Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1922/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2918/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Al i Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, İddiaçı Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə gizir kimi xidmətdə olmuşdur. Xidmət keçdiyi müddətdə onda hepatit «C» virusu aşkar olunmuş və müvafiq müalicə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində zərərin əvəzinin, mənəvi ziyana görə 7.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, cari ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən N saylı h/h-də gizir rütbəsində xidmətə başlamışdır. İşlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışlarında böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. İşinin son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq, onların öhdəsindən tam gəlməyi bacarmışdır. Hər gün eyni vaxtda, yəni səhər saat 06:00-dan, axşam saat 23:00-dək çöl şəraiti ndə və ayaq üstə dayanmaq rejimində fəaliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyələrində kəskin ağrıların başladığını və bu nahiyələrə maye yığıldığını müəyyən etmişdir. Dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməsinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldıqdan, hər axşam hərarətlə müşahidə olunmağa başladıqdan, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərdilər. Müayinə zamanı onda diz qapaqlarına maye yığılması, qara ciyərin “hepatit-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərli k hospitalda stasionar müalicə adı ilə yerləşdirilməyinə razılıq vermişdir. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan natrium-xlor, bisilin preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, elə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmasına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etmişlər. Onu təyinatı üzrə mükəmməl müalicə olmağı üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verildi. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmağına mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Məlumdur ki, sözügedən xəstəliklərin hər biri özlüyündə ciddi və ağır xəstəliklər kateqoriyasına aiddir. Ona görə də, bu xəstəliklərin hər biri ayrı-ayrılıqda uyğunlaşdırılmış səhiyyə müəssisələrində və ixtisaslaşdırılmış peşəkar həkim heyətinin müstəsna nəzarəti altında həyata keçirilməlidir. Hətta “Hərbi qulluqçuların statusu” haqqında qanunda da konkret olaraq göstərilir ki, “Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olm ayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.” Səhhətindəki xəstəliklərin ciddiliyini nəzərə alaraq onun mükəmməl müalicəyə ehtiyacının olması səbəbindən dövlət başçısına, 1-ci Vitse prezidentə və digər aidiyyəti qurumlara ünvanladığı müraciətlər sükutlə qarşılanmış və biganə yanaşılmışdır. Haqq səsinin eşidilməsi üçün digər müraciətləri ictimai xarakter daşıyır. Belə ki bununla bağlı başqa müraciətləri isə ölkədə fəaliyyət göstərən KİV-lərə yönləndirilmişdir. Onu mənəvi-psixoloji cəhətdən daha çox narahat edən mübtəla olduğu bu xəstəliklər deyil, yüksək ideallar, vətənə xidmət, torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması üçün canından belə keçməyə hazır olduğu halda ona qarşı son dərəcə laqeyd, biganə münasibət, xəstəliklərimin hərbi hissə rəhbərliyindən heç kimi maraqlandırmadığı, əksinə onların bu xəstəliklərin daha da dərinləşməsinə rəvac verməkləri mütəhəssir edir. O və onun kimi yüzlərlə vətənə canı ilə, qanı ilə xidmət etməyə hazır olan vətəndaşlarımızda ikrah hissi oyadır. Ordumuz haqqında olan yüksək fikirləri şübhə altına alır. Müharibə vəziyyətində olan ölkəmizdə vətəndaşlarımızın döyüş əzminə sarsıdıcı zərbə vurur. Hakimiyyət tərəfindən səhhətindəki ağır problemlərlə bağlı müraciət edən şəxsə zəruri tibbi yardımların göstərilməməsi özündə qeyri-insani və ləyaqəti alçaldacaq rəftar kimi fikir yaradır. Bütün bunlardan sonra xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün hərbi hissənin rəhbərliyinin adına raport yazaraq onu işdən azad etmələrini istəsə də, “şərəf məhkəməsi” adlı toplantı keçirərək hazırkı durumu ilə heç b ir əlaqəsi olmayan xidməti uyğunsuzluq müddəası ilə onu işdən azad etmişlər. Raportundan da göründüyü kimi o, xəstəliyi ilə əlaqədar işdən azad olunmağını xahiş etsə də, hərbi hissə rəhbərliyi ona qarşı qərəzli və qanunazidd mövqe tutaraq onu tamam ayrı maddə ilə işdən xaric etmişdir. İddiaçı xx.xx.2019-cu ildə daxili-mədə qanaxması ilə əlaqadar təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilmişdir. Hepatit '“C” xəstəliyi ilə əlaqadar qara ciyər funksiyasını itirmiş və nəticədə mədədə varikoz damarı genişlənərək partlamışdır. Sonradan ağır xəstə kimi 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdir. Diaqnoz “qara ciyər fibrozu.” Hərbi hospitalda vaxtında və düzgün müalicə etməməsi onu ağır vəziyyətə saldı. Dərmanların bir hissəsini b orc-xərclə alsa da, qalanını indiyə kimi ala bilmir. Naxçıvan şəhərində xidmətdə olduğu müddətdə hökumət orqanları, qaraciyər fıbrozunun diaqnozunu ləngidərək və hərbi hospitalda qaraciyər fibrozunun müalicəsi üçün kifayət qədər tibbi yardımla təmin etməyərək, sağlamlığını qorumaq və rifahını yaxşılaşdırmaq üçün heç bir tədbir görməmişdir. Ona qarşı lazımi dərəcədə rəftarın olmaması ona fiziki və mənəvi əziyyət vermişdir. Lakin bu cür rəftar onun insani ləyaqətini alçaldır, eləcə də onda mənəvi və fiziki müqaviməti qırmaq qabiliyyətində olan qorxu, sıxıntı hissi yaradır. Bu cür hərəkətlər “insan ləyaqətini alçaldan ” kimi xarakterizə edilə bilər. Dövlət şəxsin yüksək keyfiyyətli tibbi yardım alması, müalicə forma və üsullarının insan ləyaqətinə qarşı normətə cavab verməsi və ona əziyyət ve rməməsi uçun tədbirlər görməlidir. Ona göstərilən tibbi xidmətin keyfiyyətsizliyi, faktiki olaraq adekvat tibbi yardımdan məhrum olmağı ağır nəticələrə gətirib çıxarmışdır. Ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftar olmuşdur və uzun müddət müalicə etmədiklərini, onun vəziyyətini, işgəncələrə məruz qalmağını nəzərə alsaq, nəticə etibarilə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüquqlar pozulmuşdur. Beləliklə, hərbi hissənin rəhbərliyinin, həmçinin hərbi hospitalın baş həkimi, ona təyin olunmuş həkimi, eləcə də, hüquqşünasın ona qarşı qərəzli məqsədi etinasız, laqeyd və biganə münasibəti nəticəsində hazırda xəstəliklərim son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. Aşkar olunan xəstəliklərin mükəmməl müalicəsi üçün kifayət qədər vəsait tələb olunur. İddia çı özündə bu xəstəlikləri aşkar etdiyi ilkin mərhələdə hərbi hissə rəhbərliyinə bu barədə məlumat verdikdən sonra verilsəydi xəstəlikləri bu qədər ağır forma almayacaqdı. Hazırda tam müalicəsi üçün bir neçə ay intensiv stasionar terapiya keçməyi tələb olunur. Bu isə o deməkdir ki, uzunmüddətli müalicə dövründə dərman preparatları, digər müalicə ləvazimatları üçün onun gücü daxilində olmayan pul vəsaiti tələb olunur. Təxmini hesablamalara görə hal-hazırda onda mövcud olan üç xəstəliyin müalicəsi üçün 9-10 min manat civarında pul vəsaiti nəzərdə tutulur. Eyni zamanda belə vəziyyət onun mənəvi psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdı r. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 7000(yeddi min) manat dəyərləndirir. Onda aşkar olunmuş xəstəlikdən sonra qulluq etdiyi hərbi hissədə, həmçinin müalicə adı ilə yerləşdirildiyi hərbi hospitalda, sonrakı dövrlərdə isə Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən ona olan başdansovdu münasibətin onun xəstəliyinin onlar üçün əhəmiyyətsiz bir şey olduğunu gördükdən sonra bu qənaətə gəlməyində tam haqlıdır. Məhz bu xəstəliklə əlaqədar düşdüyü acınacaqlı vəziyyət ona olan mənfi münasibət nəticəsində daha da acınacaqlı hal almışdır. Xüsusilə müharibə vəziyyətdə olan bir ölkənin ordusunda onun hərbiçisinə, həm də ağır xəstəliyə tutulmuş hərbçisinə qarşı qeyri-insani münasibət heç bir məntiqə sığmayan və ağıla gəlməyən böyük biyabırçılıq, dövlə timiz və onun ordusuna heç də başucalığı gətirməyən bir üzqaralığıdır. Xəstələndikdən sona ona qarşı Müdafiə Nazirliyinin biganəliyi nəticəsində xəstəliyi daha da dərinləşmiş və xroniki hal almışdır. Xəstəliyin ilkin mərhələsində onun mükəmməl müalicə almasına heç bir şərait yaradılmaması, əksinə qulluq etdiyi hərbi hissədə onda heç bir xəstəliyin olmamasını söyləsə də, sonda onun xəstəliklə ölüm-dirim mübarizəsinə girməyinə səbəb olmuşdur. Onun cavan yaşlarında ölümcül xəstəliyə tutulmağı hərbi hissədən başlasa da, Nazirlik heç bir addım atmamış, onu bir Azərbaycan vətəndaşı, hərbçisi kimi kənarda qoyaraq taleyin ixtiyarına buraxmışlar.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etmədiklərini bildirmiş və qeyd etmişdir ki, iddiaçı xidmətə uyğunsuzluqla ehtiyat a buraxılmışdır. İddiaçı bildirmişdir ki, o, musiqiçidir və hərbi xidmət onun üçün ağır olduğuna görə öhdəsindən gələ bilmir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.2019-cu il tarixdən 3 ay ərzində xəstəliyin səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı müraciət etməmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 888/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. «205 nömrəli hərbi hissə kardiopulmonologiya bölməsi»ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2019-c u il taridə onda «Hepatit C» virusunun olduğu müəyyən edilmişdir.
2. İddiaçı «Hepatit C» virusunun olduğu müəyyən edilmiş və laborator müayinələrin nəticələrini nəzərə alaraq ona müvafiq təyinat verilmiş, dispanser müşahidə və təkrar müayinə məsləhət görülmüşdür.
3. «Hepatit C» virusu»na yoluxma müxtəlif yollarla, əsasən qan vasitəsi ilə baş verir.
4. İddiaçı müəyyən edilən əsas xəstəlik, yəni «Reaktiv oliqoartrit»lə əlaqədar ona müvafiq müalicə planı təyin edilmiş və adekvat aparılmışdır.
5. İddiaçı aparılmış müalicələrdən sonra onda müsbət dinamika əldə edilmişdir.
6. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar ona müvafiq təyinat verilmiş və onda mövcud olan «Hepatit C» virusunun xronikləşməsi, serrozla fəsadlaşması xəstəliyin ağır kliniki gedişi ilə, «Qida borusu venalarının varikoz ge nişlənməsi» isə damar patologiyası ilə əlaqədar olmuşdur. 7.8. İddiaçı aparılmış qısa müddətli müalicədən sonra xəstənin qanında ALT, AST və bilirubin fraksiyaları normallaşdığı üçün antiviral müalicənin təyin olunması məqsədəmüvafiq olmamışdır. Həmçinin dispanser müşahidəyə götürülməsi və 1 aydan sonra təkrar müayinəyə göndərilməsi tövsiyə olunmuşdur.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-25/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilməmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar olaraq iddiaçı hərbi hospitala müraciət etməmişdir. Həkimlərin tövsiyələrinə baxmayaraq iddiaçı ehtiyata buraxılarkə n xəstəliyinin səbəb əlaqəsinin dəqiqləşdirliməsinin və hərbi xidmətə yararlığının təyin olunması üçün hərbi həkim komissiyasından keçirilməsindən imtina etmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
9. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
10. Məhkəmə iddiaçıya göstərilmiş tibbi xidmətlərin cavabdeh tərəfindən qüsurlu yerinə yetirilməsi ilə bağlı halla rın ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehin hərəkətləri nəticəsində ona 10000 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi təmin edilmədiyi ndən, müvafiq olaraq, tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır, belə ki, həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onun mövcudluğu halında məhkəmə tərəfındən qiymətləndirilərək münasibət bildirilə bilər.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096, 1097.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 101.3, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi q ətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işi detallı araşdırmamışdır. Belə ki, hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan “natrium-xlor”, “bisilin” preparatlarından başqa, ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu hərbi hissəyə işini davam etdirməyə göndərmişlər. Onda yaxşılaşmağa doğru heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, belə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etmişlər. Onu təyinatı üzrə mükəmməl müalicə olmağı üçün Bakıya göndərilməyin i hospitalın rəhbərliyindən tələb etməsinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verilmişdir. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, hepatit “C” xəstəliyi özü-özünə təmizlənir və müalicə olur. Bundan əlavə, tibbi ekspertiza qarşısında lazımı olan suallar qoyulmamışdır. Tibbi ekspertiza qarşısında “Hepatit “C” virusunu F-4 mərhələsində olan qara ciyərin müalicəsi hansı dərman preparatları ilə müalicə olunur” sualı qoyulmalı idi, lakin məhkəmə ekspert qarşısında lazımı olmayan suallar qoymuşdur.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsinin 15 noyabr 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, “İddiaçı “Qaraciyər sirrozu” olduğuna görə, ona simptomatik, vitaminoterapiya, hepatoprotektor müalicələri təyin edilm işdir. Xəstənin laborator analizlərinin nəticələrinə görə, “Xroniki virus hepatiti C, dekompensasiya mərhələsi F4, assit, splenomeqaliya, portal hipertenziya” diaqnozu təyin edilmişdir ki, hazırda bu diaqnozun olması üçün ən azı 10-15 il vaxt lazımdır. Xəstəyə xx.xx.2019-cu il tarixdə 230 saylı protokola əsasən virus əleyhinə sxemə görə, 1) İnterferon alfa-2b 3,0 ml BV-144 ampul; 2) Ribavirin 200 mq kaps.- 2016 kaps. düzgün olaraq müalicələr təyin olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2918/2022 nömrəli mülki iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıq ların məhkəmə təminatı hüququ pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən subyektiv hüququn və qanuni mənafelərin pozulmaması barədə irəli sürdüyü dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, birinci və ikinci instansiya məhkəməsi mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqi zamanı konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirməklə, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Mə cəllə:
21. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
22. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
23. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qi smən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
26. Maddə 418.4.9. İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün prosessual hüquq norması pozulmuşdur.
30. Məlum olduğu kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 21).
31. Nəzərə alınmalıdır ki, “iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir sə” müddəası işə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
32. Hazırkı işdə İddiaçı tələbi hərbi xidmətdə olarkən ona keyfiyyətli tibbi xidmət göstərilməməsi nəticəsində dəymiş zərərin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilməsi barədədir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “...dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməsinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar.... xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərdilər. Müayinə zamanı onda diz qapaqlarına maye yığılması, qara ciyərin “hepatit-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur....Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan natrium-xlor, bisilin preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış,...onu təyinatı üzrə mükəmməl müalicə olmağı üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verildi...” (§ 3).
33. Məlum olduğu kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi inzibati orqandır və irəli sürülmüş tələb həmin orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qan unsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. Həmin Məcəllənin 8.1.3-cü maddəsində inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara müvafiq inzibati məhkəmə tərəfindən baxıldığı nəzərdə tutulmuşdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
37. Qeyd olunanlar ona dəlalət edir ki, tərəflərin hüquqi vəziyyəti, iddianın xarakteri, inzibati prosessual qanunvericilik və Ali Məhkəmənin Plenumunun istinad olunan qərarı nəzərə alınmaqla hazırkı iddiaya mülki mühakimə icraatında deyil, inzibati məhkəmədə baxılmalıdır. Buna baxmayaraq məhkəmələr iş üzrə iddiaya mahiyyəti üzrə baxıb qətnamə çıxarmışlar.
38. Halbuki, Ali Məhkəməsinin Plenumunun adı çəkilən qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsi ndə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
39. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-2918/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, həmin tələblə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.