Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1934/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə bağlanmasına məcbur etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18.10.2021-ci il tarixli, 2(103)9176/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 aprel 20 14-cü il tarixli, 618628 saylı mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.
2. İddiaçı həmin mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsini xahiş etmiş, lakin Cavabdeh MMC bundan imtina edərək bildirmişdir ki, 211 seriyalı nömrələrin addan-ada keçirilməsinə icazə verilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2021-ci il tarixli mək tub əsasında hazırkı iş üzrə cavabdehə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı aidiyyəti şəxslərə göstəriş verilməsini xahiş etsə də, bu günə qədər hər hansı bir rəsmi münasibət bildirilməmişdir. Bundan başqa email vasitəsi ilə "xxxx" MMC-nin əməkdaşı tərəfindən Cavabdeh MMC-yə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən 211 seriyalı nömrələrin addan ada keçirilməsinə icazə verilmədiyi əsası ilə bundan imtina verilmişdir. İddiaçı "xxxx" MMC-nin əməkdaşı olduğunu, göstərilən nömrənin öz vəsaiti hesabına alındığını, ödənişlə bağlı qəbzin olduğunu qeyd etmişdir. Cavabdeh qeyd olunan nömrənin addan ada keçirilməsi ilə bağlı imtinanın səbəblərini əsaslandırmamışdır. Hazırda mübahisə predmeti olan mobil nömrə "xxxx" MMC- nin balansındadır və "xxxx" MMC nömrənin iddiaçının adına keçirilməsi ilə bağlı iradə ifadəsinin bildirmişdir. Bundan başqa, nömrənin sahibi tərəfindən nömrədən birtərəfli qaydada imtina edilməmiş, müqaviləyə xitam verilməmiş və nömrə üzərində olan hüquqlar məhdudlaşdırılmamışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ha zırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, qeyd olunan tələblərin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ********** mobil nömrəsinin məhz onun tərəfindən edilmiş ödəniş əsasında "xxxx" MMC tərəfindən əldə olunmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarından olan 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, məhz "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, şahid X1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid iddiaçının iş yoldaşı olmaqla, iddiaçının mənafeyinə uyğun ifadə vermiş, həmçinin məhk əmə tərəfindən şahid ifadəsində ********** mobil nömrəsinin məhz iddiaçı tərəfindən Bakcell MMC-yə ödəniş edilərək əldə olunmasını təsdiq edən mötəbər və əsaslı məlumatlar müəyyən edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 406-cı maddələrinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununa istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2021-ci il tarixli, 2(103)9176/2021 saylı qətn aməsi ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin olunması və İddiaçı faktiki istifadəsində olan ********** mobil nömrəsi "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə olunması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, ********** mobil nömrəsi "xxxx" MMC-nin balansında olsa da, onun "xxxx" MMC-nin balansına keçirilməsi üçün vəsaiti iddiaçı ödəmiş və nömrə iddiaçının istifadəsindədir. "xxxx" MMC-nin həmin nömrənin iddiaçının adına keçirilməsinə etirazı yoxdur. Bundan əlavə, iddiaçı nömrədən uzun müddət özününkü kimi istifadə etməklə həmin nömrə ilə ətraf aləmlə ünsiyyət yaratmış, qeyd olunan nömrə onun şəxsi həyatının amillərindən biri kimi çıxış edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh nümayəndəsi və vəkili kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında nömrədən istifadə edilməsi ilə bağlı müqavilə yoxdur. Eyni zamanda cavab dehin müqavilə bağlamaq barədə öhdəliyi və qanunla nəzərdə tutulmuş müqavilə bağlamaq vəzifəsi də yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etirazını bildirərək, kassasiya şikayətinin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər
18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
19. İddiaçı işə məhkəmə iclasında baxılmasını istədiyi barədə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə kollegiyası iddia çının bu barədə vəsatətini əsassız saymışdır. Çünki işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə
14. Mülki hüquqların və vəzif ələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 25. “Telekommunikasiya haqqında” Qanun Maddə
7. Nömrə resursundan istifadənin təşkili 7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. 7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Maddə
32. Op eratorların və provayderlərin hüquqları 32.1. Operatorlar aşağıdakı hüquqlara malikdirlər: 32.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək; 32.1.4. ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək; 32.1.5. operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq; Maddə
40. Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər 40.1. Müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. 40.2. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xid mətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahi yyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidə n baxılması üçün göndərilməlidir.
28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır. İş materiallarından olan 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, məhz "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMCyə 250 manat məbləğində pul ödənilmişdir.
29. Göründüyü kimi baxılan iddia tələbi, abonent olaraq hüquqi şəxsin istifadəsinə verilmiş və onun balansında olan nömrə resursunun başqa abunəçinin - iddiaçının istifadəsinə verilməsi barədə abunə müqaviləsi bağlamaq vəzifəsinin operatora, provayderə həvalə olunması barədədir.
30. Apellyasiya instansiyası məhkəməsi nömrənin "xxxx" MMC-nin balansında olduğu halda, həmin abonenti işə cəlb etmədən nömrənin iddiaçının adına keçirilməsi barədə qərara gəlmişdir.
31. İşin bu halı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
32. Belə ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
33. Həmin Məcəllənin 418.4.6-cı maddəsinə görə, məhkəmənin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etməsi, şikayətin dəlillərindən asılı olmayaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
34. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
35. Məhkəmə kollegiyası bununla yanaşı xatırladır ki, iddianın həlli zamanı aşağıdakı hüquqi hallar əhəmiyyətli ola bilər. Mülki Məcəllə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquq subyektlərinin iradə sərbəstliyini və müqavilələr azadlığını mülki qanunvericiliyin prinsipləri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələri).
36. Bu prinsiplər xaricində mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər və bunun üçün əsaslar kimi dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunmas ı, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar çıxış edir.
37. Mülki hüquq və vəzifələrin yaranma əsasları Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuşdur və bu əsaslar ümumən mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarətdir.
38. Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.3-cü maddəsi).
39. Müqavilə bağlamaq vəzifəsi və tərəfin bundan imtina etdiyi hallarda maraqlı şəxsin müqaviləni bağlamağa məcbur etmək üçün məhkə məyə müraciət etmək hüquqları Mülki Məcəllənin 415.7-ci maddəsində (hərracın nəticələri ilə bağlı) və 956.4-cü maddəsində (bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda) müəyyən olunmuşdur.
40. Məhkəmə işə yenidən baxıb, iddia tələbini təmin etmək və ya rədd etmək barədə qətnamə çıxararkən bu normalar baxımından da əsaslandırma aparmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18.10.2021-ci il tarixli, 2(103)9176/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.