Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1921/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh2, vəkili X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulm ası, qeyri- qanuni tikilinin sökülməsi, əvvəlki vəziyyətə gətirilməsi barədə ilkin, Cavabdeh2 İddiaçı1, İddiaçı2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı maneələrin aradan qaldırılması ilə evə baxan pəncərələrin cavabdehin hesabına sökülərək bağlanması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim E.Rəhimov) İddiaçı1, İddiaçı2 Cavabdeh2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qeyri- qanuni tikilinin sökülməsi, əvvəlki vəziyyətə gətirilməsi barədə ilkin iddia rədd edilmiş, Cavabdeh2 İddiaçı1, İddiaçı2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı maneələrin aradan qaldırılması ilə evə baxan pəncərələrin cavabdehin hesabına sökülərək bağlanması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan Bayıl qəsəbəsii, F.Əbdülrəhmanov küçəsi ev 9, mənzil 5 ünvanında yerləşən mənzilində rekonstruktiv və yenidən qurma işlərinin aparılması ilə bağlı törədilə bilən maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyas iya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Vəliyev, hakimlər X.Mərdanova və E.Həsənov) Səbail Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılardan İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsi ni xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar Məmmədova Gülsa və İddiaçı2 Cavabdeh2 qarşı mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qeyri-qanuni tikilinin sökülməsi, əvvəlki vəziyyətə gətirilməsi və sair tələblərə dair iddia vermişlər. Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 5 saylı yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ünvan 2 ünvandakı mənzilin onun evinə baxan hissəsindəki pəncərələrin cavabdehlərin hesabına hörülərək bağlanması, dəymiş maddi zərərə görə 19.336 manat 50 qəpik və 50.000 manat mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinl əyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı evin yaşayış sahəsi 69,4 kv/m, ümumi sahəsi 101,9 kv/m olan 3 otaqlı mənzili ilkin iddia üzrə İddiaçı1, bir otağı isə ilkin iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Səbail r-nu, F.Əbdülrəhmanov küçəsi ev 9, mənzil 5 ilkin iddia üzrə Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 məxsus ev pilləvari qaydada olaraq İddiaçı1 və İddiaçı2 məxsus mənzilə münasibətdə aşağı səviyyədə yerləşir. Yaşadıqları ərazi landşaft baxımından yüksəklik formasındadır. Buna görə, relyef üzrə bir y aşayış sahəsi digərindən hündürdədir. Hazırda Cavabdeh2 bir mərtəbəli evin üstündə ikinci mərtəbə qaldırmaq niyyətindədir, İddiaçı1 və İddiaçı2 isə buna etiraz edirlər. Cavabdeh2 öz növbəsində İddiaçı1 evinin pencərələrinin onun evinə tərəf baxan hissəsini qanunsuz saydığından onların bağlanmasını tələb edir. Həmçinin işin mübahisə edilməyən hallarına görə mülkiyyətində olan evdə aparılan tikinti işləri ilə əlaqədar X məlumatlandırma icraatı qaydasında evin eskiz layihəsini Səbail rayon İcra Hakimiyyətinə təqdim etmiş və tikinti işlərini İcra Hakimiyyəti ilə razılaşdırmışdır. Bundan başqa iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2018-ci il tarixli rəyi ilə tədqiq olunan 5 saylı mənzilin eskiz layihəsinə əsasən yan divarlar boyunca hündürlüyü 6,2 metr nəzərdə tutulduğunu, 48 saylı evin iddiaçılara məxsus mənzillərinin otaqlarından 5 saylı mənzilə tərəf 3 ədəd pəncərə açıldığını, eləcə də iddiaçılara məxsus yaşayış evinin divarı ilə cavabdeh tərəfindən inşa olunması nəzərdə tutulan tikili arasındakı məsafə 0,7-0,9 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikili inşa edildiyi halda 48 saylı ünvanda yerləşən mənzillərə təbii işığın, havalanmanın və görüntünün qarşısı alınacağı müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı evin 5 saylı mənzilə və küçə tərəfə baxan hissəsindəki 3 ədəd pəncərənin texniki pasportda öz əksini tapdığı, yalnız 1 pəncərənin (9 saylı otaqdakı) texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Beləliklə işin hallarından göründüyü kimi cavabdeh mülkiyyıtində olan evin üztündə yeni tikili inşa edir və onun inşa etdiyi tikili tam başa çatacağı halda iddiaçıların evinə düşən təbii işığın, havalanmanın və görüntünün qarşısı alınacaqdır. Qeyd edilən halların iş üzrə aparılmış araşdırmalarla təsbit edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən “tikililərin sökülməsi” barədə ilkin iddia subyektiv hüququn olmaması səbəbindən rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinadını Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Belə ki, həmin maddələrin tələblərinə görə bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanıt ərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Lakin qeyd edilən istinadla iddiaçıların tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, sonuncuların hazırkı iddianı qaldırmaqda məqsədi yaşadıqları mənzilə törədilən manelərin aradan qaldırılmasından ibarətdir. İddiaçılar bu məzillərin mülkiyyətçiləridir. Onların mülkiyyət hüququ qanunla müdafiə olunur və mülkiyyətçi mülkiyyət hüququnun pozulmasının qarşısını alınması üçün müstəqil qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqı nda” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində təbii işığın, havalanmanın və görüntünün qarşısının alınmasının müəyyən edilməməsi əsası ilə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması əsaslı sayıla bilməz. Çünki tikilinin inşası tam başa çatacağı halda iddiaçıların evinə təbii işığın, havalanmanın və görüntünün qarşısının alınacağı iş üzrə keçirilmiş ek spertiza rəyi ilə müəyyən edilmişdir və cavabdehin apardığı tikinti işləri nəticəsində bu halların gələcəkdə baş verməsinin iddiaçılar tərəfindən şüurlu olaraq qəbul edilməsi və bu hallara görə onların mənəvi zərər çəkməsi istisna edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissələrdə tikilinin sökülməsinə dair iddianın rədd edilməsi ilə əsaslandırıldığından və tikilinin sökülməsinə dair hissədə qətnamə ləğv edildiyindən qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Beləliklə işin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərb aycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1921/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1921/2019
29.03.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver