Məhkəmə qərarları › İş №2(102)-3605/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3605/2023

11.09.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3605/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3605/2023 (Açar sözlər: müqavilənin ləğvi və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sür məyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-761/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 mart 2015ci il tarixdə mənzilin alq-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) 5 saylı bina nın, 8-ci mərtəbəsində ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonunun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 42,8 kv.m. ibarət 1 otaqlı, 61 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli 16 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona mənzilin alınması üçün illik 10 faizlə 180 ay müddətinə 36.590 AZN kredit verilmişdir.

3. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC arasında 1-xx-xx-2 015YS-AAAF nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu İddiaçı ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

4. İddiaçı tərəfindən müqavilə qiymətinin 4.070 manat ödəniş edilmişdir. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 36.590 (otuz altı min beş yüz doxsan) manat kredit verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyərini təşkil edən 40.660 manat pul məbləği cavabdehə ödənilmişdir. Lakin ötən müddət ərzində cavabdeh mənzili hələ də iddiaçıya təhvi l verməmişdir. Bina hələ də tikilib qutarmamışdır. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında, İddiaçı arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış kredit öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2015ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 33.443,24 manat əsas borc, 12.689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46.133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsinin İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmis; iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13.540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilmiş, qətnamənin qalan hissəsinin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspert iza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli № ABBYM0137 nömrəli müqavilənin ləğv edilməsi, 14 mart 2015-ci il tarixli №ABBYM-0137 nömrəli müqavilə üzrə ödədiyi cəmi 52.428 manat məbləğində pul vəsaitinin, "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli № ABBYM0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 ma nat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 manat məbləğində pulun, 327 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən verilmiş 36.590 manat pul vəsaitini də alqı-satqı müqaviləsinin predmeti olan mənzil üçün ödəmişdir. Həmçinin, tərəfindən bank faizi (1%) olaraq 366 manat məbləğində pul vəsaiti də ödənilmişdir. "xxxx" ASC-yə 29 ay müddətinə hər ay 393,20 manat, cəmi 11.402,80 manat kredit ödəmişdir. Lakin onunla "xxxx" MMC arasında 14 mart 2015-ci il tarixdə başlanmış mənzilin alq-satqı müqaviləsini n şərtləri "xxxx" MMC-nin təqsiri ucbatından yerinə yetirilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 52.428 manat məbləğində zərər dəymiş və eyni zamanda qanunsuz olaraq saxlanılan 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış faizi 16.264 manat təşkil edir. 14 mart 2015-ci il tarixli №ABBYM - 0137 nömrəli müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və nəticədə həmin müqavilə üzrə mübahisəli mənzilin ona təhvil verilməsindən məhrum olmuşdur. Cavabdehin 14 mart 2015-ci il tarixli № ABBYM 0137 nömrəli müqavilə üzrə öhdəliklərini yerini yetirməməsi və ona məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamasına görə cavabdehdən tələb olunan 2.033 manat məbləğində faiz (40.660 manat (cavab dehin qanunsuz olaraq sahibliyində olan məbləğ) x 5% (Mərkəzi Bankın uçot dərəcəsi) / 12 ay (aylıq faiz dərəcəsi) x 89 ay (ödənişin gecikdirildiyi aylar) = 16.264 manat təşkil edir. İddianın faktiki hallarından və hüquqi əsaslarından da göründüyü kimi cavabdeh qeyd olunan mənzillərin onun mülkiyyətinə verilməsi öhdəliyini icra etməmiş və həmin mənzili mülkiyyət hüququ ilə üçüncü şəxslərə vermişdir. Buna görə də, cavabdehdən həmin mənzilin ona verilməsini tələb etmək əvəzinə zərərin ödənilməsini tələb etmək hüququ var.

9. Cavabdeh "xxxx" MMC iddia tələbinə etiraz vermiş, etirazı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən əsaslandıraraq göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, mübahisəli mənzilin dəyəri 40.660 manat təşkil edir. Müqavilənin şərtlərinə əsasən mən zilin dəyərinin ilkin ödəniş qismində şəxsi vəsaiti hesabına 4.070 manat və qalıq 36.590 manat məbləğin "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi razılaşdırılmışdır. Hazırda 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi ləğv edilməmişdir. Eyni zamanda, İddia tələbinin xx.xx.2015-ci il tarixli ABB YM-0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə cavabdeh Cəmiyyətə ödənilmiş 36.590 manat məbləğin İddiaçı xeyrinə tutulması hissəsi əsassızdır. Əvvəla, İddiaçı tərəfindən Cəmiyyətə ödənilmiş 36.590 manat məbləği "xxxx" ASC ilə bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında əldə edilmiş kredit vəsaiti hesabına əldə edilmişdir. Hazırda, 1-xx-xx-2015-YS-AAAF-AE s aylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış 33.443,24 manat əsas borc və kreditdən istifadəyə görə hesablanmış 12.689,85 manat faiz borcu "xxxx" ASC-nə ödənilməmişdir. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra icraatına başlanılmışdır. İddiaçı 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə yaranmış əsas borcu ödəmədiyi halda, hansı əsasla cavabdeh Cəmiyyətdən tələb edir?! Belə olan halda tələb etmə hüququ yaranmır. İddiaçı iddia tələbində "xxxx" ASC-yə 29 ay müddətində hər ay 393,20 manat olmaqla cəmi 11.402,80 manat ödənilmiş kredit məbləğini Cəmiyyətdən tələb edir. Halbuki İddiaçı 1 -xxxx-2015-YS-AAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC qarşısında ayrılmış və verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini götürmüşdür. Sözsüz ki, İddiaçı 14 mart 2015-ci il tarixli ABB YM0137 nömrəli Mənzilin alqı-satqısı müqaviləsi üzrə sözügedən mənzilin alan zaman əmlak dəyərini tam şəkildə ödəmək imkanı olmadığına görə Bank-ABB-dən 1-xx-xx-2015-YSAAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında 36.590 manat kredit vəsaitini əldə etmişdir. Cavabdeh "xxxx" MMC, 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi üzrə ödənilmiş və ya ödəniləcək faiz məbləğlərini əldə etməmişdir. O ki qaldı, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətin qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırılmasına dair fikirləri də əsassızdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış Mənzilin alqı-satqısı müqaviləsinə əsasən MMC mübahisəli mənzili inşa edərək təhvil verilməsini öhdəsinə götürmüşdür. Cəmiyyət maliyyə təşkilatı deyil, inşaat işlərinin həyata keçirən hüquqi şəxsdir. Cəmiyyətə ödənilmiş vəsait depozitdə və ya digər qaydada saxlanca təhvil verilmir, alınan daşınmaz əmlakın inşasına yönəlir. İddiaçı cavabdeh "xxxx" MMC-dən əsas kredit borcunun tutulması hissəsində iddianın yolverilməzliyinə dair əsaslar da mövcuddur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1992/2021 nömrəli, 10 noy abr 2021-ci il tarixli qətnaməsi üzrə hazırki iş üzrə tərəflər eynilik təşkil edir: iddiaçı "xxxx" ASC, cavabdeh/İddiaçı və cavabdeh "xxxx" MMC-dir. Proses iştirakçılarının prosessual vəziyyəti dəyişmişdir. Lakin İddiaçı və ya iddiaçı "xxxx" ASC tərəfindən 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsi üzrə əsas kredit borcun tələb edilməsi “eyni predmet barəsində” və “eyni əsaslar üzrə” xüsusatları üzrə tam uyğunluq təşkil edir. 2(009)-1992/2021 nömrəli mülki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etmiş və hüquqi qiymət vermişdir. Sadalanan məhkəmə aktları üzrə qət edilmiş və hazırda iddiaçı olan Bank şikayət verməməklə razılaşdığı hüquqi mövqeyə görə, 1-xx-xx-2015-YS-AAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (daxili ipoteka krediti üçün) kredit müqaviləsi üzrə ayrılmış 36.590 manat kredit məbləğindən ödənilməmiş 33.443,24 manat məbləğin hər iki cavabdeh İddiaçı və "xxxx" MMC-dən tutularaq iddiaçı Banka ödənilməsi müəyyən edilmilşdir. Lakin, belə olan halda qət edilmiş məbləğin təkrar olaraq "xxxx" MMC-dən tutulmasının hüquqi əsası mövcud deyildir. Etirazda, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.

10. İş materiallarında olan Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 14 mart 2015-ci il tarixli ABB YM-0137 №-li "xxxx" MMC və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küç əsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 8, ümumi sahəsi 42,8 kv.m. ibarət, 1 otaqlı 61 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir.

11. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli, ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 6, ümumi sahəsi 42,8 kv.m. ibarət, 1 otaqlı 61 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir.

12. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən, İddiaçı ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030-cu il tarixinə kimi hər ay banka 393,20 manat ödəməklə qayt armalıdır.

13. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya və onun çatdırılması ilə bağlı qəbzədə qeyd olunmuşdur ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 31 avqust 2022-cu il tarixədək "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB-0137 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və 52.637 manat pul vəsaitinin ona ödənilməsi barədə təklifindən imtina edilsə və ya təklifdə göstərilmiş müddətdə (31 avqust 2022-ci il tarixədək) ondan cavab alınmadıqda, həmin müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pul vəsaitinin (həmçinin əldən çıxmış faydanın) Sizdən alınıb İddiaçı verilməsi tələbi barədə iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət olunacaqdır.

14. Abşeron Rayon Məhkəməsinin 2(012)-530 8/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 mart 2015ci il tarixli ABB YM-0137 nömrəli mənzilin alğı-satqısı müqaviləsinin ləğv edilməsi, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binası, 8-ci mərtəbədə sahəsi 42,8 kv.m. olan 1 otaqlı 61 nömrəli mənzilə görə ilkin olaraq ödənilmiş 4.070 manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 127 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh podratçı olaraq 6 ildən artıq bir müddətdə öhdəliyini icra etmədiyindən, bu iddiaçının hüquqularının əhəmiyyətli dərəcə də pozulması kimi qiymətləndirilməli iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslı hesab edilib təmin edilməlidir.

16. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, tərəflər arasında mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi qət olunur, o halda, müqavilə üzrə iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına cavabdehə ödənilmiş 4.070 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə İddia çı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən yaranmış 33.443,24 manat əsas borc, 12.689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46.133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutula n faiz borcunun məbləği 13.540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə iddia tələbinin 52.428 manat pul tələbinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi həmin pul məbləği ilkin ödəniş kimi iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş 4.070 manat,”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona kredit müqaviləsi ilə verilmiş 36.590,00 manat və iddiaçının həmin kredit müqaviləsi üzrə banka ödəmiş olduğu cəmi 11.402,80 manat məbləğində pulun məcmusudur. Həmçinin İddiaçı 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC tərəfindən o na verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürdüyündən, bununla bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından iddia tələbi həmin faizlərin cavabdehdən tələb etməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

18. Məhkəmə həmçinin iddiaçının Bank-ABB-dən 1-16- 03-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında 36.590 manatın cavabdeh "xxxx" MMC-dən tələb etməsinə münasibətdə hesab etmişdir ki, həmin kredit müqaviləsi üzrə iddiaçı ilə bərabər cavabdeh zamin olaraq bank qarşısında eyni məsuliyyət daşıyırlar və yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən göründüyü kimi həmin borc məbləğinin ödənilməmiş hissəsi müştərək qaydada tərəflərdən tutulmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

19. Məhkəmə iddia tələbinin faiz borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək, İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətdə qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırması iş materialları ilə təsdiq olunmur. Cavabdeh inşaat işlərinin həyata keçirən hüquqi şəxsdir, alınan pullar daşınmaz əmlakın inşasına yönəlir. Ona görə də, məhkəmə hesab edir ki, aşağıda qeyd edilən hüquq normalarının tələblərinə görə bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 743, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 752-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçı (Vəkil) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərdiyi mövqeyi qanunsuz və əsassızdır. İddiaçı ilə "xxxx" MMC arasında 14 mart 2015-ci il tarixdə mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında müqavilə bağlandıqdan sonra müqavilədə göstərilən öhdəliklər cavabdeh tərəfin təqsiri ucbatından yerinə yetirilmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Lakin işə baxan məhkəmə bunu görə-görə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən, cavabdehlərə məxsus fərdi yaşayış evinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuşdur. Belə ki, 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC tərəfindən İddiaçı verilmiş 36.590 manat əsas kredit onun şəxsi əmlakı hesab edilməlidir. Çünki həmin kredit ona verilmiş və o, da öz növbəsində göstərilən pul məbləği ilə bağlı sərəncam vermişdir. Yəni həmin məbləğin cavabdehə ödənilməsi əvəzində ev almağa razılıq vermişdir. Ba nkdan götürülmüş pul vəsaitinə görə hər ay kredit ödəməli olan şəxs iddiaçı olduğuna görə də, həmin pul vəsaiti də onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd olunan pul vəsaiti bankdan götürüldükdən sonra cavabdehə verilmiş, cavabdeh də həmin pul vəsaitini qəbul etmiş, lakin pul vəsaitinin qarşılığında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmənin də qətnaməsində qeyd etdiyi kimi cavabdeh həmin pul vəsaitini fəaliyyət istiqamətinə yönəldərək gəlir əldə etmişdir. Əgər belə deyilsə, həmin pul vəsaitini saxlamış və yaxud da başqa məqsədlər üçün istifadə etmişdir. Bununla da, iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur.

23. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə apellyasiya şikayəti ilə bağlı etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh Cə miyyət İddiaçı apellyasiya şikayətinə etiraz edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşır. Belə ki, İddiaçı ödənilməmiş kredit borcunun tələb etmə hüququnu əldə etməmişdir. Çünki kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tələb edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə olan halda İddiaçı subyektiv hüququ yaranmamışdır. Etirazda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.

24. Apellyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mənzilin iddiaçıya təhvil verilməsi üçün müxtəlif qurumlara şikayət edilib. İddianın təkcə ilkin ödənişə dair hissədə təmin edilməsi ədalətsizdir. Bankdan alınan pulun sərəncamçısı odur. Həmin p ul onun mülkiyyəti kimi nəzərə alınmalı və cavabdehdən alınıb ona ödənilməlidir. Pul vəsaitini cavabdeh uzun müddət özündə saxlayıb və heç bir hərəkət etməyib. Pulu qanunsuz saxladığına görə cavabdeh ona faiz də ödəməlidir. Cavabdehdən mübahisə predmeti olan mənzilin alınması üçün o, "xxxx" ASC-dən 36.590 manat məbləğində kredit götürüb və "xxxx" MMC-yə ödəyib. İlkin ödəniş kimi də MMC-yə onunı tərəfindən 4.070 manat pul ödənilib. Tərəflər arasında müqavilə xx.xx.2015-ci il tarixdə bağlanılıb. Həmin müddətdən indiyədək MMC üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə əsasən onun tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətdə qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırması iş materialları ilə təsdiq olunmur. Cavabdeh inşaat işlərini həyata keçirən hüquqi şəxsdir, alınan pullar daşınmaz əmlakın inşasına yönəlir. Halbuki işin mübahisəsiz halıdır ki, cavabdeh mənzili tikərək ona təhvil verməyib. Onun pulunu da qanunsuz olaraq özündə saxlayıb. Bu səbəbdən iddia faiz hissəsində əsaslıdır. O, 29 ay ərzində banka 11.000 manat pul ödəyib və ona dəyən zərərin səbəbi cavabdehin təqsirli hərəkətləridir. İş üzrə bankın tələbi əsasında qətnamənin mövcudluğu iddianın əsassızlığı demək deyil. İlk qətnamə ilə o, banka əlavə 13.000 manat faiz borcu ödəməlidir. Tərəf 29 ay banka pul ödəyib. Bina tikilib sona çatdırılmadığından tərəf artıq şikayətlərə başlayıb. Ona zərər vurulması aşkardır. Ev alınmasa idi, o banka heç bir vəsait ödəməyəcəkdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilmə sini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, birinci intansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Hazırda mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Hazırki iş üzrə də iddia təmin olunsa, eyni məbləğ onlardan iki dəfə tutulmuş ola bilər, bu da ədalətsizdir. MMC ilkin ödənişə dair hissəni də mübahisələndirmir. Bu hissədə ödənişə hazırdır. Amma borc artıq bankın iddiasına əsasən tutulub, ikinci bir iddia əsassızdır. Faizə dair hissədə məhkəmənin mövqeyi ilə razıdır. Təmsil etdiyi təşkilat maliyyə təşkilatı deyil. Bina tikintisi ilə məşğuldur. Bağlanmış kredit müqaviləsinə əsasən təşkilatın statusu zamindir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edil məməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-761/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə, həmçinin iddia tələbinin 52.428 manat pul tələbinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi həmin pul məbləği ilkin ödəniş kimi iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödə nilmiş 4.070 manat, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona kredit müqaviləsi ilə verilmiş 36.590,00 manat və iddiaçının həmin kredit müqaviləsi üzrə banka ödəmiş olduğu cəmi 11.402,80 manat məbləğində pulun məcmusudur. Kredit müqaviləsi üzrə iddiaçı ilə bərabər cavabdeh zamin olaraq bank qarşısında eyni məsuliyyət daşıyırlar. Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1992/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən yaranmış 33.443,24 manat əsas borc, 12.689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46.133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC -yə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 13.540,67 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi borc məbləğinin ödənilməmiş hissəsi olan 33.443,24 manat əsas borc, 13.540,67 manat faiz borcu hazırki iş üzrə iddiaçı və cavahdehdən müştərək qaydada tutulmuşdur. Belə olan halda həmin məbləğin cavabdehdən yenidən tələb edilməsi əsassızdır.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 1-xx-xx-2015-YSAAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqavil əsi əsasında "xxxx" ASC-dən götürdüyü 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürmüşdür. Belə olan halda da iddiaçı tərəfindən götürülmüş borca görə faizlərin ödənilməsində cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır.

29. Bundan əlavə məhkəmə kollegiyası tələbin "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli №ABBYM0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 manat məbləğində faizlərin cavabdehdən tutulmasına dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, qeyd edilən məbləğin 33.443,24 manat hissəsi iş üzrə üçüncü şəxs "xxxx" ASC-nə məxsusdur. Belə ki, həmin məbləğin i ddiaçıdan və cavabdehdən müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda həmin məbləğin iddiaçı və cavabdeh tərəfindən ödənilib-ödənilməməsi, hansı həcmdə ödənilməsi müəyyən edilmədiyindən, eləcə də həmin məbləğin müştərək qaydada tərəflərdən tutulması müəyyən edildiyindən iddiaçının özü tərəfindən ödənilmiş 4.070 manat və üçüncü şəxs tərəfindən cavabdehə ödənilmiş mənzilin dəyəri olan 36.590 manatın cavabdehdə saxlanılmasına görə iddiaçının əlavə faiz tələb etmək hüququ yoxdur. Eyni zamanda iddiaçı qeyd edilən məbləğdə görə cavabdehdən 16.264 manat tələb etsə də, həmin məbləği hansı qaydada, hansı əsaslarla hesablanmasına dair hər hansı sübutu əlavə etməmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin etməməsinin əsası kimi habelə qeyd etmişdir k i, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 442, 448.1, 448.2, 743, 752-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217.1, 217.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, ə lavə olaraq qeyd olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 mart 2015-ci il tarixli mənzilin alq-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında mənzilin alınması üçün ilkin ödəniş kimi 4.070 manat pul vəsaiti ödənilmişdir. "xxxx"ASC tərəfindən verilmiş 36.590,00 manat pul vəsaiti də alqı-satqımüqaviləsinin predimeti olan mənzil üçün ödənilmişdir. Həmçinin bank faizi (1%) olaraq 366 (üç yüzalmış altı) manat məbləğində pul vəsaiti də ödənilmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 29 aymüddətinə hə ray 393,20 manat olmaqla, cəmi 11.402,80 manat kredit ödəmişdir. Lakin, iddiaçı "xxxx" MMC arasında olan 14 mart 2015-ci il tarixdə mənzilin alqı-satqı müqaviləsinin şərtləri "xxxx" MMC-nin təqsiri ucbatından yerinə yetirilm əmişdir. Bu zaman sual olunur: iddiaçı ilə "xxxx" MMC arasında 14 mart 2015-ci il tarixdə mənzilin alq-satqı müqaviləsi bağlanmasa idi, iddiaçı tərəfindən banka 29 ay müddətində hər ay 393,20 manat, cəmi 11.402,80 manat pul vəsaiti ödəniləcəkdirmi? Yuxarıda qeyd olunanlara əsasən cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya 52.428 manat məbləğində zərər dəymişdir.

34. İddiaçı ilə "xxxx" MMC arasında 14 mart 2015-ci il tarixdə mənzilin alq-satqı müqaviləsi bağlandıqdan sonra "xxxx" ASC tərəfindən verilmiş 36.590,00 manat pul vəsaiti, bank faizi (1%) olaraq 366 (üç yüz almışaltı) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən "xxxx" ASC-yə 29 ay müddətinə hər ay 393,20 manat pul vəsaiti kredit kimi ödənilmiş və eyni zamanda 4.070 manat pul vəsaiti də ilkin olaraq banka ödənilmişdir. Lakin, cavabdeh tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyinə görə ona küllü miqdarda zərər dəymişdir.

35. Birinci insitansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, mənzilin alqısatqı müqaviləsi üzrə cavabdeh podratçı olaraq 6 ildən artıq bir müddətdə öhdəliyini icra etmədiyindən, bu iddiaçının hüquqlarının əhəmiyyətli dərəcə də pozulması kimi qiymətləndirilməli iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslı hesab edilib təmin edilməlidir. Lakin, bu əsasla mübahisəli məhkəmə qətnaməsində tərəflər arasında olan müqavilə ləğv edilsədə, həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlı iddia tələbi qismən təmin edilmişdir. Bu isə kobud qanun pozuntusu kimi qiymətlənd irilməldir. Qeyd edilən qanun pozuntusuna iş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən göz yumulmuşdur.

36. İddiaçı ilə "xxxx" MMC arasında 14 mart 2015-ci il tarixdə mənzilin alq-satqı müqaviləsi bağlandıqdan sonra müqavilədə göstərilən öhdəliklər cavabdeh tərəfin təqsiri ucbatında yerinə yetirilmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Lakin, işə baxan həm birinci insitansiya məhkəməsi, həm də apellyasiya insitansiyası məhkəməsi bunu görə-görə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmələr tərəfindən qərar qəbul edilərkən, cavabdehlərə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə özistədikləri kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuşdur. 37. 1-xx-xx-2 015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 36.590 manat əsas kredit onun şəxsi əmlakı hesab edilməlidir. Çünki həmin kredit ona verilmiş və o, da, öz növbəsində göstərilən pul məbləği ilə bağlı sərəncam vermişdir. Yəni, həmin məbləğin cavabdehə ödənilməsi və əvəzində ev almağa razılıq vermişdir. Bankdan götürülmüş pul vəsaitinə görə hər ay kredit ödəməli olan şəxs iddiaçı olduğuna görə də, həmin pul vəsaiti də onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd olunan pul vəsaiti bankdan götürüldükdən sonra cavabdehə verilmiş, cavabdeh də həmin pul vəsaitini qəbul etmiş, lakin pul vəsaitinin qarşılığında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Birinci insitansiya məhkəməsinin də qətnaməsində qeyd etdiyi kimi cavabdeh həmin pul vəsaitini fəaliyyət istiqamətinə yönəldərək gəlir əldə etmişdir. Əgər belə deyilsə həmin pul vəsaitini saxlamış və yaxudda başqa məqsədlər üçün istifadə etmişdir. Bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də, iddia ərizəsində tələb olunan 2.033 manat məbləğində faiz (40.660 manat (cavabdehin qanunsuz olaraq sahibliyində olan məbləğ) x 5 % (Mərkəzi Bankın uçot dərəcəsi) / 12 ay (aylıq faiz dərəcəsi) x 89 ay (ödənişin gecikdirildiyi aylar) = 16.264 (on altı min iki yüz altmış dörd) manat pul vəsiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Abşeron Rayon Məhkəməsinin qətnaməsi əsaslı deyil. Belə ki, iddiaçı 1-xx-xx2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC t ərəfindən ona verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürməsi, bununla bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamasına görə iddia tələbi həmin faizlərin cavabdehdən tələb etməsi hissəsində əsassızdır və təmin edilməməlidir kimi məhkəmənin gəldiyi nəticə əsasszıdır. Məhkəmənin iddia tələbinin faiz borcu hissəsinə münasibətdə qeyd etdiyi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin Cəmiyyətdə qanunsuz saxlanılması və qaytarmaqdan boyun qaçırması iş materialları ilə təsdiq olunmur kimi mövqeyi qanusuz və əsassızdır.

39. İddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları həm birinci insitansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində sübut edə bilmiş, lakin cavabdeh tərəf öz etirazının əsasını sübut edə bilməmişdir. Amma, mübahisəli məhkəmə qətnaməsini qəbul etmiş məhkəmə kollegiyası işə birtərəfli yanaşmaqla həmin maddənin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında öz tələbinin əsasını təkzibedilməz sübutlarla əsaslandırsa da, məhkəmə həmin sübutları görməzdən gəlmişdir. Münasibət bildirdiyi sübutları isə cavabdehin xeyrinə şərh etmişdir.

40. Apellaysiya məhkəməsi tərəfindən çıxarılmış qətnaməyə fikir verdikdə tam aydın olur ki, həmin qətnaməni qəbul etmiş hakimlər işə qərəzli yanaşmışdır. Eyni zamanda məhkəmə iclasında təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərər in əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyi n zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

47. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

48. Maddə 421.2. Tərəflərdən birini n tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

50. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyiş dirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

55. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

56. Maddə

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmç inin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

57. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

58. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

59. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

60. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edil ən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

61. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 76.1. t ərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

65. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:

72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayəti ndə qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlan. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanıl masa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələb lərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

77. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsass ız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

78. Hazırki iddia tələbindən görünür ki, iddiaçı cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli № ABBYM-0137 nömrəli müqavilənin ləğv edilməsi, 14 mart 2015-ci il tarixli №ABBYM-0137 nömrəli müqavilə üzrə ödədiyi cəmi 52.428 manat məbləğində pul vəsaitinin, "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli № ABBYM0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 manat məbləğində pulun, 327 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

79. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdehin podratçı olaraq 6 ildən artıq bir müddətdə öhdəliyini icra etməməsinə, bunun nəticəsində iddiaçının hüquqularını əhəmiyyətli dərəcədə pozmasına əsaslanmış, iddia tələbini müqavilənin ləğvi hissəsində əsaslı hesab etmiş, bu halda, müqavilə üzrə iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına cavabdehə ödənilmiş 4.070 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməli olması, həmin hissədə iddianın əsaslı olmaqla təmin edilməli olması barədə nəticəyə gəlmişdir. Məhkəmə həmçinin iddianın 52.428 manat pul tələbinə münasibətdə rədd edilməsi hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi həmin pul məbləği ilkin ödəniş kimi iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş 4.070 manat, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ona kredit müqaviləsi ilə verilmiş 36.590,00 manat və iddiaçının həmin kredit müqaviləsi üzrə banka ödəmiş olduğu cəmi 11.402,80 manat məbləğində pulun məcmusudur. İddiaçı 1-xx-xx-2015-YS-AAAF-AE saylı xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC tərəfindən ona verilmiş 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürdüyündən, bununla bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından iddia tələbi həmin faizləri cavabdehdən tələb etməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

80. Apellyasiya instansiyası məhkəməsi də eyni əsasla iddiaçının verdiyi apellyasiya şikayətini təmin etməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının 1-xx-xx-2015YS-AAAF-AE saylı, xx.xx.2015-ci il tarixli Təminatlı (ipoteka) Kredit Müqaviləsi əsasında "xxxx" ASC-dən götürdüyü 36.590 manat əsas kredit borcunun istifadə edilməsinə görə faiz borcunun Banka ödənilməsi öhdəliyini özü götürməsini, belə olan halda da iddiaçı tərəfindən götürülmüş borca görə faizlərin ödənilməsində cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olmamasını qeyd etmişdir. Həmçinin məhkəmə kollegiyası tələbin "xxxx" MMC ilə onun arasında bağlanmış 14 mart 2015-ci il tarixli №ABBYM0137 nömrəli müqavilə üzrə ödənilmiş 40.660 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 16.264 manat məbləğində faizlərin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən məbləğin 33.443,24 manat hissəsi iş üzrə üçüncü şəxs "xxxx" ASC-nə məxsusdur. Belə ki, həmin məbləğin iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda həmin məbləğin iddiaçı və cavabdeh tərəfindən ödənilib-ödənilməməsi, hansı həcmdə ödənilməsi müəyyən edilmədiyindən, eləcə də həmin məbləğin müştərək qaydada tərəflərdən tutulması müəyyən edildiyindən iddiaçının özü tərəfindən ödənilmiş 4.070 manat və üçüncü şəxs tərəfindən cavabdehə ödənilmiş mənzilin dəyəri olan 36.590 manatın cavabdehdə saxlanılmasına görə iddiaçının əlavə faiz tələb etmək hüququ yoxdur. Eyni zamanda iddiaçı qeyd edilən məbləğdə görə cavabdehdən 16.264 manat tələb etsə də, həmin məbləği hansı qaydada, hansı əsaslarla hesablanmasına dair hər hansı sübutu əlavə etməmişdir.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə üçüncü şəxs olan bank tərəfindən iddiaçının adından cavabdehə ö dənilmiş məbləğin və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış məbləğin cavabdehdən tutulmaması hissəsində qanuni və əsaslı sayıla bilməz.

82. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

83. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllə də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

84. Məhkəmələr iddiaçı ilə cavabdeh arasında mövcud olmuş mənzilin alqı-satqı müqaviləsini ləğv edərkən, müqavilənin məhz cavabdeh podratçı tərəfindən 6 ildən artıq bir müddətdə öhdəliyini icra etməməsi nəticəsində iddiaçının hüquqularının əhəmiyyətli dərəcədə pozulması ilə əsaslandırmışlar. Yəni iddiaçı "xxxx" MMC arasında olan 14 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin şərtlərinin cavabdeh "xxxx" MMC-nin təqsiri üzündən yerinə yetirilmədiyi müəyyən edilmişdir.

85. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarinda qeyd olunmuşdur ki,

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin də yişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci ma ddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

86. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

87. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qər arının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

88. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

89. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

90. İşdən göründüyü kimi məhkəmələr iddiaçı ilə cavabdeh arasında mövcud olmuş mənzilin alqı-satqı müqaviləsini cavabdehin həmin müqaviləni əhəmiyyətli dərə cədə pozmasını əsas götürməklə ləğv etsələr də, müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məsələsinə - üçüncü şəxs olan bank tərəfindən iddiaçının adından cavabdehə ödənilmiş məbləğin və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış məbləğin cavabdehdən tutulmaması hissəsində düzgün hüquqi qiymət verməmişlər.

91. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 46.133,09 manat məbləğində pulun iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsi mövcud olduğundan, həmin məbləğin iddiaçı və cavabdeh tərəfindən ödənilib-ödənilməməsi, hansı həcmdə ödənilməsi müəyyən edilmədiyindən, iddiaçının özü tərəfindən ödənilmiş 4.070 manat və üçüncü şəxs tərəfindən cavabdehə öd ənilmiş mənzilin dəyəri olan 36.590 manatın cavabdehdə saxlanılmasına görə iddiaçının əlavə faiz, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış məbləği tələb etmək hüququnun olmaması barədə mövqeyi əsassızdır.

92. Belə ki, məhkəmələr tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin, həmin işdə zamin olan cavabdeh "xxxx" MMC tərəfindən, hazırki iş üzrə üçüncü şəxs "xxxx" ASC-yə ödənilib-ödənilməməsi, yəni qeyd olunan qətnamənin icra edilib-edilməməsi müəyyən edilmədiyi halda hazırki iddianın qeyd olunan hissədə təmin edilməməsi, cavabdehin iddiaçıya təhvil verməli olduğu mənzilə sahibliyini əlində saxlamasına şərait yaratmaqla yanaşı, bankın i ddiaçının mənafeyi üçün cavabdehə ödədiyi məbləğə də sahiblik etməsinə, bununla da cavabdehin əsassız olaraq varlanmasına şərait yaratmışdır.

93. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1310/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən icra edilib-edilməməsini araşdırmamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir.

94. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə ic raatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

95. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.

96. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəli llərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

97. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 98. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məh kəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

99. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

100. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmi ş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

101. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

102. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həlli ndə milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

103. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə i ştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

104. İddiaçı verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdiyindən, həmçinin məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin edilməlidir.

105. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

106. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(105)-761/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmədiyi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar