Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1910/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh vəkili Vəkil və nümayəndəsi X10 iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(007)832/2017 saylı qətnaməsi ilə (hakim E.Nuriyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən icarəyə verilmiş ünvan 1 icarəçilərin çıxarılması, qalan hissədə iddia tələbinin tə min edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9988/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Vəliyev, X.Mərdanova və E.Həsənov) Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(007)-832/2017 saylı qətnaməsi iddiaçı və cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9988/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X9 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 istifadə edilməsinin və icarəyə verilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İd dia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının atası X3 qardaşı X4 adına olmuş və bu xüsusi mülkiyyət formasında rəsmləşdirilmişdir. 2006-cı il X4 vəfatından sonra obyektə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi oğlu X2 adına verilməsinə baxmayaraq, həmin obyekti AR DƏDRX-də qeydiyyatdan keçirməmişdir. 2010-cu ildən sonra isə X5 itkin düşmüş və bununla əlaqədar Nərimanov rayon məhkəməsinin 14 may 2014-cü il tarixli 2(005)-1880/2014 saylı qətnaməsi ilə o, xəbərsiz itkin düşmüş hesab edilmişdir. Sonradan Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edilmiş və məhkəmənin 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə X5 «ölmüş» elan edilmişdir. Həmin ərəfədə iddiaçının atası X7 ərizə ilə Notariat Kontoruna müraciət edərək ünvan 1 ünvanında yerləşən ünvan 2 dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, lakin X2 xalası kimi özünü təqdim edən Cavabdeh 4 saylı Bakı «ASAN Xidmət»də fəaliyyət göstərən Notariat Kontoru ilə qeyri-rəsmi əlaqəyə girmiş və atasının qanun üzrə vərəsə olması faktı gizlədilmiş və onun adma qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət olunmuş və məhkəmənin 22 noyabr 2016-cı il tarixli 2(007)-5848/2016 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin işdən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli 2(103)-3158/2017 saylı qətnaməsi ilə təmin edilmiş, 4 saylı Bakı «ASAN Xidmət» mərkəzinin notariat kontorunda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 7 kv.m olan 73 saylı təmir emalatxanasına dair Cavabdeh adına 29 iyul 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş və X3 hüquqi varisi X6 vərəsəlik hüquqları təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 7 kv.m olan 73 №-li təmir emalatxanasının 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir. Hazırda birgə mülkiyyət olan mübahisəli obyekt Cavabdeh və onun yaxınları oğlu x3 və əri x4 tərəfindən istifadə edilir, daha doğrusu obyekt həmin şəxslər tərəfindən başqa şəxslərə icarəyə verilərək gələn gəliri özü istifadə edir. Ona görə də mübahisəli obyekt birgə mülki yyət olduğundan Cavabdeh və onun yaxınları tərəfindən istifadə edilməsi yolverilməzdir. O bu barədə obyekti icarəyə götürənlərdən istifadə edilməsinin dayandırılmasını tələb etsə də, icarədarlar obyekti onlara Cavabdeh və onun yaxınları verdikləri üçün obyektdən çıxmaqdan imtina edirlər. Ona görə hesab edir ki, mübahisəli obyekt obyektin icarəyə verilərək istifadə edilməsi məhkəmə tərəfindən qadağan edilməli və icarədarlar obyektdən çıxarılmalıdırlar. İddiaçı X6 vəkili X8 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasının icarəyə verilərək, götürdüyü 120.000 manat gəlirin (8 il = 96 ay x 1250 (bir aylıq) manat (orta hesab həddə) = 120.000 manatın 1/2 hissə həddində, 60.000 manat pulun cavabdehdən alınaraq X11 ma verilməsi və Cavabdeh tərəfindən icarəyə verilmiş icarəçilərin ünvan 1 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-9988/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Vəkil və nümayəndəsi X13 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı X9 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə icarəçilərin icarəyə verilmiş emalatxanadan çıxarılması hissəsində ləğv edilməklə, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, qətnamənin qalan hissəsi dəyiş dirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı X9 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 istifadə edilməsinin və icarəyə verilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 vəkili X8 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasının icarəyə verilərək, götürdüyü 120.000 manat gəlirin (8 il = 96 ay x 1250 (bir aylıq) manat (orta hesab həddə) = 120.000 manat 1/2 hissə həddində, 60.000 manat pulun cavabdehdən alınaraq X11ma verilməsi və Cavabdeh tərəfindən icarəyə verilmiş icarəçilərin ünvan 1 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən, Cavabdeh tərəfindən icarəyə verilmiş icarəçilərin ünvan 1 ünvanında yerləşən 73 saylı təmir emalatxanasından çıxarılması qərara alınmış, apelyasiya məhkəməsi həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verməmişdir. Cavabdeh qətnamənin tam ləğv olunması barədə kassasiya şikayəti vermişdir. Ona görə də məhkəmə Cavabdeh şikayətinin dəlillərinə əsasən qətnaməni yoxlayır. Kassasiya şikayətində Cavabdeh MPM-nin 9-cu maddəsinin tələblərinin pozulmasına, işə baxılmasının yeri və vaxtı barədə onun lazımi qaydada xəbərdar olumamasına əsaslanmış, MPM-nin 418.4.5-ci maddəsinə əsasən qətnamənin ləğv olunmasını xahiş etmişdir. İş materialların dan göründüyü kimi apelyasiya məhkəməsində işə 10 oktyabr 2018-ci il tarixdə baxılacağı barədə bildiriş məktubu 05 sentyabr 2018-ci il tarixdə Cavabdeh təqdim olunmuşdur. Kassasiya şikayətinin həmin dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili onunla əlaqədardır ki, Dinara Dadaşovanın mübahisəli emalatxanaya mülkiyyət hüququ DƏDRX-də qeydə alınmamışdır. Məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab etmir. Belə ki, İddiaçının emalatxananın ½ hissəsinə mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüququndan ibarət olduğundan, iddiaçı mülkiyyətində olan əmlakın i stifadəsinə yaradılmış maneəyə son qoyulmasını tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin göstərilən dəlillərinə əsasən məhkəmə kollegiyası qətnamənin ləğvinə əsaslar müəyyən etmir. Lakin, kollegiya hesab edir ki, aşağıdakı dəlillərə əsasən apelyasiya məhkəməsinin qətnaməsi MPM-nin 418.1-ci maddəsinə əsasən icarəçilərin emalatxanadan çıxarılması hissəsində ləğv edilməlidir. İş materiallarından göründüyü kimi iddia tələbində emalatxananın cavabdeh tərəfindən icarəyə verildiyi şəxslərin çıxarılması xahiş edilmiş və məhkəmə həmin hissədə iddianı təmin etmişdir. Lakin məhkəmə emalatxanadan çıxarılmalı şəxslərin olubolmamasını, vardırsa həmin şəxslərin şəxsiyyətini müəyyən etməmiş, onları cavabdeh qismində cəlb olunmasını nəzərə almamış, həmin hissədə iddia ərizəsinin qanun pozuntusu ilə icr aata qəbul edilməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində göstərilər ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsi verilərkən qanunun həmin tələblərinə əməl edilməmiş, iddia ərizəsi emalatxananın icarəyə verildiyi şəxslərin oradan çıxarılması hissəsində düzgün olmayaraq icraata qəbul edilmiş, tələb yönəldilmiş həmin şəxslərin adları, poçt ünvanları göstərilməmişdir. Hə min Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlardan göründüyü kimi iddia ərizəsi icarəçilərin emalatxanadan çıxarılması hissəsində qanun pozuntusu ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1, 259.0.12-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Apellyasiya Məhkəməsi işə baxan zaman göstərilən normaların tələblərini nəzərə almamışdır. Həmin Məcəllənin 417.1, 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, Məcəllənin 259.0.12-ci mad dəsində nəzərdə tutulmuş əsaslara görə iddianın baxılmamış saxlanması kassasiya məhkəməsinin səlahiyyətinə aid edilmədiyindən, işə apelyasiya məhkəməsində baxılarkən prosessual hüquq normaları pozulduğundan MPM-nin 418.1-ci maddəsinə əsasən iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Cavabdeh qətnamənin tam ləğv olunması barədə şikayət versə də iddianın təmin edilməyən hissəsində hansı səbəbdən ləğv olunmalı olmasını əsaslandırmamışdır. Ona görə də qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətna məsi “Cavabdeh tərəfindən icarəyə verilmiş icarəçilər ünvan 1 ünvanında yerləşən 73 saylı emalatxanasından çıxarılsın” hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-1910/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1910/2019
14.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver