Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1915/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, X3, “X10 LTD” MMC-nə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, ipotekanın satış qiymətinin müəyyən edilməsi, ipotekanın likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)3215/2020 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2013-cü il tarixli, 120378-1-10136 saylı “baş kredit razılaşması”na əsasən bank tərəfindən Cavabdeh1 10 il müddətinə, 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2013cü il tarixli, 120378-1-10136/1 saylı kommersiya krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay (12 a y güzəşt) müddətinə, illik 14 (on dörd) faizlə 1-ci tranş üzrə 240 000.00 (iki yüz qırx min) ABŞ dolları, 2-ci tranş 660 000.00 (altı yüz altmış min) ABŞ dolları olmaqla, ümumilikdə 900 000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X3 məxsus olan x nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 110.000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 47.000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X9 məxsus olan x nömrəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 165.000 manat məbləğində müəyyən edilmişdir. Zaminlər Cavabdeh2, X12, X4 və “X10 LTD” MMC borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. Cavabdeh1, Cavabdeh2, X12, X4 və “X10 LTD” MMC-yə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları yaranm ışdır. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 20.12.2018-ci il tarixə 205.956,95 ABŞ dolları əsas kredit borcu, 19.862,73 ABŞ dolları faiz borcu, 6831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 232.650,68 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 01.11.2016-cı il tarixə Banka borclu olduğu 205 956,95 ABŞ dolları məbləğ ində əsas borcun, 81.925,08 ABŞ dolları məbləğində faiz borcunun və 6831.00 ABŞ dolları məbləğində cərimənin, cəmi 294.713,03 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X1, “X10 LTD”xxxx“İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan x nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 110 000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ i lə Hüseynov Əİi Nadir oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 40.000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan x nömrəli bağ evinə və həmin mənzilin ilkin satış qiyməti 93 500 manat müəyyən edilməklə yönəldilməsi, yaşayış sahələrinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyanlar Hüseynov Əİi Nadir oğlu, X4, X12 və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və yaşayış sahəsinin boşaldılması ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5028 saylı, 31 yanvar 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 01.11.2016-cı il tarixə əsas borc üzrə 150.045,94 ABŞ dolları, faiz borcu üzrə 37.053,01 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. “xxxx” MMC tərəfindən verilmiş 21.11.2018-ci il tarixli ekspert rəylərindən görünür ki, 21.11.2018-ci il tarixinə x nömrəli bağ evinin bazar dəyəri 450.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində olan 11 saylı evin, 15 saylı mənzilin bazar dəyəri 95.000 manat, X saylı mənzilin bazar dəyəri 135.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqları 936 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3526 saylı, 05 aprel 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 01.11.2016-cı il tarixə əsas borc üzrə 150.045,94 ABŞ dolları, faiz borcu üzrə 37.053,01 ABŞ dolları məbləğində olması, 20.12.2018-ci il tarixə isə əsas borc üzrə 150.045,94 ABŞ dolları, faiz borcu üzrə 81.925,08 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. “xxxx” MMC tərəfi ndən verilmiş 09 oktyabr 2019-cu il tarixli, 57 saylı qiymətləndirmə hesabatından görünür ki, 09.10.2019-cu il tarixə x nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilin bazar dəyəri 138.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilin bazar dəyəri 83500 manat, x nömrəli bağ evinin bazar dəyəri 431.800 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 900 manat təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-22/2019 saylı işi üzrə 13.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X1 və "X10 LT D” MMC-dən müştərək qaydada 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 01.11.2016-cı il tarixə 150045,94 ABŞ dolları əsas borc, 37053,01 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu, cəmi 189098,95 ABŞ dolları məbləğində pul, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 189098,95 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 120 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş X3 məxsus olan x nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə yönəldilməsi, həmi n əmlakın ilkin satış qiymətinin 138000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə yönəldilməsi, Həmin əmlakın ilkin satış qiymətinin 83500 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş X9 məxsus olan x nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 431800 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh1, X12 və X3 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh1, X12, X4 və onlarla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahələrindən məcburi çıxarılması və yaşayış sahələrinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 345 (üç yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4 və "X10 LTD” MMC-dən tutulub Az.MEM, hesabına köçürülməsi, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatlarının haqları olan 936 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4 və "X10 LTD” MMC-dən tutularaq «xxxx» MMC-nin hesabın a köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 900 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4 və "X10 LTD” MMC-dən tutulub "xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4 və “X10 LTD” MMC kredit müqaviləsi ilə üzərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Məhkə mə sonuncu məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə almaqla hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X1 və “X10 LTD” MMC-dən 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 150.045,94 ABŞ dolları əsas, 37.053,01 ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X1 və “X10 LTD” MMC-dən 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 01.11.2016-cı il tarixə olan borc tələb edilmiş, sonuncu ekspert rəyində də həmin tarixə kredit müqaviləsi üzrə 150.045,94 ABŞ dolları əsas, 37.053,01 ABŞ dolları faiz borcunun olduğu öz əksini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsi üzrə 01.11.2016-cı il tarixə olan borc sonun cu ekspert rəyində göstərildiyi məbləğdə tutulmalıdır. Həmçinin, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən əsaslanaraq hesab etmişdir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 2000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, öhdəliklər icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetləri olan x nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə, x nömrəli bağ evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac a çıxarılaraq satılmalı, satışlardan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlaklar hərracda satıldıqdan 1 ay ərzində boşaldılmalıdır. İpoteka predmetlərinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ cavabdehlər Cavabdeh1, X12 və X3 qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “mənzillərin ilkin satış qiymətlərinin 110.000 manat, 40.000 manat və 93.500 manat müəyyən edilməklə açıq hərracdan satılması” hissəsinə sonuncu ekspert rəyi nəzərə alınmaqla qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmaqla, mənzillərin ilkin satış qiymətləri müvafiq olaraq 138.000 manat, 83.500 manat və 431.800 manat məbləğində müəyyən edilərək açıq hərracd a satılmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 739, 295, 317.1, 319.1, 319.6, 470.1, 472.1, 467, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1, 39.3.3, 59.3, 59.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(006)-22/2019 saylı qətnaməsinin əsas borcun miqdarının müəyyən edilməsi, predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, Bankın iddia tələbinin həmin hissələrdə təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4, “X10 LTD” M MC tərəfindən apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-22/2019 saylı 13.11.2019-ci il tarixli qətnaməsinin qismən ləğv olunması, iddianın təmin olunmuş hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan ünvan 1 ünvandakı mənzilin, X nömrəli mənzilinin girovluqdan azad edilməsi, Binəqədi rayonu X saylı bağ evinin 450000 manata hərracdan satılması, əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi, ekspertizaya xərclərinin tərəflərdən müştərək qaydada tutulması və təmin olunmamış hissədə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 19.06.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X6 barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək, 2(103)-3215/2020 sa ylı mülk iş üzrə barışıq sazişini təsdiq etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X11 barışıq sazişini müdafiə edərək, 2(103)-3215/2020 saylı mülk iş üzrə barışıq sazişini təsdiq etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 19.06.2020-ci il tarixli iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X8, X2, “X10 LTD” MMC-nin X7 mülk iş üzrə barışıq sazişini təsdiq etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Ziya Şirinov) 08 sentyabr 2020-ci il tarixli, 2(103)-3215/2020 nömrəli qərardadı ilə barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Ziya Şirinov) 08 sentyabr 2020-ci il tarixli, 2(103)-3215/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4, “X10 LTD” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2019 saylı işi üzrə 13.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-3215/2020 nömrəli qətnaməsinin əsas borcun miqdarının müəyyən edilməsi, predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində və qərardadında maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır. Belə ki, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas borcu müəyyən edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının 31 yanar 2018-ci il tarixli 5028 saylı rəyini əsas götürmüşdür. Lakin əsas borcun miqdarı ekspert rəyi ilə düzgün müəyyən olunmamışdır. Ekspert rəyi ilə maliyyə arayışı arasında əsas borc hissəsində 55.911,01 (əlli beş min doqquz yüz on bir, 01) ABŞ dolları məbləğində fərq yaranmışdır Ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə cərimə borcu ümumiyyətlə, hesablanmamış və ekspert tərəfindən müəyyən olunmamışdır. Halbuki, mübahisələndirilən kredit müqaviləsi üzrə cərimə borcunun da cavabdehlərdən tutulması iddia tələbində nəzərdə tutulmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 31 yanvar 2018-ci il tarixli 5028 saylı rəyi iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz, əsas borcun miqdar ı düzgün müəyyən edilməli, apelyasiya instansiya məhkəməsinin qətnaməsi əsas borcun miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməli və Bankın iddia tələbi bu hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən edərkən, “xxxx” MMC-nin 09 oktyabr 2019-cu il tarixli 57 saylı qiymətləndirmə hesabatını əsas götürmüşdür. İpoteka predmetləri olan daşınmaz əmlakların dəyərləri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuş, reallığı əks etdirmir, həmin hesabat qeyri-obyektiv və qərəzlidir. Bu səbəbdən də, “xxxx” MMC-nin qiymətləndirmə hesabatı tamamilə əsassızdır və qanunvericiliyin tələbinə uyğun deyildir. Həmin hesabat ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması üçün mötəbər sübut kimi qəbul oluna bi lməz. “xxxx” MMC-nin qiymətləndirmə hesabatında ipoteka predmetləri olan və gələcəkdə açıq hərraca çıxarılması nəzərdə tutulan daşınmaz əmlakların qanunvericilikdə nəzərdə tutulmuş likvid dəyəri deyil, qanunvericilikdə nəzərdə tutulmayan bazar dəyərini müəyyən etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi, qanunun tələbinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri bazar dəyəri ilə deyil, likvid (satış) dəyəri ilə müəyyən olunmalıdır. Qanunverici ilkin satış qiymətinin bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən olunmasını ona görə nəzərdə tutmuşdur ki, tutma ipoteka predmetinə yönəldilən zaman açıq hərracda satılması tez və real olsun. Lakin qiymətləndirici “xxxx” MMC-nin qiymətləndirmə hesabatı ipoteka predmetləri olan daşınmaz əmlakların dəyərini reallığı əks etdirməyən və həddən yüksək qiymət ilə müəyyən etməklə, həmin əmlakların gələcəkdə açıq hərracda satılmasını qeyri-mümkün edir. Apelyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd, ziddiyyətli, mücərrəd, yeni mübahisələrə başlanğıc olan və məhkəmədə mübahisəyə son qoymaq məqsədi daşımayan səciyyə daşığından məhkəmə kollegiyası tərəfindən təsdiq edilə bilməz. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qüvvədə olan qanunvericiliyinin tələblərinə tam cavab verir. Lakin buna baxmayaraq, məhkəmə kollegiyası tərəflər arasında uzun müddət sürən məhkəmə mübahisəsinin barışıq yolu ilə həll olunmasına şərait yaratmamış və əsassız olaraq barışıq sazişini məhkəmədə təsdiq etməmişdir. Cavabdeh1 tərəflər arasında bağlanmış barışıq sazişinin 3.1-ci bəndinə uyğun olaraq, saziş imzalandıqdan sonra 50.126,80 manat məbləğində vəsait də ödəmiş, ödəniş qəbzi məhkəmə kollegiyasına təqdim edilmiş, lakin buna baxmayaraq, məhkəmə kollegiyası əsassız olaraq, barışıq sazişinin qanuna zidd olduğu qənaətinə gəlmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qor unan mənafeyini pozmur. Barışıq sazişi ilə müəyyən olunmuş tərəflərin öhdəlikləri və icra müddəti, sazişin digər şərtləri tam və aydın şəkildə ifadə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşl ə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilk in satış qiymətini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasi ya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamənin əsas borcun miqdarının müəyyən edilməsi, predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrinin ləğv edilməsi xahiş edildiyindən iddiaçının kassasiya şikayətinin dəlilləri əsasında qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində səhvə yol vermişdir. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi ipoteka predmeti olan əmlakların hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə əsasən orta bazar dəyəri ilə müəyyən etmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində ipoteka predmetin in ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiyməti kimi göstərilmişdir. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 №-li Qərardadında da bununla bağlı hüququn tətbiqinə dair məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmək məqsədi ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti bu hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsini qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmaqla qanuni və əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası əsas borcun müəyyən edilməsi hissəsində apellyasiya məhkəməsin in mövqeyi ilə razılaşır. Belə ki, müqavilə üzrə əsas borc məbləği müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş və hər iki ekspert rəyində tələb edilən dövrə kredit müqaviləsi üzrə əsas borcun məbləği 150.045,94 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kassasiya şika yətinin əsas borcun müəyyən edilməsi ilə bağlı dəlilləri əsassızdır, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)3215/2020 nömrəli qətnaməsi ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən digər hissədə( əsas borcun müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.