Məhkəmə qərarları › İş №2(102)-1908/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1908/2021

19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1908/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh və X6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1908/21 (Açar sözlər: etibarnamənin, başışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, iradə ifadəsi) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı1 prosessual hüquq varisi X9, İddiaçı3 və vəkili X8 oğlunun, Cavabdeh və onun vəkili X7 iştirakı ilə, İ ddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh və X6 qarşı “etibarnamənin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2221/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3 və İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı3 qardaşdırlar.

2. Cavabdehlər iddiaçıların qardaşı oğullarıdır.

3. İddiaçı1 25 fevral 2017-ci il tarixində, İddiaçı3 isə 01 mart 2017-ci il tarixində Cavabdeh özlərinin bütün əmlaklarına dair bütün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişlər.

4. Cavabdeh 01 mart 201 7-ci il tarixli etibarnamə əsasında İddiaçı3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini 17 mart 2017-ci il tarixli bağışlama müqaviləsi ilə qardaşı X6 bağışlamışdır.

5. Cavabdeh 25 fevral 2017-ci il və 01 mart 2017-ci il tarixli etibarnamələr əsasında İddiaçı1 və İddiaçı3 ataları X2 qalan miras paylarını (Şəmkir şəhəri, M.F.Axundov küçəsi ev 7 və 0,12 ha torpaq sahəsini) 27 may 2017-ci il tarixli bağışlama müqaviləsi ilə qardaşı X6 bağışlamışdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 və İddiaçı3 Cavabdeh iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 tərəfindən Cavabdeh Şəmkir rayon 1 saylı Notariat Kontorunda 25 fevral 2017-ci il tarixli, 7E-8341 saylı verilmiş etibarnamənin və həmin etibarnamə əsasında Şəmkir rayon Notariat K ontorunda 27 may 2017-ci il tarixli, 3M-151 saylı daşınmaz əmlakın X6 bağışlanmasına dair İddiaçı3, İddiaçı1 və Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında alınmış çıxarışın ləğv edilməsi, Gəncə şəhəri “Asan Xidmət” Mərkəzində İddiaçı3 tərəfindən Cavabdeh 01 mart 2017-ci il tarixli, 7E-10256 saylı verilmiş etibarnamənin və həmin etibarnamənin əsasında Gəncə şəhəri, “Asan Xidmət” mərkəzində 17 mart 2017-ci il tarixli, 4Ə-625 saylı daşınmaz əmlakın X6 bağışlanmasına dair, İddiaçı3la Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən alınmış 02 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişlər.

7. İddiaçılar iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, X5 da cavabdeh qismində cəlb edilməklə, İddiaçı1 adından Cavabdeh Şəmkir rayon 1 saylı Notariat Kontorunda 25 fevral 2017-ci il tarixli, 7E-8341 saylı verilmiş etibarnamənin, həmin etibarnamə əsasında Şəmkir rayon Notariat Kontorunda 27 may 2017-ci il tarixli, 3M-151 qeydiyyat nömrəli, İddiaçı1 və İddiaçı3 adından X6 daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və Şəmkir rayon 1 saylı Notariat kontorunun 2V-514 reyestr nömrəli, 27 may 2017-ci il tarixli miras payının bağışlanması müqaviləsi əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən verilmiş 02 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli X6 verilmiş çıxarışın, İddiaçı3 adından Cavabdeh Gəncə şəhəri “Asan Xidmət” mərkəzi tərəfindən veri lmiş 01 mart 2017-ci il tarixli, 7E-10256 qeydiyyat nömrəli, etibarnamənin, həmin etibarnamənin əsasında Gəncə şəhəri “Asan Xidmət” mərkəzində 17 mart 2017-ci il tarixli, 4Ə-625 qeydiyyat nömrəli daşınmaz əmlakın X6 bağışlanmasına dair müqavilənin, həmin müqavilə əsasında alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıların ata yurdudur. İddiaçılar yeddi qardaş olub.

9. İddiaçıların ataları X10 1984-cü ildə, sonra isə anaları ölüb. Ata yurdunda iddiaçıların əlil qardaşı X, X də öldükdən sonra kiçik qardaşları X yaşamışdır.

10. İddiaçıların qardaşı Nizami 21 iyul 2016-cı ildə öldükdən sonra Cavabdeh iddiaçıların razılığı ilə müvəqqəti ata yurduna köçmüşdür. Məqsədləri miras qalmış ata mülkünü satıb vərəsələr arasında bölmək olmuşdur. İki il bu işlə heç biri məşğul olmamışdır.

11. İddiaçılar səhhətlərində olan narahatçılıqlarla əlaqədar əziyyət çəkmişlər. İddiaçı3 Gürcüstanda başından ağır əməliyyat keçirmiş, bu səbəbdən onda yaddaşsızlıq yaranmışdır.

12. İddiaçılar 2019-cu ilin may ayında ata yurduna mülkiyyət hüququ əldə edib mülkü satmaq və vərəsələr arasında bölüşdürmək qərarına gəlmişlər. Lakin, ata yurdunda müvəqqəti yaşayan qardaşı oğlu Cavabdeh onlara mülkə aid heç bir sənədi verməmiş və bəyan etmişdir ki, heç kimə nə sənədləri, nə mülkü verəsi deyil, mülkü qardaşı Elvin Əhmədovun adına rəsmiləşdirmişdir.

13. İlkin araşdırmalardan sonra iddiaçılara məlum olmuşdur ki, Cavabdeh onları aldadaraq, 25 fevral 2017-ci ildə və 01 mart 2017-ci ildə iddiaçıların adından öz adına etibarnamələr almışdır.

14. Cavabdeh 17 mart 2017-ci il tarixdə Şəmkir şəhəri, Əliağa Vahid küçəsi 18-də yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı3 adından qardaşı Elvin Əhmədova bağışlamışdır. Halbuki, adı çəkilən ünvan 3 ünvanda yerləşən əmlakın qanun üzrə vərəsəsi, qardaşları Nizami Əhmədovun özünün vərəsələri olmadığı üçün iddiaçılar özləridir. Həmin əmlakın bağışlanmasına iddiaçıların razılığı və imzası olmalı olduğu halda, Cavabdeh İddiaçı3 əvəzindən imza ataraq əmlakı qardaşı E.Əhmədova bağışlamışdır.

15. İddiaçı3 nə DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinə mərhum qardaşı Nizami Əhmədovun mülkiyyətində olan, Şəmkir şəhəri, Əliağa Vahid küçəsi-18-də yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün müraciət etmiş, nə də, həmin müqavilə b ağlanarkən Gəncə şəhəri “Asan Xidmət” mərkəzində olmamış və əmlakın qiymətləndirilməsindən xəbəri olmamış, bütün hərəkətləri Cavabdeh tək icra etmişdir.

16. Həmçinin iddiaçıların Şəmkir rayonu 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 27 may 2017-ci il tarixli, 3M-151 qeydiyyat nömrəli müqavilədən xəbərləri yoxdur. 27 may 2017-ci ildə Cavabdeh Şəmkir rayonu 1 saylı Notariat Kontorunda iddiaçılardan xəbərsiz iddiaçıların atalarından miras qalmış və vərəsəlik şəhadətnamələri əsasında onlara mənsub olan ünvan 5 ünvanında 0,12 ha torpaq sahəsi üzərində yerləşən, fərdi yaşayış evini qardaşı Elvin Əhmədova bağışlamışdır.

17. İddiaçılar Cavabdeh ata yurdunu, nə də qardaşı Nizaminin 0,12 ha torpaq sahəsini bağışlamaq, satmaq, başqasının adına özgəninkiləşdirmək hüququ verməmişlər.

18. Hər iki ə mlak satılaraq vərəsələr, qohumlar arasında bölünmək üçün saxlanılmışdır. Cavabdeh onların etibarından istifadə edərək iddiaçılara məxsus əmlakları özgəninkiləşdirmişdir.

19. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 339.3, 389.1 və 392.1ci maddələrinə istinad etmişdir.

20. İşin məhkəmə baxışında İddiaçı1 vəfat etdiyindən İddiaçı2 İddiaçı1 prosessual hüquq varisi kimi tanınmışdır.

21. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, iddiaçılar onun əmiləridir. Atasıgil ailədə 7 qardaş olublar. Qardaşlardan altı nəfəri, o cümlədən İddiaçı1 məhkəmə baxışı zamanı vəfat etmişdir. Yalnız İddiaçı3 sağ qalmışdır. 1984-cü ildə babası X10, sonradan isə nənəsi vəfat etdikdən sonra, ata yurdunda əlil əmisi Nazim, o vəfat etdikdən sonra isə kiçik əmisi Nizami yaşamışdır. Əmisi Nizaminin sağ lığında həmişə əmisi Nizami ilə birlikdə yaşamış, ona kömək etmiş və işlərini görmüşdür. 21 iyul 2016-cı ildə əmisi Nizami dünyasını dəyişdikdən sonra, mübahisəli evdə əmisi Nizaminin qeyri-rəsmi arvadı və o, özü yaşamışdır.

22. İddiaçılar onun həmin evdə yaşamasına razı olmuş, hətta evin damına vurulmuş dəmirinin dəyişdirilməsi və hasarının yenidən bərpa edilməsini bildirmişlər. Həmin evi qardaşı Elvin Əhmədovun adına sənədləşdirilməsi üçün iddiaçılar ona etibarnamə də vemişlər. Qardaşı Elvinin adına sənədləşmə işləri apardıqdan sonra əmilərinin və onların arvadlarının razılığı və iştirakı ilə həmin həyətdə toy edib ailə qurmuş və ailəsi ilə birlikdə orada yaşamışdır. Lakin sonradan əmiləri müxtəlif şəxslərin təsiri ilə həmin evi onun qardaşı Elvindən alaraq satmaq istəmişlər.

23. Cavab deh X5 da iddiaya etirazının dəlilləri digər cavabdehin dəlilləri eyni olmuşdur.

24. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1313/2020 nömrəli, 04.02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Mustafa Mustafayev)

25. Məhkəmə toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, 27.05.2017-ci il tarixli, 2V-514 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə 08.07.1989-cu il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı3 və İddiaçı1 23.05.2017-ci il tarixli, **********3 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evini qəbul etmişlər. İddiaçı3 Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində verdiyi AR-İ 456533 saylı 01.03.2017-ci il tarixli, İddiaçı1 Şəmkir rayon notariat kontorunda verdiyi 25.02.2017-ci il tarixli, 7E–834 saylı reyestrdə qeydə alınmış etibarnamə ilə Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özlərinin bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişlər. Cavabdeh ona verilmiş etibarnamə əsasında 17.03.2017-ci il tarixdə İddiaçı3 adından tam mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Şəmkir şəhəri, Ə.Vahid küçəsi, 18 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X6 bağışlamış və həmin müqavilə əsasında Şəmkir şəhəri, Ə.Vahid küçəsi, 18 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ RX seriyalı, ******* saylı, 11.03.2017-ci il tarixli Çıxarışla qeydə alınm ışdır. Cavabdeh 27.03.2017-ci il tarixli bağışlanma müqaviləsi ilə İddiaçı3 və İddiaçı1 adından 2V-514 reyestr nömrəli, 27.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən 08.07.1989-cu il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evini X6 bağışlamış və həmin evə X5 mülkiyyət hüququ RX seriyalı, ******* saylı, 02.06.2017-ci il tarixli Çıxarışla qeydə alınmışdır. İddiaçı1 ərizəsi əsasında Şəmkir rayon 1 saylı notariat ofisində 25.02.2017-ci il tarixli, 7E–834 saylı reyestrdə qeydə alınmış Cavabdeh verilmiş 20.06.2019-cu il tarixdə xitam verilmişdir. Həmçinin, İddiaçı3 16.12.2019-cu il tarixdə Gəncə “Asan xidmət” mərkəzində notariat ofisin ə ərizə verərək 01.03.2017-ci il tarixdə Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində Cavabdeh verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbi etibarnamələrin, onların əsasında həyata keçirilmiş bağışlama müqavilələrinin və Çıxarışların etibarsız hesab edilməsi ilə bağlı olduğundan, həmin münasibıtlərə tapşırıq, bağışlama və çıxarışın etibarsızlığını tənzimləyən normalar tətbiq edilməlidir.

27. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qeyd edib ki, iddiaçılar etibarnamələrin, bağışlama müqavilələrinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilərək, ləğv edilməsini xahiş etsələr də, iddiaçılar etibarnamələri ləğv etdiriblər.

28. Birinci ins tansiya məhkəməsinə görə iddiaçılar etibarnamələr ləğv edildiyindən etibarnamələrin və bağışlama müqavilələrinin etibarsızlığı tələbinə qiymət verilməlidir.

29. Birinci instansiya məhkəməsi etibarnamələrin və bağışlama müqavilələrinin etibarsızlığı tələbinə münasibətdə isə qeyd edib ki, iddiaçılar Cavabdeh həmin evə müvəqqəti köçürdüklərini və məqsədlərinin ata yurdunu satıb bölmək olduğunu bildirsələr də həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iddiaçıların Cavabdeh etibarnamə verərkən başqa məqsədlə etibarnamə verdikləri və Cavabdeh onları aldatması barədə bildirdikləri iş materialları ilə təsdiqini tapmamışdır.

30. Birinci instansiya məhkəməsi hesab edib ki, iddia tələbi etibarnamənin və həmin etibarnamənin əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddia tələbində etibarsızlığı tələb edilən çıxarışlara gədlikdə isə məhkəmənin mövqeyi belə olub ki, həmin çıxarışlar bağışlama müqaviləsi əsasında verildiyindən və bağışlama müqaviləsinin etibarsızlığı hissəsində iddia tələbi təmin edilmədiyindən həmin hissədə də, iddia tələbi təmin edilməməlidir.

31. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 149.2, 339.2, 339.3, 347.1, 354.1, 666.1, 668.1.2, 670.1, 673.1.3, 777.1, 777.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

32. İddiaçılar İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 və İddiaçı3 Cavabdeh qətnamədən apellyasiya şikayəti verib.

33. Apellyasiya şikayətinin dəlilləri: - maddi və pros essual hüquq normaları pozulub.; - Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi özü barəsində əqd bağlaya bilməz. Lakin birinci instansiya məhkəməsi işin bu halna diqqət yetirməyib. - bağlanmış əqdlər etibarszıdır.

34. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2221/2020 nömrəli, 18.08.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-313/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azər Bayramov (sədrlik edən, məruzəçi), Əlizamin Abdullayev və Fikrət Mehdiyev)

35. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir.

36. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edib ki, Elvin Əhmədov Cavabdeh birinci dərəcəli vərəsəsi olmadığından Cavabdeh həmin əmlakları qardaşı Elvin Əhmədova bağışlaması sonuncunun özü barəsində əqd bağlaması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçlar İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 və İddiaçı3 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

38. Kassasiya şikayətinin dəlilləri: - Cavabdeh həmin əmlakları qardaşı Elvin Əhmədova bağışlamasının onun özü barəsində əqd bağlama kimi qiymətləndirilə bilinməməsi barədə apellyaisya məhkəməsinin gəldiyi nəticə səhvdir Çünki 20.04.2020-ci il tarixdə X12 öz adına olan Şəmkir şəhəri, X19 küçəsi ev 7-də yerləşən evin çıxarışını və razılıq ərizəsini təqdim edərək, Cavabdeh və onun ailə üzvlərini həmin ünvana qeydiyyata aldırmışdır. Bu da göstərir ki, mübahisəli mənzili Cavabdeh öz adına rəsmiləşdirə bilmədiyi üçün öz şəxsi maraqlarına çatmaq üçün etibarnamə əsasında mübahisəli mənzili qardaşına bağışladıqdan sonra özü və ailə üzvləri həmin evə qeydiyyata düşmüşdür, - həmçinin apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən notariusun iştirakı təmin edilməmiş və məhkəmə Şəmkir şəhəri X19 küçəsində yerləşən 7 nömrəli evə dair bağışlanma müqaviləsi bağlanarkən həmin evdə qeydiyyat olan şəxslərin razılığının alınıb-alınmamasını araşdırmamışdır. - qeyd edilən etibanamələr əsasında Cavabdeh ona etibarnamə vermiş şəxslərin, yəni iddiaçıların hansı marağını üstün tutmaqla onların mənafeyinə uyğun hərəkət etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. - etibarnamədə göstərilmiş səlahiyyətlər ümumi olmuş və konkret subyektə münasibətdə yəni, Elvin Əhmədova münasibətdə konkret şərtlərlə əqd bağlanması, bununla bağlı iddiaçıların maraq və mənafelərinin ifadə edilməsi müəyyən edilməyib; - adına etibarnamə verilmiş şəxsin buna olan güvən və etimada zidd şəkildə öz səlahiyyətlərindən istifadə etməsi hüquqdan sui-istifadədir; - məhkəmələr tərəflərin həqiqi iradə ifadəsini müəyyən etməyiblər. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

39. Kassa siya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçlar X4 prosessual hüquq varisi X9 və İddiaçı3 və vəkili X8 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

41. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X1 şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər.

42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh Elvin Əhmədov, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmələrin tətbiq etdiyi hüquq Mülki Məcəl lə Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tə rəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanıl manın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1.2. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlıdır. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1.3. hədiyyə verən hədiyyə alanın bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəm ə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyaisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

46. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi ona istinad ediblər ki, iddiaçılar Cavabdeh həmin evə müvəqqəti köçürdüklərini və məqsədlərinin ata yurdunu satıb bölmək olduğunu bildirsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iddiaçıların Cavabdeh etibarnaməni başqa məqsədlə verdikləri və Cavabdeh onları aldatması barədə bildirdikləri iş materialları ilə təsdiqini tapmamışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iddianı qeyd edilən əsasla rədd etsələr də işdən görünür ki, məhkəmələr bu nəticəyə sübutları MPM-in 88-ci maddəsində müə yyən edilmiş qaydada qiymətləndirlməməklə gəliblər.

48. İddiaçılar Cavabdeh etibarnamələri miras əmlakın sənədləşdirilməsi üçün verdiklərini, əmlakı satmaq fikirlərinin olmamasını, Cavabdeh onların iradəsindən kənar əqdlər bağlamasını göstərmiş, cavabdehlər isə bunu əksini bildirmişlər.

49. Nəzərə alınsa ki, iddiaçıların verdikləri etibarnamələr əsasında Cavabdeh iddiaçılara məxsus əmlakları əvəzsiz əqd əsasında, bağışlama müqavilələri ilə qardaşı, digər cavabdeh E.Əhmədova bağışlayıb, belə olan halda, etibarnamə verən iddiaçıların etibarnamə verərkən həmin əmlaklarla bağlı həqiqi iradə ifadəsinin nəyə yönəlməsinin müəyyən edilməsi mübahisənin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

50. Mühüm hal kimi nəzərə almaq lazımdır ki, etibarnamə verilərkən iddiaçılar (təmsil oluna nlar) Cavabdeh bu etibarnamələrlə özlərinin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh özünün maraqları daxilində deyil, öz maraqlarından hərəkət etmək səlahiyyəti vermişlər. Çünki məhkəmələrin istinad etdiyi istər əqdin təmsilçi vasitəsilə bağlanması, istərsə də tapşırıq müqaviləsi ilə bağlı normaların (Mülki Məcəllənin 359.1, 777.1) məqsədi də ondan ibarətdir ki, bu hərəkətlərdə ilk növbədə təmsil edilənin və tapşırıq verənin maraqları qorunsun. 51. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında da belə bi r hüquqi mövqe əks olunub ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

52. Birinci instansiya məhkəməsi isə iddiaçıların qeyd edilən etibarnamələrlə cavabdehə hansı əqdləri bağlamaq barədə iradə ifadələrinin olmasını müəyyən etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfdən çoxsaylı şahidlər din dirilsə də, birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

53. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

54. Göründüyü kimi, hazırki iddia üzrə işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirilməyib. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hisəssində iddiaçının istinad etdiyi şahid ifadələrini nəyə görə qəbul etməməsini göstərməmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi də etibarnamə verən iddiaçıların etibarnamə verərkən həmin əmlaklarla bağlı onların həqiqi iradə ifadəsinin nəyə yönəlməsini araşdırmamış, eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir.

56. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarını işin hallarına uyğun hesab etmir. Qeyd edilən normalar o halda düzg ün tətbiq edilmiş sayıla bilər ki, etibarnamələrin verilməsində iddiaçıların hansı əqdlərin bağlamasına yönələn iradə ifadələri sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilmiş olsun.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçıların etibarnamə verərkən həmin əmlaklarla bağlı onların həqiqi iradə ifadəsinin nəyə yönəlməsini işdəki sübutların prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi yolu ilə müəyyən etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2221/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar