Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1910/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-c ü il 26 noyabr tarixli 2(103)- 182/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi Vəkil1 (etibarnaməsi xx.xx.2025-ci il tarixinə kimi qüvvədədir) apellyasiya məhkəməsinin qətnaməsini xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə almışdır. Cavabdehin vəkili Vəkil2 tərəfindən birinci dəfə xx.xx.2025-ci il tar ixdə kassasiya şikayəti verilmiş, lakin apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 24 fevral tarixli qərardadı ilə kassasiya şikayəti vəkil və cavabdeh arasında müvafiq etibarnamənin əlavə olunmaması əsası ilə geri qaytarılmışdır. Həmçinin, qeyd olunan qərardadla cavabdehə münasibətdə nöqsanları aradan qaldırması üçün 5 günlük müddət müəyyən edilmişdir. Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qısa vaxt ərzində qeyd olunan səhvləri aradan qaldıracağını bildirərək, nəzərə alınmasını xahiş etmişdir. Onun tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq etibarnamə “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilsə də, yeni kassasiya şikayəti əlavə olunmamışdır. Buna görə də apellyasiya instansiya məhkəməsinin 2025-ci il 3 aprel tarixli məktubu ilə mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə yenidən kassasiya şikayəti vermiş, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verməmişdir. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, MPM-in 407.4-cü maddəsinin tələbinə görə kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmamışdır. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə al maqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.4 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2(103)-182/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1910/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1910/2025
21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver