Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1914/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı (bundan sonra – birinci iddiaçı) və Vəkil (bundan sonra – ikinci iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdeh1) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Nazirlik) qarşı «insan hüquqlarının və X2 h aqqında Avropa Konvensiyasının 8 və 34-cü maddələrinin pozulduğu faktının tanınması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(103)-9421/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı və Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar cavabdehlərə qarşı "insan hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 8-ci və 34-cü maddələrinin pozulması faktının tanınması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birinci iddiaçının xeyrinə 70.000 m anat, ikinci iddiaçının xeyrinə 50.000 manat kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar tələblərini əsaslandırarkən bildirmişlər ki, birinci iddiaçı Dövlət Xüsusi Mühafizə Xidmətinin əməkdaşı olub. Həmin xidmətin fəaliyyətini sərt tənqid edən bir sıra məqalələrindən sonra 20 avqust 2012-ci ildə həbs edilmişdir. İddiaçı keçmiş siyasi məhbusdur. İkinci iddiaçı Vəkil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını müdafiə edən vəkildir. Fəaliyyəti ilə bağlı daim təqib və təzyiqlərlə üzləşmişdir. 13 may 2014-cü il tarixdə BP-nin Ağır Cinayətlərə Dair X7 İdarəsi yerli QHT və beynəlxalq təşkilatlara qarşı ********* saylı cinayət işi başlamış, həmin cinayət işi Azərb aycan Respublikasında müstəqil vətəndaş cəmiyyətinin cinayət təqibi üsulu ilə ləğv edilməsinə, qərb təşkilatlarının ölkədən çıxarılmasına xidmət etmişdir. Belə ki, təqiblər başlamazdan əvvəl və təqib dövründə hakimiyyətyönümlü KİV-lər yerli QHT-ləri, hüquq müdafiəçilərini Amerika agenti olmaqda, qərb təşkilatlarının dəstəyi ilə ölkədə dövlət çevrilişi etməkdə ittiham etmişlər. Beynəlxalq təşkilatlar Azərbaycandakı bu durumu kəskin tənqid etmişlər. X8 2015-ci il Dünya üzrə hesabatında bildirmişdir ki, Azərbaycan hökuməti öz tənqidçilərinə qarşı apardığı repressiyanı daha da gücləndirərək ölkədə insan hüquqları ilə bağlı acınacaqlı durumu daha da ağırlaşdırmışdır. “Amnesty İnternational” Beynəlxalq təşkilatı 2015/2016-cı illərdə dünyada İnsan haqlarına dair Hesabatında Azərbaycandakı hadisəl əri şərh edib və sivil cəmiyyət və fərqli düşüncə üzərinə hücumların davam etdiyini bildirib. BABŞ DD-nin İnsan hüquqlarına dair hesabatında da Azərbaycanda ciddi problemlərin olduğu bildirilmişdir. İkinci iddiaçı həmin cinayət işi üzrə İREX (ABŞ-nin Beynəlxalq Tədiqiqatlar və Mübadilə Şurası)-nın hüquqlarını müdafiə edib və başlanan cinayət işi üzrə fəaliyyəti dayandırılan X4 hüquqşünası olmuşdur. 2014-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair X7 idarəsinin rəisinin təqdimatı ilə ikinci iddiaçının "xxxx" ASC-də olan bank hesabına Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulub. İkinci iddiaçı birinci iddiaçının müdafiəçisi olub.
3. İddiaçılar şikayətlərində qeyd etmişlər ki, cavabdeh1 Azərbaycanda milli poçt operatorudur. İkinci iddiaçı 04 senty abr 2014-cü il tarixdə, dövlətdaxili müdafiə vasitələrini tükəndirərək Bakı şəhəri 1007 saylı poçt vasitəsi ilə iddiaçının Konvensiyanın 6, 10, 13, 14 və 18-ci maddələrinin pozulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Bu fakt iş üzrə sənədlərə əlavə olunan xx.xx.2014-cli il tarixli qəbzlə sübut olunur. İkinci İddiaçı 14 noyabr 2018-ci il tarixdə, 04 sentyabr 2014-cü il tarixdə göndərdiyi şikayətin Məhkəmə tərəfindən qəbul edilib-edilməməsi barədə Məhkəməyə sorğu göndərib. Avropa İnsan Hüquqları Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, hüquqşünas cənab XXX tərəfindən imzalanmış məktubda qeyd olunub ki, birinci iddiaçının 04 sentyabr 2014-cü il tarixdə göndərdiyi şikayət Məhkəməyə çatmayıb. İddiaçılar bildirirlər ki, Avropa Məhkəməsinə göndərilən məktubların Azərpoç t ərəfindən itirilməsi hallarına praktikada çox rast gəlinir. Belə hallarda cavabdeh qurum bir çox hallarda cavab verməkdən imtina edir, bəzi hallarda isə cüzi məbləğdə kompensasiyanın ödənilməyini təklif edir. Halbuki, Avropa Məhkəməsinə göndərilən işlər üzrə iddiaçıların kompensasiya kimi tələb etdiyi məbləğlər minlərlə manat məbləğində olur. Hökumət bir çox belə işlərdə məktubu çatdırmamaqla bu məktubların Avropa Məhkəməsində mübahisələndirilməsinin qarşısını almağa çalışır. Hazırki iş üzrə birinci iddiaçı həbs olunaraq, 5 il ərzində həbsdə saxlanılıb. O və ailəsi dəfələrlə bildiriblər ki, onun həbsi qanunsuz və ədalətsiz olub. İddiaçının anası bildirib ki, oğlu 17 il mühafizə xidmətində qulluq edib, dəfələrlə dövlət mükafatları ilə təltif edilib. İddiaçı öncə işdən çıxarılmasına, sonra həbsinə səbəb bir ədəd patronun itməsi olub. Belə ki, 2001-ci il martın 5-də XXX adlı mühafizəçi patron itirib. Martın 6-na keçən gecə İddiaçı patronu tapıb. Patronu dəstə komandirinə yox, müfəttişliyə təqdim edib. 4 gündən sonra işdən azad edilib. İşdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri XXXun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. Hadisənin üstündən bir il, üç ay keçəndən sonra keçmiş zabit məsələni ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqid edəndən sonra ona qarşı cinayət işi açılıb. Öncə ölkə prokurorluğu İddiaçı qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah, sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2019-cu ilin yanvarın 29-da hərbi tribunal İddiaçı 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bu müddət 1 il azaldılıb. Həmçinin, İddiaçı vəkili olmuş XXX istintaqın əsassız, qərəzli olduğunu deyib.Belə ki, patronu itirən mühafizəçi heç bir cəza almayıb. Birinci iddiaçı isə patronu oğurlamaqda ittiham edilib. Yuxarıdakı hallardan göründüyü kimi birinci iddiaçı yerli məhkəmələr qarşısında ona qarşı irəli sürülən ittihamı qəbul etməyib, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında göstərilən hüquqlarının pozulduğunu qeyd edib. İddiaçılar Avropa Məhkəməsinə ünvanladıqları xx.xx.2014-cü il tarixli şikayətdə birinci iddiaçının Konvensiyanın 6, 10, 13, 14, 18-ci maddələrində göstərilən hüquqlarının pozulduğunu göstəriblər. İddiaçılar bildirir ki, cavabdehlərin tə qsirli hərəkətləri nəticəsində onlara külli miqdarda ziyan dəyib. İddiaçılar bildirir ki, Avropa Məhkəməsinin oxşar işlər üzrə presedentlərini əsas tutaraq, bu qənaətə gəlmək mümkündür ki, birinci İddiaçı qeyd etdiyi faktlar üzrə məsələ Avropa Məhkəməsində mübahisələndiriləcəyi təqdirdə, iddiaçı pozulduğu hüquqlarının əvəzi olaraq, iddia etdiyi kompensasiyanı əldə edə biləcəkdi. Lakin indiki halda bu məktub cavab şirkət tərəfindən məzmunu açıb oxunub, şikayət 17 il ərzində dövlətə xidmət etmiş dövlət agentinin etdiyi tənqidə görə barəsində cinayət işi açılması və 4,5 il müddətinə həbs edilməsi ilə bağlı olduğu üçün itirilib. Beləliklə, birinci iddiaçı həm Konvensiyada göstərilən hüquqlarının pozuntusunun tanınması imkanından, həmçinin Avropa Məhkəməsi tərəfindən təyin ediləcək kompensasiya nı əldə etmək imkanından məhrum olub. Buna mütənasib olaraq, ikinci iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində İddiaçı şikayətini hazırladığı iş üzrə pozuntu tanınacağı təqdirdə, müəyyən ediləcək məhkəmə xərclərini almaq imkanından məhrum olub. İddiaçılar bildirirlər ki, hal-hazırki şikayətin itirilməsi nəticəsində onlar ciddi stress və mənəvi sarsıntıya məruz qalıblar. Belə ki, mübahisələndirilən iş 5 ilə yaxın müddət ərzində həbsdə qalmış keçmiş Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) əməkdaşı barədə olub. Birinci iddiaçı bildirir ki, o, dəfələrlə dövlət orqanlarına müraciət edərək günahsız olduğunu sübut etməyə çalışıb. Ən sonda işi üzrə ərizəni Avropa İnsan hüquqları Məhkəməsinə göndərərək ümid edib ki, onun şikayəti üzrə pozuntu faktı tanınacaq və o, 5 ilə yaxın müddətdə çəkdiyi həbsin əvəzi olaraq, kompensasiya əldə edəcək. Digər tərəfdən ikinci iddiaçı da müştərisi ilə bağladığı müqavilə üzrə lazımi hərəkətləri etmək imkanından məhrum olub və hazırladığı şikayət üzrə pozuntu tanınacağı təqdirdə əldə edə biləcəyi kompensasiyadan məhrum olub. İddiaçılar hesab edir ki, dəymiş zərərin cavabdehlərdən müştərək qaydada alınaraq, onlara ödənilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.
4. İddiaçılar bildirirlər ki, cavabdeh qurumların təqsirli hərəkətləri nəticəsində onların “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində göstərilən hüquqları pozulub. İddiaçılar əlavə edirlər ki, strateji işlərlə bağlı kütləvi şəkildə Avropa Məhkəməsinə göndərilən məktubların itməsi faktına baxmayaraq, bu vəziyyətdə olan ərizəçilərə münasibətdə heç bir t ədbir bu günə kimi görülməyib. Hətta bir çox halda cavabdeh1 tərəfindən bununla bağlı məlumat ərizəçilərə verilmir, ərizəçilər yalnız özləri məktublarının çatmadığı ilə bağlı məlumatı müəyyən etdikdən sonra Cavabdeh1 MMCdən onlara bildirilir ki, məktubları itib və kompensasiya ilə bağlı müraciət edə bilərlər. Bu kompensasiyanın məbləği isə 100 manatı keçməyəcək həddə olur. Halbuki, xaricə göndərilən məktublar üzrə belə hallara az-az rast gəlinir. Bu halların böyük əksəriyyətinin məhz Avropa Məhkəməsinə göndərilən şikayətlərdən ortaya çıxması isə onu deməyə əsas verir ki, bu proses qərəzli şəkildə və qəsdən həyata keçirilir. Mediada bu məsələ dəfələrlə işıqlandırılmağına baxmayaraq, belə məktubların itməsinin qarşısının alınması ilə bağlı heç bir tədbir görülmür. Göstərilənlərə əsasən idd iaçılar İddiaçı və Vəkil “İnsan hüquqlarının və Əsas.Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması, mənəvi zərərin əvəzi olaraq birinci ddiaçıya 70000 (yetmiş min) manat, ikinci iddiaçıya 50000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim- R.Səmədov) 2(006)-4647/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçılar “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüq uqlarının pozulduğunu iddia etsələr də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14.2, 76.1,77.1, 81, 89.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra – MM) 87.1,1096, 1097.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.6-cı, X1 35-ci maddəsinin 2.7-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbi nin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – V.Ə.İbayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) 2(103)-9421/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçılar onların yazışma sirrinin qəsdən pozulmasını iddia etsələr də, bu barədə müvafiq orqanlara müraciət etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişlər.
11. Məhkəmə kollegiyası iddiaçıların şikayətlərinin itməsinə görə onların mənəvi zərərə görə kompensasiya tələb etmək hüququnun olmaması ilə bağlı birinci i nstansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı olmasa da, qətnamənin həmin əsasla ləğv olunmasını məqsədəmüvqafiq hesab etməmiş və izah etmişdir ki, iddiaçıların belə hüququ saxlanılır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin rədd olunmasına yönəlmiş və məhkəmə kollegiyası da işə baxarkən eyni nəticəyə gəlmişdir. Formal mülahizələrə görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maadəsinə əsasən düzgün deyildir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
12. Məhkəmə əsaslandırmışdır. öz mövqeyini MPM-in 77.1-ci maddəsinə istinad edərək Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
14. İddiaçılar kassasiya şikayətini əsaslandırarkən bildirmişlər ki, AİHM-nə gedən məktubun hansı səbəbdən itirilməsi ilə bağlı cavabdeh1 tərəfindən heç bir izahat verilməmiş, məktubun itirilməsi barədə iddiaçı Vəkil vaxtında məlumat verilməmiş, nəticədə iddiaçı AİHM-ə şikayət vermək üçün müəyyən edilmiş altı ay ərzində təkrar şikayət göndərmək hüququndan məhrum edilmişdir.
15. Kassatorlar şikayətlərində qeyd etmişlər ki, AİHM-ə göndərilən şikayətlərin cavabdeh1 tərəfindən kütləvi i tirilməsi və bu “itirilən” işlərin əsasən həssas siyasi şikayətlər olması barədə məhkəməyə sənəd təqdim etsələr də, məhkəmələr buna münasibət bildirməmişlər. Eləcə də, İddiaçı məhkəməyə sənəd təqdim etmişdir ki, onun hüquqlarının müdafiəsi üçün xarici ölkələrə, hətta Türkiyənin prezidenti cənab X5 göndərdiyi məktublar itirilmişdir. cavabdeh1 MMC isə nə üçün məhz iddiaçının məktublarının kütləvi itirilməsi ilə bağlı heç bir ağılabatan izahat verməmişlər.
16. İddiaçılar bildirmişdir ki, AR Prezidenti yanında XDMX-nin ölkə xaricinə gedən məktubları yoxlayan qurumu vardır ki, həmin qurum bütün məktubları yoxlayır, hökumətin əleyhinə olan şikayətləri yox edir. Beləliklə müəyyən olunur ki, Ərizəçilərin AİHM-ə göndərdiyi məktubu XDMX-lə bağlı olduğundan və gələcəkdə qəbulediləcək qərarın onların maraqlarına toxunacağından həmin məktubu AİHM-ə göndərməyiblər. Lakin, məhkəmə qeyd edilən halları araşdırmadan əsassız nəticəyə gəlmişdir.
17. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasınn 60-cı, İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6, 8, 13 və 34-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X3 tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.
19. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etirazında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilmədiyini bildirmiş və əlavə etmişdir ki, iddiaçılar tərəfindən verilən kassasiya şikayəti MPM ilə müəyyən edilmiş form aya uyğun deyildir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnam ənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün və ətraflı hüquqi qiymət verilmişdir.
31. Apellyasiya Məhkəməsi toplanmış sübutlara mülki prosessual qanunvericiliyin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət vermişdir.
32. İddiaçılar İddiaçı və Vəkil iddia edirlər ki, onlar tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış şikayət məktublarının cavabdeh "xxxx" Məhdud Məsuli yyətli Cəmiyyəti tərəfindən qəsdən itirilməsi, həmin məktublar oxunmaqla onların "İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş yazışma sirri hüququ və dövlət tərəfindən onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət verilməsinə maneçilik törədilməklə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Ona görə İnsan hüquqları və əsas azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulduğu faktının tanınması və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada alınaraq birinci iddiaçıya 70.000 (yetmiş min) manat, ikinci iddiaçıya 50.000 (əlli min) manat məbləğində kompensasiyanın verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.
33. İddiaçılar iddian ın əsası kimi ona istinad etmişlər ki, birinci iddiaçı Dövlət Xüsusi Mühafizə xidmətinin (DXMX) əməkdaşı olub, DXMX-nin fəaliyyətini sərt tənqid edən bir sıra məqalələrdən sonra 29 avqust 2012-ci ildə həbs edilmiş və keçmiş siyasi məhbusdur. İkinci iddiaçı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını müdafiə edən vəkildir, fəaliyyəti ilə bağlı təqib və təzyiqlərlə üzləşib. İkinci iddiaçı birinci iddiaçının müdafiəçisi olub. Cavabdeh1 MMC Azərbaycan milli poçt operatorudur. Milli məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə ünvanladıqları xx.xx.2014-cü il tarixli şikayət cavabdehin qəsdi nəticəsində ünvana çatmamışdır.
34. İkinci iddiaçı müdafiə etdiyi 1-ci iddiaçının hüquqları ilə bağlı dövlətdaxili müdafə vasitələrini tükəndirərək 04 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri X XX saylı poçt vasitəsi ilə iddiaçının “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6, 10, 13, 14 və 18-ci maddələrinin pozulmasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət göndərib. 14 noyabr 2018-ci il tarixdə Ərizəçi 04 sentyabr 2014-cü il tarixdə göndərdiyi şikayətin Məhkəmə tərəfindən qəbul edilib-edilməməsi barədə Məhkəməyə sorğu göndərmiş və sikayətin məhkəməyə çatmaması barədə məlumat almışdır. İddiaçılar dövlət orqanlarının təqsirli hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddəsində göstərilən hüquqlarının pozulmasının tanınması tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişlər.
35. İddiaçıların dörd tələbi v ar:
1. Hər iki iddiaçının “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması;
2. Hər iki iddiaçının “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması;
3. Birinci İddiaçı mənəvi zərərin əvəzi olaraq 70.000 manat məbləğində kompensasiyanın verilməsi; 4.İkinci iddiaçı Vəkil 50.000 manat məbləğində kompensasiyanın verilməsi. 36. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinə əsasən:
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
37. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçılar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin Cavabdeh1 MMC tərəfindən itirilməsi və şikayətin Məhkəməyə çatdırılmaması ilə əlaqədar “İnsan hüquqlar və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması faktının tanınması tələbini onların məktublarının qəsdən açılaraq oxunması və mühüm əhəmiyyətli olması ilə əlaqədar Məhkəməyə göndərilməməsi ilə əlaqələndirirlər. Bununla belə iddiaçıların məhkəməyə təqdim etdikləri sübutlardan heç biri onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin Cavabdeh1 MMC və ya digər hər hansı qurum tərəfindən açılıb oxunmasını təsdiq etmir. Bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddiaçılar dəlillərini bu cür halların mütəmadi baş verməsi ilə əsaslandırırlar. İddiaçılar Cavabdeh1 MMC və ya hər hansı digər qurum tərəfindən onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin itirilməsi nəticəsində yazışma sirrlərinin pozulması ilə bağlı hər hansı bir hadisə baş verməsi (həmin şikayətin məzmunu hər hansı kütləvi informasiya vasitəsində dərc olun mamış, yayılmamış, müzakirə olunmamışdır) barədə məhkəməyə məlumat verməmiş və məhkəməyə belə bir faktın mövcudluğu haqqında heç bir sübut təqdim etməmişlər.
38. Məhkəmə qeyd etmişdir ki, hər hansı şəxsin, o cümlədən iddiaçıların şikayətlərinin olduğu məktubun qəsdən Cavabdeh1 MMC və ya başqa hər hansı bir qurum tərəfindən açılaraq oxunması cinayət məsuliyyətinə səbəb olan əməldir. Beləki, Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma, o cümlədən həmin Məcəllənin 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayət hesab olunur.
39. İddiaçılar onların yazışma sirrinin qəsdən pozul masını iddia etsələr də, bu barədə müvafiq orqanlara müraciət etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişlər.
40. Mülki məhkəmə icraatı çərçivəsində məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırır. Tərəflərin təqdim etdiyi sübutlar cavabdehlər tərəfindən cinayət xarakterli əməllərin törədilməsini təsdiq etmir. Cinayət xarakterli əməllərin baş veribverməməsini araşdırmaq mülki məhkəmə icraatının vəzifəsinə daxil deyildir.
41. Apellyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, şikayətin dəlilləri və iddiaçılar tərəfindən təqdim olunmuş sübutlar onlar tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış şikayətlərinin Cavabdeh1 MMC, yaxud hər hansı qurum və ya şəxslər tərəfindən açılaraq oxunması, yayılması, iddiaçıların yazışma hüququna qanunsuz müdaxilənin o lmasını, onların “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasını müəyyən etmək üçün əsas vermir. Əgər bu cür hallar olmuşdursa onun müəyyən edilməsi müvafiq sübutların təqdim olunması və ya bir sıra əməliyyat istintaq hərəkətlərin aparılması və məlimatın cinayət məhkəmə icraatı çərçivəsində araşdırılması tələb olunur. 42. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 34-cü (Fərdi şikayətlər) maddəsinə əsasən: “Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəb ul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.
43. Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına tərəfdar çıxdığına görə həmin Konvensiyanın 1-ci maddəsinə müvafiq olaraq yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etməlidir. Həmin hüquqların təmin olunması yollarından biri də dövlətin yurisdiksiyası altında olan istənilən fiziki şəxsin, qeyri-hökumət təşkilatınnın və ya ayrı-ayrı şəxslər qrupunun Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarının pozulmasının qurbanı olduğunu iddia edən şikayətlərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çatdırılmasıdır. Yəni K onvensiyanın 34-cü maddəsi fiziki şəxsin, qeyri-hökumət təşkilatınnın və ya ayrı-ayrı şəxslər qrupunun Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlərlə Məhkəməyə müraciət etmək imkanına təminat verir. Həmin maddədə, həmçinin fiziki şəxsin, qeyri-hökumət təşkilatınnın və ya ayrı-ayrı şəxslər qrupunun Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlərlə Məhkəməyə müraciət etmək imkanın reallaşdırılması üçün iştiraçkı dövlətə münasibətdə də də öhdəlik müəyyən edilmişdir. Bu öhdəlik iştirakçı dövlətin bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamasında ifadə olunur.
44. İddiaçılar Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasını i ddia etməklə onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin dövlət tərəfindən özünün orqan və ya dövlət qulluqçularının vasitəsi ilə Cavabdeh1 MMC-dən götürülməsi, açılıb oxunması, oğurlanması, məhv edilməsini və s. iddia edirlər. Qeyd olunan hərəkətlər də mahiyyəti etibarı ilə qanunsuz və cinayət xarakterli və Cinayət Məcəlləsində nəzərdə tutulan “Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma (Maddə 155)”, “Şəxsi həyatın toxunulmazlığını pozma (Maddə 156)”, “Vəzifə səlahiyyətlərini aşma (Maddə 309)”, “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (Maddə 310)” cinayət tərkiblərində ifadəsini tapan hərəkətlərdir.
45. İddiaçılar onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət hüququna qəsdən müdaxilə olunduğunu iddia e tsələr də, bu barədə müvafiq orqanlara müraciət etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Mülki məhkəmə icraatı çərçivəsində məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırır. Tərəflərin təqdim etdiyi sübutlar cavabdehlər tərəfindən cinayət xarakterli əməllərin törədilməsini təsdiq etmir. Cinayət xarakterli əməllərin baş verib-verməməsini araşdırmaq mülki məhkəmə icraatının vəzifəsinə daxil deyildir. Nəzərə almaq lazımdır ki, cinayət prosessual qanunvericiliyin verdiyi səlahiyyətlərdən istifadə edən cinayət təqibi orqanı hadisənin baş verib-verməməsini müəyyən etmək üçün zəruri prosessual hərəkətləri həyata keçirə bilər.
46. Eyni zamanda məhkəmə baxşı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərinin sadəc ə itməsi ilə bağlı mənəvi zərərin ödənilməsini tələb etməmişlər. Onların tələb etdikləri mənəvi zərər “İnsan hüquqları və əsas azadlıqları nın müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının qəsdən pozulması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlərinə baxacağı təqdirdə onlara müəyyən edəcəyi yüksək məbləğdə kompensasiya ilə əlaqədardır. İddiaçılar tələblərinin həmin hissəsini əsaslandırarkən ona istinad edirlər ki, onlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onlara təyin edəcəyi yüksək məbləğdə konpensasiyadan məhrum olduqlarına görə müvafiq olaraq 70.000 və 50.000 manat məbləğində mənəvi zərər tələb edirlər. Əslində iddiaçılar tərəfindən tələb olunan məbləğ onların özlərinin izahına görə mənəvi zərərə görə deyil, əldən çıxm ış faydaya, yəni maddi ziyana görə tələb olunan kompensasiyadır. Apelyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu xüsusat da onların mənəvi zərərlə bağlı yüksək məbləğdə kompensasiya tələbinin əsassızlığına dəlalət edir. Çünki, iddiaçıların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlərinə baxacağı təqdirdə onlara yüksək məbləğdə kompensasiya müəyyən edəcəyi ilə bağlı dəlilləri də yalnız mülahizəyə əsaslanan dəlillərdir.
47. İddiaçılar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları şikayətin itməsi ilə bağlı Cavabdeh1 MMC-nin maddi kompensasiya ödənilməsi niyyətini qəbul etməmiş, cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməmişlər. Apelyasiya Məhkəməsi həmin hala da qiymət verərək bildirmişdir ki, iddiaçıların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanladıqları ş ikayətin itməsi təbii olaraq onların müəyyən sarsıntılara məruz qalmalarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində şikayətlərinə baxılması ümidləri ilə əlaqədar məyusluğa düçar olmalarını qəbul edir və hesab edir ki, həmin məyusluq və sarsıntılarla bağlı iddiaçılar mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı hesab edilməli idilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında bu xüsusatın birbaşa nəzərdə tutulmamasına baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirli tərəfin hərəkətləri nəticəsində baş vermiş məyussuq, sarsıntı, iztirab və s. hallar mənəvi zərərə görə konpensasiya ödənilməsini şərtləndirir. Lakin iddiaçılar şikayətlərinin Cavabdeh1 MMC tərəfindən sadəcə itirilməsinə görə kompensasiya tələb etməmişlər. Onların konpensasiya tələbi “İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8 və 34-cü maddələrinin qəsdən pozulması ilə bağlı onlara vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlıdır.
48. Apellyasiya Məhkəməsi iddiaçıların şikayətlərinin itməsinə görə onların mənəvi zərərə görə kompensasiya tələb etmək hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq haqlı olaraq iddiaçıların bununla bağlı maddi və mənəvi ziyan tələb etmək hüquqlarının olmasını qeyd etmişdir.
49. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçıların bütün etiraz və dəlillərinə hüquqi qiymət verərək toplanmış sübutlar əsasında mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
50. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə a id edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Vəkil k assasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(103)9421/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.