Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1911/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı və Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: tələb hüququ, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Baba oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1141/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Tərəflər xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur.
3. Bakı şəhər 12 saylı notariat kontoru tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor - ipoteka saxlayan "xxxx" ASC, alıcı – ipoteka qoyan Cavabdeh və satıcı X1 aralarında qarışıq müqavilə bağlanmışdır. Satıcı ünvan 1, 83 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra - 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh adına ünvan 1, 83 saylı mənzil Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-154 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2015-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 5. "xxxx" ASC tərəfindən verilən Cavabdeh adına olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək kredit müqaviləsi üzrə ümumilikdə 59.720,67 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ün van 1 ünvanında yerləşən 83 saylı mənzilin cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunaraq, iddiaçının həmin mənzil üzərində 1/2 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 53, 149 və 150-ci maddələrinə əsasən, Cavabdeh 40.780,23 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş №2(011)-925/2023) qətnaməsi ilə aralarındakı nikah pozulmuş və X2 a nasının yanında qalması qət olunmuşdur. Tərəflər arasında payın ayrılmasının tələb olunduğu əmlak ünvan 1 ünvanıda yerləşən 83 saylı mənzili cavabdeh onların nikahından əvvəl, xx.xx.2015-ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alqı-satqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000 manat məbləğində hissəsi isə Kreditor-ipoteka saxlayan "xxxx" ASC-dən (Bank) borc alınmaqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54.512,68 manat hissəsi onlar ın birgə nikahı dövründə ailənin ümumi qazancı hesabına ödənilmişdir (may 2016- dekabr 2017-ci il). Cavabdeh tərəfin də etiraf etdiyi kimi bankdan alınmış borc Cavabdeh olmuş, İddiaçı aidiyyəti olmamışdır. Lakin həmin borcun 91% çox hissəsi birgə nikah dövründə ailənin ən azı 1/2 hissəsi iddiaçıya aid olan birgə gəlirləri hesabına ödənildiynə görə, deməli, İddiaçı Azərbaycan Respublikası MM-nin 431-ci maddəsinin mənası baxımından, üçüncü şəxs qismində Cavabdeh şəxsi öhdəliyini icra edərək, borcunun ödənilməsində iştirak etmiş və onun əvəzindən 27.256,34 manat pul ödəmiş və nəticədə Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız valanmış, onun iddiaçıya həmin məbləğdə borcu yaranmışdır. Bankın borcunun ödənilməsi 2017-ci ilin dekabr ayında başa çatmışdır, ona görə də C avabdeh iddiaçı qarşısında borcu ödəmək öhdəliyi həmin vaxtdan etibarən yaranmışdır. Qeyd edilir ki, MM-nin 449-cu maddəsinin tələbinə görə, başqa şəxsin hesabına əsassız pul əldə etməklə (əsassız varlanmaqla faydalanmış) şəxs həmin vəsaitin məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödəməlidir. Yuxarıda göstərildiyi kimi, Cavabdeh şəxsi borcunun bir hissəsi ailənin birgə gəliri hesabına vaxtından əvvəl (borc 25 il müddətinə verilmişdir) ödənildiyindən, o, əlavə faiz ödəməmiş və nəticə etibarı ilə əlavə pul itkisinə məruz qalmamış, bununla da faydalanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində www.cbar.az/infoblocks/corridor_percent?year) yerləşdirilmiş məlumatlara əsasən, 2018/23-cü illər üçün müəyyənləşdirilmiş uçot faiz dərəcəsi qeyd olunan illər üzrə orta hesabla aşağıdakı kimi olmuşdur: - 2018-ci il üçün 10,94 %; - 2019-cu il üçün 8,38 %; 2020-ci il üçün 6,75 %; - 2021-ci il üçün 6,92 %; -2022-ci il üçün 7,88 % və - 2023-cü ilin ötən dövrü üçün 8,75 %. Cavabdehin iddiaçıya olan 27.256,34 manat məbəlğində əsas borcunun qeyd göstərilən uçot faiz dərəcələri nəzərə alınmaqla, illər üzrə faiz məbləğləri aşağıdakı kimidir: - 2018-ci il üçün 10,94 % - 2.981,84 manat; - 2019-cu il üçün 8,38 %2.284,08 manat; - 2020-ci il üçün 6,75 %- 1.839,70 manat; 2021-ci il üçün 6,92 %1.886,14 manat; -2022-ci il üçün 7,88 %- 2.147,20 manat və - 2023-cü ilin ötən dövrü üçün 8,75 %- 2.384,93 manat olmaqla, ümumi faiz borcu 13.523,88 manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı ümumilikdə 40.780,23 manat borcu yaranmışdır və h əmin pul ondan tutularaq, iddiaçıya ödənilməlidir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə verərək 8.277 manat əmanət üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi və 4.138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 13, 4 saylı mənzilin aralarında bölünməsi, mənzilin ikidə bir hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 28 avqust 2023-cü il tarixli, 2(011)-2718/2023 saylı qətnaməsi ilə (hakim-S. Hacıyeva) ilkin iddianın qismən təmin edilməsi, 27.256,34 (iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd) qəpik məbləğində pul vəsaitinin Cavabdeh alınar aq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 4.138,5 (dörd min yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə ilkin iddianın təmin olunan hissəsinə münasibətdə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 83 saylı mənzili Cavabdeh nikahdan əvvəl, xx.xx.2015-ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alqı-satqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700,00 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700,00 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000,00 manat məbləğində hissəsi isə Kreditor-İpoteka saxlayan "xxxx" ASC-dən borc alınm aqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54522.79 manat hissəsi onların birgə nikahı dövründə (may 2016-dekabr 2017-ci il) ailənin ümumi qazancı hesabına ödənilmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" ASC tərəfindən verilən Cavabdeh adına olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, ipoteka ödənişi üçün mədaxil xx.xx.2016-cı il tarixdə 57.70 manat və 350.09 manat, xx.xx.2016-cı il tarixdə 58.09 manat və 316.90 manat, xx.xx.2016-cı il tarixdə 36.52 manat və 58.47 manat, xx.xx.2016-cı il tarixdə 348.85 manat və 58.86 manat, xx.xx.2016-cı il tarixdə 59.26 manat və 304.88 manat, xx.xx.2016-cı il tarixdə 59.65 manat və 348.01 manat, xx.xx.2016-cı il tarixdə 304.14 manat və 60.05 manat, xx.xx.2016-cı il tarixdə 60.45 manat və 336.31 manat, xx.xx.2017-ci il tarixdə 60.85 manat və 357.56 manat, xx.xx.2017-ci il tarixdə 61.26 manat və 292.19 manat, xx.xx.2017-ci il tarixdə 324.24 manat və 61.67 manat, xx.xx.2017-ci il tarixdə 62.08 manat və 334.63 manat, xx.xx.2017-ci il il tarixdə 10956.88 manat və 21.56 manat, xx.xx.2017-ci il tarixdə 225.34 manat və 135.54 manat, xx.xx.2017-ci il tarixdə 136.44 manat və 241.15 manat, xx.xx.2017-ci il tarixdə 41.43 manat və 6958.57 manat, xx.xx.2017-ci il il tarixdə 181.95 manat və 183.74 manat, xx.xx.2017-ci il tarixdə 184.97 manat və 200.94 manat, xx.xx.2017-ci il tarixdə 9906.80 manat və 79.88 manat, xx.xx.2017-ci il tarixdə 252.24 manat və 89.11 manat, xx.xx.2017ci il tarixdə 2969.20 manat və 13.20 manat, xx.xx.2017-ci il tarixdə 273.72 manat və 89.75 manat, xx.xx.2017-ci il tarixdə 3988.96 manat və 7.36 manat, xx.xx.2017-ci il tarixdə 78.19 manat və 2921.88 manat, xx.xx.2017-ci il tarixdə 62.15 manat və 321.62 manat, xx.xx.2017-ci il tarixdə 8.29 manat və 5991.71 manat, xx.xx.2017-ci il tarixdə 3330.49 manat və 17.02 manat olmaqla, ümumilikdə 54522.79 manat məbləğində ödəniş tərəflərin birgə nikahda olduqları dövrdə ödənilmişdir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən həmin əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən ödənilmiş vəsaitinin (54522.79 manatın) ½ hissəsi yəni 27.261 manat Cavabdeh alınaraq İdd iaçı verilə bilərdi. Lakin məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, 27.256,34 məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2, 33.1, 36.1, 36.3, 36.4, 37.1, 213.2, 213.5-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3, 225.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, “ilk iddianın qismən təmin edilməsi, 27.256,34 qəpik məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməsini, ilkin iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə rədd etdikləri əks mövqe şərti olaraq əsaslı olsa idi belə, bu tələblər üzrə müddətlər keçmiş olardı və bu barədə məhkəməyə yazılı qaydada tələb irəli sürdüklərindən iddia rədd edilməli idi. Belə ki, tələb onunla əsaslandırılır ki, “Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız varlanmış” və “Bankın borcunun ödənilməsi 2017-ci ilin dekabr ayında başa çatmışdır, ona görə də Cavabdeh iddiaçı qarşısında borcu ödəmək öhdəliyi həmin vaxtdan etibarən yaranmışdır”. İddiaçının özünün iddia etdiyi hüquqlarının pozulduğu tarixi dəqiq göstərdiyindən və bu tarixdən 5 ildən çox müddət keçdiyindən müddətlər ötürülmüşdür. AR MM-nin 1095-ci maddəsinə əsasən ə sassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozuldu ğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Onlar tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixli dəqiqləşdirilmiş iddia tələblərinə dair yazılı etirazlarında iddia müddəti məsələləri üzrə qəti mövqe bildirilmiş, mahiyyəti üzrə və prosessual baxımdan əsassız olduğundan iddianın rədd edilməsi birmənalı şəkildə xahiş edirlmişdir. Lakin, məhkəmə iddia müddəti barədə dəlillərə ümumiyətlə münasibət bildirməmişdir. Hesab edir ki, nikaha xitam verildikdən sonra xərclənmə istiqamətindən asılı olmayaraq ailə məqsədləri üçün artıq xərclənmiş vəsaitlərin bölünməsi nikah tərəflərinin digər məsələlərlə birilkdə həmçinin təsərrüfat birliyini əhatə edən nikah institutunun mahiyyətini heçə endirməklə, nikaha girməyi riskli və sonrakı axımı proqnozlaşdırıla bilinməyən bir faydası şübhəli bir institu ta çevirir. Belə ki, xərclənmə zamanı mübahisələndirilməmiş ailə xərcləri xərclərin baş verdiyi dövr üçün mahiyyəti və əhəmiyyəti sonradan sual altına qoyulur və həll edilməsi mümkün olmayan hal yaranmış olur. Nikah dövründə xərclənmiş vəsaitin bölünməsi tələbi bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti ilə uzlaşmır, nikahın məişət funksiyası çərçivəsində artıq xərclənmiş xərclərin geri tarixlə bölünməsi bu institutu faktiki olaraq puç edir. Xərclərin sonradan bölünməsi yanaşması qəbul edildiyi halda nikahda olan bütün şəxslər ailə məqsədləri üçün xərclərin həyata keçirilməsi zamanı gələcəkdə nikaha xitam verilməsi halında baş verəcək nəticələri düşünərək ailənin inkişafı ziddinə davranacaq, nikah onun məqsədləri ziddinə bir buxova çevriləcək və arzuolunmaz o lacaq. Artıq xərclənmiş vəsaitin nikahın xitamından sonra bölünməsi məişət və təsərrüfat birliyini ehtiva edən ailə və nikah institutunu sıfırlayır. İddiaçının bu iddiasının mahiyyət etibarı ilə zərərliliyi və qüsurluluğu həmçinin onunla da təsdiq edilir ki, iddiaçı nikah dövründə yaşadığı və faydalandığı mənzilin kommunal və s. xərcləri ilə birlikdə xərclərindən birini təşkil edən krediti üzrə ödənişlərin yarısını tələb edirsə və bu tələb təmin ediləcəyi təqdirdə, ailə institutunun ziddinə ailənin məişət təsərrüfatçılığına heç bir dəyər qatmadan mənzildən faydalanmış olur ki, iddiaçının məntiqi ilə iddiaçını ailə üzvü deyil tamamilə yad bir şəxsə çevirir və bu yad şəxs əsassız olaraq iqtisadi aktiv olan mənzildən istifadə edir və özü heç bir dəyər qatmır. Mübahisələndirilən məhkəmə aktı c əmiyyətin əsas özəyi kimi ailə institutunun mahiyyətinə zidd şərait yaradır. İddiaçı tələbinin əsası kimi AR MM-nin ailə münasibətlərinə aidiyyatı olmayan 431.3-cü maddəsinə istinad edirdi. Belə ki, iddiasının əsası kimi İddiaçı ərizəsində AR MM-nin 431ci maddəsinə ümumi istinad edir və iddiasını onunla əsaslandırır ki, “İddiaçı Azərbaycan Respublikası MM-nin 431-ci maddəsinin mənası baxımından, üçüncü şəxs qismində Cavabdeh şəxsi öhdəliyini icra edərək, borcunun ödənilməsində iştirak etmiş və onun əvəzindən 27.256,34 manat pul ödəmiş və nəticədə Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız valanmış, onun iddiaçıya həmin məbləğdə borcu yaranmışdır”. AR MM-nin 431.3-cü maddəsinin mətninin detallı analizi tərəfimizdən yazılı şəkildə məhkəməyə təqdim edilmiş, hazırkı işd ə maddədə əks etdirilmiş normanın şərtlərinin ödənilməməsi qeyd edilmişdir. Belə ki, kreditor borcluya mənsub əşyaya məcburi icra (ipoteka predmetinə tutma) yönəltməmiş, İddiaçı hər hansı bir hüququna təhlükə yaranmamış, ümumiyyətlə o nikahda olduğundan üçüncü şəxs hesab edilə bilməz və o hər hansı kreditoru təmin etməmişdir (məs. kredit üzrə bütün ödənişlər məhz Cavabdeh tərəfindən icra edilmişdir, qəbzlər əlavə edilmişdir). Belə elə olan halda ailə münasibətləri üzrə AR MM-nin 431.3-cü maddəsinin tətbiqinin istisna edilməsi məhkəmənin diqqətinə çatdırılmış iş üzrə AR MM-nin 222.2-ci və AR Ailə Məcəlləsinin 33.2-ci maddəsinin tətbiq edilməli olması vurğulanmışdır. Belə ki, birgə nikah müddətində ərin ümumi qazanc hesabına bütün digər xərclər (ərzaq xərcləri, kommunal xidmətlərə görə öhdəl iklərin icrası, saysız və hesabsız digər xərclər) kimi, xərc maddəsinin biri olan ailənin birgə yaşadığı və ailə üzvlərinin hər birinin bundan fayda götürdüyü mənzilə görə ödədiyi kredit ailə vəsaitlərinin sərəncamçılığını təşkil edir. AR MM-nin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. AR AM-nin 33.2-ci maddəsinə əsasən ərarvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azər baycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cımaddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Göründüyü kimi, birgə nikah müddətində əldə edilmiş və ailə məqsədləri üçün xərclənmiş vəsaitin sərəncamçılığında ailə üzvlərinin razılığı prezumpsiyası qüvvədədir ki, bu nikah dövründə artıq xərclənmiş vəsaitin bölünməsini istisna edir. Ailə mənafeləri üçün artıq icra edilmiş xərclərin sonrakı tarixlə bölünməsi nəinki qanunda nəzərdə tutulmamış, həm də məntiqə uyğun deyil. Belə ki, əks təq dirdə əmlak bölgüsü mübahisəsi çərçivəsində xx.xx.2016-cı il tarixindən sonra ailənin bütün xərclərinin müəyyən edilərək bölünməsi kimi cəfəng və məhkəmə qaydasında əmlak bölgüsü institutunun mahiyyətinə zidd vəziyyət yaranmış olardı. Yəni nikah dövründə birgə qazancı təşkil etmiş və barəsində razılıq əsasında sərəncam verilməsi prezumpsiyası olan pul vəsaiti AR MM-nin 135.1 və 135.5-ci madələrinin tələbləri baxımından daşınar əşyadır və barəsində ailə məqsədləri üçün sərəncam verildiyindən, ailənin artıq baş tutmuş digər saysız-hesabsız xərcləri kimi sərəncamçılıqdan 5 il sonra birgə əmlak kimi bölünə bilməz. Qeyd edilməlidir ki, nikahda olmuş şəxsləri tamamailə başqa şəxs kimi təqdim edən, onların ailə birgəliyindən irəli gələn xərclərini bölərək nikaha xitam verildikdən sonra keçmiş ail ə üzvündən tələb etmək ailə institutunun mahiyyətinə ziddir və onu puç edir. Hesab edir ki, iddiaçının hazırkı iş üzrə iddia qaldırması hüquqdan sui-istifadədir və heç bir nəticə doğura bilməzdi. Bundan başqa, qərar mübahisələndirilən hissədə ümumiyyətlə əsaslandırılmadığından, məhkəmənin qanuna əsaslanmayan şəxsi mülahizəsi olan “əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən” mühakiməsi əsasında qəbul edildiyindən, məhkəmə qanunu tətbiq etmək əvəzinə öz şəxsi mülahizəsini tətbiq etdiyindən konstitusion özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ pozulmuşdur. Mübahisələndirilən qətnamənin qət etdi hissəsində alınmalı olan məbləğ rəqəmlə 27.256,34 göstərilsə də yazı ilə bu rəqəm iyirmi yeddi min iki yüz əlli altı manat otuz dörd qəpik əvəzinə iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd qəpik göstərilmişdir ki, bu doğru deyil. İşə baxmış məhkəmə iş üzrə dəqiqləşdirilmiş iddia tələblərinə dair yazılı etirazda onun qarşısında qaldırılmış məsələlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, qətnamə etirazda ifadə edilmiş dəlil və sübutlar baxımından əsaslandırmamışdır. Belə ki, məhkəmə ilkin iddia tələbinə münasibətdə yalnız onu qeyd edir ki, “Cavabdeh tərəfindən həmin əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən” iddia həmin hissədə təmin edilir. Lakin, bu hal üzrə hansı qanunun hansı norması əsasında qətnamə qəbul edildiyi, bu normanın işin halları ilə necə uzlaşdığı, məhkəmənin bu prosesi təsvir edən qənaəti və əqli mühakiməsinin ifadə forması qətnamədə g östərilməmişdir. Belə vəziyyət cavabdeh üçün qeyri-müəyyən olmaqla, onun ədalət mühakiməsinə inamını sarsıdır. Əgər iddiaçı haqlıdırsa, hansı səbəbdən məhkəmə onun istinad etdiyi AR MM-nin 431.3-cü maddəsinə istinad etmir və bu maddənin tətbiq edilməli olmasını əsaslandırmır?! Hansı səbəbdən cavabdehin istinad etdiyi maddələri təkzib etmir, onların məzmununu cavabdeh üçün aydınlaşdırmır, bu maddələrin sanki heç qanunvericilikdə olmaması yanaşmasını sərgiləyir?! Məhkəmənin öz qərarını nə iddiaçı, nə də ki cavabdehin dəlilləri. Onların qarşılaşdırılması baxımından əsaslandırmaması qətnamənin qanunsuz və əsassız olmasının, ən əsası isə ədalətsiz olmasının bariz sübutudur.
15. Qətnamədən İddiaçı da iddiasının təmin olunmayan hissəsində apelyasiya şikayəti verərək iddiasının tam təmin olunmasın ı xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1141/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, F.Abdiyev və F.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası ilkin iddianın təmin olunmuş hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra 2017-ci ilin dekabr ayınadək (sonuncu ödəniş tarixi) nikahdan əvvəl cavabdeh tərəfindən alınmış mənzilin əldə edilməsi üçün götürülmüş kreditin ödənişlərində iştirak etdiyindən, hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Mənzil b irgə nikah dövründə əldə edilməmiş, mənzilin əldə edilməsi üçün cavabdeh tərəfindən nikahdan əvvəl götürülmüş kredit tərəflərin birgə nikahları dövründə əldə edilmiş vəsait hesabına birgə nikah dövründə bağlanmışdır. Göründüyü kimi, birgə nikah dövründə əldə edilmiş vəsait, ailə ehtiyacları üçün deyil, cavabdehin nikahdan əvvəl evin alınması üçün götürülmüş kredit müqaviləsi üzrə şəxsi borcunun bağlanmasına yönəldilmiş, son nəticədə cavabdeh daşınmaz əmlak olan evin mülkiyyətçisi olaraq qalmaqla əsassız varlanmış, tərəflərin ailə münasibətlərinə isə xitam verilmişdir.
19. Əgər birgə nikah dövründə əldə edilmiş vəsait iddiaçının həmin mənzildə yaşadığı müddətdə, mənzilə görə kommunal xərclərin ödənilməsinə, mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş olsaydı, bu xərclər ailə ehtiyacla rı üçün xərclənmiş vəsait hesab olunardı.
20. Kollegiya hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş vəsait, ailə ehtiyacları üçün deyil, cavabdehin nikahdan əvvəl evin alınması üçün götürülmüş kredit müqaviləsi üzrə şəxsi borcunun bağlanmasına yönəldiyindən, nəticədə cavabdehin mübahisələndirilən mənzil üzərində mülkiyyət hüquqularının qalması kimi işin fakitki halları əsassız varlanma ilə bağlı qanunvericiliyin qeyd olunan müddəalarının dispozitiv şərtləri ilə uzlaşdığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
21. Kollegiya həmçinin iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni əsassız varlanma obyektini qaytarmaq hüququnun ona məlum olduğu vaxt-nikaha xi tam verilməsi ilə bağlı mübahisə üzrə mediasiya tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2022ci il tarixdən hesab edilməlidir. Belə ki, həmin vaxta kimi tərəflərin ailə münasibətləri davam etmiş, iddiaçı etibarlı ailə münasibətləri çərçivəsində həmin mənzildə yaşayacağını güman etmiş, hüququnun pozulması halı olmamışdır. 22. 80.Kollegiya cavabdehin mübahisələndirilən qətnamənin qət etdi hissəsində alınmalı olan məbləğ rəqəmlə 27.256,34 göstərilsə də, yazı ilə bu rəqəm iyirmi yeddi min iki yüz əlli altı manat otuz dörd qəpik əvəzinə iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd qəpik göstərilməsi və bunun doğru olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu hal çıxarılmış qətnaməni elan etmiş hakim tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228-ci ma ddəsinə əsasən yanlışlığın düzəldilməsi qaydasında aradan qaldırıla bilər.
23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflərin birgə nikahda olduğu müddət ərzində mübahisələndirilən mənzilə görə 54522,79 manat məbləğində ödəniş edildiyindən və həmin məbləğin yarısı 27.261 manat olmasına baxmayaraq, ilkin iddia tələbində 27.256,34 manatın tutulması tələb edildiyindən məhkəmə mübahisələndirilən hissədə iddianı düzgün olaraq iddia tələbi həcmində təmin etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plen um qərarına, Mülki Məcəllənin 372, 373.4, 377, 448.2, 448.4, 449.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin “Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(011)-2718/2023 qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməsi, işin cavabdehin apellyasiya şikayətinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz. Hesab edir ki, hazırkı iş üzrə mübahisə predmetini birgə nikah müddətində əldə edilmiş lakin, xərclənmiş pul vəsaitinin bölüşdürülməsi olduğundan və pul vəsitinin sərəncam istiqaməti ailənin birgə yaşadığı mənzilin krediti olduğundan artıq xərclənmiş pul vəsaitinin bölüşdürülməsi mümkün deyil. Xərclənmiş pul vəsaiti ailənin birgə yaşadığı mənzilin kreditinə ödənildiyindən və iddiaçı həmin mənzildən istifadə etməklə faydalandığından, razılıq əsasında xərclənmənin geri dönüşü artıq mümkün deyil və belə iddia təmin edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərək, iddia müddətinin ötürülmədiyini qeyd etmiş və kassasiya şik ayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qü vvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh fərdi mülkiyyətində olan mənzilin alınmasına görə bankdan götürülmüş kredit borcunun 54522.79 manat hissəsi tərəflərin ailə birliyində olduqları dövrdə ödənilmişdir. Məhkəmələr hesab etmişlər ki, həmin məbləğin ödənildiyi dövrdə Cavabdehla birgə təsərrüfat aparmış İddiaçı nikah pozulduqdan sonra bu vəsaitin yarısını əsassız varlanma qaydasında Cavabdeh geri tələb etməyə haqlıdır.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini qətnamənin yoxlanılan hissədə ləğv edilməsi üçün əsas hesab etmir, ona görə ki, ilkin iddia əsasında Cavabdeh tutulması qət edilən məbləğ tərəflərin ailə münasibətlərində olduqları dövrdə Cavabdeh bank qarşısında olan borc öhdəliyinin icrası məqsədilə ödənilmişdir.
43. Kollegiya qeyd edir ki, ərin (arvadın) fərdi mülkiyyəti sayılan yaşayış sahəsinin alınmasına görə götürülmüş şəxsi borcun ümumi təsərrüfatdan ödənilməsi və bu ödənişdə arvadın (ərin) də iştirak etməsi ailə münasibətləri çərçivəsində, bir çox halda ailə birliyinin davam etməsi niyyəti ilə edilən hərəkətdir. Bu birlik pozulduqda iki illik iddia müddəti ər zində arvad (ər) tərəfindən verilmiş vəsaitin əsassız varlanma qaydalarına uyğun geri tələb edilməsi qanuni və ədalətlidir.
44. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (§ 28-31).
45. Qeyd edilməlidir ki, kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki pro sesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1141/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.