Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1909/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair 13.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-588/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında Türkiyə Respublikasından uşaq qidaların ın alınıb Azərbaycan Respublikasına gətirilməsi və onun satışı ilə bağlı işgüzar münasibətlər olub. Tərələr arasındakı hazırki mübahisə satılmış uşaq qidalarının dəyərinin Cavabdeh tərəfindən tam və vaxtında ödənilib-ödənilməməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 70.340 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, 2018-ci ildən Türkiyə Respublikasından uşaq qidaları gətirərək satışını həyata keçirib. Uşaq qidalarını Xəzər rayonu, Qala qəsəbəsində yerləşən anbarda saxlayıb. Cavabdehi 2018-ci ildən tanıyır və sonuncu ondan uşaq qida ları alaraq satışını həyata keçirib. Alış fakturalarına görə 30 iyul 2018-ci ildən başlayaraq cavabdehə satış üçün uşaq qidaları verib. Cavabdeh alış fakturaları üzrə ondan müxtəlif növlü uşaq qidaları götürüb və dəyərini ödəyib. Lakin, 2018-ci ilin sonunda cavabdehin ona ödənilməmiş 42.680 manat borcu yaranıb. Daha sonra, cavabdehə ayrıayrı vaxtlarda alış fakturalarına əsasən yenidən uşaq qidaları verib və sonuncu onun etibarını qazandıqdan sonra borcu yaranmağa başlayıb və borcu getdikcə artaraq 112.300 manat olub. Bundan sonra o, cavabdehə məhsul verməyi dayandırıb. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, o, ödəniş etməyib. Sonradan, borcun bir hissəsinin qarşılığı olaraq cavabdeh ona dəyəri 19.500 manat olan “KiaOptima” markalı, ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı a vtomaşına dair etibarnamə və 15.000 manat pul verib. Daha sonra cavabdeh evini təklif edib, lakin, ev Bankda ipotekada olduğu üçün bu mümkün olmayıb. Bundan sonra, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, sonuncu ona hər ay 1.500-2.000 manat pul ödəyəcəyini öhdəsinə götürüb. Lakin, 5-6 ay ötdükdən sonra cavabdeh vədinə əməl etməyib və ödənişləri dayandırıb. Beləliklə, cavabdeh qalan borcu ödəməyib və nəticədə ona 70.340 manat borcu qalıb. Cavabdehin ona borcunun olması alış fakturaları ilə yanaşı, aralarında olan telefon səs yazıları ilə də təsdiq olunur. O, şikayət ərizəsi ilə əvvəl Polisə müraciət edib və polisin 18 yanvar 2022-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanması” rədd edilib və ona məhkəməyə müraciət etməsi tövsiyə olunub. Cavabdeh isə iddiaya etiraz edərək göstərib ki, iddiaçı ilə həqiqətən işgüzar münasibətləri olub. Türkiyə Respublikasından məhsullar ölkəyə onun adına göndərilib. Həmin malların satışından ziyan məbləği yaranıb, həmin ziyanı özünə məxsus olan avtomaşını, əlavə olaraq 15.000 manat pul ödəməklə iddiaçıya olan ziyanı (borcu) ödəyib. Onun iddiaçıya heç bir borcu qalmayıb. İddiaçıya cəmi 35.000 manat borcu olub, evini satdıqdan sonra ona qalan 7.000 manat pulu da ödəyib. Sonradan həmin məbləğ 7.000 manat deyil, 7.500 manat, daha sonra isə 15.000 manat kimi səsləndirilıb. Onun iddiaçıya borcu qalmayıb, sonuncu dəfə onunla təqribən 3 il bundan əvvəl danışıb. O ki, qaldı telefon danışıqlarına, həmin telefon danışıqları borcun ödənilməsindən əvvəlki vaxtlara təsadüf edən səs yazılarıdır. Bu səbəbdən də həmin səs yazıları mötəbər s übut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bekir Sürmeli ifadəsində göstərib ki, 2018-ci ildə Türkiyə Respublikasından cavabdehin adına müxtəlif vaxtlarda uşaq qidaları göndərsə də, həmin malların haqq-hesab məsələlərini iddiaçı ilə danışıb, malın dəyəri də mütamadi olaraq iddiaçı tərəfindən ona göndərilib və haqq-hesabı ancaq iddiaçı ilə aparılıb. Cavabdehin iddiaçıya nə qədər borclu olduğunu bilməsə də, onlar arasında borc məsələsi ilə bağlı gərginlik və narazılığın olduğunu eşidib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X isə izahatında göstərib ki, mal satışından cavabdehin iddiaçıya borcu yaranıb. Cavabdeh yaranmış borcunu ödəmək üçün özünə məxsus avtomaşını iddiaçıya verib və bir neçə ay ərzində müəyyən məbləğdə pul ödənişi edib. Lakin sonradan i mkanı olmadığı üçün cavabdeh borcun qalan məbləğini qaytara bilməyib, hətta borcunu ödəmək üçün evini satışa çıxardıb. Hazırda cavabdehin iddiaçıya 70.000 manat civarında borcu qalıb. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı “ödəmə blankları”, kassa mədaxil-məxaric qəbzləri”, “alış fakturaları” adlanan sənədlər düzgün tərtib edilmədiyindən, kimin kimə nə qədər borcunun olmasını müəyyən etmək mümkün olmadı. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş 2 ədəd yaddaş kartında olan səs yazıları isə iddiaçı ilə cavabdeh arasında olan danışıqları əks etdirir. (səs yazmalardakı səsin cavabdehə məxsus olması təsdiq olunur və mübahisə doğurmur). 1 nömrəli səs yazısı üzrə 0:13 saniyədə cavabdeh iddiaçıya bildirir ki- “maşını satıb borcumu verəcəm, gələn ay da qa lan məbləği verəcəm.” 2 nömrəli səs yazısı üzrə- 0:06 saniyədə - “maşını turboya qoyub satdıracaq”; 3 nömrəli səs yazısı üzrə- 00:38 saniyədə - “sənə borcluyam, boynuma alıram”; 03:00 saniyədə - “gəl vur öldür, yoxumdur”; 03:15 saniyədə- “35.000 manata qədər 1 il ərzində ödəniş edib, ortaq məxrəcə gələcəyik, 20.000 manat dəyərində maşın və 15.000 manat pul verib; 4:06 saniyədə- “borcluyam, danmıram. Maşın var idi verdim”; 8:10 saniyədə“11.000 kredit verirəm, az qala özümü öldürüm.”; 10:50 saniyədə- “sənə pul verəcəyəm”; 11:49 saniyədə- “qaçmıram səndən”; 14:20 saniyədə - “evimi verirəm”; 14:40 saniyədə“mənim sənin pulunu verməmək fikrim yoxdur”; 16:45 saniyədə- “borclu borclunun sağlığını istəyər, evim var, verirəm sənə”; 18:54 saniyədə- “qaldı orda 70.000 manat, satım evi 70.000 manata, v erim sənə, bilim ki, rahatam; 21:30 saniyədə- “gəl evimi verim sənə”; 23:29 saniyədə - “aybaay sənə pul verəcəm”. 6 nömrəli səs yazısı üzrə- 0:35 saniyədə- “regionlara çıxmışam, düzəldib verəcəm”; 2:28 saniyədə- “sabah qayıdım, düzəldib verəcəyəm imkan daxilində”; 3:54 saniyədə“düzəldib verəcəm”; 5:25 saniyədə - “ödəniş etmək istəyirəm, borclu qalmaq istəmirəm. Gətirib verəcəm əlimə düşdükcə”; 6:17 saniyədə - “səbirli ol, gəlib verəcəyəm sənə pul”. 7 nömrəli səs yazısı üzrə- 13:06 saniyədə- “sənə 15.000 manat və 20.000 manat dəyərində maşın vermişəm”; 25:50 saniyədə- “mənə 65.000 manat ver, krediti bağlayım, evimi verim sənə, borcumdan 35.000 manatı çıx”. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 2-ci flaşkartda 1 ədəd səs yazısının 13:36 dəqiqədən ibarət səs yazısında- 1:14 saniyədə cavabdeh iddiaçıya bildirmişdir ki, “70.000 manat məndədir, ayda 5.000 manat verə bilirəm, evimi də satıb verəcəyəm”; 6:41 saniyədə - “evi də satıb sənə 30.000 manat pul verəcəyəm, 5.000 manat da verəcəm”. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında “ƏN-Vİİ № 273720 saylı etibarnaməyə əsasən, cavabdeh 18 may 2020-ci il tarixdə “KiaOptima” markalı, ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını iddiaçıya sərəncam vermək səlahiyyəti ilə etibar edib. İş materillarında olan 18 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən, iddiaçının şikayəti əsasında Bakı şəhəri, Xəzər rayon Poils İdarəsi tərəfindən araşdırma aparılıb və yekunda cinayət işinin başlanması rədd edilməklə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(008)3899/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilərək, cavabdehdən 70.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında müəyyən işgüzar münasibətlər yaranıb, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən, öz adına mal gətirdə bilməyib, tanışı və yerlisi olan cavabdeh ƏDV ödəyicisi olduğu üçün malları Türkiyə Respublikasından Azərbaycan Respublikasına onun adına gətirib. Türkiyə Respubilkasından malları Azərbaycan Ruspublikasına göndərən X ilə bütün hesablaşmaları iddiaçı özü aparıb və onun Türkiyə Respublikasına heç bir zaman ba ğlanmamış borcu qalmayıb. İddiaçı malların Bakı şəhərində satış yerlərini müəyyən edib və cavabdeh həmin malları satış nöqtələrində yerləşdirib və əldə olunmuş qazancı bölüblər. Lakin, sonradan tərəflər arasında borcla bağlı mübahisə yaranıb. Bu faktlar işin mübahisə olunmayan hallarıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazmalarda cavabdeh iddiaçıya borclu olduğunu, ona avtomaşın və 15.000 manat pul verdiyini, 1 il ərzində cəmi 35.000 manat pul ödədiyini və qalan 70.000 manat pulu isə evini satıb verəcəyini bildirib. Cavabdeh məhkəmə iclasında səs yazılarının avtomobili və pul vəsaitini iddiaçıya verməmişdən əvvəlki vaxta aid olduğunu bildirsə də, mülki iş materialları ilə həmin səs yazılarının avtomobilin və pul vəsaitinin iddiaçıya təhvil verildikdən sonr akı vaxtlara aid oluduğu müəyyən edilir. Belə ki, sözügedən avtomobil etibarnamə ilə iddiaçıya 18 may 2020-ci il tarixdə verilib. Bu tarixdən sonrakı vaxtlarda olan danışıqlarda isə cavabdeh avtomobil və 15.000 manat pul vəsaitindən əlavə, evini də satıb borcunun qalan 70.000 manat hissəsini də ödəyəcəyini bildirib. İddiaçı da cavabdehin 70.000 manat borcunu etiraf etməsi ilə bağlı məhkəməyə təqdim etdiyi səs yazılarının 2020-ci ilin sentyabr-noyabr aylarına aid olduğunu bildirir. Cavabdeh, sonuncu dəfə iddiaçı ilə təxminən 3 il bundan əvvəl danışdığını qeyd etsə də, borclu olduğunu bildirdiyi sözügedən səs yazılarından sonra 70.000 manat pulu iddiaçıya qaytardığına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməyib. Odur ki, məhkəmə yaddaş kartında olan məlumatları sübut növü kimi qəbul e dir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh, məhkəmə iclasında ziddiyətli və bir-birilə uzlaşmayan məlumatlar verib. Belə ki, 14 iyun 2022-ci il və 06 iyul 2022-ci il tarixli məhkəmə iclaslarında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 izahatında cavabdehin iddiaçıya heç bir borcunun olmadığını, “KiaOptima” markalı, ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını isə iddiaçıya borcun qarşılığı olaraq vermədiyini, iddiaçı ilə bir yerdə iş gördükləri üçün avtomaşını ona malların paylanmasına görə verdiyini bildirib. İşdə olan 18 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmiş izahatında isə cavabdeh göstərmişdir ki, onun iddiaçıya borcu yoxdur, “KiaOptima” markalı avtomaşını iddiaçıya yalnız məhsulların paylanması və işbirlik ləri olduğu üçün verib. Lakin, 28 iyul 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh fərqli izahat verərək iddiaçıya münasibətdə ziyan məbləğinin yarandığını, avtomaşını malların paylanması üçün yox, məhz ziyanın qarşılığı olaraq iddiaçıya verdiyini və ona başqa borcunun qalmadığını bildirib. Elə həmin tarixli məhkəmə iclasında iddiaçıya borcunun olmadığını israrla söyləyən cavabdeh avtomaşını və 15.000 manat pul vəsaitini verdikdən sonra evin satışından da iddiaçıya 6.000- 7.000 manat pul verdiyini bildirib. 10 avqust 2022-ci il tarixli məhkəmə iclasında isə cavabdeh evin satışından 7.500 manat pulu iddiaçıya verdiyini, digər izahatında isə evin satışından iddiaçıya 15.000 manat pul verdiyini bildirib. Göründüyü kimi, cavabdehin verdiyi izahatlar səmimi, inandırıcı deyil və o, bu ziddiy yətli izahatları ilə əslində iddiaçıya ödənilməmiş borcunun qaldığını inkar etməyib, əksini isə məhkəmə iclasında sübuta yetirə bilməyib. Bundan əlavə, cavabdeh məhkəmə iclasında telefon danışıqları zamanı qeydə alınmış səs yazılarında nəyə görə iddiaçıya borclu olduğunu və həmin borcu qaytaracağını deməsinin səbəblərini izah edə bilməyib. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə istinad edərək birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə telefon danışıqları zamanı borcunun olmasını etiraf etməklə onu ödəyəcəyini vəd edib möhlət istəyib və bununla da iddiaçıya borcunun qaldığını etiraf edib. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı iddia tələbində 70.340 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, cavabdehin ona 340 manat borcunun olmasına d air mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia 70.000 manat borcun tutulması hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 119.1ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına və “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarına istinad etməklə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, hazırda iddiaçı cavabdehdən 70.340 manat borc tələb edir. Hansı ki, tələb edilən bu borc hələ ilk əvvəllər guya 100.000 manatdan artıq olub, bu borcun guya bir qismi ödənildikdən sonra qalıq məbləğ 70.340 manat təşkil edib. Amma yenə də iddiaçı bu borcun yaranma mənbəyi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Han sı ki, bu borc pul müəyyən iş və ya xidmətin görülməsi üçün verilmişdirsə, nə əcəb bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə bağlanmayıb?. Yox əgər iddiaçının iddia etdiyi borc malların satışından əldə edilmişdirsə, malın cavabdehə verilməsi ilə bağlı heç bir qaimə-faktura mövcud deyil. İddiaçının məhkəməyə təqdim etdiyi qaimə fakturalar isə keçərsiz olduğundan məhkəmə belə onlara qərar qəbul edərkən istinad etməyə lüzum görməyib. Digər tərəfdən, məhkəmədə şahid qismində dindirilmiş Bekir Sürməli malı Türkiyə Respublikasından rəsmi olaraq cavabdehin adına göndərdiyini, rəsmi sənədləşmənin onunla apardığını və işbirliyi çərçivəsində cavabdehin şəxsən və eyni zamanda satılmış mala münasibətdə ona heç bir borcu qalmadığını bildirib. Belə olan təqdirdə iddiaçının iddia etdi yi borc necə və haradan yaranıb və iddia tələbi nə dərəcədə əsaslı sayıla bilər?. Məhkəmə işə baxarkən qeyd edilən xüsusatları araşdırmayıb, borcun yaranma mənbəyi və ilkin məbləğinə dair heç bir münasibət bildirməyib. Bundan başqa, iddiaçının tələb etdiyi borc məbləği yetərli qədər ciddi məbləğ olsa da, qanunvericiliyin tələbinə uyğun borcun rəsmiləşdirilməsinə dair müqavilə və ya hər hansı rəsmi sənədi məhkəməyə təqdim edilməyib. Hansı ki, qanunvericiliyə uyğun olaraq 3.000 manatdan artıq olan borc müqaviləsi üçün müqavilənin bağlanması mütləqdir. Bu zaman hər hansı bir sübuta istinad olunması qanunvericiliyə ziddir. Məhkəmə tərəfindən isə bu xüsusatlar nəzərə alınmayıb, qərəzli olaraq qeyri obyektiv bir qərar qəbul edilib. Bundan əlavə, hazırkı iş üzrə işə baxan məhkəmə sübut qismində təqdim edilmiş səs yazılarını lazımi qaydada tədqiq etməyib, həmin səs yazılarının məzmunu ilə lazımi qaydada tanış olmayaraq əsasız bir qərar qəbul edib. Hansı ki, həmin səs yazılarının heç birində cavabdeh iddiaçıya borcunun olduğunu bildirməyib və onu dəfələrlə lazımi hesablaşma aparmağa dəvət edib. Sonuncu səs yazısında guya cavabdehin borcu etiraf etməsi ilə bağlı məhkəmənin mövqeyi də yanlışdır. Qeyd etdiyi kimi məhkəmə həmin səs yazılarının tədqiq edilməsində maraqlı olmayıb və onları dinləməyib. Hansı ki, sonuncu səs yazısında pulun iddiaçıya deyil, hansısa üçüncü şəxsə çatmalı olması anlaşılır. Belə olan halda isə əgər cavabdehin üçüncü şəxsə borclu olduğu müəyyən edilirsə, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv olaraq hüququ olmadığı məlum olur. Belə olan təqdirdə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı sayıla bilməz, çünki istinad edilmiş sübutun özü mötəbər deyil və şübhəlidir. Məhkəmənin qəbul etmiş olduğu qətnaməsində göstərilir ki, cavabdeh borcunun olmaması ilə bağlı etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməyib, telefon danışıqlarında nəyə görə iddiaçıya borclu olmasını, borcu qaytaracağını deməsinin səbəblərini izah edə bilməyib. Məhkəmə qətnaməsinin məzmunundan artıq işə baxan hakimin mövqeyi bəlli olur. Hansı ki, iddia tələbini sübut etmək yükü qanunvericiliyə əsasən iddiaçının vəzifəsidir. Cavabdehlə arasında hər hansı borc münasibətinin mövcud olması məhkəmə icraatı zamanı, eyni zamanda iddiaçının təqdim etdiyi əhəmiyyətsiz sübutlarla öz təsdiqini tapmır. Tərəflər arasında hansı borc münasibətinin olma sı və yaranmış borcun ilk məbləği məhkəmə tərəfindən araşdırılmayıb. Məhkəmə cavabdehin özünə məxsus avtomobili iddiaçıya verməsini borcun ödənilməsi kimi qeyd etsə də, əslində avtomobil tərəflərin işbirliyi dövründə yaranmış ümumi zərərin qarşılıqlı ödənilməsi məqsədilə edildiyini dəfələrlə məhkəmənin diqqətinə çatdırıb, lakin məhkəmə cavabdehin bildirdiyi xüsusatları ciddiyə almayıb. Qeyd etdiyi kimi, cavabdehin özünə məxsus avtomobili iddiaçıya verməsi borcun ödənilməsi kimi qətnamədə qeyd edilsə də, avtomobilin nə üçün və hansı məqsədlə verilməsi məsələsi məhkəmə tərəfindən əsaslandırılmayıb və buna qiymət verilməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-588/2023 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, E.C.Kazımo v və G.T.Axundova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(008)-3899/2022 saylı qətnaməsi “70.000 manat borc pul və ödənilmiş 300,50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilib və həmin hissədə iddia rədd edilib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəmədə şahid qismində dindirilmiş Bekir Sürmelinin ifadəsindən görünür ki, o, həm iddiaçını, həm də cavabdehi tanıyır, 2018-dən Türkiyə Respublikasından cavabdehin adına müxtəlif vaxtlarda uşaq qidaları göndərib, rəsmi sənədlərdə iddiaçının adı keçməsə də, bütün haqq-hesab məsələləri iddiaçı ilə həll edilib. Əsasən iş birliyi iddiaçı ilə olub, cavabdehi 2011-2012-ci illərdən tanıyıb, uşaq qidaları ilə ba ğlı iş birlikləri 2018-ci ildən başlayıb və 2020-ci ildə pandemiya ilə əlaqədar dayandırılıb. Hal-hazırda iddiaçı ilə heç bir ticarət əlaqəsi yoxdur. Cavabdehin ona heç vaxt borcu olmayıb, hazırda da yoxdur, hər iki tərəf ilə münasibəti yaxşıdır, tərəflər arasında borc ilə əlaqədar gərginliyin olması barədə xəbəri vardır, lakin borcun məbləği barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X isə ifadəsində göstərib ki, o, həm iddiaçını, həm də cavabdehi tanıyır, mal satışından cavabdehin iddiaçıya borcu yaranıb. Cavabdeh yaranmış borcunu ödəmək üçün iddiaçıya özünə məxsus avtomobili verib və bir neçə ay ərzində müəyyən məbləğdə pul ödənişi edib, lakin sonradan imkanı olmadığı üçün borcun qalan məbləğini qaytara bilməyib, hətta borcunu ödəmək üçün evini də satışa çıxarıb. Hazırda isə cavabdehin iddiaçıya 70.000 manat civarında borcu qalmaqdadır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti işin və mübahisənin faktiki hallarına uyğun olmayıb və nəticədə məhkəmə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutlara düzgün hüquqi qiymət verməyib. Hazırki iş üzrə iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürərək bildirir ki, o, 2018-ci ildən Türkiyə Respublikasından uşaq qidaları gətirərək satışını həyata keçirib, cavabdeh də ondan uşaq qidalarını alaraq satışı ilə məşğul olub və sonuncu satdığı malların dəyərinin bir hissəsini ödəsə də, qalan hissəsini ödəməyib. Cavabdeh isə iddianı əsassız sayır, uşaq qidalarının ölkəyə özünün gətirdiyini, məhz onun adına göndərildiyini bildirir, iddiaç ı ilə qohumluq və tanışlıq münasibətlərinin olduğu üçün gətirdiyi uşaq qidalarından iddiaçının xahişinə əsasən ona satmaq üçün verdiyini bildirir. Həmçinin, bildirir ki, müəyyən müddətdə iddiaçı tərəfindən qeyd olunan malların satışı ilə bağlı problemlər və ziyan yaranıb. O, da öz növbəsində həmin ziyanın birlikdə qarşılayacaqlarını iddiaçıya bildirib və bununla bağlı iddiaçıya müəyyən məbləğdə pul və avtomaşın verib. Hazırda iddiaçı qarşısında borcunun və hər hansı bir öhdəliyinin olmadığını bildirir və qeyd edir ki, məhkəməyə təqdim olunmuş səs yazılarında məhz iddiaçıya hər-hansı borcunun olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, iddia üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, iddia ərizəsində göstər diyi malların cavabdehə təhvil verdiyini, cavabdehin isə həmin malları sataraq pulunu ona ödəmədiyini sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki iş materialları ilə iddiaçının fərdi sahibkar kimi qeydiyyatdan keçməsi, vergi ödəyicisi olduğu və qanunvericikdə müəyyən olunan qaydada ölkəyə müəyyən malların idxal edilməsi ilə məşğul olduğu müəyyən olunmur. Əksinə, işin halları ilə yuxarıda qeyd olunan malların (uşaq gidalarının) satışı ilə məhz cavabdehin məşğul olduğu və malların onun adına göndərildiyi müəyyən olunur. Bundan başqa, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı “ödəmə blankları”, “kassa mədaxil qəbzləri”, “alış fakturaları” adlanan sənədlər düzgün tərtib edilmədiyi üçün kimin kimə və nə qədər borcu olmasını müəyyən etmək mümkün deyil. Bununla bağlı Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, şəxslərin qanunvericikdə müəyyən olunan qaydada fərdi sahibkar kimi qeydiyyatdan keçməməsi, vergi ödəyicisi kimi qeydə alınmaması, müvafiq vergiləri ödəməməsi və fəaliyyətlərinin rəsmiyyətdən kənar aparılması halında gələcəkdə yaranan mübahisə və risklərin qabağında aciz vəziyyətdə qalmaları ilə nəticələnə bilir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, cavabdehə məxsus avtomobilin borcun əvəzi olaraq və ya malları paylamaq üçün iddiaçıya verilməsi ilə bağlı cavabdeh tərəfindən fərqli mövqelər bildirilməsi iddiasının əsaslılığına dəlalət etmir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi və mülki iş materiallarında olan 2 ədəd yaddaş kartında olan səs yazıları məhkəmə iclaslarında tədqiq edilmişdir. Həmin danışıqlar tərəflər arasında olan danışıqları əks etdirir. Həmin səs yazılarında cavabdehin iddiaçıya “sənə pul verəcəm... ödəyəcəm....” kimi səsləri və fikirləri səslənsə də, həmin səs yazılarından iddiaçının cavabdehə pul vermədiyi və cavabdehin məhz digər şəxsə pul məbləği verməli olması həm iddiaçının, həm də cavabdehin səs yazılarından (bir-birinə söylədiklərindən) açıq-aydın müəyyən olunur. İkinci yaddaş kartında olan səs yazısının 08:18 dəqiqəsində cavabdeh bildirmişdir ki “...sən mənə pul verməmisən?..sən də mənə pul verməmisən...”, cavabında isə iddiaçı bildirmişdir ki, “...yaxşı da, başa düşdük...”. Daha sonra 08:39 dəqiqədə iddiaçı bildirmişdir ki, “...pul verilməlidir. Biz bu pulu ya qazanıb verməliyik, ya da ki, n əsə eləyib, evimizi, maşınımızı satıb camaatın pulun verməliyik...mən də satıram evi....”. Səs yazılarından göründüyü kimi cavabdeh, iddiaçıdan pul almadığını bildirir, iddiaçı isə buna etiraz etmir və sonuncu məlum olmayan üçüncü bir şəxsə borcun verilməli olduğundan danışır. Digər tərəfdən, pulun kimə verilməli olması, hər-hansı bir tələbin güzəşti, öhdəliyin ötürülməsi və ya əsassız varlanma halı da mülki iş materiallarından müəyyən olunmur. Məhkəmə kollegiyası bildirmişdir ki, qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir, işin halları və iddiaçının dəlilləri məntiqi ardıcıllıqla bir-birini tamamlamır, bu ziddiyyətlər isə eyni zamanda iddianın əsaslılığı ilə bağlı halların düzgünlüyünə inam yarada bilmir. Apellyas iya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 740.2, 1091.1 və 1091.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 106.3-cü maddələrinə, həmçinin sübutetmə yükü ilə bağlı qanunvericiliyin normalarına istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-588/2023 saylı qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini iddia tələbinin dəlillərinə uyğun əsaslandırıb və əlavə olaraq qeyd edib ki, cavabdeh apellyasiya şikayətində izahatlarının təhrif olunmuş şəkildə yazıldığını bildirsə də, məhkəmə iclas protokollarına dair hər hansı qeyd verməyib. Bundan başqa, cavabdeh barəsində polisə şikayət edildiyi zaman o, avtomaşını borc qarşılığında deyil, mal paylamaq üçün ona verdiyini, lakin məhkəmə iclasında avtomaşını borcun qarşılığında ona verdiyini bildirib. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin səmimi olmayan izahatlarına lazımi qiymət verilməyib. Əgər, məhkəmənin qətnamədə göstərdiyi kimi malı o yox, cavabdeh ölkəyə gətirmişdirsə, niyə görə aralarında olan danışıqlarda borc qarşılığında ona bir ildə 15.000 manat pul və avtomaşın verdiyini bildirib. Məhkəmə bu xüsusatları niyə görə nəzər ə almayıb?. Cavabdehin dəfələrlə ona borcunun olmasını etiraf etməsi nədənsə məhkəmə tərəfindən qəbul edilməyib. Onun vergi ödəyicisi kimi qeydiyyatdan keçməməsi isə onun pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsi hüququnu həyata keçirməyinə mane ola bilməz. Məhkəmə qətnaməsində şahidlər X və x ifadələrinə əsaslansa da, onun ölkəyə müəyyən malların idxal edilməsi ilə məşğul olduğunun müəyyən olunmaması, malların satışı ilə cavabdehin məşğul olduğu və onun adına göndərildiyi qənaətinə gəlib. Daha sonra, məhkəmə cavabdehin izahatlarına əsaslanmaqla qeyd edib ki, iddia olunan pul ona yox, üçüncü şəxsə çatmalıdır. Əgər belədirsə, bəs niyə görə cavabdeh danışıqlarda “sənə borcluyam, evimi sənə verirəm və sair”bu qəbildən olan sözlər işlədib?. Kassasiya şikayətinə qarşı etirazın dəlill əri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüq uqu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə hə yata keçirməlidir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində iddiaçı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv ara şdırmayıb. Belə ki, hazırda iddiaçı, 30 iyul 2018-ci il tarixdən başlayaraq alış fakturalarına əsasən cavabdehə satmaq üçün uşaq qidaları verdiyini, 2018-ci ilin sonunda cavabdehin ona 42.680 manat ödənilməmiş borcunun yarandığını, 02 aprel 2019-cu ildən başlayaraq 06 dekabr 2019-cu il tarixədək ayrı-ayrı vaxtlarda cavabdehə verdiyi uşaq qidalarına görə borcun artaraq 112.300 manat olduğunu, həmin borcun qarşılığında sonradan cavabdehin ona 19.500 manat dəyərində “Kia Optima” markalı avtomobil, 15.000 manat nəğd pul ödədiyini, habelə özünə məxsus olan evi satmağı təklif etdiyini, lakin ev ipotekada olduğu üçün satılmadığını və aralarında olan razılaşmaya görə cavabdehin ona hər ay 1.5002.000 manat ödəməyi öhdəsinə götürdüyünü və 5-6 ay ödəmə etdikdən sonra cavabdehin öz vədinə əməl etmədiy ini və ödənişi dayandırdığını göstərib, cavabdehdən 70.340 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə iddiaçı ilə aralarında iş birliyi olduğunu, uşaq qidalarını Azərbaycan Respublikasına onun özünün gətirdiyini, “Kia Optima” markalı avtomobili iddiaçıya yalnız məhsulları paylamaq və iş birliyinə görə verdiyini, malların xarab olmasına görə iddiaçının da maddi ziyana düşdüyünü, özünə məxsus olan avtomaşını, habelə 15.000 manat nəğd pulu verməklə iddiaçıya olan borcunu ödədiyini, sonuncuya 70.000 manat deyil, 35.000 manat borcunun olduğunu, sonradan əlavə olaraq evi də 70.000 manata sataraq iddiaçıya olan 7.500 manat qalıq borcunu ödədiyini, səs yazılarının borcun ödənilməsinədək yazıldığını, ziyanın məbləğini isə iddiaçının hədə-qorxu təsiri altında ödədiyini və sair gös tərib iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında hansı mülki hüquqi münasibətlərin əmələ gəldiyini dəqiqləşdirməyib. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə bir tərəfdən tərəflər arasında iş birliyi olmaqla onların uşaq qidalarının alqı-satqısı ilə məşğul olduqlarını qeyd etdiyi halda, digər tərəfdən cavabdehlə məlum olmayan üçüncü şəxs arasında borc hüquqi münasibətlərin olduğunu qeyd etməklə ziddiyyətli nəticəyə gəlib. Halbuki, tərəflərin özlərinin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bekir Sürmeli və Yaşar Tağıyevin izahatları, o cümlədən işə əlavə edilmiş çoxsaylı “ödəmə blankları”, “kassa məxaric-mədaxil orderləri” və “alış fakturalırı”nın surətləri ilə müəyyən olunur ki, hazırki mülki mübahisə əslində cavabdehlə hansısa üçüncü şəxs arasında borc hüquqi münasibətlərindən deyil, məhz iddiaçı ilə cavabdeh arasında uşaq qida məhsullarının ölkəyə gətirilməsi və onların satışı ilə bağlı yaranıb. Həmin uşaq qida məhsulları ölkəyə cavabdehin adına göndərilsə də, malların haqq-hesab sənədləri, onların dəyərinin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilib. Cavabdeh özü də izahatında, iddiaya etirazında, apellyasiya şikayətində iddiaçı ilə aralarında məhz işgüzar münasibətlərin əmələ gəldiyini, aldığı malların sonradan xarab olduğunu, nəticədə malların satışından sözügedən ziyanın məbləğinin yarandığını və həmin ziyanın məbləğini ödəmək üçün əvvəl özünə məxsus olan avtomobili verdiyini, 15.000 manat nəğd pul ödədiyini, sonradan isə evini sataraq əlavə olaraq 7.500 manat ödəməklə iddiaçıya ol an borcunu ödədiyini etiraf edib. İşin bu halları məhkəmə iclasında şahid qisində dindirilmiş Bekir Sürmeli, Yaşar Tağıyevin izahatları, habelə cavabdehin nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında hansısa üçüncü şəxsə borcunun olduğunu deyil, aldığı malların sonradan xarab olmasına görə iddiaçıya müvafiq ödəmələr etdiyini etiraf etməsi ilə də təsdiq olunur. Göründüyü kimi, işin bütün müvafiq halları, o cümlədən tərəflərin hazırki mülki mübahisəyə qədərki telefon danışıqları, səs yazıları, habelə onların qarşılıqlı münasibətlərində uzun müddət yaranmış işgüzar münasibətlər, onların sonrakı hərəkətləri onu deməyə əsas verir ki, hazırki mülki mübahisə əslində hansısa üçüncü şəxslə cavabdeh arasında borc hüquqi münasibətlərdən deyil, sonuncu ilə məhz iddiaçı ar asında nisyə satın alınmış uşaq qida məhsullarının dəyərinin tam ödənilib-ödənilməməsi ilə bağlı yaranıb. Mülki Məcəllənin 600-cü maddəsinə əsasən, tərəflər alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsini nəzərdə tuta bilərlər ki, buna əşyanın nisyə satışı deyilir. Əşyaların qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi isə alıcının üzərinə düşür. Buna görə də əşyanın qabaqcadan ödənilməsini nəzərdə tutan müqavilənin ödənilmiş əşyanın verilməsi ilə bağlı pozuntulara görə satıcı üçün yaranmış əlverişsiz hüquqi nəticələr, əşyanın nisyə satılması haq qında müqavilənin ödənişsiz qəbul edilmiş əşyanın ödənilməsi ilə bağlı pozuntulara görə yaranan eyni əlverişsiz hüquqi nəticələr alıcının üzərinə düşür. Belə ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə, satıcı öz seçimi ilə verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş əşyanın qaytarılmasını tələb edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdehin uşaq qida məhsullarını nisyə satın alması və sonradan onların xarab olması mülki iş materilları, o cümlədən cavabdehin özünün izahatı ilə istisna edilmədiyindən, nisyə satın aldığı qida məhsullarının dəyərini tam məğbləğdə ödəməsini sübut etmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə d üşür. Həmçinin, iddiaçı da iddia ərizəsində göstərdiyi malları cavabdehə təhvil verdiyini sübut etməlidir. Hazırda iddiaçı, nisyə satılmış uşaq qida məhsullarının dəyərinin tam ödənilmədiyini və cavabdehin ona 70.340 manat qalıq borcunun qaldığını iddia edir və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə çoxsaylı “ödəmə balankları”nın, “kassa məxaric-mədaxil orderləri”nin, “alış fakturalırı”nın surətlərini, həmçinin cavabdehə aid səs yazılarını təqdim edib. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin bəyənib, imzaladıqları sözügedən mühasibat sənədlərinin, yəni “ödəmə blankları”nın, “kassa məxaric-mədaxil orderləri”nin, “alış fakturalırı”nın həqiqilyini yoxlamadan, bunun üçün orada olan rəqəmlərin mötəbərliliyini iş üzrə müvafiq ekspertizalar keçirib əsasland ırılmış rəylər almadan, həmin malların təhvil verilməsi və alınmasına dair mühasibat sənədlərinin hansısa üçüncü şəxs tərəfindən deyil, bilavasitə iddiaçı və cavabdeh tərəfindən imzalandığını nəzərə almadan, cavabdehin iddiaçıya deyil, hansısa üçüncü şəxsə borcunun olduğuna dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdeh özü də izahatında malları alıb mağazaya verdiyini, müəyyən müddət keçdikdən sonra isə malların orada xarab olduğunu, nəticədə 35.000 manat ziyan məbləğinin yarandığını, həmin məbləği də özünə məxsus olan avtomobili və 15.000 manat nəğd pulu hansısa üçüncü şəxsə deyil, məhz iddiaçıya tam məbləğdə ödəməklə qaytardığını etiraf edib, səs yazılarında isə ümumiyyətlə sözügedən üçüncü şəxsi tanımadığını, malların dəyərinin ödənilməməsinə görə məhz iddiaçıya borcun un yarandığını göstərib. Göründüyü kimi, tərəflər arasında əslində nisyə satılmış uşaq qida məhsullarının cəmi dəyəri və dəyərinin tam məbləğdə ödənilib-ödənilməməsi ilə bağlı fikir ayrılığı, mübahisə yaranıb və beləliklə də iddiaçı cavabdehin ödənilməmiş 70.340 manat borcunun qaldığını iddia edir, cavabdeh isə ziyanın məbləğinin cəmi 35.000 manat olduğunu, onu da iddiaçıya tam məbləğdə ödədiyini göstərib iddiaya etiraz edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddianı təmin olunan hissədə rədd edərkən, gəldiyi nəticəni işə əlavə edilmiş 2 ədəd yaddaş kartında olan tərəflərə aid səs yazılarına istinad etməklə əsaslandırıb. Həmin səs yazılarında aşağıdakıları eşitmək mümkündür: 1 nömrəli səs yazısı üzrə 0:13 saniyədə cavabdeh iddiaçıya bildirir ki- “maşını satıb borcumu verə cəm, gələn ay da qalan məbləği verəcəm.” 2 nömrəli səs yazısı üzrə- 0:06 saniyədə - “maşını turboya qoyub satdıracaq”; 3 nömrəli səs yazısı üzrə- 00:38 saniyədə - “sənə borcluyam, boynuma alıram”; 03:00 saniyədə - “gəl vur öldür, yoxumdur”; 03:15 saniyədə- “35.000 manata qədər 1 il ərzində ödəniş edib, ortaq məxrəcə gələcəyik, 20.000 manat dəyərində maşın və 15.000 manat pul verib; 4:06 saniyədə- “borcluyam, danmıram. Maşın var idi verdim”; 8:10 saniyədə- “11.000 kredit verirəm, az qala özümü öldürüm.”; 10:50 saniyədə- “sənə pul verəcəyəm”; 11:49 saniyədə- “qaçmıram səndən”; 14:20 saniyədə - “evimi verirəm”; 14:40 saniyədə- “mənim sənin pulunu verməmək fikrim yoxdur”; 16:45 saniyədə- “borclu borclunun sağlığını istəyər, evim var, verirəm sənə”; 18:54 saniyədə- “qaldı orda 70.000 manat, sat ım evi 70.000 manata, verim sənə, bilim ki, rahatam; 21:30 saniyədə- “gəl evimi verim sənə”; 23:29 saniyədə - “aybaay sənə pul verəcəm”. 6 nömrəli səs yazısı üzrə- 0:35 saniyədə- “regionlara çıxmışam, düzəldib verəcəm”; 2:28 saniyədə- “sabah qayıdım, düzəldib verəcəyəm imkan daxilində”; 3:54 saniyədə- “düzəldib verəcəm”; 5:25 saniyədə “ödəniş etmək istəyirəm, borclu qalmaq istəmirəm. Gətirib verəcəm əlimə düşdükcə”; 6:17 saniyədə - “səbirli ol, gəlib verəcəyəm sənə pul”. 7 nömrəli səs yazısı üzrə- 13:06 saniyədə- “sənə 15.000 manat və 20.000 manat dəyərində maşın vermişəm”; 25:50 saniyədə- “mənə 65.000 manat ver, krediti bağlayım, evimi verim sənə, borcumdan 35.000 manatı çıx”. 2-ci flaşkartda 1 ədəd səs yazısının 13:36 dəqiqədən ibarət səs yazısında1:14 saniyədə cavabdeh iddiaçıya bildirm işdir ki,; “70.000 manat məndədir, ayda 5.000 manat verə bilirəm, evimi də satıb verəcəyəm”; 6:41 saniyədə - “evi də satıb sənə 30.000 manat pul verəcəyəm, 5.000 manat da verəcəm” və sair. Həmçinin həmin səs yazılarında cavabdehin iddiaçıya “sənə pul verəcəm... ödəyəcəm....” kimi fikirləri səslənsə də, həmin səs yazılarından iddiaçının cavabdehə pul vermədiyi və cavabdehin məhz digər şəxsə pul məbləği verməli olması həm iddiaçının, həm də cavabdehin səs yazılarından (bir-birinə söylədiklərindən) açıq-aydın müəyyən olunur. İkinci yaddaş kartında olan səs yazısının 08:18 dəqiqəsində isə cavabdeh bildirmişdir ki “...sən mənə pul verməmisən?..sən də mənə pul verməmisən...”, cavabında isə iddiaçı bildirmişdir ki, “...yaxşı da, başa düşdük...”. Daha sonra 08:39 dəqiqədə iddiaçı bildirmişdir ki, “...pul verilməlidir. Biz bu pulu ya qazanıb verməliyik, ya da ki, nəsə eləyib, evimizi, maşınımızı satıb camaatın pulun verməliyik...mən də satıram evi....” və sair. Apellyasiya instansiyası məhkəməsi, tərəflərə aid sözügedən səs yazıları arasındakı, habelə həmin səs yazıları ilə tərəflərin izahatları və işə əlavə edilmiş çoxsaylı mühasibat sənədləri arasındakı ziddiyyətlərə (məsələn, cavabdeh səs yazısında əvvəl iddiaçıya, sonra isə X adlı şəxsə borcunun olduğunu etiraf edir, izahatın da isə ümumiyyətlə X adlı şəxsin adını çəkmir və sair) aydınlıq gətirmədən, səs yazılarında adı hallanın x adlı şəxsin şəxsiyyətini müəyyən edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə kifayətlənərək, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilmədiyinə dair işin halları barədə səhv nəticəyə gəlib. Daha sonra cavabdeh, məhkəmə iclaslarında ziddiyətli, biri-birilə uzlaşmayan məlumatlar da verib. Belə ki, 14 iyun 2022-ci il və 06 iyul 2022-ci il tarixli məhkəmə iclaslarında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 izahatında cavabdehin iddiaçıya heç bir borcunun olmadığını, “KiaOptima” markalı, ** SZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını isə iddiaçıya borcun qarşılığı olaraq vermədiyini, iddiaçı ilə bir yerdə iş gördükləri üçün avtomaşını ona malların paylanmasına görə verdiyini bildirib. İşdə olan 18 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmiş izahatında isə cavabdeh göstərmişdir ki, onun iddiaçıya borcu yoxdur, “KiaOptima” markalı avtomaşını iddiaçıya yalnız məhsulların paylanması və işbirlikləri olduğu üçün verib. Lakin, 28 iyul 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh fərqli izahat verərək iddiaçıya münasibətdə ziyan məbləğinin yarandığını, avtomaşını malların paylanması üçün yox, məhz ziyanın qarşılığı olaraq iddiaçıya verdiyini və ona başqa borcunun qalmadığını bildirib. Elə həmin tarixli məhkəmə iclasında iddiaçıya borcunun olmadığını israrla söyləyən cavabdeh avtomaşını və 15.000 manat pul vəsaitini verdikdən sonra evin satışından da iddiaçıya 6.000- 7.000 manat pul verdiyini bildirib. 10 avqust 2022-ci il tarixli məhkəmə iclasında isə cavabdeh evin satışından 7.500 manat pulu iddiaçıya verdiyini, digər izahatında isə evin satışından iddiaçıya 15.000 manat pul verdiyini bildirib. Görü ndüyü kimi, cavabdeh, verdiyi izahatlarında səmimi olmayıb və izahatlarında biri-birini təkzib edən fikirlər səsləndirib və bu ziddiyyətli izahatları ilə o, əslində iddiaçıya ödənilməmiş borcunun qaldığını inkar etməyib, əksini isə məhkəmə iclasında sübuta yetirə bilməyib. Apellyasiya instansiyası məhkəməsi, işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, habelə “ödəmə balankları”, “kassa məxaric-mədaxil orderləri”, “alış fakturalırı” və səs yazıları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, cavabdehin iddiaçıya məhz könüllü, məhkəməyə qədər ödəmiş olduğu 35.000 manat pul vəsaitini nəzərə almadan, cavabdehlə iddiaçı arasında deyil, hansısa üçüncü şəxs arasında borc hüquqi münasibət lərin əmələ gəlməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Daha sonra, cavabdeh məhkəmə iclasında əvvəlki telefon danışıqları zamanı qeydə alınmış səs yazılarında nəyə görə məhz iddiaçıya borclu olduğunu, həmin borcu qaytaracağını deməsinin səbəblərini izah edə bilməyib. Bundan başqa, iddiaçı ilə aralarında hər hansı mülki hüquqi münasibətlər olmadığı halda, cavabdehin ona özünə məxsus olan avtomobili, habelə 15.000 manat nəğd pulu verməsi və ötən müddət ərzində bu barədə hər hansı mübahisə açmaması da, hazırki iddia tələbinin açıq-aşkar əsassız olduğu qənaətinə gəlməyə əsas vermir. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsa sdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-588/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.