Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1938/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXnun cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1938/22 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 26 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı XXXnun cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11802/2021 nömrəli, 13.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(006)-758/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, 11.04.2017-ci il tarixdə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)-9049/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı istirahətdə olmadığı zaman, 11.04.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işəgötürənin mənafeyinə uyğun olaraq, yəni işəgötürənin istehsal edərək satdığı elektrik enerjisinin sayğacdan kənar istifadə edilməməsini təmin etmək, bunun üçün də elektrik enerjisinin uçotunu aparan sayğaclara nəzarəti həyata keçirmək üçün gedərkən, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, bədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə, sonra isə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 58.040 manat maddi ziyan (27.040 manat itirilmiş qazanc + 31.000 manat xəstəxana xərcləri), 50.000 manat mənəvi ziyan olmaqla, pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi; cavabdeh "xxxx" ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun iddiaçıya verilməsi vəzifəsi qoyulması barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin tabeliyində olan Yardımlı rayon Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi-mühəndis işləmişdir. Nəzarətçi işlədiyi ərazi evindən 48 km. məsafədə yerləşmişdir. Region üzrə cəmi 3 ədəd termilla işləmişdir. İşinə həmişə məsuliyyətlə yanaşmış, hər gün işə vaxtında getmiş, heç vaxt işə gecikməmiş və rəhbərlik tərəfindən belə bir irad almamışdır. Rəhbərliklə razılaşmaya əsasən məsafənin uzaq olması ilə əlaqədar nəqliyyat təminatı olmadığından uzun illər şəxsi atından nəqliyyat vasitəsi kimi xidməti əraziyə getmək üçün istifadə etmişdir. 11 aprel 2017-ci ildə həmişəki kimi səhər işə getmiş, «Battaqlı» dərə adlanan yerdən keçərkən atdan yıxılmış, ayağı sınmış və ağır xəsarətlər almışdır. İlkin olaraq, Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Orada əməliyyat olunduqda ayağında 12 yerdə qəlpə olduğu məlum olmuşdur. Hazırda ayağına mil qoyulmuşdur. Sonradan da dəfələrlə müxtəlif cərrahi əməliyyatlara və prosedurlara məruz qalsa da, sağlamlığı bərpa olunmamışdır. Nəticədə ikinci qrup əlillik almışdır. Cavabdeh işdə aldığı xəsarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyi və baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məlumat vermədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Onun həqiqətən də, işdə əmək xəsarəti alması məhkəmə qərarı ilə müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən onun barəsində istehsalatda bədbəxt hadisə baş verməsi haqqında İZ formalı 04/2020 nömrəli akt tərtib edilmişdir. Hazırkı id dia ərizəsində qeyd edilən xəsarətin həqiqiliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o, qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Onun orta aylıq əmək haqqı 560 manat məbləğində olmuşdur. Ona görə də, qeyd edilən dövr üzrə (11.04.2017-01.01.2021) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 48 ay üçün 26.840 manat məbləğindədir. Bundan başqa, o, müxtəlif tibbi cərrahiyyə əməliyyatlarına məruz qalmışdır ki, bunun da məbləği aşağıda göstərilən kimidir: xəstəxana xərcləri (bununla bağlı qidalanma, bununla bağlı gediş-gəliş, cərrahiyyə əməliyyatları) 31.000 manat. Mənəvi ziyanla bağlı qeyd edir ki, cavabdeh ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam v ermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməmələri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxarmaları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməsi, işdən çıxarılması və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirir, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Hesab edir ki, mənəvi zərər kimi ona 50.000 manat məbləğində ziyan dəymişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 01 oktyabr 2021-ci il tarixli, 2(006)-4696/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı işəgötürən tərəfindən əməyin mühafizəsinin hansı qaydalarına əməl olunmadığına görə bədbəxt hadisənin baş verməsini sübut edə bilməmiş, qanuni qüvvəsini almış məhkəmə aktlarında isə cavabdehin sözügedən qaydalara əməl etməməsi faktı müəyyən edilməmişdir. Başqa sözlə, sözügedən məhkəmə aktları ilə iddiaçının yalnız əmək xəsarəti alması faktı tanınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun sağlamlığına zərərin vurulmasında işlədiyi "xxxx" ASC-nin təqsirkar olması ilə əlaqələndirsə də, istehsalat xəsarətinin baş verməsinin cavabdeh təşkilatın təqsirli və ya hüquqazidd hərəkətləri nəticəsində baş verməsini sübuta yetirə bilməmiş, habelə maddi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi hallara (ona tələb etdiyi miqdarda (məbləğdə) maddi ziyan vurulmasına) dair mötəbər sübutlar təqdim etməmiş, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən 58.040 manat maddi ziya n tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir.
8. Məhkəmə iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Belə ki, əsas tələb vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir.
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edi lmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə görə zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Məhkəmə qeyd edilən normanı tətbiq etməli olduğu halda bu normaya ümumiyyətlə qətnamədə istinad etməmişdir. Zərər onun qəsdi nəticəsində əmələ gəlməmişdir, bu barədə heç bir sübut olmadığı üçün ona dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilməlidir. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir, o "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və ASC öz təqsi rsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. Cavabdeh ASC tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsini təmin etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Onun aldığı xəsarətlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında əlaqə olmasaydı İZ formalı akt tərtib olunmazdı. Cavabdehin hərəkətsizliyi arasında əlaqə ondan ibarət olmuşdur ki, cavabdeh onun sağlam və təhlükəsiz iş şəraitini təmin etməmişdir. Cavabdeh təhlükəsiz iş prosesini yaratmamışdır, onun 43 kənddə yerləşən işıq sayğaclarını yoxlaması üçün nəqliyyat vasitəsilə təmin etməmiş, əməyin təhlükəsizliyi ilə bağlı təlimat keçməmişdir ki, bu da cavabdehin hərəkətsizliyidir ki, onun xəsarət alması ilə nəticələnmişdir. Baş vermiş istehsalatda bədbəxt hadisə barədə ASC X1 məlumat verməmiş, hadisənin baş vermə faktını gizlətmiş, İZ formalı aktı tərtib etməkdən boyun qaçırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11802/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər V.Sadıqov – sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(006)-4696/2021 saylı qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş «cavabdeh ASC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»nın 2.10-cu bəndində nəzərdə tutulan yazılı sorğunun ona verilməsi vəzifəsinin qoyulması» hissəsində ləğv edilmiş və işin icraatına həmi n hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Sadıqov – sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 2(103)-11802/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)-4696/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
12. Apellyasiya kolegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməsi ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuşdur. Baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağ lı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Belə olan halda qətnaməyə əsasən işəgötürən yuxarıda göstərilən qaydalara uyğun olaraq X1 məlumat verməli, bundan sonra göstərilmiş qaydada komissiya yaradılmalı, təhqiqat aparılmalı, müvafiq qaydada təhqiqat aktı tərtib edilməli idi. Lakin həmin işin materiallarından qətnamənin (icra vərəqəsinin) icra edilməsi üçün İcra şöbəsinə göndərilməsi görünsə də, nəzərdə tutulmuş qaydada icrası müəyyən edilmir.
13. Bundan sonra, yalnız işəgötürən tərəfindən İZ formalı 04/2020 saylı akt tərtib edilmiş, aktda göstərilmişdir ki, iddiaçı 11.04.2017-ci il tarixdə saat 07:20-də şəxsi təsərrüfatına aid atdan yıxılaraq bədən xəsarətləri almışdır. Lakin aktda nə əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər gö stərməmiş, nə hal şahidləri göstərilməmiş, sadəcə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-361/2020 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli 2(103)- 9049/2019 saylı qətnaməsi qəbul edilmişdir. 14. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir.
15. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli o lduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X2nin yaratdığı xüsusi kommisiya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər. Yəni, iddiaçının istinad etdiyi normada, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq ) müəyyən edilməlidir
16. Qanuni qüvvəyə minmiş qətnamə ilə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi (İZ) aktının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş olsa da, həmin qətnamənin qeyd olunan şəkildə icra edilməsi müəyyən edilmir. Kollegiya iddiaçıya izah edir ki, həmin qətnamənin icrasının təmin edilməsini tələb etməlidir. Nəzərdə tutulmuş qaydalara əməl edilərək tərtib edilmiş təhqiqat aktı ilə işəgötürənin təqsiri olmadığı müəyyən edilərsə, həmin təhqiqat aktını məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kass asiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, zərər iddiaçının qəsdi nəticəsində əmələ gəlməmişdir, bu barədə heç bir sübut olmadığı üçün ona dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilməlidir. Hazırki işdə cavabdeh "xxxx" ASC öz təqsirsizliyini sübuta yetirə bilməmişdir, o "xxxx" ASC-nin təqsirliliyini sübuta yetirməyə borclu deyildir və ASC öz təqsirsizliyini sübuta yetirmədiyi halda ona vurulmuş ziyana görə təqsirli hesab edilir. İZ formalı aktda da Maqsud Bəgalıyevin qəsdi nəticəsində zərər almağı göstərilməmişdir. İddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş ziyanın əvəzi ödənilməlidir. Mə hkəmə cavabdehin hadisənin təhqiqatını aparmamasını, komissiya yaratmamasını cavabdehin leyhinə qəbul etmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirmədən, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pro sesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının lə ğv edilməsi üçün əsasdır.
32. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş həmin icraatda yenidən baxılması üçün qaytarılmalıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli, 2(102)-361/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı istirahətdə olmadığı zaman, 11.04.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işəgötürənin mənafeyinə uyğun olaraq, yəni işəgötürənin istehsal edərək satdığı elektrik enerjisinin sayğacdan kənar istifadə edilməməsini təmin etmək, bunu n üçün də elektrik enerjisinin uçotunu aparan sayğaclara nəzarəti həyata keçirmək üçün gedərkən, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, bədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir.
37. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
38. Beləliklə, iddiaçının iş vaxtı ərzində, əmək funksiyalarını yerinə yetirmək üçün iş yerinə gedən zaman xəsarət alması qanuni qüvvədə olan məhkəmə qərarı il ə müəyyən edilmişdir. Həmçinin, həmin məhkəmə qərarı ilə təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. "xxxx" ASC məhkəmənin qətnaməsini icra edərək “İstehsalatda bədbəxt hadisə haqqında” 04/2020 nömrəli, İZ formalı Akt tərtib etmişdir.
39. İşə baxan 1-ci instansiya məhkəməsi iddianı təmin etməmişdir o əsasla ki, istehsalatda baş vermiş bədbəxt hadisədə cavabdeh təşkilatın təqsirli olması halı sübuta yetirilməmiş, təqsirin olması müvafiq ödənclərin edilməsi üçün zəruri şərt olduğundan iddia təmin oluna bilməz.
40. Apellyasiya Məhkəməsi isə qətnaməni ləğv edərək iddianı başqa əsasla rədd etmişdir. Həmin məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh təşkilat məhkəmə qətnaməsini m üəyyən edilən qaydada icra etmədən formal olaraq “İstehsalatda bədbəxt hadisə haqqında” 04/2020 nömrəli, İZ formalı Akt tərtib etmiş, hadisənin təhqiqini aparmamış və təşkilatın hadisədə təqsiri müəyyən edilməmişdir.
41. Nəticə etibarı ilə Apellyasiya Məhkəməsi iddiaçını yeni mübahisə açmağa, yenidən məhkəmə qarşısında dayanmağa istiqamətləndirmişdir. Belə ki, məhkəmə izah etmişdir ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını tələb etməli, bunun nəticəsindən narazı qaldığı təqdirdə həmin təşkilatın qərarlarından yenidən müvafiq məhkəməyə müraciət etməlidir.
42. Məhkəmə Kollegiyası Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır. İddiaçı həmin məsələ ilə bağlı dəfələrlə məhkəmə qarşısında dayanmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 11.04.2017-ci il tarixdə İddiaçı ilə baş vermiş bədbəxt hadisə faktı müəyyən olunmuş, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Cavabdeh təşkilat “İstehsalatda bədbəxt hadisə haqqında” 04/2020 nömrəli, İZ formalı Akt tərtib etmişdir. Əvvəllər işə baxılanda da, hazırkı mübahisəyə baxılanda da, cavabdeh təşkilatın mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş hadisədə cavabdeh təşkilatın təqsiri yoxdur. Cavabdehin nümayəndəsi hazırkı işdə də bildirmişdir ki, qətnaməni formal olaraq icra edərək İZ formalı akt tərtib etmişlər, onlar özlərini təqsirli saymırlar.
43. Məhkəmə qətnaməsinin artıq icra olunmasını, icra üzrə icraata bu əsasla xitam verilib-ve rilməməsini yoxlamadan, belə təhqiqatın hansı nəticələr verə biləcəyini qiymətləndirmədən tərəfləri yenidən məhkəmədənkənar təhqiqat aparılmasına yönləndirmək əhəmiyyətsizdir və bunun mübahisəni həll etməyəcəyi əvvəlcədən bəlli olan haldır.
44. Hadisənin baş vermə halları artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırkı işdə məhkəmənin müəyyən edəcəyi yeganə hal istehsalatda baş vermiş bədbəxt hadisədə təşkilatın təqsiri məsələsidir. Bununla bağlı iddiaçının konkret dəlilləri var-iddia ərizəsində və işə mahiyəti üzrə baxılanda irəli sürmüşdür (cavabdeh onun sağlam və təhlükəsiz iş şəraitini təmin etməmiş, cavabdeh təhlükəsiz iş prosesini yaratmamış, onun 43 kənddə yerləşən işıq sayğaclarını yoxlaması üçün nəqliyyat vasitəsilə təmin etməmiş, əməyin təhlükəsizli yi ilə bağlı təlimat keçməmiş və.s.). 1-ci instansiya məhkəməsi iddiaçının baş vermiş hadisədə cavabdeh təşkilatın təqsirli olmasını sübuta yetirə bilməməsinə istinadı qanunsuz olmuşdur. Çünki, sübutetmə yükü düzgün bölüşdürülməmişdir. Apellyasiya Məhkəməsi öz qərarında haqlı olaraq müvafiq maddi hüquq normalarına istinad etməklə qeyd etmişdir ki, işəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır.
45. Göründüyü kimi, təqsirin olub-olmamasını sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi ilə bağlı da artıq aydın mövqe mövcuddur.
46. Kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarına düzgün riayət etmədiyi üçün qətnamə ləğ v olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq işə irəli sürülən tələbə uyğun olaraq baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə mübahisəni həll etməlidir.
47. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXXnun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11802/2021 nömrəli, 13.12.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İsmayıl Xəlilov Ələsgər Əliyev Mehparə Əhmədova