Məhkəmə qərarları › İş №2(102)-1929/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1929/2023

31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1929/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X6, X2 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARİ 2(102)-1929/23 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 31 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X6, X2 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-529/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qobustan Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(026)-52/2018 saylı qətnaməsi ilə cavabdehlər X4, X6 və İddiaçı 13 yanvar 2014-cü il tarixli, **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb “FİNCA Azerbaijan” X9 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, L ökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m. yardımçı sahəsi 21.8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın “FİNCA Azerbaijan” X9 Bank Kredit Təşkilatına olan borcunun əvəzi ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 2. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/213 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000 manat, hərracda işti rak üçün 5% miqdarında behin məbləği 3100 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019- cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə X5, X1 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 3. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/469 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3100 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019- cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə X5, X1 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 4. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/863 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.00015%=52700 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2635 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə X5, X1 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsin ə göndərilmişdir. 5. “Birja yenilikləri” qəzetinin 01-07 fevral və 22-28 fevral 2019-cu il tarixə buraxılışlarından görünür ki, qeyd olunan mənzilin hərraca çıxarılmasına dair elanlar yerləşdirilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 ümumi sahəsi 60.10 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi “Finca Azərbaycan” QeyriBank Kredit Təşkilatı MMM-nin adına əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Qarada rayon İcra Şöbəsi tərəfindən həyat yoldaşı və ailə üzvləri hərrac barədə və sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və həyat yoldaşı da bu barədə məlumatlandırılmamışdır. Tərəflər qərara gəlmişlər ki, "xxxx" MMQBKT olan borclarını sonuncu hərracda ödəsinlər və ona görə də mülkiyyətlərində olan yaşayış evini satışa çıxarmışlar. Hazırda yaranmış borcun ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac və mənzilin "xxxx" MMQBKTyə təklif edilməsi və mənzilin "xxxx" MMQBKT-nın mülk iyyətinə verilməsi barədə onlara məlumat verilməmişdir.

9. Birinci instansiya məhkəməsində üçüncü şəxs "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.1 kv.m olan mənzil üzərində “FİNCA Azerbaijan“ MMM QBKT-nin mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində № ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Qobustan Rayon Məhkəməsinin borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə qəbul etdiyi 21 may 2018-ci il tarixli qətnaməsinin icrası hal-hazırda davam etməkdədir. İpoteka predmeti olan mənzilin təşkilatın mülkiyyətinə keçirilməsinə baxmayaraq, İddiaçı hazırki günədək həm borc öhdəliyinin ödən ilməsini təmin etmir, həm də artıq mülkiyyətində olan əmlakın boşaldılmasına fərqli üsul və vasitələrlə mane olmağa çalışır, onunla aparılan danışıqlar artıq neçə ildir ki, heç bir nəticə vermir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə Qobustan Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarının qəbul edilməsindən artıq 4 ildən artıq müddət keçib, hazırki iş üzrə İddiaçı Nərimanov Rayon Məhkəməsi qarşısında hazırki iddianı qaldırılması onun üçün borc öhdəliyinin icrasından yayınmağın alternativ vasitəsi olduğunu hesab edirlər.

10. Nərimanov Rayon Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova, iş N e-2(005)-2351/2022 iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı hərrac bar ədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir.

12. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzillə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlə rinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.

13. Məhkəmə vurğulamışdır ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.

14. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda i ddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.

15. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

16. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir.

17. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5-ci maddələrinə, həmçinin, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar“Azərbaycan Respublikası Ali Məhkəməsi“Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının“ Azərbaycan Respubl ikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov iş N 2(103)-529/2023) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsidəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya insta nsiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir.

22. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlar dan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.

23. İddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir.

24. Məhkəmə Kollegiyası həmçinin vurğulamışdır ki, ünvan 3 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mən 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1kv.m, yaşayış sahəsi 38.3 kv.m yardımçı sahəsi 21.8kv.m olan üç otaqlı mənzil üzərində FİNCA Azərbaycan" MMQBKT-nin millkiyyət huququ Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə dövlət qeydiyyatına alınmasına baxmayaraq hazırkı iddia üzrə FİNCA Azərbaycan" MMQBKT cavabdeh deyil, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qis mində məhkəmə icraatına cəlb olunmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5-ci maddələrinə, həmçinin, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar“Azərbaycan Respublikası Ali Məhkəməsi“Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının“ Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 26, 125, 127, 129, MPM-in 9.1, 106.1, 233.1, 234.1, AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnamə haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı Qobustan Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(026)-52/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, apelyasiya instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayətin prosessual əsaslarının yoxlanılması üçün işi birinci instansiya məhkəməsinə qaytarmışdır. Bu isə onu deməyə əsas verir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış, əmlakın açıq hərracdan satılmasının hüquqi əsası yoxdur. Kassasiya şikayətlərinə qarşı et irazın dəlilləri

28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

30. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

32. Maddə 41.2.“Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanun una uyğun olaraq verir.

33. Maddə 41.3.“Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

34. Maddə 41.5.“Hərrac açıq auksion formasında keçirilir.

35. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair“mediada“və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-529/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar