Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1915/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: peşə xəstəliyinə görə ödənc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı mərhum atasının peşə xəstəliyinə görə aldığı ödəncin ona verilməsi hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1660/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azneft” İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. X4 ilə İddiaçı2 15 noyabr 1966-cı ildə rəsmi nikaha daxil olmuş, nikahlarından xx xxxxxx 1970-ci il təvəllədüdlü İddiaçı1 anadan olmuşdur.
2. X4 uzun müddət 28 May Neft və Qazçıxarma İdarəsində usta işləmiş, peşə xəstəliyinə görə ona 28 dekabr 2001-ci ildə ömürlük 2-ci qrup əlillik təyin edilmiş, 11 oktyabr 2015-ci il ölmüşdür. Bu barədə 15 oktyabr 2015-ci il tarixli 747 nömrə ilə Ölüm haqqında şəhadətnamə verilmişdir.
3. İddiaçı1 anadan gəlmə qüsurlu olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert komisiyamsı tərəfindən verilmiş 515457 saylı arayışa əsasən ömürlük 2-ci qr up əlilidir, anası İddiaçı2 himayəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azneft” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı İddiaçı1 mərhum əri X1 ölüm günündən, yəni 15.10.2015-ci il tarixdən Azərbaycan Respublikası DNŞ «Azneft» İB-nin 28 May NQÇİdən peşə xəstəliyinə görə aldığı ödəncə hüququnun tanınması, həmin ödəncin iddiaçıya təyin edilməsi və qətnamənin icra ediləcəyi günədək ödəncin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırmışdır ki, əri X4 ilə 15.11.1966-cı ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Qızı İddiaçı1 anadan gəlmə qüsurlu olduğun dan hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-o ser. AR № 515457 saylı arayışa əsasən ömürlük 2-ci qrup əlildir. X8 “Azneft” İB-nin 28 May NQÇİ-də uzun müddət işləmiş, iş yerində peşə xəstəliyinə tutulması nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona “Ömürlük” 2-ci qrup əlillik verilmişdir. Əri 15 oktyabr 2015-ci ildə ölmüşdür. Ömürlük 2-ci qrup əlil qızı İddiaçı1 onun himayəsindədir. Mərhum ərinin müavinətinin əlil qızına verilməsinin təmin olunması məqsədilə 27 mart 2016-cı il tarixdə “Azneft” İB-nə müraciət etmiş, lakin “Azneft” İB Təşkilat Hüseynovun aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında səbəbli əlaqənin olmaması əsası ilə bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
6. Bakı şəhəri Səbail Ray on Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-1856/2020) iddia təmin edilmiş, İddiaçı1 atası X1 ölüm günündən, yəni 15 oktyabr 2015-ci il tarixdən “Azneft” İB-nin 28 May NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınması, həmin ödənc iddiaçıya ömürlük təyin edilməsi və 15.10.2015-ci il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləği birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh “Azneft” İB-nə həvalə olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh “Azneft” İB X1 ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin olmamasına dair irəli sürdüyü dəlillər iş üzrə toplanmış və məhkəmədə tam, hərtərəfli, obyektiv və q ərəzsiz baxılaraq tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ömürlük 2-ci qrup əlil İddiaçı1 mərhum atası ödənilən ödəncləri almaq hüququnu istisna edən hallar müəyyən edilməmişdir.
8. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 1121, 1121.1.1, 1121.1.2, 1121.1.3, 1121.1.4, 1121.2, 1121.3, 1121.3.1, 1121.3.2, 1121.3.4 və 1121.3.5-ci maddələri, Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 “Azneft” İB-nin “28 May” NQÇİ-də uzun müddət işləmiş, iş yerində peşə xəstəliyinə tutulması nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. NQÇİ tərəfindən X3 vəfat etdiyi tarixədək dəymiş zərərə görə ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam hesablanıb ödənilmişdir. İddiaçı 27 mart 2016-cı il tarixində həyat yoldaşının müavinətinin X2 verilməsinin təmin olunması üçün “Azneft” İB-yə müraciət etmişdir. “Azneft” İB-nin 15.07.2016-cı il tarixli məktubu ilə T.Hüseynovun aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqə olmadığına görə ödənclərin T.H üseynovun ailə üzvlərinə verilməsindən imtina olunmuşdur. Hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı X1 ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqə olması müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi iddianı əsasız olaraq təmin etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov, iş № 2(103)-1660/2021) cavabdeh “Azneft” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli, 2(009)1856/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdekhi təşkilatın X1 ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin olmaması barədə cavabd eh təşkilatın dəlilləri əsassızıdır.
13. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iş üzrə üç dəfə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspert qarşısında sual kimi mərhum X1 “Azneft” İB-nin 28 May NQÇİ-də işlədiyi müddətdə tutulduğu peşə xəstəliyi (diaqnoz: xroniki bel-oma radikuliti, hiporteniya xəstəliyi, beyin qan dövranının pozulması) ilə onun 11 oktyabr 2015-ci il tarixdə ölümü (səbəb kimi ürəyin dayanması göstərilmişdir) arasında səbəbli əlaqə varmı, əgər varsa hansı formada olması, ürəyin dayanmasına xroniki beloma radikuliti, hiporteniya xəstəliyi, beyin qan dövranının pozulmasının səbəb ola bilməsi qoyulmuşdur.
14. İlk iki ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X11 tərəfindən verilmiş 25.05.2021-ci il tari xli, 491/KEŞ saylı və 13.09.2021-ci il tarixli, 394 saylı rəylərə əsasən müəyyən edilmişdir ki, X1 meyitin (daxili və xarici) müayinəsi aparılmadığı üçün onun ölümünün səbəbi düçar olduğu peşə xəstəliyi nəticəsində baş verib-verməməsi haqqında fikir söyləmək mümkün deyildir.
15. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, 402/MEŞ saylı ekspert görə isə T.M.Hüseynovun meyitinin anatoloji müayinəsi aparılmadığından istehsalatda peşə fəaliyyəti dövründə düçar olduğu xəstəliklərin hansı ağırlaşmasının konkret olaraq onun ölümünə səbəb olduğunu dəqiqləşdirmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, T.M.Hüseynov peşə fəaliyyəti dövründə «Xroniki paraproktit; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz; xr. babasil İİ dər əcə, xr.anal çat, pararektal fistul» kliniki diaqnozu; EKQ-da sol mədəciyin hipertrofiyası, ön divarda infaktdan sonrakı çapıq; nevroloqun konsultativ baxışında «Serebral ateroskleroz»; kardioloqun baxışında «Ürəyin işemiya xəstəliyi, kardioskleroz» diaqnozuları təyin edilmiş və (14.07 - 30.07.2005-ci il) stasionar müalicədə olmuşdur. «Serebral ateroskleroz, beynin sol yarımkürəsinin işemik insultu, sensomotor afaziya, sağ tərəfli hemiparez» əsas xəstəliyi, «Ürəyin işemiya xəstəliyi, kəskin koronar sindrom, infarktdan sonrakı kardioskleroz, ekstrasistolik aritmiya, beynin sağ yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri» yanaşı xəstəlikləri, «Xr.prostatit. Beyin atrofiyası» fəsadları ilə EKQ-da ön arakəsmənin mənfi dinamikası, koronar qan dövranının pisləşməsi, tək-tək mədəci k ekstrasistoliyaları; baş beyinin KT müayinəsində «Sol beyin yarımkürəsində işemik insult, sağ yarımkürədə keçirilmiş insult, baş beynin atrofiyası» diaqnozları təyin edilərək (28.06- 25.07.2008-ci il) stasionar müalicə və müayinələrdə olmuşdur. «Hipertoniya xəstəliyi İİİ mərhələ. Kəskin dissirkulyator ensefalopatiya» əsas xəstəliyi; «Beynin sol yarımkürəsində keçirilmiş işemik insultun qalıqları» yanaşı xəstəliyi; döş qəfəsinin rentgenoskopiyasında ağciyərlərdə ikitərəfli durğunluq fonunda damar şəklinin deformasiyası, ürək-damar kölgəliyinin hər iki tərəfə genişlənməsi, sağ plevra boşluğunda maye; EKQ-da ön arakəsmə nahiyəsində miokard infarktı əlaməti, sol mədəciyin hipertrofiyası» ağırlaşmalarının instrumental diaqnostikası təyin edilərək müvafiq stasionar (8.10.-17.10.2010-CU il) müa yinə və müalicə tədbirləri icra edilərək ambulator nəzarət məsləhət görülmüşdür. 11.10.2015-ci il tarixdə «Ürəyin dayanması» səbəbi ilə qəfləti ölüm baş vermişdir. Belə ki, yuxarıda qeyd edilən xəstəliklərin ağırlaşmaları sərbəst şəkildə inkişaf etmir, etioloji və patogenetik cəhətdən əsas xəstəliklə bilavasitə əlaqəli olurlar, bir və ya bir neçə ola bilirlər. Məhz T.M.Hüseynovun ölümünün istehsalatda düçar olduğu «xroniki bel-oma radikuliti fonunda hipertoniya xəstəliyi, beyin qan dövranının pozulması»nın ağırlaşması ilə əlaqədar baş verməsi istisna edilmir.
16. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh “Azneft” İB tərəfindən T.Hüseynovun ölümü ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin olmamasına dair irəli sürdüyü dəlil ekspert rəyi ilə də inkar edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli 2(103)-1660/2021 nömrəli qətnaməsinin ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh “Azneft” İB (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntularına yol vermiş, sübutlara tam, hərtə rfli və obyektiv baxmamış, T.Hüseynovun ölümünün səbəbinin 2001-ci ildən onda mövcud olmuş peşə xəstəliyinin, peşə xəstəliyi ilə ölümü arasında səbəbli əlaqənin olması barədə düzgün olmyan nəticəyə gəlmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 01.11.2021-ci il tarixli 402/MEŞ saylı ekspert rəyində T.M.Hüseynovun 11.10.2015-ci il tarixdə ölümünün istehsalatda düçar olduğu xəstəliklə birbaşa əlaqəsinin olması qeyd edilməmiş, rəy ehtimallarla əsaslandırılmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, T.Hüseynovun 11.10.2015-ci il tarixdə ölümünün istehsalatda düçar olduğu “xroniki bel-oma radikulit fonunda hipertoniya xəstəliyi beyin qan dövranının pozulması”nın ağırlaşması ilə əlaqədar baş verməsi istisna edilmir. Rəydə T.Hüseynovun aldığı istehsalat xəsarəti ilə ölümü arasınd a birbaşa səbəbli əlaqənin olduğu göstərilməmişdir.
19. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsinin, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.03.2003-cü il tarixli 3 nömrəli qərarının tələbləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 38 İİİ hissə. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabili yyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. b) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:
22. Maddə 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
23. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. c ) Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə
195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə;
26. Maddə
239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yet irilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı. ç) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
31. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431 -3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
32. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimalların dan irəli gələ bilər. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər cavabdeh tərəfindən həm iddia ərizəsinə etirazda, həm də apellyasiya şikayətində irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz tədqiq edilməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məh kəməsinin əsaslandırılması ilə razılaşır. 37.İddiaçı1 atası T.Hüseynovun 11.10.2015-ci il tarixdə “ürəyinin dayanması” nəticəsində ölümünün səbəbinin 2001-ci ildən onda mövcud olmuş peşə xəstəliyi ilə səbəbli əlaqənin olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticənin ehtimallara əsasən olması barədə kassasiya şikayəti dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ehtimallara deyil, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 01.11.2021-ci il tarixli 402/MEŞ saylı ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla obyektiv nəticəyə gəlmiş, həmin məsələnin həlli üçün düzgün olaraq iş üzrə toplanmış sübutları kifayət hesab etmişdir.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1660/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.