Məhkəmə qərarları › İş №2(102)-1929/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1929/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1929/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözləri: fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr (real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X8 (bundan sonra iddiaçı) “KİA GEED” minik markalı **-VC-*** dövlət tanınma nişanlı avtomobilin mülkiyyətçisidir.

2. Cavabdeh (bundan sonra cavabdeh) VAZ-21063 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisidir. 3. 11 fevral 2023-cü il tarixdə Biləsuvar rayonu Bəydili kəndində yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh iddiaçıya məxsus minik avtomobilini vuraraq zərər yetirmişdir.

4. Baş vermiş qəza Biləsuvar rayon Rayon Polis Şöbəsinin X9 tərəfindən araşdırılmış və TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara görə cavabdehin təqsiri üzündən inzibati xəta baş verdiyi müəyyən edilməklə X4 332.1 və 372.2-ci maddələri ilə cavabdeh təqsirli bilinərək barəsində cərim ə inzibati tənbeh tədbiri tətbitq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurduğu zərərə görə 7680 manat və 100 manat vəkilə ödənilmiş məbləğ, cəmi 7780 manat pulun və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişdir ki, avtomobilini etibarnamə ilə idarə etmək üçün qohumu X1 vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus minik avtomobilini cavabdeh tərəfindən zərər yetirmişdir. Baş vermiş qəza Biləsuvar rayon RPŞ-nin X9 tərəfindən TP ******* saylı qərar qəbul edilərək İXM-nin 33 2.1 və 372.2-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir Ona isə bildirilmişdir ki, dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıra bilər. Avtomobilinə dəymiş zərərlə bağlı o, "X10 " oğlunun Servisinə müraciət etmişdir. Orada avtomobilinə dəymiş zərərlə bağlı baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, onun avtomobilinə cavabdehin törətdiyi qəza nəticəsində 7680 manat zərər dəymişdir. Bununla bağlı ona 15 yanyar 2023-cü il tarixdə Qüsur aktı da verilmişdir.Dəfələrlə cavabdehdən avtomobilinə vurduğu zərərin ödənilməsini tələb etsə də, ödəməmişdir. Ona görə də cavabdehdan onun avtomobilinə vurduğu zərər görə 7680 manat və 100 manat vəkilə ödənilmiş məbləğ, cəmi 7780 manat pulun və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, iddiaçı tələbi qanuna zidd və əsassızdır. Belə ki, hadisədən dərhal sonra həm öz avtomobilini və həm də əzdiyi avtomobilin şəkilini çəkmişdir. Hadisə vaxtı özünə məxsus avtomobil iddiaçının avtomobilinin qabaq hissədən sağ tərəfinə dəymişdir. İddiaçının avtomobilinə dəymiş ziyan 7680 manat ola bilməzdi, cünki avtomobildə elə bir ciddi zədə yox idi. İddiaçı avtomobilini əsaslı şəkildə təmir etmək istəyir, ona görə də ondan 7680 manat zərər tələb edir. İddiaçının avtomobilinə maksimum 1000 manat zərər dəymişdir. Avtomobilə dəymiş zərərə görə Qüsur aktı tərtib edən “X2 Aslan Məmmədrazayevlə öz şəxsi marağı ucbatından həmfikir olmuş, bu səbəbdən də sonuncunun mənafeyinə uyğun qüsur aktı vermişdir.

8. Ədliyyə Nazirliyi M əhkəməə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli № 9/4232 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X8 (VÖEN **********) tərəfindən tərtib edilmiş 15 yanvar 2023-cü il tarixli “kassa mədaxil orderinin qəbzi”ndəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “KİA GEED” minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomibilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6670.00 manat müəyyən edilmişdir.

9. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 10 oktyabr 2023 -ci il tarixli, 2(022)521/2023 nömrəli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddianın qismən təmin edilməsi, cavabdehdən 6670 (altı min altı yüz yetmiş) manat məbləğində pulun alınaraq iddi açıya verilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat və Biləsuvar rayon Vəkil Bürosuna ödənilmiş vəkil xidmətinə görə 100 (bir yüz) manat pulun alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının aparılmasına görə cavabdehdən 50 (əlli) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, cavabdeh avtoqəza hadisəsi törətməklə iddiaçının avtomaşınına 6670 manat dəyərində maddi zərər vurduğundan iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş zərərə görə 6670 manat məbləğdə pul alınıb iddiaçının xeyrinə ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəti cəni Mülki Məcəllənin 21, 21.2, 1096.1,1096.2 və 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın 1000 manat həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavbadehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, avtomaşının əzilmiş hissələrinin sayının mütəxəssis tərəfindən şişirdilməsindən narazı olduğu üçün ekspertizanın təyin olunması b arədə vəsatət vermişdir. Vəsatət təmin olunsa da, ekspert əzilmiş abvtomobilə baxış keçirmədən, avtomaşının əzilmiş hissələrini dəqiqləşdirmədən, əvvəlcədən tərtib edilmiş “ziyan aktı”nda göstərilənlərə əsasən rəy vermişdir. Ona görə də apellyasiya baxışında mütləq nəzərə alınmalıdır ki,“ziyan aktı”nda göstərilənlənlə razı deyildir və əsası “ziyan aktı”nda əzilmiş hissələrin sayı süni surətdə şişirdildiyindən real rəy verilməsi ilə əlaqədar ekspertiza təyin edilməlidir. Ekspert rəyi “Ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olmayaraq icra etmişdir. Lakin yekun qərar qəbul edən birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamışdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-272/2024 nömrəli, 29 yanv ar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmiş, iş üzrə təyin edilmiş ekspertizanın rəyinin şübhə altına alınması üçün cavabbeh tərfindən hər hansı tuturlı dəlil irəli sürülməmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1098.1 və 1108.1-ci, MPM-in 14.2, 77, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı avtomobilin əzilməyən, lakin istismar müddəti bitmiş hissələrini də dəyişmək istəmiş, rəy verən mütəxəssis və ekspert iddiaçıya bu məsələdə köməklik göstərmişdir. Apellyasiya məhkəməsi də işdəki bu halları nəzərə almadan, əsassız olaraq hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir

19. Məh kəmə sübutlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, sübutun düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsinə, hər şeydən əvvəl, məhkəmə tərəfindən onların aidliyini, mümkünlüyünü, habelə doğruluğunu, tamlığını müəyyən etmək daxildir. Cavabdeh onuda qeyd etmişdir ki, 30 ildən artıqdır ki, peşəkar sürücü kimi fəaliyyət göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəti cəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apell yasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya avtomobilinin zədələnəmsi ilə bağlı dəymiş ziyanın müəyyən olunmasına dair ekspert rəyinin mötəbərliliyini şübhə altına alınması üçün əssslar yoxdur, cavabdeh bu barədə hər hansı tutarlı dəlil təqdim edə bilməmişdir.

40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ş irvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-272/2024 nömrəli iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar