Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1934/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb i rəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2088/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 mart 2015-ci il tarixli mənzilin alq-satqı müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) 5 saylı binanın, 8-ci mərtəbəsi ndə ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonunun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 42,8 kv.m. ibarət 1 otaqlı, 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli 16 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona mənzilin alınması üçün illik 10 faizlə 180 ay müddətinə 36.590 AZN kredit verilmişdir.
3. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC arasında 1-16- 03-2015YS-AAAF nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu İddiaçı ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
4. İddiaçı tərəfindən müqavilə qiymətinin 4.070 manat ödəniş edilmişdir. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 36.590 (otuz altı min beş yüz doxsan) manat kredit verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyərini təşkil edən 40.660 manat pul məbləği cavabdehə ödənilmişdir. Lakin ötən müddət ərzində cavabdeh mənzili hələ də iddiaçıya təhvil verməmişdir. Bin a hələ də tikilib qutarmamışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 33.443,24 manat əsas borc, 12.689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46.133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsinin İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmis; iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunm aqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə tutulan faiz borcunun məbləği 13.540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilmiş, qətnamənin qalan hissəsinin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" Məhdud Məs uliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli № ABBYM-0137 nömrəli müqavilənin ləğv edilməsi, 14 mart 2015-ci il tarixli №ABBYM-0137 nömrəli müqavilə üzrə ödədiyi cəmi 52.428 manat məbləğində pul vəsaitinin, "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli № ABBYM0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 manat məbləğində pulun, 327 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd o lunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən verilmiş 36.590 manat pul vəsaitini də alqı-satqı müqaviləsinin predmeti olan mənzil üçün ödəmişdir. Həmçinin tərəfindən bank faizi (1%) olaraq 366 manat məbləğində pul vəsaiti də ödənilmişdir. "xxxx" ASC-yə 29 ay müddətinə hər ay 393,20 manat, cəmi 11.402,80 manat kredit ödəmişdir. Lakin onunla "xxxx" MMC arasında 14 mart 2015-ci il tarixdə başlanmış mənzilin alq-satqı müqaviləsinin şərtləri "xxxx" MMC-nin təqsiri ucbatından yerinə yetirilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 52.428 manat məbləğində zərər dəymiş və eyni zamanda qanunsuz olaraq saxlanılan 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesa blanmış faizi 16.264 manat təşkil edir. 14 mart 2015-ci il tarixli №ABBYM - 0137 nömrəli müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və nəticədə həmin müqavilə üzrə mübahisəli mənzilin ona təhvil verilməsindən məhrum olmuşdur. Cavabdehin 14 mart 2015-ci il tarixli № ABBYM 0137 nömrəli müqavilə üzrə öhdəliklərini yerini yetirməməsi və ona məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamasına görə cavabdehdən tələb olunan 2.033 manat məbləğində faiz (40.660 manat (cavabdehin qanunsuz olaraq sahibliyində olan məbləğ) x 5% (Mərkəzi Bankın uçot dərəcəsi) / 12 ay (aylıq faiz dərəcəsi) x 89 ay (ödənişin gecikdirildiyi aylar) = 16.264 manat təşkil edir. İddianın faktiki hallarından və hüquqi əsaslarından da göründüyü kimi cavabdeh qeyd olunan mənzillərin onun mülkiyyətinə verilməsi öhdəliyini icra et məmiş və həmin mənzili mülkiyyət hüququ ilə üçüncü şəxslərə vermişdir. Buna görə də, cavabdehdən həmin mənzilin ona verilməsini tələb etmək əvəzinə zərərin ödənilməsini tələb etmək hüququ var.
8. Cavabdeh "xxxx" MMC iddia tələbinə etiraz vermiş, etirazı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən əsaslandıraraq göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, mübahisəli mənzilin dəyəri 40.660 manat təşkil edir. Müqavilənin şərtlərinə əsasən mənzilin dəyərinin ilkin ödəniş qismində şəxsi vəsaiti hesabına 4.070 manat və qalıq 36.590 manat məbləğin "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi razılaşdırılmışdır. Hazırda 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi ləğv edilməmişdir. Eyni zamanda, İddia tə ləbinin xx.xx.2015-ci il tarixli ABB YM-0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə cavabdeh Cəmiyyətə ödənilmiş 36.590 manat məbləğin İddiaçı xeyrinə tutulması hissəsi əsassızdır. Əvvəla, İddiaçı tərəfindən Cəmiyyətə ödənilmiş 36.590 manat məbləği "xxxx" ASC ilə bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında əldə edilmiş kredit vəsaiti hesabına əldə edilmişdir. Hazırda, 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış 33.443,24 manat əsas borc və kreditdən istifadəyə görə hesablanmış 12.689,85 manat faiz borcu "xxxx" ASC-nə ödənilməmişdir. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətna məsi qanuni qüvvəsini almış və icra icraatına başlanılmışdır. İddiaçı 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış əsas borcu ödəmədiyi halda, hansı əsasla cavabdeh Cəmiyyətdən tələb edir?! Belə olan halda tələb etmə hüququ yaranmır. İddiaçı iddia tələbində "xxxx" ASC-yə 29 ay müddətində hər ay 393,20 manat olmaqla cəmi 11.402,80 manat ödənilmiş kredit məbləğini Cəmiyyətdən tələb edir. Halbuki İddiaçı 1-xxxx-2015-YS-AAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC qarşısında ayrılmış və verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini götürmüşdür. Sözsüz ki, İddiaçı 14 mart 2015-ci il tarixli ABB YM0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə sözügedən mənzilin alan zaman əmlak dəyərini tam şəkildə ödəmək imkanı olmadığına görə Bank-ABB-dən 1-xx-xx-2015-YSAAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında 36.590 manat kredit vəsaitini əldə etmişdir. Cavabdeh "xxxx" MMC, 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə ödənilmiş və ya ödəniləcək faiz məbləğlərini əldə etməmişdir. O ki qaldı, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətin qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırılmasına dair fikirləri də əsassızdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış Mənzilin alqı-satqısı müqaviləsinə əsasən MMC mübahisəli mənzil i inşa edərək təhvil verilməsini öhdəsinə götürmüşdür. Cəmiyyət maliyyə təşkilatı deyil, inşaat işlərinin həyata keçirən hüquqi şəxsdir. Cəmiyyətə ödənilmiş vəsait depozitdə və ya digər qaydada saxlanca təhvil verilmir, alınan daşınmaz əmlakın inşasına yönəlir. İddiaçı cavabdeh "xxxx" MMC-dən əsas kredit borcunun tutulması hissəsində iddianın yolverilməzliyinə dair əsaslar da mövcuddur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə hazırki iş üzrə tərəflər eynilik təşkil edir: iddiaçı "xxxx" ASC, cavabdeh/İddiaçı və cavabdeh "xxxx" MMC-dir. Proses iştirakçılarının prosessual vəziyyəti dəyişmişdir. Lakin İddiaçı və ya iddiaçı "xxxx" ASC tərəfindən 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (daxili i poteka krediti üçün) kredit müqaviləsi üzrə əsas kredit borcun tələb edilməsi “eyni predmet barəsində” və “eyni əsaslar üzrə” xüsusatları üzrə tam uyğunluq təşkil edir. 2(009)-1992/2021 nömrəli mülki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etmiş və hüquqi qiymət vermişdir. Sadalanan məhkəmə aktları üzrə qət edilmiş və hazırda iddiaçı olan Bank şikayət verməməklə razılaşdığı hüquqi mövqeyə görə, 1-xx-xx-2015-YS-AAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsi üzrə ayrılmış 36.590 manat kredit məbləğindən ödənilməmiş 33.443,24 manat məbləğin hər iki cavabdeh İddiaçı və "xxxx" MMC-dən tutularaq iddiaçı Banka ödənilməsi müəyyən edilmilşdir. Lakin, belə olan halda qət edilmiş məbləğin təkrar olaraq "xxxx" MMC-dən tutulması nın hüquqi əsası mövcud deyildir. Etirazda, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.
9. İş materiallarında olan Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 14 mart 2015-ci il tarixli ABB YM-0137 №-li "xxxx" MMC və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi 42,8 kv.m. ibarət, 1 otaqlı 61 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir.
10. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli, ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 6, ümumi sahəsi 42,8 kv.m. ibarət, 1 otaqlı 61 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti il ə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir.
11. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən, İddiaçı ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030-cu il tarixinə kimi hər ay banka 393,20 manat ödəməklə qaytarmalıdır.
12. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya və onun çatdırılması ilə bağlı qəbzədə qeyd olunmuşdur ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 31 avqust 2022-cu il tarixədək "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB-0137 nömrəli mənzilin alqı-satqı müqavi ləsinin ləğv edilməsi və 52.637 manat pul vəsaitinin ona ödənilməsi barədə təklifindən imtina edilsə və ya təklifdə göstərilmiş müddətdə (31 avqust 2022-ci il tarixədək) ondan cavab alınmadıqda, həmin müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pul vəsaitinin (həmçinin əldən çıxmış faydanın) Sizdən alınıb İddiaçı verilməsi tələbi barədə iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət olunacaqdır.
13. Abşeron Rayon Məhkəməsinin 2(012)-5308/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 mart 2015ci il tarixli ABB YM-0137 nömrəli mənzilin alğı-satqısı müqaviləsinin ləğv edilməsi, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binası, 8-ci mərtəbədə sahəsi 42,8 kv.m. olan 1 otaqlı 61 nömrəli mənzilə görə ilkin olaraq ödənilmiş 4.070 manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 127 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh podratçı olaraq 6 ildən artıq bir müddətdə öhdəliyini icra etmədiyindən, bu iddiaçının hüquqularının əhəmiyyətli dərəcə də pozulması kimi qiymətləndirilməli iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslı hesab edilib təmin edilməlidir.
15. Məhkəmə hesab etmiş dir ki, nə qədər ki, tərəflər arasında mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi qət olunur, o halda, müqavilə üzrə iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına cavabdehə ödənilmiş 4.070 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən yaranmış 33.443,24 manat əsas borc, 12.689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46.133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edil miş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13.540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə iddia tələbinin 52.428 manat pul tələbinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan gö ründüyü kimi həmin pul məbləği ilkin ödəniş kimi iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş 4.070 manat,”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona kredit müqaviləsi ilə verilmiş 36.590,00 manat və iddiaçının həmin kredit müqaviləsi üzrə banka ödəmiş olduğu cəmi 11.402,80 manat məbləğində pulun məcmusudur. Həmçinin İddiaçı 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC tərəfindən ona verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürdüyündən, bununla bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından iddia tələbi həmin faizlərin cavabdehdən tələb etməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
17. Məhkəmə həmçinin iddi açının Bank-ABB-dən 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında 36.590 manatın cavabdeh "xxxx" MMC-dən tələb etməsinə münasibətdə hesab etmişdir ki, həmin kredit müqaviləsi üzrə iddiaçı ilə bərabər cavabdeh zamin olaraq bank qarşısında eyni məsuliyyət daşıyırlar və yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən göründüyü kimi həmin borc məbləğinin ödənilməmiş hissəsi müştərək qaydada tərəflərdən tutulmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
18. Məhkəmə iddia tələbinin faiz borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətdə qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırması iş materialları ilə təsdiq olunmur. Cavabdeh inşaat işlərinin həyata keçirən hüquqi şəxsdir, alınan pullar daşınmaz əmlakın inşasına yönəlir. Ona görə də, məhkəmə hesab edir ki, aşağıda qeyd edilən hüquq normalarının tələblərinə görə bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 743, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 752-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Qətnamədən iddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
21. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə apellyasiya şikayəti ilə bağlı etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh Cəmiyyət İddiaçı apellyasiya şikayətinə etiraz edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşır. Belə ki, İddiaçı ödənilməmiş kredit borcunun tələb etmə hüququnu əldə etməmişdir. Çünki kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tələb edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə olan halda İddiaçı subyektiv hüququ yaranmamışdır. Etirazda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-761/2023 n ömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə, həmçinin iddia tələbinin 52.428 manat pul tələbinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi həmin pul məbləği ilkin ödəniş kimi iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş 4.070 manat, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona kredit müqaviləsi ilə verilmiş 36.590,00 manat və iddiaçının həmin kredit müqaviləsi üzrə banka ödəmiş oldu ğu cəmi 11.402,80 manat məbləğində pulun məcmusudur. Kredit müqaviləsi üzrə iddiaçı ilə bərabər cavabdeh zamin olaraq bank qarşısında eyni məsuliyyət daşıyırlar. Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən yaranmış 33.443,24 manat əsas borc, 12.689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46.133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunu n tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13.540,67 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi borc məbləğinin ödənilməmiş hissəsi olan 33.443,24 manat əsas borc, 13.540,67 manat faiz borcu hazırki iş üzrə iddiaçı və cavahdehdən müştərək qaydada tutulmuşdur. Belə olan halda həmin məbləğin cavabdehdən yenidən tələb edilməsi əsassızdır.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 1-xx-xx-2015-YSAAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC-dən götürdüyü 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürmüşdür. Belə olan halda da idd iaçı tərəfindən götürülmüş borca görə faizlərin ödənilməsində cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır.
25. Bundan əlavə məhkəmə kollegiyası tələbin "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli №ABBYM0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 manat məbləğində faizlərin cavabdehdən tutulmasına dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, qeyd edilən məbləğin 33.443,24 manat hissəsi iş üzrə üçüncü şəxs "xxxx" ASC-nə məxsusdur. Belə ki, həmin məbləğin iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda həmin məbləğin iddiaçı və cavabdeh tərəfindən ödənilib-ödənilməməsi, hansı həcmdə ödənilməsi müəyyən edilmədiyindən, eləcə də həmin məbləğin müştərək qaydada tərəflərdən tutulması müəyyən edildiyindən iddiaçının özü tərəfindən ödənilmiş 4.070 manat və üçüncü şəxs tərəfindən cavabdehə ödənilmiş mənzilin dəyəri olan 36.590 manatın cavabdehdə saxlanılmasına görə iddiaçının əlavə faiz tələb etmək hüququ yoxdur. Eyni zamanda iddiaçı qeyd edilən məbləğdə görə cavabdehdən 16.264 manat tələb etsə də, həmin məbləği hansı qaydada, hansı əsaslarla hesablanmasına dair hər hansı sübutu əlavə etməmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməməsinin əsası kimi habelə qeyd etmişdir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 442, 448.1, 448.2, 743, 752-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217.1, 217.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat.
28. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(102)3605/2023 saylı qərarı ilə (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(105)-761/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilib, iş həmin hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr iddiaçı ilə cavabdeh arasında mövcud olmuş mənzilin alqı-satqı müqaviləsini cavabdehin həmin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını əsas götürməklə ləğv etsələr də, müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məsələsinə - üçüncü şəxs olan bank tərəfindən iddiaçının adından cavabdehə ödənilmiş məbləğin və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış məbləğin cavabdehdən tutulmaması hissəsində düzgün hüquqi qiymət verməmişlər.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 46.133,09 manat məbləğində pulun iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsi mövcud olduğundan, həmin məbləğin iddiaçı və cavabdeh tərəfindən ödənilib-ödənilməməsi, hansı həcmdə ödənilməsi müəyyən edilmədiyindən, iddiaçının özü tərəfindən ödənilmiş 4.070 manat və üçüncü şəxs tərəfindən cavabdehə ödənilmiş mənzilin dəyəri olan 36.590 manatın cavabdehdə saxlanılmasına görə iddiaçının əlavə faiz, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış məbləği tələb etmək hüququnun olmaması barədə mövqeyi əsassızdır. Məhkəmələr tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qət naməsi ilə müəyyən edilmiş məbləğin, həmin işdə zamin olan cavabdeh "xxxx" MMC tərəfindən, hazırki iş üzrə üçüncü şəxs "xxxx" ASC-yə ödənilib-ödənilməməsi, yəni qeyd olunan qətnamənin icra edilib-edilməməsi müəyyən edilmədiyi halda hazırkı iddianın qeyd olunan hissədə təmin edilməməsi, cavabdehin iddiaçıya təhvil verməli olduğu mənzilə sahibliyini əlində saxlamasına şərait yaratmaqla yanaşı, bankın iddiaçının mənafeyi üçün cavabdehə ödədiyi məbləğə də sahiblik etməsinə, bununla da cavabdehin əsassız olaraq varlanmasına şərait yaratmışdır. Apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən ic ra edilib-edilməməsini araşdırmamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 425.1, 442, 448.1, 448.2, 470.1, 472.1, 743, 752.1, 752.2, 752.3, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişləri nəzərə alaraq, cavabdeh "xxxx" MMC-yə ünvanlanmış sorğuya cavabdan müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmişdir.
34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2088/2023 nömrəli iş üzrə 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilməyən 14 mart 2015-ci il tarixli müqavilə üzrə ödənilmiş 36590 manat hissəsində və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 15247,5 manat məbləğində pul vəsaiti hissəsində ləğv edilər ək həmin hissədə yeni qətnamə çıxarılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 36590 (otuz altı min beş yüz doxsan) manat və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 15247,5 (on beş min iki yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçıa ödənilməsi qət edilmişdir.
35. Məhkəmə kollegiyası İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin dəyəri olan 40660 manatı tam ödədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının müqavilə üzrə tələb etdiyi 36590 manat pul vəsaiti (40660-4070=36590) cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 15247,5 manat məbləğində pul vəsaiti hissəsində iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, xx.xx.2015-ci il tarixdən başlayaraq iddia verilən tarixədək, yəni xx.xx.2022-ci ilədək, iddiaçı tərəfindən ödənilmiş 40660 manat məbləğində pul vəsaitinə (90 ay müddətinə) 5 faiz hesablanaraq (40660x5/100/12x90=15247,5), cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün 15247,5 manat pul vəsaiti tutulmalıdır.
37. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 425.1, 442, 448.1, 448.2, 470.1, 472.1, 743, 752.1, 752.2, 752.3, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin v ə ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiyada ikinci icraat zamanı, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 15247,5 manat məbləğinin cavabdeh MMC-dən tutulması qənaətinə gəlmişdir. Əvvəla, maddi norma borclunun icrası gecikdirməsinə anlayış verir. Belə ki, tərəflər arası nda bağlanmış müqavilədə müddət müəyyən edilməmişdir. Apellyasiya instansiyası 40660 manat məbləğin 90 ay müddətinə 5 faiz hesablayaraq 15247.50 manat məbləğin tutulması qənaətinə gəlmişdir. Halbuki cavabdeh MMC iddiaçı Litvinçuka 4070 manat məbləğini ödəmiş və məhkəmə isə ədalətsiz olaraq ödənilmiş məbləğə əlavə məbləğ tətbiq etmişdir. Hazırkı maddi normanın tətbiqinə əsas yoxdur. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Apellyasiya instansiyası 2015-2022-ci illər üzrə dövrə icranın gecikdirilməsi əsası ilə illik beş faizin ödənilməsi tətbiq etmişdir. Halbukı a lıcı İddiaçı xx.xx.2017-ci il tarixində cavabdeh MMC-yə ərizə ilə müraciət edərək müqavilə üzrə aldığı daşınmaz əmlakdan imtina etmişdir. Məhz bu səbəbdən borclu icranı gecikdirmiş sayılmır və maddi norma düzgün tətbiq edilməmişdir.
40. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, İddiaçı müqavilə üzrə 36590 manat məbləğində qalıq 33443.24 manat olduğu halda 36590 manat məbləğini təkrar olaraq cavabdeh MMC-dən tutmuşdur. Bu hərtərəfli araşdırmamanın və qeyri-obyektiv araşdırmanın nəticəsidir. Burada da məhkəmə cavabdeh MMC-nə qarşı tam ədalətsiz mövqe nümayiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı vəki li və nümayəndəsi Vəkil1 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakınd an məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu M əcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
47. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
48. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
49. Maddə 424.5. Əgər müqavilənin d əyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
50. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı q ayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə raz ılaşır.
66. Kassaisya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə dəyəri ödənilmiş mənzilin ağlabatan müddət ərzində cavabdeh tərəfindən təhvil verilməməsinə görə müqavilə cavabdehin təqsirindən ləğv edilmişdir. Bu isə iddiaçıya müqavilənin ləğvi nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ verir. Bu halda, müqavilə üzrə ödənilmiş məznilin dəyəri də, həmin kreditor başqa əsaslardan çıxış edərək daha artıq məbləğ tələb edə bilmirsə, ən azından gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlər ona ödənilməlidir.
67. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə ləğv edildiyindən qaytarılmalı olan mənzilin dəyəri ilə barəbər həmin məbləğə illik 5% hesablanmaqla 15247,5 manat məbləğin tutulması qanuni və əsaslı olmuşdur.
68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə k ollegiyası qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2088/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.