. İddiaçı qeydiyyat anına qədər satıcı Cavabdeh1 əsl mülkiyyətçi olmamasını, Cavabdeh3 ailə üzvlərinin həmin evdə yaşadığını və özlərini mülkiyyətçi hesab etdiklərini bildiyindən vicdanlı əldə edən hesab olunmaması, bu əsasla iddianın rədd edilməli olmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli ev üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyat a alınmışdır, yaşayış evi üzərində mülkiyyət hüququ mübahşisələndirilməmiş, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Belə olan halda kassasiya şikayətinin göstərilən dəlilləri də əsaslı hesab oluna bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-691/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.