Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-691/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3, Cavabdeh2, X16, Cavabdeh6, Cavabdeh5 Maruyeloviçə, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğluna qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-691/2023 (Açar sözlər: “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə”) Bakı şəhəri 16 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, X7 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh3,onun vəkili və nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa küçəsi, ev 121 İddiaçı oğlnun adına 53 saylı DNK-nın, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
2. 23.10.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Hüseynov Emil Vəkiloviç Bakı şəhəri, Ramana qəsəbəsi. Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır.
3. 27.12.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Ramana qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 50000 manat məbləğinə X1.
4. xx.xx.2020-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X2 qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 5000 manat məbləğinə Cavabdeh1 satmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 464837 saylı xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Ramana qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
6. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 464837 saylı xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
7. Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış Daşınmaz Əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Soltan oğlu öz xüsusi mülkiyyətində olan Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 fərdi yaşayış evini və həmin evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini 170.000 manat məbləğində pula İddiaçı satmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli şıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi və həmin evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
9. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sabunçu Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6 və Cavabdeh5 Maruyeloviç yaşayır.
10. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 21 noyabr 2022-ci il tarixli QƏRAR-dan görünür ki,... Bundan başqa X10 təkrarən tamah niyyəti ilə özünü ev və torpaq alqı satqısı ilə məşğul olan şəxs kimi təqdim edib tanışı X4 vasitəsi ilə tanış olduğu Cavabdeh3 məxsus olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ramana südçülük sovxozu ərazisində yerləşən 40.000 manat müqabilində bankda girovda olan 0.05 ha torpaq sahəsini girovdan çıxardacağına, həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli 314.1 kv metr sahəsi olan yaşayış evini sataraq güya sonuncuya 300.000 manat pul verəcəyinə dair vəd verərək inandırmaqla aldadaraq Cavabdeh3lə tanışı X5 adına daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə tərtib etdirib və etibarnamə alaraq, Cavabdeh3 etibarından sui-istifadə edərək Cavabdeh3 Rusiya Federasiyasında olmasından istifadə edib onun xəbəri olmadan həmin daşınmaz əmlaka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən 27 avqust 2020-ci il tarixdə çıxarış alıb həmin fərdi yaşayış evini 30 aprel 2021-ci il tarixdə Kapital Bank ASC-nin AİF/23 nömrəli alqı-satqı və ipoteka müqaviləsi ilə 170.000 (yüz yetmiş min) manata İddiaçı sataraq həmin məbləğdə pulu ələ keçirib, zərərçəkmiş şəxs Cavabdeh3 külli miqdarda 300.000 (üş yüz min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.
11. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi 121 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir və orada hal-hazırda Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu yaşayır. Cavabdeh3 qeyd edilən evdə yaşamasının səbəsini həmin evin qeyri-qanuni tikili olduğunu, onu özü tikdirdiyini, o evin yarleşdiyi torpaq sahəsini qanuni şəkildə Əliyev Namiqə satsada, Əliyev Namiq ona əlavə evə görədə pul verməli olduğundan lakin pulu vermədiyindən satmaqdan imtina etmiş olduğu ilə izah etmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və qeyrilərinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313,80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0,05 ha-dan ibarət torpaq sahəsindən məcburi qaydada çıxanlmasını və fərdi yaşayış evinin boşaldılması ilə fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının əməli istifadəmə verilməklə evə köçürülməsi barədə qətnaə çıxarılmasını məhkəmədn xahiş etmişdir.
13. 26.05.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X11, Cavabdeh6, Cavabdeh5 Maruyeloviçə, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313,80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0,05 ha-dan ibarət torpaq sahəsindən məcburi qaydada çıxanlmalarını və fərdi yaşayış evinin boşaldılması ilə fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının əməli istifadəmə verilməklə evə köçürülməyim barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Azrəbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinin tələblərinin uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir.
15. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçusu, Baş gizir kimi Azərbaycan Ordusunda xidmət edir. 2010-cu ildən Orduda xidmət etdiyi dövdə qüsursuz xidmətə görə müxtəlif vaxtlarda Ordu Komandanlığı tərəfindən fərqləndirilməklə İİ-ci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının Müdafiə Naziri, generalpolkovnik Zakir Həsənovun imzaladığı 03 noyabr 2020ci il tarixli əmrə əsasn Azərbaycan Respublikasının “ŞÜCAƏTƏ GÖRƏ” medalı ilə təltif edilmişdir. Bununla belə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdi iştirak etmiş, qəlpə partlaması zamanı (xx.xx.2020-ci il tarixdə) hər iki əli, sol budu, sol diz oynağı, sağ ayağı kor qəlpə yaralan ilə zədələnmişdir. Müvafiq reabilitasiya kursindan sonra xidmətini davam etdirmiş, hal-hazırda da ordu sıralannda xidmət edir. Uzun müddət Orduda xidmət etdiyi, ailəli olmaqla, lakin şəxsi mənzilinin olmaması ilə bağlı dövlət ipotekası ilə mənzil almaq qərarına gəlmişdir. Beləliklə də, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 30 aprel 2021-ci il tarixli, AİF/23 №-li alqısatqı və ipoteka müqaviləsinə əsasən o, Cavabdeh1 onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 314,10 kv.m-dən ibarət fərdi yaşayış evini "xxxx" ASC-nin Qara Qarayev filialında ipotekaya qoymaqla almışdır. Hazırki müqavilə bağlanan tarixdən etibarən o, həmin kredit borcu üzrə üzərinə düşən bank öhdəlikırini yerinə yetirir, lakin hərbi qulluçu olduğu və hazırda Bakı şəhəridən xeyli kənarda hərbi xidmətimi davam etdirdiyi üçün aldığı fərdi evdə hal-hazırda yaşamaq imkanı yoxdur. Bundan istifadə edən cavabdeh isə fərdi evi ona təhvil verməkdən imtina edir, hətta yaxınlarım vasitəsi ilə əldə etdiyi məlumata görə onun evini başqa şəxslərə kirayəyə vermişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçıyla eyni məzmunda ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, sonradan tanıdığı X13 və X14 adı gedən ünvandakı onlara məxsus 0,05 ha torpaq sahəsini, 313.8 kv.m yaşayış evinin almaq məqsədilə ümumi 340.000 manata razılaşmışlar. Lakin evin çıxarışı olmadığı üçün əvvəlcə torpaq sahəsini notarius vasitəsilə alqı-satqı ilə satmış və ona 40.000 manat pul verilmişdir. Evi özəlləşdirib çıxarışı alandan sonra ona 300.000 manat verəcəklərini bildirmişlər. Sonradan bunlar sözə əmələ etmədiklərindən onlar bir müddət görüşməmişlər. O, da artıq yaşayış evini satmaqdan imtina etmişdir. Çünki ona veriləcək 300.000 manatı verməmişlər. O, şəxsi işləri ilə əlaqədar RF-na getmişdir həmin vaxtda pandemiya ilə əlaqədar uzun vaxtdan sonra vətənə qayıtmışdır. Vətənə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Vüsal Mənsimov və Namiq Əliyev onun evini çıxarış alaraq başqa şəxsə satmışdır. Buradan məlum olur ki, Vüsal Mənsimov və Namiq Əliyev dələduzluq yolu ilə onun 6 nəfər ailə üzvünün yaşadığı evi qeyri-qanuni olaraq çıxarış alaraq başqa şəxslərə satmışır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda bildirdi ki, cavabeh qismində qeyd edilən digər şəxlər onun ailə üzvüdür və onlarda mübahisəli yaşayış evdə onunla bərabər yaşayırlar. Cavabdehlərin hər biri yetkinlik yaşına çatmış şəxslərdir.
19. Cavabdehlər Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maniyeloviç, Hüseynov Vəkil Manuel oğlu və Hüseynov Vəkil Teymur oğluna məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
20. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 1005/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlərin hesabına boşaldılması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evinə və 0.05 ha-dan ibarət torpaq sahəsinə İddiaçı köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi 121 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir və orada hal-hazırda Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu yaşayır. Cavabdeh3 qeyd edilən evdə yaşamasının səbəbini həmin evin qeyri-qanuni tikili olduğunu, onu özü tikdirdiyini, o evin yarleşdiyi torpaq sahəsini qanuni şəkildə Əliyev Namiqə satsa da, Əliyev Namiq ona əlavə evə görə də pul verməli olduğundan lakin pulu vermədiyindən satmaqdan imtina etmiş olduğu ilə izah etmişdir.
23. Beləliklə məlum olur ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşamaları və iddiaçını həmin evə buraxmamaları mülkiyyətçi kimi iddiaçının qanunla qarunan hüquqların pozmuş olduğundan iddia tələb qisməni təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlərin hesabına boşaldılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsinə İddiaçı köçürülməlidir.
24. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evinin və 0.05 ha-dan ibarət torpaq sahəsinin iddiaçının istifadə verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən fərdi yaşayaış evinə iddiaçı köçürüldükdən sonra,onun öz xüsusi mülkiyyətində olan evdən istifadə etməyinə rəal şərait yaranmış olduğundan iddia tələbinin həmin hissədə təmin edilməsini zərurət aradan qaldırılmış olur.
25. Məhkəmə Mülki Məcəllənin 152.1-ci , 152.5-ci, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad etmişdir.
b) Apellyasiya Məhkəməsində icraat:
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 nömrəli nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri:
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad edilmişdir, lakin nəzərə almamışdır ki, sonradan tanıdığı X13 və X14 adı gedən ünvandakı onlara məxsus 0,05 ha torpaq sahəsini, 313.8 kv.m yaşayış evinin almaq məqsədilə ümumi 340.000 manata razılaşmışlar. Lakin evin çıxarışı olmadığı üçün əvvəlcə torpaq sahəsini notarius vasitəsilə alqı-satqı ilə satmış və 40.000 manat pul verilmişdir. Evi özəlləşdirib çıxarışı alandan sonra ona 300.000 manat verəcəklərini bildirmişlər. Sonradan bunlar sözə əmələ etmədiklərindən onlar bir müddət görüşməmişlər.O, da artıq yaşayış evini satmaqdan imtina etmişdir.Çünki ona veriləcək 300.000 manatı verməmişlər. Məhkəmə əsassız olaraq cavabdehlərin evdən çıxarılması barədə qətnamə çıxarır. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında razılaşmaya görə 300000 (üç yüz min) manat pul cavabdehlərə ödənilməmişdir. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Hazırda həmin evin qanunsuz sənədləşdirilməsi və satılması ilə bağlı dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinin isə tətbiqini bu işdə yolverilməz hesab edir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və onun vəkili və nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq Cavabdeh3 hazırkı iş üzrə iddiaçıya və digər şəxslərə qarşı müqavilənin etibarsızlığına dair iddia qaldırdığını əsas gətirərək hazırkı iş üzrə icrratın dayandırılmasına dair vəsatət təqdim etmişdir.Məhkəmə Kollegiyası mülkiprosessual əsaslar olmadığından vəsatəti təmin etməmişdir.
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.
31. Cavabdehlər Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maniyeloviç, Hüseynov Vəkil Manuel oğlu və Hüseynov Vəkil Teymur oğluna məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
32. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
33. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
34. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
37. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
38. 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 384.0.1-ci apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
50. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi 121 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir və orada hal-hazırda Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu yaşayır. Cavabdeh3 qeyd edilən evdə yaşamasının səbəsini həmin evin qeyri-qanuni tikili olduğunu, onu özü tikdirdiyini, o evin yarleşdiyi torpaq sahəsini qanuni şəkildə Əliyev Namiqə satsada, Əliyev Namiq ona əlavə evə görədə pul verməli olduğundan lakin pulu vermədiyindən satmaqdan imtina etmiş olduğu ilə izah etmişdir.
53. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
55. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
56. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
57. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
58. Beləliklə məlum olur ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşamaları və iddiaçını həmin evə buraxmamaları mülkiyyətçi kimi iddiaçının qanunla qarunan hüquqların pozmuş olduğundan iddia tələb qisməni təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X17, Cavabdeh6, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlərin hesabına boşaldılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsinə İddiaçı köçürülməlidir.
59. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 21 noyabr 2022-ci il tarixli QƏRAR-dan görünür ki,... Bundan başqa X10 təkrarən tamah niyyəti ilə özünü ev və torpaq alqı satqısı ilə məşğul olan şəxs kimi təqdim edib tanışı X4 vasitəsi ilə tanış olduğu Cavabdeh3 məxsus olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ramana südçülük sovxozu ərazisində yerləşən 40.000 manat müqabilində bankda girovda olan 0.05 ha torpaq sahəsini girovdan çıxardacağına, həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli 314.1 kv metr sahəsi olan yaşayış evini sataraq güya sonuncuya 300.000 manat pul verəcəyinə dair vəd verərək inandırmaqla aldadaraq Cavabdeh3lə tanışı X5 adına daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə tərtib etdirib və etibarnamə alaraq, Cavabdeh3 etibarından sui-istifadə edərək Cavabdeh3 Rusiya Federasiyasında olmasından istifadə edib onun xəbəri olmadan həmin daşınmaz əmlaka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən 27 avqust 2020-ci il tarixdə çıxarış alıb həmin fərdi yaşayış evini 30 aprel 2021-ci il tarixdə Kapital Bank ASC-nin AİF/23 nömrəli alqı-satqı və ipoteka müqaviləsi ilə 170.000 (yüz yetmiş min) manata İddiaçı sataraq həmin məbləğdə pulu ələ keçirib, zərərçəkmiş şəxs Cavabdeh3 külli miqdarda 300.000 (üş yüz min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.
60. Məhkəmə Kollegiyası Qeyd edir ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.