Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1927/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, nömrəli qətnaməsindən cavabdeh «xxxx» İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, xnə, X13, «xxxx» İKB ASC və üçüncü şəxslər Azərbaycan Respublikası Xammal və X27 Mərkəzi «xxxx» MMC-yə, Bərdə regional “ASAN xidmət” mərkəzi notariat kontoruna qarşı iddia qaldırar aq, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli **********14 reyster və ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixli X saylı alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş X saylı çıxarışın etibarsız hesab edilməsi və onların daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsinin (h akim C.Tağıyev) xx xxxxxxxx 2018-ci il tarixli Xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli **********14 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bğlanmış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2016-cı il tarixli, X nömrəli çıxarışın hüquqi əsas olmadığından etibarsız hesab ediməsi və iddianın qalan hissədə təmin olunmam ası, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Əliyeva (sərlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) xx xxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə cavabdeh «xxxx» İKB ASC-nın apelyasiya şikayəti ona münasibətdə qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli **********14 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bğlan mış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin alqısatqısına dair xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2016-cı il tarixli, RX 07668088 nömrəli çıxarış olmadığından etibarsız hesab edilməsi, iddianın qalan hissədə - çıxarışların daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması hissəsində təmin olunmaması, Cavabdeh1 münasibətdə apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Cavabdeh «xxxx» İKB ASC Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamən in ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vicdanlı əldə edən olduğundan onlarla bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilə bilməz. Kassator qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kollegiya vurğulayır ki, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və y eri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: JN-0027, KOD 61006028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə X10, X2, X6, X7 və X11 məülkiyyətinə Bərdə rayonu Mirzalıbəyli kəndində 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx xxxxxx 2001-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X17, X8, X15, X16 və X3 rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə JN 0027 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbbəsinin xx.xx.2000-ci il tarixli 0992 saylı arayışına əsasən Bərdə rayon, Mirzalıbəyli kəndində yerləşən normativ qiyməti məbləğində olan 3,09 ha torpaq sahəsini İddiaçı 15344284 manata satmışdır; JN -0304 nömrəli KOD 61006028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Bərdə rayon, Mirzalıbəyli kəndində yerləşən 3,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; xx.xx.2006-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X19 mülkiyyətində olan Bərdə rayon, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsi 18 ay müddətinə xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək “xxxx” İKB ASC-nin xeyrinə yüklü etmişdir; Bərdə Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2-480-2007 nömrəli qətnaməsinin surətindən görünür ki, «Nikoil» İKB ilə Bərdə şəhərində yerləşən «xxxx» MMC arasında bağlanmış «xx xxx 2007-ci» il tarixli ipoteka müqaviləsi ləğv olunmuş, «xxxx» MMC-dən 80908,77 manat əsas, 12730,27 manat faiz, 11502,59 manat dəbbə pulu olmaqla, cəmi 105141,63 manat kredit borcunun və 19,80 mana dövlət rüsumunun alınıb «Nikoil» İKB-in xeyrinə verilməsi, 105141,63 manatın ipoteka predmeti olan Bərdə şəhə rində yerləşən X9 məxsus qeyri yaşayış sahəsinə (mağazaya), X5 məxsus Bərdə şəhərində yerləşən qeyri yaşayış sahəsinə (mağazaya), X13 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinə və X14 məxsus Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinə yönəldilməsi qət olunmuşdur; «X1 Mərkəzi»-nin xx xxxxxx 2008-ci il tarixli Y-021 nömrəli yekun protokolundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, qətnaməsinin icrası üzrə MH ******* nömrəli çıxarış üzrə X13 məxsus 0,09 ha torpaq sahəsi Cavabdeh2 2968 manata satılmışdır; xx xxxxxx 2008-ci il tarixli, hərracın yekunları üzrə alqı-satqı müqaviləsindən görünür ki, Bərdə rayonqu Mirzalıbəyli kəndində MH ******* nömrəli çıxarış üzrə X13 məxsus 3,09 ha torpaq sahəsi Cavabdeh2 2968 manata satılmışdır; xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-də **********14 qeyestr nömrə, ********** qeydiyyat nömrə ilə Cavabdeh2 adına qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli AN-İ0543253 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli AN-İ0543253 saylı alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 1600 manat məbləğində pula satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət i hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(104)1118/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2-480/2007 nömrəli qətnaməsi X13 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,09 torpaq sahəsinə yönəldilməsi hissəsində, həmin torpaq sahəsinə dair ipoteka müqaviləsi bağlanan zaman başqa şəxsin mülkiyyətində olması əsası ilə lə ğv olunaraq iddia tələbi həmin hissədə rədd olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(021)-2697/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, X19 ilə «xxxx» MMC-in rəhbəri X22 (borclu) və «Nikoil» İKB-in etibarnamə əsasında hərəkət edən idarə heyəti sədrnin müavini X21 arasında bağlanmış xx xxxx 2006-cı il tarixli,419/4 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bərdə rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə X17, X8, X15, X16 və X11 mülkiyyətinə Torpağa mülkiyyət hüququna dair” JN-00xx xxx 61006028 nömrəli dövlət aktı əsasında Bərdə rayonu Mirzalıbəyli kəndində 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh X19 özünün və ailə üzv ülərinin mülkiyyətinə olan Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsini xx.xx.2001-ci il tarixdə Bərdə rayon 2 saylı X12 4-Ə-26 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqnu təsdiq edən Bərdə rayon «Torpaq Şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutu» tərəfindən JN-03xx xxx 61006028 torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Buna baxmayaraq cavabdeh X4 rayonu Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinə mülkiyyət hüququnu xx.xx.2006-cı ildə DƏDRX-in 7 saylı Bərdə Ərazi idarəsində öz adına qeydiyyata aldıraraq çıxarış almış və «Nikoil» İKB ilə Bərdə şəhərində yerləşən «xxxx» MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi xx xxxx 2006-cı il tarixli ipoteka müqaviləsinə əs asən ipoteka ilə yüklü etmişdir. «Nikoil» İKB ilə «xxxx» MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyi üçün Bərdə Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsinə əsasən kredit borcunun tutulması ipoteka predmetinə (əslində isə İddiaçı ülkiyyətində olan 3,09 ha torpaq sahəsinə) yönəldilərək «X1 Mərkəzi»-nin xx xxxxxx 2008-ci il tarixli Y-021 nömrəli yekun protokolu əsasında xx xxxxxx 2008-ci il tarixli, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 2968 manata satılmışdır və həmin torpaq sahsəi xx.xx.2009-cu il tarixdə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestr xidmətində **********14 qeyestr nömrə, ********** qeydiyyat nömrə ilə Cavabdeh2 adına qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli AN-İ0543253 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanaraq Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 1600 manata satmışdır. Həmin torpaq sahəsi bu dəfə mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı iddiası üzrə Bərdə Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, Xnömrəli qətnaməsinə əsasən X19 ilə «xxxx» MMC-in rəhbəri X22 (borclu) və «Nikoil» İKB-in etibarnamə əsasında hərəkət edən idarə heyəti sədrnin müavini X21 arasında bağlanmış xx xxxx 2006-cı il tarixli, 419/4 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, habelə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2017-ci il t arixli, 2(104)-1118/2017 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2-480/2007 nömrəli qətnaməsi X13 məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 3,09 torpaq sahəsinə yönəldilməsi hissəsində, həmin torpaq sahəsinə dair ipoteka müqaviləsi bağlanan zaman başqa şəxsin mülkiyyətində olması əsası ilə ləğv olunaraq iddia tələbi həmin hissədə rədd olunmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı kassasiya baxışı kassasiya şikayəti verən «xxxx» İKB ASC-yə münasibətdə aparılır. Bankın isə işdəki mənafeyi yalnız girovun etibarlılığı və ona yönəltmə ilə bağlı ola bilər. Lakin həmin məsələlər yuxarıda qeyd edilən Bərdə Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, X nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2017-ci il tari xli, X7 nömrəli qətnamələri ilə həll edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələb i ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarı). Odur ki, bankın mənafeyi ilə bağlı ola biləcək hallar, yəni girovun etibarlılığı və ona yönəltmə hazırkı işin predmetini təşkil etmir. Başqa sözlə, bu işdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaldırlmış iddia çərçivəsində məhkəmələrin həll etdikləri tələblər (Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 3,09 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair dövlət reyestri xid məti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışın, həmin torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bğlanmış xx.xx.2016-cı il tarixli müqavilənin və Cavabdeh1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi) üzrə bankın hər hansı mənafeyi yoxdur. Yuxarıda qeyd olunduğu kimi bankın kassasiya şikayətinin dəlilləri həm də Cavabdeh2 və Cavabdeh1 vicdanlı əldə edən olmaları barədədir. Halbuki, həmin xüsusatlar məhz adları çəkilən şəxslərin mənafeyi ilə bağlı olduğuna görə bank tərəfindən irəli sürülə bilməz. Nə qədər ki, Cavabdeh2 və Cavabdeh1 özləri kassasiya şikayəti verməyiblər, bankın şikayəti üzrə həmin hallar üzrə hüququn düzgün tətbiq edilibedilmədiyi yoxlanılmır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, «xxxx» İKB ASC-nin kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: «xxxx» İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi «xxxx» İKB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1927/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1927/2020
01.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver