Məhkəmə qərarları › İş №2(102)-1940/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1940/2019

01.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1940/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli 2(107)-2103/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, 8466 (səkkiz min dörd yüz altmış altı) manat dəymiş ziyan, dövlət rüsumuna görə ödənilmiş 30 manat, əldən çıxmış faydaya görə 30000 (otuz min) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 04 iyun 2018-ci il tarixli, 2(046)-1089/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 8314 (səkkiz min üç yüz on dörd) manat 69 (altmış doqquz) qəpik pulun Cavabdeh tutulub İddiaçı verilməsi, iddia tələbinin “əldən çıxmış faydaya görə 30000 manat pulun” tutulması hissəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının iddiaçıya, 10 (on) manatının cavabdehə aid olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edə n və məruzəçi Ələddin Məcidov, hakimlər Mahir Əsədli, İnşallah Quliyev) 08 oktyabr 2018-ci il tarixli 2(107)-2103/2018 saylı qətnaməsi ilə İddiaçı və onun nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(046)-1089/2018 nömrəli qətnaməsinin qismən 8314 (səkkiz min üç yüz on dörd) manat 69 (altmış doqquz) qəpik pulun Cavabdeh tutulub İddiaçı verilməsi və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının iddiaçıya, 10 (on) manatının cavabdehə aid olunması hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının 8466 (səkkiz min dörd yüz alt mış altı) manata və dövlət rüsumuna görə ödənilmiş 30 manata aid hissəsində rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli 2(107)-2103/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hər tərəfli araşdırma aparmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, MPM-nin 64 və 187-ci maddələrinin tələb lərini pozulmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Prosessual məsələlər: Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilm iş işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 06.03.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixdən cavabdeh tikinti materialları mağazasında satıcı vəzifəsinə qəbul edilmişdir. Tikinti materialları mağazasının anbarına yerləşdirilmiş materiallar cavabdehə təhvil verilmişdir. Cavabdeh tikinti materiallarının gündəlik satışını həyata keçirmiş və gündəlik satış vərəqələri tərtib etmişdir. İddiaçı gündəlik satış vərəqələri üzrə 01 iyun 2014-cü il tarixdən 16 mart 2016-cı il tarixədək olan dövrü əhatə edən günlərdə cəmi satış məbləğinin 73080,29 manat olduğu halda, həmin satış vərəqələrində satış məbləği 64765,60 manat, yəni faktiki satış məbləğindən 8314,69 manat az göstərildiyinə görə əksik gələn məbləği dəymiş ziyan kimi tələb edir. Apellyasiya insta nsiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh obyektin anbarında yerləşən tikinti materiallarını düzgün hesabat verməməklə, hissə-hissə sataraq, hər dəfə müəyyən məbləğdə olmaqla mənimsəməsi, bu hərəkətini təkrarlayaraq nəticədə iddiaçıya zərər vurmasını təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza tədqiqatı aparılması üçün əsas olan kassa mədaxil-məxaric orderləri, kassa kitabı, malların qəbul edilməsinə dair qaimə fakturalar, təhvil-təslim aktları təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 fevral 2018-ci ildə 3181 nömrəli məhkəmə ekspertizasının aparılmasında imtina edildiyi halda, mütəxəssis qismində X2 dindirərək və onun izahatını yeganə süb ut kimi qəbul edərək iddianı təmin etmiş, bu zaman mülki işin materiallarına X1 belə bir rəy verməyə səlahiyyətinin olubolmamasını təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir, maddi və prosessual hüquq normaları pozulmuş, buna görə də,qətnaməni iddianın təmin edilmiş hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: 1. - saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 2. - işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Həmin Məcəllənin 200-cü maddəsində göstərilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də, əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər (1-ci bənd). İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyət dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər (2-ci bənd). Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh obyektin anbarında yerləşən tikinti materiallarını düzgün hesabat verməməklə, hissə-hissə sataraq, hər dəfə müəyyən məbləğdə olmaqla mənimsəməsi, bu hərəkətini təkrarlayaraq nəticədə iddiaçıya 8466 manat məbləğində zərər vurmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddianın mötəbər sübutlarla təsdiq edilmədiyini, təqdim edilən mütəxəssis rəyinin qeyri-mötəbər sübut olduğunu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçı kassasiya şi kayətinə iş üzrə mütəxəssis rəyi vermiş Göyçay rayonu Maliyyə İdarəsinin məsləhətçi mühasibi X1 diplomunun surətini əlavə edərək, onun ixtisasının mühasib olduğunu, onun tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən gündəlik satış vərəqələrinin yoxlanıldığı və 8314,69 manat əksik gəlmənin təsdiq olunduğunu, mütəxəssis rəyinin sübutlar kateqoriyasına aid olduğunu, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən bu sübuta düzgün qiymət verilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Prossesual Məcəllənin 64-cü maddəsinə əsasən mütəxəssis işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsdir və mütəxəssis kimi çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi sual lara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Lakin mütəxəssis rəyi sübut növlərindən biri deyil, o, sadəcə zəruri texniki, digər bilik və düşüncəyə sahib olan şəxs kimi iş üzrə məsləhət və izahat verə, texniki kömək göstərə bilər. Hazırki işdə isə Göyçay rayonu Maliyyə İdarəsinin məsləhətçi mühasibi X3 məhkəmə tərəfindən mütəxəssis qismində cəlb edilməmiş, iddiaçı özü ona müraciət edərək, 01 iyun 2014-cü il tarixdən 16 mart 2016-cı il tarixədək olan dövrü əhatə edən gündəlik satış vərəqələrini təqdim etmiş və həmin satış vərəqələri əsasında onun tərəfindən müvafiq hesablama aparılmışdır. Məhkəmə iclasında isə həmin şəxs mütəxəssis qismində deyil, şahid qismində dindirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 24.04.2018-ci il tarixli “rəy” adlı sənədin verilməsinə əsas olan sənədlərin özü məhkəməyə təqdim edilməmiş, həmin sənədlərin mötəbərliyi, qanunla müəyyən edilmiş mühasibat sənədi olub-olmaması araşdırmaq imkanından məhkəmə məhrum edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilsə də, ekspertiza tədqiqatının aparılması üçün əsas olan kassa mədaxil-məxaric orderləri, kassa kitabı, malların qəbul edilməsinə dair qaimə fakturalar, təhvil-təslim aktları iddiaçı tərəfindən təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 fevral 2018-ci ildə 3181 nömrəli məhkəmə ekspertizasının aparılmasında imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ona məxsus təsərrüfat obyektində mal-materialın qəbulu, alqısatqısı əməliyyatı ciddi hesabat sənədləri ilə rəsmiləşdirilməli, mallar qaimə faktura ilə təhvil verilməli, onların dəyərinin ödənilməsi nağdsiz və ya nağd qaydada məxaric-mədaxil qəbzlərinə əsasən həyata keçirilməlidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 71. 1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur və 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçının təl əbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən e dilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli 2(107)-2103/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar