Məhkəmə qərarları › İş №2(102)-1921/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1921/2024

01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1921/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddəti, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-167/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 1 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 25.5.2021-ci il tarixli, 05/01420 nömrəli müqaviləyə əsasən, istifadəyə verən İddiaçı ASC kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun istifadəçi Cavabdeh keçməməsi şərti ilə istifadəyə vermişdir. Texnikanın adı – Taxılyığan kombayn “SR-2045”; buraxılış ili – 2013; dövlət qeydiyyat nömrəsi – 28 T 083; istifadə müddəti xx.xx.2021- xx.xx.2021; məbləğ – 4000 manat.

2. Cavabdeh tərəfindən verilmiş 26 may 2021-ci il tarixli iltizama əsasən, o, 5/01420 nömrəli, 25.5.2021-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü texnikanı təyinatı üzr ə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öz öhdəsinə götürmüşdür. 3. 26.5.2021-ci il tarixli Akt 1-ə əsasən, İddiaçı ASC-nin Ağcabədi RN-nin BeyləqanXocavənd rayon bölməsinin istifadəsində olan “SR-2045” markalı taxılyığan kombayn texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. 4. 9.9.2021-ci il tarixli Akt 2-ə əsasən, İddiaçı ASC-nin Ağcabədi RN-nin BeyləqanXocavənd rayon bölməsinin istifadəsində olan “SR-2045” markalı taxılyığan kombayn lizinqə götürmüş Cavabdeh tərəfindən aşağıda gös tərilən texniki vəziyyətdə bölmənin rəhbərinə təhvil verilmişdir: texniki vəziyyəti: nasaz, 1) mühərrik: nasaz, a) yanacaq sistemi: nasaz, b) yağlama sistemi: saz, c) soyutma sistemi: saz; 2) Transmissiya: nasaz; 3) Hidravlik sistem: saz; 4) Elektrik avadanlığı: saz; 5) Şinlər: 40 %; 6) Digər mexanizmlər və qovşaqlar: nasaz; 7) Akkumlyator: ------. Həmin akt təhvil verən Cavabdeh tərəfindən imzalanmamış, imzalamaqdan imtina ilə bağlı 1.12.2021-ci il tarixdə imtina aktı tərtib edilmişdir. 5. “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışa əsasən, Cəmiyyətin Ağcabədi RN-nin BeyləqanXocavənd rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış 5/01420 saylı, 25 may 2021-ci il tarixli müqavilə əsasında bölmənin istifa dəsində olan və mexanizator tərəfindən operativ lizinqə götürülmüş 559937 şassi nömrəli “SR-2045 Sampo” markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən 9 sentyabr 2021-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında tərtib edilmiş akta əsasən texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər aşağıdakı kimidir: 1) Yanacaq nasosu 1 ədəd 1800 manat; 2) Forsunka 4 ədəd (1 ədədi 150 manat) 600 manat; 3) Turbokompressor 1 ədəd 1500 manat; 4) Şin 18.4-34 1 ədəd 1450 manat; 5) Arxa körpü 1 ədəd 3500 manat; 6) Ventilyator 1 ədəd 750 manat; 7) Ələk 1 ədəd 300 manat; 8) Uzandırıcı ələk 1 ədəd 150 manat; 9) Qayışlar 6 ədəd (1 ədədi 150 manat) 900 manat; 10) Kombaynın çərçivəsi sınıb (bərpa) 1 ədəd 500 manat – cəmi 10450 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Biri nci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 10450 manat dəymiş maddi ziyanın və 121,35 manat dövlət rüsumunun, cəmi 10571,35 manatın Cavabdeh (bundan sonra – cavabdeh) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “Sampo Rosenlew SR-2045” marka lı taxılyığan kombaynın tam bərpası üçün 10450 manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinq verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 25 may lizinq müqaviləsinə ASC-dən 1ədəd Sampo Rosenlevv SP-A2045 mar kalı taxılyığan kombaynı 1.6.2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan müddətdə lizinqə götürmüş və müddəti bitəndən sonra tamamilə saz vəziyyətdə qaytarmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 12 may 2023-cü il tarixli, 9/1094 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə İddiaçı ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Sambo Rosenlew SP-2045” markalı taxılyığan kombaynın təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9324 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

10. İmişli Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 16 avqust 2023-cü il tarixli, 2(036)-63/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh cəmi 9324 manatın və 110 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 25.5.2021-ci il tarixli, 05/01420 nömrəli lizinq müqaviləsinə əsasən cavabdehdən lizinqə götürdüyü 1 ədəd Sampo Rosenlevv SP-2045 markalı taxılyığan kombaynı nasaz vəziyyətə saldığına görə cəmiyyətə dəymiş 9324,0 manat məbləğində maddi zərər ödəməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1097-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 216, 220, 227, 233, 357 və 360-cı maddəl ərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, taxılyığan kombayn 25 may 2021-ci il tarixində iki ay müddətinə onun istifadəsinə verilmişdir. 26 iyun 2021-ci il tarixində o xəstələnmişdir. Bundan sonra iddiaçı ona heç bir söz demədən 30 iyun 2021-ci il tarixində kombaynı gəlib aparmışdır. İddiaçı tərəf kombaynı aparan zaman kombayn tam saz vəziyyətdə idi. İddiaçı heç bir təhvil-təslim etmədən kombaynı aparmışdır. Hazırda İddiaçı ASC qanunsuz olaraq onunla heç bir təhvil-təslim edib almadığı kombayna görə ondan pul tələb edir. Məhkəmə maddi hüquq normalarını tətbiq etməmiş, əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən müqavilə üzrə cavabdehin həqiqətən borcunun olub-olmaması barədə araşdırma aparmamışdır. Həmin lizinq müqaviləsi üzrə cavabdeh kombaynı təxminən 1 ay idarə etmiş və həmin müddətdə kombayn tam saz vəziyyətə olmuşdur. İddaçı onunla heç bir təhvil-təslim etmədən qanunsuz olaraq kombaynı aparıb və sonradan guya müəyyən eləyib ki, cavabdeh kombaynı yararsız vəziyyətə salmışdır. Əslində isə iddiaçı kombaynı cavabdehdən alanda təhvil-təslim etməli idi. Məhkəmə heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. İddaçı ondan kombaynı təhvil almamış, cavabdeh heç bir sənədə imza atmamışdır. Yəqin ki, iddiaçı ondan kombaynı təhvil-təslim alması barədə saxta təhvil-təslim aktı hazırlayıb.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-167/2024 nömrəli mülki iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və T.X.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********** **********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhk əmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməmə si və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verilmiş lizinq obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni 9.9.2021-ci ildə təhvil aldığı andan başlamışdır. Lakin iddiaçı lizinq obyektini geri aldığı andan təxminən 9 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici m üddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil.

19. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürülmüş, bununla da iddiaçının hüququ xitam olunmuşdur. Ona görə də dəymiş maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin vurulduğu həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təsdiqini tapsa da, məhkəmə hazırkı m ünasibətləri tənzimləməli olan Mülki Məcəllənin 21-ci maddəsini deyil, fərqli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasını tətbiq etmiş, düzgün olmayan nəticəyə gəlmişdir. Həm Mülki Məcəllənin 748-7.1-ci maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən açıq görünür ki, lizinq alanın məsuliyyəti hər hansı bəlli bir müddətlə məhdudlaşdırılmamışdır. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 697.4-cü maddəsi isə fərqli hüquq münasibətlərini tənzimləyən kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri başlıqlı maddi hüquq normasıdır. Apellyasiya instnasiyası məhkəməsi isə bu hallara lazımi diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlar formal olaraq sadalanmışdır ki, faktiki olaraq prosessual hüquq norması pozuntusuna yol verilmiş, texnika tam saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq cavabdeh əsaslı sübut gətirmədən lizinq obyektinə vurulmuş zərəri şifahi mülahizəsi ilə ümumi sözlərlə əsaslandırmış, etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialar ının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

24. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Maddə

751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarı.

26. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3

3. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verd iyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddiala ra aiddir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-167/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar