Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1932/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxl oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: delikt nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi, cinayət iş üzrə hökm ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh xxxl oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(103)-7123/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin ayrı-ayrılıqda verilmiş kassasi ya şikayətlərinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmünə əsasən xxxl oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Rusiya Federasiyasında yaşayan və işləyən bibisi oğlu İddiaçı etibarından suiistifadə edərək İddiaçı ona Astara şəhərində Xəzər dənizi sahilində restoran tikdirəcəyinə inandırıb aldadaraq, ondan həmin işi görməsi adı ilə 2014-cü ilin aprel ayından həmin ilin iyun ayının 10-na kimi keçən dövr ərzində istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə və saatlarda 10000, 3000, 3000, 5000, 4000, 3000, 5000 ABŞ dolları, ümumilikdə həmin dövrün məzənnəsi ilə 25740 manata bərabər olan 33000 ABŞ dollarını, 2018-ci ilin mart ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə, saat 19 radələrində arvadı Qahirə Yaqubovanın mərhum anası Səkinə Məmmədovaya məxsus Astara şəhəri, H.Əliyev prospekti, 112 ünvanında yerləşən evin həyətində həmin dövrün məzənnəsi ilə 4250 manata bərabər olan 2500 ABŞ dollarını, ümumilikdə vahid niyyətlə 29990 manata bərabər 35500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin əməlinə görə xxxl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə xxxl oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Astara Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü zərərçəkmiş şəxs İddiaçı vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçi İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia ərizəsinə əlavə) ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xxxl oğlunun (bundan sonra “cavabdeh”) təqsirli sayıldığı hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş və ödənilməmiş maddi ziyanın əvəzi qismində 30370 manat, iddiaçıya məxsus olan torpaq sahəsinin və orada yerləşən yarımtikili obyektin indiki bazar qiyməti ilə 180000 manat məbləğində müəyyən edilib əldən çıxmış fayda kimi qiymətləndirilməklə, mənəvi ziyanın əvəzi qismində 20000 ma nat və tərəfindən ödənilmiş 520,37 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayon sakini olan cavabdeh iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə iddiaçının ümumilikdə 35500 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, həmin əməlinə görə məhkəmənin hökmü ilə 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İbtidai istintaq dövründə cavabdeh iddiaçıya vurulmuş 35500 ABŞ dolları (35500ABŞ dolları x 1,7 manat=60360 manat) məbləğində ziyanın bir qismini, yəni 29990 manatın ABŞ dollarının Azərbaycan manatına nisbətdə əvvəlki məzənnəsi ilə ödəmiş, qalan 30370 manatını ödəməmişdir.
5. Bundan əlavə, cavabdehin qanuna zidd hərəkətləri nəticəs ində iddiaçı külli miqdarda maddi zərər çəkib. Belə ki, iddiaçının Astara şəhəri, Xəzər dənizinin sahlində yerləşən 20 sot torpaq sahəsi cavabdehin dələduzluq əməli üzündən mülkiyyətinə rəsmiləşdirilməməsi ilə bağlı 2014-cü ildən bu günə kimi həmin torpaq sahəsinin qiymətinin 180000 manata qalxması ilə əlaqədar mənfəət əldə etmək imkanından məhrum olub. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmasa idi, iddiaçı 180000 manat qazanc əldə etmiş olardı. Lakin cavabdeh öhdəliyini pozduğundan iddiaçı adi mülki dövriyyə şətaritində əldə edəcəyi gəlirdən məhrum olub. Keçən 8 il ərzində əldən çıxmış fayda – 180000 manatın və bu illər ərzində həmin torpaq sahəsinin və orada yerləşən yarımtikili obyektin bazar qiyməti artdığından 180000 manat pul əldən çıxmış faydanın əvəzi kimi qiymətləndirilməklə ona qaytarılmalıdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı mənəvi əzab və iztirab keçirmiş, mənəvi zərərə də məruz qalmışdır. Mənəvi zərəri iddiaçı 20000 manat qiymətləndirir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1097.1, 1115 və 1118-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
8. Xətai Rayon Məhkəməsinin 2(011)-3279/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh xxxl oğlundan maddi ziyanın əvəzi kimi 30360 manat məbləğində pul vəsaiti və 452,37 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)
9. Birinci instansiya məhkəməsi mülki işə əlavə olunmuş cinayət işinin materiallarına əsasən müəyyən edib ki, cavabdeh t ərəfindən iddiaçıya 35.500 ABŞ dolları miqdarında ziyan vurulmuş, istintaqın gedişatı zamanı pulun müəyyən hissəsi 2014-cü ilin məzənnəsi olan 0.78 manat, bir qismi isə 2018-ci ilin məzənnəsi olan 1.70 manat səviyyəsində hesablanaraq, 29.990 manat olması müəyyən edilmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş vəsaitin düzgün hesablanmadığını və dolların hazırki günə məzənnəsi nəzərə alınmaqla ödənilməli olduğunu qeyd etmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı iddiasında haqlıdır. Belə ki, xarici valyuta ilə alınmış borclara münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarının müəyyən etdiyi hüquqi mövqeyə əsasən xarici valyutada borc alan manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Belə olan halda, xarici valyutada götürülən borc ödəniş günü manatın məzənnəsi nəzərə alınmaqla ödənilməlidir. Buna görə də cavabdehdən maddi ziyanın əvəzi kimi 30360 manat pul (35500 ABŞ dolları x 1.70-29990=30360) tutularaq iddiaçıya ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda kimi 180000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə qiymət verərək, iddia həmin hissədə əsaslı deyil. Belə ki, iddiaçı hazırda Astara şəhərinin Xəzər dənizi sahilində yerləşən restoranın qiymətinin 300000 manat olmasına istinad etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda 18 0000 manat pulun hansı meyar və hesablama qaydasına uyğun olaraq hesablanması və hansı qanuni əsaslarla tələb edilməsi əsaslandırılmamışdır. İddiaçı hazırkı məbləğin ona dəyən ziyan kimi qəbul edilməli olmasını qeyd etsə də, iddianın hazırkı hissədə təmin edilməsi üçün zəruri sübutlar və əsaslandırma mövcud deyildir. Mülki iş materiallarına əlavə olunmuş cinayət işinin materiallarından da görünür ki, cavabdehin əməli etibardan sui-istifadə etməklə pul vəsaitinin ələ keçirilməsi olmudur. İstinad edilən obyektin alınması, ondan istifadə edilməsi, faydalanması kimi hallar hazırkı mülki icraat çərçivəsində müəyyən edilməmişdir. Belə olan halda iddia bu hissədə təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsi ndə mənəvi sarsıntı və iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyinə görə mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi də rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi Mülki Məcəllənin 21, 23, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verə rək, qətnamənin iddia tələbinin rədd edildiyi hissələrdə ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçının faydadan məhrum olması və mənəvi zərərə məruz qalması şəksiz olduğu halda, məhkəmə iddianı həmin hissələrdə təmin etməmişdir.
16. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən cinayət əməli nəticəsində iddiaçıya 29900 manat məbləğində ziyan dəyməsi və həmin ziyanın tamamilə ödənilməsi məhkəmə hökmü ilə müəyyən olunsa da, məhkəmə heç bir əsas olmadan 30360 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutu lmasını qət etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7123/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən – mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun cavabdeh xxxl oğlundan tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrliyi və məruzəsi ilə), Akif İsgənd ərov, Elşən Kazımov)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini qismən təmin edib əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə iddia tələbini rədd etməklə düzgün, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini rədd etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs xxxl oğluna ittiham elan olunarkən 35500 ABŞ dollarının həmin dövrün məzənnəsi ilə 29990 manata bərabər olması hal-hazırkı dövrdə də ziyanın məbləğinin 29990 manata bərabər olmasını ehtiva etmir. 1 ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi barədə internet resurslarında olan məlumatlardan da görünür ki, 2014-cü ildə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ortalama 0,78 manat, 20 22-ci ildə isə ortalama 1,7 manat olmuşdur. Belə olan təqdirdə birinci instansiya məhkəməsi 35500 ABŞ dollarının hal-hazırkı dövrdə 60350 manata bərabər olmaqla ibtidai istintaq dövründə ödənilmiş 29990 manat pulu həmin məbləğdən çıxıb 30360 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, əldən çıxmış faydanın əvəzi kimi 180000 manat pulun hansı meyar və qaydaya uyğun olaraq hesablanması və hansı qanuni əsaslarla tələb edilməsi əsaslandırılmadığına görə məhkəmə düzgün olaraq həmin hissədə iddianı təmin etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissədə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmayıb və göstərib ki, cavabdeh xxxl oğlunun İddiaçı qarşı dələduzluq hərəkətləri etməsi, uzun müddət ərzində ziyanın ödənilməməsi nəticəsində iddiaçının mənəvi əzab və sarsıntı keçirməsinin hər hansı sübuta ehtiyacı yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsi ədalətli və ağlabatan hesab edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 386.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissələrində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. İddia çının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki iş üzrə apelyasiya instansiya məhkəməsinin 8 il ərzində iddaçının məruz qaldığı mənəvi sarsıntılar üçün müəyyən etdiyi cəmi 1000 manat məbləği tamamilə ədalətsizdir. Bu məbləğ ağlabatan hesab edilə bilməz. Bundan əlavə, əldən çıxmış faydanın ödənilməsi tələbi rədd edilərkən, məhkəməyə sübut təqdim edilməməsinə istinad edilib. Lakin iş materiallarında fotoşəkillərdən də görünür ki, cavabeh tərəfindən həmin torpaq sahəsi 300000 manata satışa çıxarılaraq əmlak alqı-satqısı saytında elan verilmişdir. Bu hal həmin torpaq sahəsinin 300000 manata olmasına dair iddiaçının dediklərini təsdiq edir. Buna görə də məhkəmə sübutlara düzgün qiymət verməmiş və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir.
26. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı işdə məhkəmə iddiaçının iddia tələbinin yaranmasını cavabdehin məhkum edilməsinə dair cinayət işi üzrə məhkəmə qərarında müəyyən edilmiş hallarla əlaqələndirsə də, həmin qərarlarda təsbit edilmiş və mülki iş üçün preyudisial xarakter daşıyan halları nəzərə almadan, xüsusilə də Mülki Məcəllənin 21.3-cü maddəsinin tətbiqinə əsas verən halların olmasına əhəmiyyət vermədən əsassız iddia tələbini təmin etmişdir. Cinayət təqibi üzrə məhkəmə hökmündən də göründüyü kimi, iddiaçı cavabdehə 2014-cü ilin aprel-iyun aylarında 33000 ABŞ dolları məbləğində pul göndərmiş və onun bildirdiyinə görə, cavabdeh də iddiaçı üçün alınm ası bildirilən torpaq sahəsində görülən işlərlə bağlı müxtəlif videosüjetləri iddiaçının elektron poçt ünvanına göndərmişdir. İddiaçı həmin cinayət işi üzrə verdiyi ifadələrdə etiraf etmişdir ki: “...2014-cü ilin iyun ayının sonları doğulduğu Astara şəhərinə qayıtmış və Mehdi Əliyevin onun üçün gördüyü işlərlə tanış olmaq üçün həmin restoranın tikildiyi əraziyə getmişdir. Həmin yerə getdikdən sonra görmüşdür ki, reallıqda həmin işlərin görülməsi üçün heç 5.000 ABŞ dolları xərclənməmişdir...Söhbət zamanı... başa düşmüşdür ki, Mehdi onu aldadır,.... Mehdinin danışmağından, həmin pul vəsaitinə görülən işlərin «keyfiyyətindən» aşkar şəkildə görünmüşdür ki, Mehdi onun pulunu aldadaraq ondan alıb həmin pulun bir hissəsini nağd şəkildə, qalıq qalan digər hissəsini isə öz tanışının adına torpaq mülkiyyətə keçirməklə ələ keçirmişdir. Göründüyü kimi, iddiaçının özü də bildirir ki, hazırkı iş üzrə cavabdehin onu aldatmasını 2014-cü ilin iyun ayının axırında, yəni, ABŞ dollarının manata olan məzənnəsinin 1 dolları = 0.78 manat olduğu vaxt bilmiş, lakin həmin vaxt nə mülki qaydada, nə də cinayət təqibi qaydasında pul vəsaitlərinin qaytarılması üçün heç bir hüquqi tədbir görülməsinə cəhd belə etməmişdir. Qeyd edilən hallar mülki iş üzrə qətnamə çıxarılmasına əsas kimi istinad edilən cinayət təqibi üzrə hökmə və qərarın əsaslandırıcı hissələrində də öz əksini tapmışdır. İddiaçı aldadıldığını bildikdən 7 il sonra cavabdehə qarşı cinayət təqibi başlanması üçün müraciət etməklə, ona ABŞ dolları/AZN məzənnəsinin artması ilə əlaqələndirdiyi “zərərin” vurulmasına özü şərait yaratmışdır. İddia tələbi bütövlükdə məzənnə artımı ilə bağlı olduğundan və iddiaçının (zərərçəkənin) “məruz qaldığı zərərin” yaranmasına özünün şərait yaratması aşkardır və bu səbəbdən iddia rədd edilməli olduğu halda, apellyasiya məhkəməsi, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, tətbiq edilməli olan maddi hüquq normasını – Mülki Məcəllənin 21.3-cü maddəsini tətbiq etməmiş, bu da öz növbəsində qanunsuz və ədalətsiz məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan, iddiaçının həmin tələblə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirl ər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsin in vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətlərində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində, cavabdeh isə təmin edilən hissəsində mübahisələndirmişdir. Bu baxımdan, nəticə etibarilə məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə iddiaçının mübahisələndirdiyi hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
33. İddiaçı apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsini – əldən çıxmış fayda və mənəvi zərərin tutulması barədə iddianın rədd edilən hissəsini – mübahisələndirmişdir.
34. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini qismən əsaslı sayaraq mənəvi ziyanın tutulması barədə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmayıb və bu hissədə mövqeyini belə əsaslandırıb ki, cavabdehin iddiaçıya qarşı dələduzluq hərəkətləri etməsi, uzun müddət ərzində ziyanın ödənilməməsi nəticəsində iddiaçının mənəvi əzab və sarsıntı keçirməsinin hər hansı sübuta ehtiyacı yoxdur. Həmin hissədə iddia qismən təmin edən apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab etmişdir.
35. Bununla belə, apellyasiya instansiyası məhkəməsi əldən çıxmış fayda ilə bağlı iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi razılşmışdır. Birinci instansiya məhkəməsinin həmin hissə ilə bağlı mövqeyindən isə görünür ki, mülki iş materiallarına əlavə olunmuş cinayət işinin materiallarına əsasən cavabdehin əməli etibardan sui-istifadə etməklə pul vəsaitinin ələ keçirilməsi olmudur. İstinad edilən obyektin alınması, ondan istifadə edilməsi, faydalanması kimi hallar hazırkı mülki icraat çərçivəsində müəyyən edilməmişdir.
36. Məhkəmə kollegiyası ap ellyasiya instansiyası məhkəməsinin iddiaçının apellyasiya şikayəti üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
37. Məhkəmə kollegiyası iddiaçının 8 il ərzində məruz qaldığı mənəvi sarsıntılar üçün apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi 1000 manat məbləğində mənəvi ziyanın ədalətsiz olması ilə bağlı dəlilini qəbul etmir. Məhkəmə kollegiyası belə bir ümumi prinsipi də nəzərə çatdırır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir.
38. Buna görə də iddiaçının mübahisələndirdiyi hissədə qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar yoxdur.
39. Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində də düzgün nə ticəyə gəlib.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsi ilə bağlı hazırki qərarın 19-cu bəndində əks edilən dəyərləndirməsi ilə razılaşır.
41. Cavabdehin kassasiya şikayətinin dəlili – iddiaçının cavabdehin onu aldatmasından 2014-cü ilin iyun ayının axırında, yəni, ABŞ dollarının manata olan məzənnəsinin 1 dolları = 0.78 manat olduğu vaxt məlumatlı olması, buna baxmayaraq, iddiaçının həmin vaxt nə mülki qaydada, nə də cinayət təqibi qaydasında pul vəsaitlərinin qaytarılması üçün heç bir hüquqi tədbir görülməsinə cəhd etməməsi, nəticədə Mülki məcllənin 23.1-ci maddəsinin tələblərinin pozulması – əsassızdır. Belə ki, hazırki iddianın əsasını cavabdehin deliktə söykənən öhdəliyi təşkil edir. Cavabdeh iddiaçıya qarşı etdiyi dələduzluq əməlinə g örə cinayət məsuliyyətinə cəlb edilib. İddiaçının cavbadehin əməli barəsində 1 ABŞ dollarının manat məzənnəsinin 0.78 manat olduğu vaxtdan məlumatlı olduğu tarixdən nə mülki qaydada, nə də cinayət təqibi qaydasında pul vəsaitlərinin qaytarılması üçün heç bir hüquqi tədbir görülməsinə cəhd etməməsi iş materialları təkzib edilir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı pul vəsaitlərinin qaytarılması üçün cinayət təqibi qaydasında tədbir görülməsinə cəhd edib və bu cəhdi nəticə verib. Bunun zaman etibarilə 2014-cü ildə, yəni 1 ABŞ dollarının manat məzənnəsinin 0.78 manat olduğu vaxta deyil, daha sonrakı dövrə təsadüf etməsi isə işin müəyyən edilən hallarına görə iddiaçının təqsiri üzündən olmamışdır.
42. Bu baxımdan, cavabdehin kassasiya şikayəti üzrə də qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar yoxdur
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh xxxl oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(103)-7123/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.