Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1938/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı9, İddiaçı15 (X11 vərəsəsi), İddiaçı10, İddiaçı13, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı16, İddiaçı11, İddiaçı14, İddiaçı7, İddiaçı12, İddiaçı3, İddiaçı6 və X28 cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gecikdirilmiş pul məbləğinə görə maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), X34 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı9, İddiaçı15, İddiaçı11, İddiaçı5, İddiaçı10, İddiaçı6, İddiaçı8, İddiaçı3, İddiaçı7, İddiaçı14, İddiaçı2, İddiaçı1, İddiaçı12, İddiaçı4, İddiaçı13 və İddiaçı16 cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK və Cavabdeh2 qarşı “gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8899/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 1(101)-334/16 nömrəli qərarına əsasən Cavabdeh1 Cavabdeh3 MTK-nın sədri vəzifəsində işləyərkən vəzifəli şəxs kimi tamah niyyətində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları da xil edərək vəzifə saxtakarlığı törətmiş, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, Cavabdeh1 2004-cü ildən Cavabdeh3 MTK-nın sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 1 ünvanı nda yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 39 nömrəli mənzili 27 may 2007-ci il tarixli alqısatqı müqaviləsi əsasənda X50 100.000 manata satmasına baxmayaraq, 07 avqust 2013-cü il tarixdə həmin mənzili yenidən 119.500 manata İddiaçı9 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin İddiaçı9 satılması məzmunda tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta sənədləri – 07 avqust 2013-cü il tarixli alqısatqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək (119.500 manat) özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, külli miqd arda törədilməklə Vera Volkovaya məxsus mənzilə - əmlaka olan hüquqularını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticlərə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bundan sonra 2014-cü ilin may ayında həmin mənzili X23 ilə 180.000 manata razılaşıb 80.000 manatını Elmira Nəzərlinin yaşadığı ünvan 2 ünvanında sonuncudan alaraq mənzili Elmira Nəzərliyə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 21 may 2012-ci il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək (80.000 manat) özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etm əklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, daha sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, İİ yaşayış massivindöə inşa etdiyi binasında ümumi sahəsi 112 kv.m olan 85 nömrəli mənzili 29 avqust 2005-ci il tarixli müqavilə ilə X39 27.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili yenidən 13 dekabr 2013-cü il tarixdə İddiaçı5 55.000 manata qanunsuz satıb göstərilən məbləğdə pulun ondan MTK-nın ofisində alaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin sonuncunun övladı X19 adına rəsmişləşdirilməsi niyyəti ilə saxta rəsmi sənədləri - 13 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək İddiaçı5 məxsus 55.000 manat məbləğində pulu – özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivindöə inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 mənzili 2008-ci ildə X56 60.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili 05 fevral 2014-cü il tarixdə yenidən 58.800 manata İddiaçı10 qanunsuz olaraq satıb, sonuncudan həmin pul vəsaitini MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində alaraq mənzil İddiaçı10 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri alqı-satqı müqaviləsi ni, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxsus 58.800 manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 46.8 kv.m olan 19 nömrəli mənzili 26 iyul 2013-cü il tarixli müqavilə ilə X40 40.000 manata satıldığını bildiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə 26 fevral 2014-cü il tarixdə həmin mənzili yenidən 32.000 manata X7 qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 4 ünvanında yerlə şən ofisində alaraq mənzilin Nailə Əsgərovaya qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri alqı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus külli miqdar təşkil edən 32.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə Elxan Abbaslıya məxsus mənzilə əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifad ə etmişdir. Həmçinin o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m olan 60 nömrəli mənzili 07 aprel 2006-cı il tarixli müqavilə ilə X35 32.432 manata satmasına baxmayaraq, 12 mart 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 70.000 manata İddiaçı2 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın ünvan 5 ünvanında yerləşən ofisində sonuncudan alaraq mənzilin İddiaçı2 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 12 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus 70.000 manat özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatm a və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. ünvan 6 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 58 nömrəli mənzili 28 aprel 2007-ci il tarixli müqavilə ilə X20 100.000 manata satıldığı halda, 31 mart 2014-cü il tarixdə göstərilən mənzili yenidən 120.000 manata İddiaçı2 qanunsuz olaraq satıb sonuncudan həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində alaraq mənzilin İddiaçı2a satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-31 mart 2014cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus 120.000 manat məbləğində pulu - külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m olan 53 nömrəli mənzili 03 aprel 2009-cu il tarixli alqısatqı müqaviləsi ilə X41 65.500 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 52.583) sataraq mənzili sonuncunun həyat yoldaşı X8 adına rəsmiləşdirdiyi halda, təkrarən özgənin əmlakını aldama və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə həmin mənzili yenidən 01 aprel 2014-cü il tarixdə İddiaçı8 73.000 manata qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 7 ünvanında yerləşən ofisində alaraq tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin İddiaçı8 qeyd olunan tarixdə satılması barədə saxta rəsmi sənədləri - 01 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus külli miqdar təşkil edən 73.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, külli miqdar törədilməklə Akif Abbasova məxsus mənzilə - əmlaka olan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 5 nömrəli mənzilin 14 sentyabr 2007-ci il tarixli müqavilə ilə X21 56.000 manata satmasına baxmayaraq, 05 aprel 2014-cü il tarixdə həmin mənzili yenidən 87.000 manata X24 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq, mənzilin Fərid Seyidəliyevə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 05 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTKnın möhürü ilə təsdiq edərək ona məxus 87.000 manatıözgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra özünün cinayət əməllərini davam etdirərə k eyni niyyətlə həmin mənzili 08 may 2014-cü il tarixli müqavilə ilə 90.000 manata X12 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq, mənzilin Elmira Nəzərliyə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 08 may 2014-cü il tarixli müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas potokolundan çıxarışı tərtib edib, imzası və MTK-nın möhrürü ilə təsdiq edərək ona məxsus 90.000 manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan əlavə eyni məqsədlə həmin mənzili 17 may 2014-cü il tarixdə yenidən 88.000 manata İddiaçı14 Mirzəağa oluna qanunsuz satıb həmin pul vəsi tini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq mənzilin İddiaçı14 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 17 may 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxus 88.000 manatı-özənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra eyni niyyətlə 19 may 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 94.000 manata İddiaçı7 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq mənzilin İddiaçı7 satılması barədə məzmununa tamah niyyətilə bil ə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-19 may 2014-cü il tarixli müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas potokolundan çıxarışı tərtib edib imzası və MTKnın möhrürü ilə təsdiq edərək ona məxsus 94.000 manatı-özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. ünvan 6 ünvanında tikintisi aparılan yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 3 otaqlı 70 nömrəli mənzili 15 oktyabr 2007-ci il tarixli müqavilə ilə X13 100.655 manata satmasına baxmayaraq, 23 aprel 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən İddiaçı13 ilə 128.000 manata razılaşıb həmin məbləğin 75.000 manatını MTK-nın göstərilən ünvanındakı ofisində ondan alaraq, mənzilin İddiaçı13 qohumu X1 barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədlər əsasında, yəni 23 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK-nın möhürü ilə təsdiq edib rəsmiləşdirməklə, ona məxsus 75.000 manat məbləğində pulu-külli miqadarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, alatma və etibadan suistifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzkuq etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 6 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 2 otaqlı 32 nöməli mənzili 23 iyul 2009-cu il tarixli müqavilə ilə X14 88.000 manata satmasına baxmayaraq, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 07 iyul 2014cü il tarixdə sonuncunu həmin mənzilin sahibi kimi təqdim etməklə yenidən 90.000 manata X25 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsi ilə ünvan 8 ünvanında alıb aralarında bölərək, mənzilin Sahib Qələndərova qeyd ounan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 07 iyul 204-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxsus 90.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni məqsədlə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 16 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən İddiaçı16 88.000 manata sat masına razılaşaraq həmin puı vəsaitinin 50.000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontorunun qarşısında sonuncudan alaraq, mənzilin İddiaçı16 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 16 iyul 2014cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTk üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 50.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma uolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 27 iyul 2014-cü il tarixdə yenidən qeyd olunan mənzili 100.000 manata İddiaçı3 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan Qasım Hüseynovun vasitəsilə ünvan 9 ünvanında alıb aralarında bölərək, mənzilin İddiaçı3 qeyd olunan taixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 21 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protkolundan çıxarışı tətib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək eyni məqsədlə, 31 iyul 2014-cü il tarixdə sonuncunu qeyd olunan mənzilin sahibi kimi təqdim etməklə onu yenidən 114.000 manata X29 q anunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində eyniadlı parkın yaxınlığında alıb aralarınd bölərək, mənzilin Sadiq Məmmədova qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 31 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 114.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə keçiib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, 02 avqust 2014-cü il tarixdə göstərilən mənzili yenidən 100.000 manata X2 qanunsuz satıb, həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki eyni adlı parkda sonuncudan alaraq, mənzilin İddiaçı11 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 02 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 2 otaqlı 77 nömrəli mənzili 15 sentyabr 2010-cu il tarixli müqavilə ilə X58 64.000 manata satmasına baxmayaraq, 16 iyul 201 4-cü il tarixdə yenidən həmin mənzili X64 ilə 88.000 manata razılaşıb sonuncudan həmin pulun dəyərində bir ədəd 2010-cu il buraxılışlı Lexus və bir ədəd 2008-ci il buraxılışlı “Woldswagen Tuareg” markalı avtomobilləri sataraq, qeyd olunan mənzilin Əli Çobanovun qohumu X43 adına – məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta sənədlər əsasında, yəni 16 iyul 2014-cü il tarixli alqısatqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq etməklə rəsmiləşdirərək, ona məxsus 88.000 manat pulu özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, qeyd olunan cinayət əməllərini davam etdirərək həmin mənzi li yenidən 07 avqust 2014-cü il tarixli müqavilə ilə 100.000 manata İddiaçı12 qanunsuz satıb, həmin pul vəsaitini Bakı Metropoliteninin Xətai stansiyası yaxınlığında alaraq, mənzilin İddiaçı12 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 07 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 100.000 manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Qeyd olunan hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.3.2, 308.2, və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhküm edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh1 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 dekabr 2015-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökmün qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, habelə İddiaçı3 Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq İddiaçı3 verilməsi, X9 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 137.000 manat pulun alınaraq X15 verilməsi, İddiaçı8 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Ca vabdeh1 73.000 manat pulun alınaraq İddiaçı8 verilməsi, İddiaçı6 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 114.000 manat pulun alınaraq İddiaçı6 verilməsi, X30 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 75.000 manat pulun alınaraq X36 verilməsi, İddiaçı9 Taftıx qızının Cavabdeh1 və Cavabdeh3 MTK-ya qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 337.760 manat pulun alınaraq İddiaçı9 Taftıx qızına verilməsi, İddiaçı16 Cavabdeh1 qarşı mülki iddiasının təmin edilmədən rədd edilməsi, İddiaçı7 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 69.000 manat pulun alınaraq İddiaçı7 verilməsi, İddiaçı5 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq İddiaçı5 verilməsi, İddiaçı11 Cav abdeh1, X59, X31, X44, X22, X32 və Əjdər adlı komendanta qarşı 100.000 manat pulun tutularaq ona verilməsi barədə mülki iddianın qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq İddiaçı11 verilməsi, zərərin hesabına Cavabdeh1 190.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı2, 86.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı14, 58.800 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı10, 81.000 manat alınaraq zərərçəkmiş şəxs X24 və 100.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı12 verilməsi, Binəqədi Rayon məhkəməsinin 19 fevral 2015- ci il tarixli qərarı ilə Cavabdeh1 adına Abşeron Rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1365 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi, Binəqədi Rayon məhkəməsinin 17 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı7 cavabdeh X65 qarşı 10 0.000 manat pul vəsatinin tutulmasına dair iddiası üzrə tələbin həmin torpaq sahəsinə yönəldilməsinin nəzərə alınması, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2015ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890.kv. m olan qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-cil il tarixli qərarı ilə X45 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hökm edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Binəqədi Rayon Məhkəməsinəyə müraciə t edərək, Cavabdeh1: - İddiaçı3 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 35.000 manat, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı15 xeyrinə (X9 vərəsəsi) gecikdirilmiş pul məbləğinə görə 41.000 manat, əldən çıxmış faydaya görə 35.000 manat, mənəvi zərərə görə 10.000 manat; - İddiaçı8 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21.900 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı6 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 34.200 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı13 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 22.500 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat: - İddiaçı9 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 41.825 manat, əldə n çıxmış faydaya görə 40.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı7 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 29.700 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı5 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30.000 manat məbləğində, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı11 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30.000 manat məbləğində, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı2 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 57.000 manat, əldən çıxmış faydaya görə 30.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı14 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 25.800 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddia çı10 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17.640 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı4 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24.300 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı12 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30.000 manat, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi zərərə görə 5.000 manat; - İddiaçı1 xeyrinə (X5 nümayəndəsi) gecikdirilmiş pul məbləğinə görə 9.600 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 10.000 manat; - İddiaçı16 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 12.150 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun tutulması, tutulacaq pul məbləğlərinin ödənilməsinin Cavabdeh2 adına rəsmiləşdiri lmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il (İş № 1(101 )-334/l6) tarixli hökmünə əsasən Cavabdeh3 MTK-nın sədri vəzifəsini icra etmiş X71 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cii maddələri ilə məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh1 qarşı zərərəçəkmiş şəxslərin mülki iddiaları təmin olunmuşdur. Hökmə əsasən Cavabdeh1 100.000 manat alınaraq İddiaçı3; 137.000 manat alınaraq X16; 73.000 manat alınaraq İddiaçı8; 114.000 manat alınaraq İddiaçı6; 75.000 manat alınaraq X36; 337.760 manat alınaraq İddiaçı9; 69.000 manat alınaraq İddiaçı7; 100.000 manat alınaraq İddiaçı5 qızna; 100.000 manat alınaraq İddiaçı11 ödənilməlidir. Zərərin hesabına Cavabdeh1 İddiaçı2 190.000 manat; İddiaçı14 86.000 manat; İddiaçı10 58.800 manat; X24 81.000 manat; İddiaçı12 100.000 manat alınaraq ödənilməlidir.
4. Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı16 mülki iddiası təmin olunaraq Cavabdeh1 40.500 manat pulun alınaraq İddiaçı16 verilməsi qərara alınmışdır.
5. Cavabdeh1 göstərilən pul məbləğlərini həmin vaxtdan 4 il keçməsinə baxmayaraq hələ də qaytarmamışdır.
6. Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 v ə 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X45 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür.
7. Cavabdeh1 Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə (hökmdən verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri əsasında) Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı əsasında Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbəl ərində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X45 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərəçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsi icra vərəqəsini 26 iyul 2019-cu il tarixdə vermişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)334/2016 saylı 09 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə 26 avqust 2019-cu il tarixdə icrata başlamaq haqqında qərar qəbul etmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən Ca vabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin 28 yanvar 2020-ci il tarixinə bazar dəyəri 2.605.000 manatdır. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 1709-125885/1915-4 saylı, 07 fevral 2020-ci il tarixli sifarişi ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş həmin qeyriyaşayış sahəsinin açıq hərracda satılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə 26 avqust 2019-cu il tarixli icra vərəqəsi “X33” MMC-yə göndərilmişdir. “X33” MMC-nin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 17 sentyabr 2020-ci il tarixli 358/124 saylı məktubuna əsasən qeyriyaşayış sahəsi müxtə lif vaxtlarda hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamış və bu işə dair sənədlər Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Hazırda yenidən hərrac keçirilməsi barədə tədbirlər görülür.
9. Göründüyü kimi, cavabdeh X37 iddiaçılardan 2013-2014cü illərdə dələduzluq yolu ilə ələ keçirdikləri pul məbləğlərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il (İş № 1(101)-334/16) tarixli hökmü ilə təmin olunmuş mülki iddia tələbləri bu günədədk ödənilməmişdir. Bununla cavabdeh tərəfindən hər bir iddiaçıya böyük məbləğdə maddi və mənəvi zərər vurulmuşdur.
10. Cavabdehin öz öhdəliklərini icra etməməsi səbəbindən hesab edirlər ki, iddiaçılar iddia ərzəsi ilə məhkəməyə müraciət edənədək, yəni 2020-ci ilin oktyabr ayınadək əldə edə biləcəyi gəlirlərdən (fayda), yəni həmin məbləğin və ya onun dəyərində əldən çıxmış fayda olaraq onlara ziyan vurulmuşdur.
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə təmin olunmuş mülki iddia tələbləri Cavabdeh1 tərəfindən bu günədək ödənilmədiyindən, həmin vaxtdan, yəni 2016-cı ilin sentyabr ayından bu günədək kecikdirilmiş dörd ilə hər il üçün beş faiz, əldən çıxmış fayda və vurulmuş mənəvi zərərin əvəzini cavabdeh onlara ödəməlidir.
12. Cavabdehdə olan pul məbləğləri həmin vaxtdan onlarda olsaydı, həmin pulla yeni işlər qurar, iş və ailə həyatlarında faydalanar və gəlirlər əldə edərdilər. Buna görə də cavabdehdən gecikdirilmiş pul məbləğinə görə dəymiş zərərin əvəzi illik 5 faiz olmaqla, əldən çıxmış fayda və dəymiş mənəvi zərərin əvəzi alınaraq onlara ödənilməlidir.
13. Cavabdeh1 iddiaçılar vurmuş olduğu maddi və mənəvi zərərin əvəzi olaraq ödəniləcək pul məbləğləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinə yönəldilməlidir.
14. Cavabdehin qanunsuz hərəkətləri və ələ keçirdiyi pul məbləğlərini bu günədək ödəməməsi səbəbindən hər biri mənəvi əzab və iztirablara düçar olmuşlar. 2013-2014-cü illərdən, həmçinin cavabdeh barəsində cəza tədbiri görüləndən bəri, onlara dəymiş maddi zərərin bu günədək ödənilməməsi hər birinin şəxsi, ailə, iş həyatlarına ağır maddi və mənəvi zərbə vurmuşdur. Cavabdeh hökmlə onlara ödəməli pul məbləğini vaxtında qaytarmadığı üçün həyatlarının düzəni pozulmuş, həyat şəraitlərin i, yaşayışlarını ağır maddi və mənəvi zərərə uğratmışdır. Məhkəmə araşdırmalarının uzun illər davam etməsi və buna görə keçirdikləri mənəvi əzab onların hər birinin mənəvi sarsıntı, iztirab keçirməyinə səbəb olmuşdur. Hər birinin mənzil almaq ücün illərlə topladıqları pul vəsaitlərinin cavabdehdə hələ də bu günədək qalması onlara həm maddi həm də mənəvi zərər yetirmişdir. Hər biri mənzil almaq əvəzinə evsiz-eşiksiz qalmışlar. Çoxları ev kirayə edərək orada yaşamaq məcburiyyətində qalmış və hələ də evsizdilər. Cavabdehin hələ ödəmədiyi pulları, çoxları yaşadıqları darısqal mənzili sataraq geniş mənzil almaq məqsədi ilə ona vermişlər. Əvəzində cavabdehin dələduzluğunun qurbanına çevrilmişlər. Onlara vurulmuş mənəvi zərərin heç bir əvəzi yoxdur.
15. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizəni isə onunla əsaslandırmışlar ki, iddia ərizələrində gecikdirilmiş vaxt üçün illik 5% tələbini Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün çıxması vaxtından hesablamışlar. Lakin göründüyü kimi Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə akı Ağır cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 MTK-nın sədri vəzifəsini icra etmiş Cavabdeh1 07 avqust 2013-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı9 119.500 manat, 2014-cü ilin may ayında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X6 180.000 manat (müəyyən ödəmədən sonra 137.000 manat), 2013-cü ild ə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı5 55.000 manat, 05 fevral 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı10 58.800 manat, 26 fevral 2014-cü il tarixdı bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X3 32.000 manat, 12 mart 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı2 70.000 manatın və 31 mart 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 120.000, 01 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı8 73.000 manat, 05 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X17 87.000 manat, 17 may 2014-cü il tarixli bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq yolu ilə İddiaçı14 Mirzəağa oğlundan 88.000 manat, 19 may 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq yolu ilə İddiaçı7 94.000 manat, 23 aprel 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq yolu ilə İddiaçı13 128.000 manat, 27 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı3 100.000 manat, 31 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X26 114.000 manat, 02 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı11 100.000 manat, 07 avqust 2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı12 100.000 manat, həmçinin mənzil satmaq adı ilə İddiaçı16 50.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir.
16. Cavabdeh tərəfindən iddiaçılara ödəniləcək 5% 2016-cı ildən deyil, 2013 və 2014-cü ildən hesablanmalıdır. Beləliklə, Cavabdeh1 İddiaçı3 100.000 manata görə (müqavilə 31 iyul 2014-2021) bir il – 5% = 5.000 x 7 il=35.000, əldən çıxmış fayda 30.000 manat, mənəvi ziyan 5.000 manat, İddiaçı15 (X9 vərəsəsi) 137.000 manata görə (müqavilə may 2014-2021) bir il – 5% = 6.850 x 6 il = 41.100 manat, əldən çıxmış fayda 35.000 manat, mənəvi zərər 10.000 manat ödəməlidir.
17. Elmira Nəzərli cavabdeh tərəfindən ona vurulmüş külli miqdarda zərərə görə ağır mənəvi və psixoloji sarsıntı keçirmiş, uzun müddət xəstə yatdıqdan sonra vəfat etmişdir. Ona görə də ona dəymiş zərərin məbləğin yüksək hesablanmalıdır.
18. İddiaçı1 (X5 nümayəndəsi- vərəsəsi) 32.000 manata görə ( 26 fevra l ********) bir il - 5% = 1.600 x 6 il = 9.600 manat, əldən çıxmış fayda 10.000 manat, mənəvi zərərə görə 10.000 manat ödəməlidir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dərin mənəvi iztirablar keçirən Nailə Əsgərova bu hadisələrə görə xəstəliklər tapmış və həyatını itirmişdir. Buna görə də Nailə Əsgərovaya da yüksək məbləğdə mənəvi zərər ödənilməlidir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 İddiaçı3 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24400,6 (iyirmi dörd min dörd yüz manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 400,6 (iyirmi beş min dörd yüz manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı15 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 18 457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı8 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 18 979,4 (on səkkiz min doqquz yüz yetmiş doqquz manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 19 979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı6 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 27 755,4 (iyirmi yeddi min yeddi yüz əlli beş manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 28 755,4 (iyirmi səkkiz min yeddi yüz əlli beş manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı13 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 19 280,9 (on doqquz min iki yüz səksən manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 20 280,9 (iyirmi min iki yüz səksən manat, doxsan qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı9 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 34 953 (otuz dörd min doqquz yüz əlli üç) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 35 953 (otuz beş min doqquz yüz əlli üç) manat məbləğində; Cavabdeh1 İddiaçı7 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 478 (on yeddi min dörd yüz yetmiş səkkiz) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 18 478 (on səkkiz min dörd yüz yetmiş səkkiz) manat məbləğində; Cavabdeh1 İddiaçı5 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 15 124,6 (on beş min bir yüz iyirmi dörd manat, altmış qəpik) manat və mən əvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 16 124,6 (on altı min bir yüz iyirmi dörd manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı11 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 317,8 (iyirmi dörd min üç yüz on yeddi manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 317,8 (iyirmi beş min üç yüz on yeddi manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı2 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 49 600,3 (qırx doqquz min altı yüz manat, otuz qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 50 600,3 (əlli min altı yüz manat, otuz qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı14 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 809,4 (iyirmi bir min səkkiz yüz doqquz manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir m in) manat olmaqla cəmi 22 809,4 (iyirmi iki min səkkiz yüz doqquz manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı10 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 15 744,8 (on beş min yeddi yüz qırx dörd manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 16 744,8 (on altı min yeddi yüz qırx dörd manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı4 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 014,6 (iyirmi bir min on dörd manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 22 014,6 (iyirmi iki min on dörd manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı12 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 248,8 (iyirmi dörd min iki yüz qırx səkkiz manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaql a cəmi 25 248,8 (iyirmi beş min iki yüz qırx səkkiz manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı1 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 8478,5 (səkkiz min dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 9478,5 (doqquz min dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı16 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 9943,8 (doqquz min doqquz yüz qırx üç manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 10 943,8 (on min doqquz yüz qırx üç manat, səksən qəpik) manat məbləğində vəsaitin tutulması, iddianın digər hissələrdə təmin edilməməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatının tutularaq İddiaçı9 ödənilməsi qət edilmişdir.
20. Birinci instansiy a məhkəməsi müəyyən işdəki sübutlara əsasən müəyyən edib ki, Cavabdeh1 tərəfindən 2013-2014-cü illərdə cinayət əməlləri törədilərək iddiaçılara məxsus pul vəsaitləri ələ keçirilmiş, bununla bağlı cavabdeh cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində məhkəmə hökmü çıxarılmışdır. İşdə olan məhkəmə aktları ilə iddiaçılara dəymiş zərər də müəyyən olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə həmin zərərin ödənilməsi Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 6 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2 mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə və X45 adına olan Bakı şəhəri, T.Ulyancev küçəsində, yerləşən, 13 nömrəli evin 16-17, 19 nömrəli mənzilə yönəldilmişdir.
21. Birinci instansiya məhkəməsi iddia tələ binin Cavabdeh1 illik 5% hesablanmaqla gecikdirilmiş pul məbləğinə görə vəsaitin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin cavabdeh iddiaçılara məxsus pul vəsaitlərini əsassız əldə etməklə və qanunsuz saxlamaqla onlara zərər vurmuş və bunun üçün də qanunvericiliyə uyğun olaraq bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizləri ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) bank uçot dərəcəsi ilə bağlı əldə edilmiş məlumatlara əsasən 2013-2019-cu illərdə bank uçot dərəcəsinin ədədi ortası təqribən 8,1% təşkil edir (2013-cü il üçün 4,75%, 2014-cü il üçün 3,87%, 2015-ci il üçün 3%, 2016-cı il üçün 10%, 2017-ci il üçün 15%, 2018-ci il üçün 11,37%, 2019-cu il üçün 9,25%).
22. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçılar tə rəfindən tələb olunan məbləğlər onların həmin məbləğləri cavabdehə verdikləri tarixlərdən 13 iyun 2019cu il tarixədək hesablanmalıdır. Belə ki, həmin tarixdə cinayət işi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddiaçılara dəymiş zərərin ödənilməsi yuxarıda göstərilən əmlaka yönəlmiş, həmin əmlakın hazıradək hərracda satılmaması və iddiaçılara dəyən zərərin ödənilməməsi isə cavabdehdən asılı olmayan haldan irəli gəlir.
23. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbləri bu hissədə qismən təmin edilməli və Cavabdeh1 iddiaçıların hər birinə vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən iddiaçılara qanunsuz olaraq mənzillərin satılması, daha so nra həmin mənzillərə görə alınmış pul vəsaitlərinin uzun müddət ərzində qaytarılmaması iddiaçıların şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ola bilər.
24. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış faydaya görə Cavabdeh1 pul məbləğlərinin tutulması hissəsi ilə belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçılar isə bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişlər.
25. Birinci instansiya məhkəməsi iddia tələbinin tutulacaq pul məbləğlərinin ödənilməsini Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa e dilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsi ilə bağlı da belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə ona görə təmin edilə bilməz ki, həmin əmlak Cavabdeh1 öhdəliklərinin təmin edilməsi üsulu kimi (ipoteka) rəsmiləşdirilməmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 443.4, 449.1, 449.4, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı, və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
27. İddiaçılar birgə apellyasiya şikayəti verərək onun qismən – iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əolmaqla belə əsaslandırlıb ki, məhkəmə işin hallarına düzgün qiymət verməyib, qanuni qüvvədə olan hökmlə Cavabdeh1 onların xeyrinə tutulan pul məbləğlərinin gecikdirilməsinə görə tələb etdikləri pulun hesablanmasını xx.xx.2019-cu il tarixinə qədər həyata keçirməkdə məhkəmə səhvə yol vermişdir. Həmin hesablama qətnamə çıxarılana qədər aparılmalı idi. Həmçinin məhkəmə əldən çıxmış fayda və əmlaka yönəltmə tələblərini təmin etməməklə maddi hüquq normalarının tələblərini pozub, hökmlə müəyyən edilmiş halları nəzərə almayıb.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8899/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların mübahisələndirdikləri hissədə, yəni iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)
29. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 MTK və X18 arasında bağlanmış 0019 saylı 25 fevral 2014-cü il tarixli alqısa tqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən 19 saylı mənzildən çıxarılması, 32 000 manat məbləğində pul vəsaitinin Cavabdeh3 MTK-dan tutularaq X7 ödənilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, 29 iyul 2016-cı il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı1 müəyyənləşdirilmiş, onun mirasına verilən vərəsəlik şəhadətnaməsində miras əmlakın 25 fevral 2014-cü il tarixli Cavabdeh3 MTK-nın çıxarışı əsasında verilmiş Bakı şəhəri, Yeni Yasamal küçəsi, İİ Y/M, 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi, 46,8 kv.m, birotaqlı, 19 saylı mənzilə ödənilən 32 000 manat məbləğindən ibarət olduğu göstərilmişdir.
30. Həmçinin işin müəyyən olunan digər halına görə 03 noyabr 2018-ci il tarixdə ölmüş X10 vərəsələri ünvan 12 ünvanında qeydiyyatda olan X66 və İddiaçı15 müəyyənləşdirilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 01 avqust 2019-cu il tarixli sərəncamı ilə 15 yanvar 1975-ci il təvəllüdlü X48 mülkiyyətlərinə hüququ olmadan qardaşı İddiaçı15 qəyyum təyin edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara vurulduğu müəyyən olunan ziyan məbləğlərinə illik 5%-lə hesablanan faizin məhz xx.xx.2019-cu il tarixinədək hesablanmalı olması və iddiaçıların əldən çıxmış fayda qismində pul vəsaitinin Cavabdeh1 tutulmalı olması tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq göstərib ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu mad dəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır....Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin po zulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”.
32. İddiaçıların bilavasitə özlərinin bildirdikləri ilə müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2019-cu il t arixli qərarı ilə ünvan 6 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X45 adına olan Bakı şəhəri, Tulyançev küçəsində yerləşən 13 nömrəli evin 1617, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş, iddiaçılara vurulmuş maddi ziyanın ödənilməsi həmin əmlaklara yönəldilmiş, xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi 26 avqust 2019-cu il tarixdə icrata başlamaq haqqında qərar qəbul etmiş, ünvan 6 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi 2.605.000 manat qiymətlə hərraca çıx arılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Göründüyü kimi, Cavabdeh1 hökmün icrası qaydasında əmlakın açıq hərracdan satışına və onun tələbkarlara verilməsinə hər hansı maneə törətməmiş, beləliklə də hökmün zərərlə bağlı hissəsinin icra edilməməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “tutulacaq pul məbləğlərinin ödənilməsinin Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi” tələbi üzrə gəldiyi nəticə ilə də razılaşır; belə ki, həmin əmlak Cavabdeh1 öhdəliklərinin təmin edilməsi üsulu kimi (ipoteka) rəsmiləşdirilməmişdir.
34. İddiaçılar ın mənəvi zərər tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçıların tələb etdiyi mənəvi ziyan məbləğləri ağlabatan deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mə nəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsintəqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddiaçıların müvafiq tələbini təmin etmədiyi hissədə də haqlı olmuş, əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edil məyən hissəsində ləğv, iddianını tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 443.4-cü maddəsini düzgün təfsir və tətbiq etməyib. Cavabdeh1 iddiaçıların hər birinə külli miqdarda ziyn vurmasa idi, onların hər biri adi şəraitdə belə həmin puldan faydalana və bu və ya başqa formada həmin puldan gəlir əldə bilərdilər; - məhkəmə cavabdeh Şahin Əlyev tərəfindən iddiaçılara qanunsuz olaraq mənzillərin satılması, daha sonra həmin mənzillərə görə alınmış pul vəsaitinin uzun müddətə qaytarılmamasını iddiaçıların şüurunda mənəvi psixi reaksiyaya səbəb ola biləcəyi qənaətinə gəlmiş, lakin mənəvi zərəri 1000 manat müəyyən etməklə gəlinən nəticə işin faktiki hallarına uyğun olmamışd ır. Mənəvi zərər hər bir iddiaçıya dəymiş maddi ziyana müvafiq olaraq hesablanmalı idi. Hər bir iddiaçı dəymiş maddi ziyana görə müxtəlif cür mənəvi-psixi sarsıntıya məruz qalıb. Bəzi iddiaçıların səhhətində kəskin problemlər yaranaraq sağalmaz xəstəliklərə tutulublar; - gecikdirilmiş pul məbləğləri Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarının elan olunma tarixinədək deyil, hazırki iş üzrə məhkəmə qətnaməsi çıxan anadək hesablanmalı idi. Çünki həmin qərarın icra edilməməsinin də səbəbi Cavabdeh1dir. Hətta dəfələrlə əmlakın qiymətləndirilməsi və hərracın keçirilməsinə dair qərarlardan şikayətlər verərək qərarın icrasını bilərəkdən uzatmışlar; - Bakı Apellyasiya məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarında müəyyən edilib ki, ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəb əli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilib, həmin əmlak faktiki olaraq Cavabdeh3 MTK-ya məxsusdur. Hazırki tələb də məhz Cavabdeh1 həmin qərarla iddiaçılara vurduğu ziyanla bağlıdır. Buna görə də vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi Cavabdeh1 tutulan pul həmin əmlaka yönəldilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı və faktı nəzərə almayaraq tələbi həmin qeyri-yaşayış sahəsinə yönəltməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tən zimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin m ümkün olmadığını sübuta yetirsin. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tə rəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarı “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmi ş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunmas ı məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə iddianını təmin edilməyən hissəsində mübahisələndirlib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də iddianını təmin edilməyən hissəsi ilə bağlı olub. Bu baxımdan kollegiya qətnaməni apellyasiya baxışının predmeti olan hissədə yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətini dəlillərinə tam qiymət vermişdir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə hazırki qərarın 29-34-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdəki sübut bazası əsasında müəyyən etmiş, istinad etdiyi maddi hüquq normalarını işin halına uyğun olaraq düzgün tətbiq etmişdir.
44. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ iddianın təmin edilməyən hissəsi ilə bağlı kassasiya şikayətinin dəlilləridir.
45. Məhkəmə kollegiyası hər bir iddiaçıya 1000 manat mənəvi zərərin məbləğinin az olması barədə kassasiya şikayətinin dəlillərin qəbul etmir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər çəkməsi baxımdan hər birinə 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın əvəzinin ödənilməsi cəza xarakteri və bir şəxsin yoxsullaşması müqabilində digər şəxsin zənginləşdirilməsi məqsədini deyil, yalnız pozu lmuş hüquqların bərpa edilməsi və belə pozuntunun nəticələrinin aradan qadırılması məqsədi daşıyır.
48. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 443.4-cü maddəsini düzgün təfsir və tətbiq etməməsi barədə kassasiyta şikayətini dəlillərinə gəldikdə, kollegiya qeyd edir ki, həmin normaya görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış fayda dedikdə, hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin iddianı işə mahiyyəti üzrə baxan məhkəmələr rədd edərkən ona istinad ediblər ki, iddiaçılar bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, Mülk i Məcəllənin istər 21.2, istərsə də 443.4-cü maddələrinin tətbiqi üçün zəruri meyar olan dispozitiv şərt hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin sübut olunmasıdır. Bunu sübut etmək vəzifəsi isə hüququ pozulmuş şəxsin, hazırki halda isə iddiaçıların üzərinə düşür.
49. Gecikdirilmiş pul məbləğlərinin Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarının elan olunma tarixinədək deyil, hazırki iş üzrə məhkəmə qətnaməsi çıxan anadək hesablanmalı olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olu nmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqe baxımından qiymət vermişdir. Apellyasiya instansiyasının hazırki qərarın 31 və 32-ci bəndlərində əks edilən həmin mövqeyi ilə razılaşdığı üçün məhkəmə kollegiyası bununla bağlı əlavə şərhə zərurət görmür.
50. Vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi Cavabdeh1 tutulan pulun Cavabdeh2 adına rəsmiləşdirilən və Cavabdeh3 MTK-ya məxsus ünvan 6 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməli olması barədə dəlilləri də məhkəmə kollegiyası əsassız sayır.
51. Belə ki, işin müəyyən edilmiş hallarına görə Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə ünvan 6 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2ci mə rtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X45 adına olan Bakı şəhəri, Tulyançev küçəsində yerləşən 13 nömrəli evin 16-17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş, iddiaçılara vurulmuş maddi ziyanın ödənilməsi həmin əmlaklara yönəldilmiş, xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi 26 avqust 2019- cu il tarixdə icrata başlamaq haqqında qərar qəbul etmiş, ünvan 6 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi 2 605 000 manat qiymətlə hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır.
52. Üstəlik, o da m üəyyən edlib ki, tələbin yönəldilməsi xahiş edilən həmin əmlak Cavabdeh1 öhdəliklərinin təmin edilməsi üsulu kimi (ipoteka) rəsmiləşdirilməmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
54. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8899/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.