Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1907/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit, ipoteka, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-702/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 21 sentyabr 1999-cu il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə “KİA PREGİO” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – ipoteka predmeti) alınması üçün 20.000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, həmin avtomobil Bankın Səbail filialına girov qoyulmuş və tərəflər arasında 12 dekabr 1999-cu il tarixdə girov müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, cavabdehdən Bankın xeyrinə kredit borcunun tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməmişdir. İddiaçı tərəfindən həmin borcun məhkəmədən kənar qaydada ödənilməsi barədə cavabdehlə danışıqlar aparılmış, xəbərdarlıq göndərilmiş, lakin cavabdeh xəbərdarlıq və müraciətlərə etinasız yanaşmış, borcun ödənilməsi barədə Bank tərəfindən göndərilmiş pretenziyalara cavab verməmişdir. Nəticədə cavabdehin kreditora 15 oktyabr 2006-cı il tarixdən ümumilikdə 7710 ABŞ dolları məbləğində borcu yaranmışdır.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1516/2006 nömrəli iş üzrə 26 iyul 2007-ci il tarixli qətnaməsi ilə (hakim S.Əhmədova) iddia təmin edilərək, cavabdehdən Bankın xeyrinə 7.546 ABŞ dolları kredit borcu, 15 oktyabr 2006-cı il tarixə hesablanmış 164 ABŞ dolları faiz borcu, cəmi 7.710 ABŞ dolları borc və 19,80 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun tələb olunan məbləğdə borcu yaranmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin 7.546 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas kredit və hesablanmış 164 ABŞ dolları məbləğində faiz borcunu vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) bir sıra müddə alarını kobud surətdə pozmuşdur.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385, 448-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ilkin olaraq 28 dekabr 2006-cı il tarixdə qəbul edilmiş qiyabi qətnamə onun ərizəsi əsasında ləğv edilsə də növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə ona lazımi qaydada xəbərdarlıq çatmamış, iddiaçıya borcu olmamışdır. İddiaçının özünə məxsus problemləri ilə əlaqədar hüquq mühafizə orqanlarına çağrılmış, bundan sonra borcunun şəxsi hesab vərəqində silinmədiyini öyrənmiş, 13.01.2017-ci ildə qətnamənin surətini almış və apellyasiya ş ikayəti vermişdir. Banka olan borcunu ödəmiş və qəbzləri özündə saxlamışdır.
8. İş üzrə təyin edilmiş ilkin və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları üzrə verilmiş rəylərdə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mövcud iş materiallarında olan sənədlər əsasında (yəni zəruri sənədlərin təqdim edilmədiyini və eyni zamanda iş materiallarında əlavə edilmiş kassa mədaxil qəbzlərinin tam olmadığını nəzərə alaraq) cavabdehin 21 sentyabr 1999-cu il tarixli kredit sazişi üzrə Banka ödənilməli olan borcun məbləğini müəyyən etmək mümkün olmadı.
9. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə 16 iyul 2021-ci il tarixli, 9/3315 nömrəli rəydə göstərilmişdir ki, cavabdeh tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və 21 sentyabr 1999-cu il tarixli kredit sazişinin şərtlərinə müvafiq olaraq cavabdehin 10.03.2000-ci il tarixə (müqavilənin müddətinin sonuna) Banka borcu 91.091.325,00 AZN (20 678,85 USD) məbləğində müəyyən olunur, o cümlədən əsas borc 86.220.000,00 AZN (19573,21 USD), faiz borcu 4.571.325,00 AZN (1.037,76 USD).
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-702/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin olunmamış, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri və iddia müddətinin tətbiqi barədə ərizəsi qətnamənin ləğvi üçün əsasdır. Belə ki, 21 sentyabr 1999-cu ildə bağlanmış kredit sazişinin müddəti 10 mart 2000-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 16.10.2006-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də təsdiq olunur ki, 17.03.2000-ci il tarixdən 23.04.2001-ci il tarixədək ümumilikdə 18.900.000,00 AZN məbləğində ödəniş edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 6 il 7 ay 5 gün, sonuncu ödəniş tarixindən isə 5 il, 5 ay, 2 3 gün sonra məhkəməyə müraciət etmişdir. Bu fakt isə iddia müddətinin ötürüldüyünü təsdiq edir. Cavabdehin apellyasiya baxışı zamanı yəni, 21.07.2020-ci ildə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməsi iddia müddətinin tətbiq edilməsini istisna etmir. Belə ki, 28 iyun 2007-ci il tarixə və 26 iyul 2007-ci il tarixə təxirə salınmış məhkəmə iclasları barədə cavabdehə bildiriş göndərilməmiş, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etmədiyindən cavabdehin apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiq edilməsi üçün ərizə verməsi mümkün olmuşdur.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 373.2, 373.3, 374.1, 375.1, 375.2, 376, 377.1 və 377.2-ci maddələrinə, Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarına və Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh qarşısında əsas kredit öhdəliyinə Mülki Məcəllənin 551.1-ci maddəsində müəyyən edilmiş 10 illik, kapital üçün faiz öhdəliy inə isə 551.2.1-ci maddəsində müəyyən edilmiş 5 illik müddət şamil olunmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən bu müddətlər keçməmişdir. Bank cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 6 il 7 ay, sonuncu ödəniş tarixindən sonra isə 5 il 5 ay sonra məhkəməyə müraciət etmişdir. Bu fakt iddia müddətinin ötürülmədiyini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi mülki işi araşdırarkən cavabdehin birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəni təqdim etdiyi halda iddia müddətinin tətbiq edilməsinə dair ərizəni verməməsi səbəbini araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, müvafiq olaraq maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda n sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
17. Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
18. Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsind ən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
21. Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf e tməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
31. İddiaçının kasasiya şikayətində istinad etdiyi öhdəliyə xitam vermə müddətlərinin (Mülki Məcəllənin 551-ci maddəsi) keçməməsi hazırkı iş üzrə iddianın rədd olunmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia öhdəliyə xitam verilməsi müddətlərinin keçməsi əsası ilə deyil, iddia müddətinin keçməsi əsası ilə rədd edilmiş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya baxışı zamanı verməsinin mümkünlüyü əsaslandırılmışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33 Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-702/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.