Məhkəmə qərarları › İş №2(102)-1948/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1948/2025

23.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1948/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-475/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları: 1. 5 oktyabr 2023-cü il tarixli İB**********, İB**********, İB**********, İB**********, İB********** və İB********** nömrəli qəbzlərə əsasən, cavabdeh X3 məxsus olan kart hesabına 500 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat və 498 manat olmaqla 2.998 manat məbləğində pul vəsaiti daxil olmuşdur. 2. 14 oktyabr 2023-cü il tarixli İB**********, İB********** nömrəli qəbzlərə əsasən, cavabdeh X3 məxsus olan kart hesabına 499 manat, 1.000 manat olmaqla, 1.499 manat məbləğində pul vəsaiti daxil olmuşdur. 3. 21 oktyabr 2023-cü il tarixli İB**********, İB**********, İB********** nömrəli qəbzlərə əsasən, cavabdeh X3 məxsus olan kart hesabına 1.000 manat, 1.000 manat, 1.500 manat olmaqla, 3.500 manat məbləğində pul vəsaiti daxil olmuşdur. 4. "Azərbaycan Beynəlxal q Bankı” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli 6-2-103/2-31/2024 saylı məktubuna əsasən, əməliyyataxtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan yalnız şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara bilərlər. Bu səbəbdən hazırkı mülki iş üzrə tələb olunan sənədlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı X1 (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 27.997 mana t pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdehlərlə iddiaçının aralarında qohumluq əlaqələri (xala uşaqları) mövcuddur. İddiaçı xeyli vaxtdır ki, həyat yoldaşı ilə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Mütəmadi olaraq qohumları ilə əlaqə saxlayır, onların xeyir-şər məclislərində iştirak edir. İddiaçı ehtiyac olduğu vaxt cavabdehlərə maddi köməklik də göstərib. 2023-cü ilin iyun ayının təxminən 11-də cavabdehlərin atası Mehmanın vəfatı ilə əlaqədar iddiaçı Azərbaycana gəlmiş və 2023-cü ilin sentyabr ayının 21-də geri qayıtmışdır. Həmin vaxt cavabdehlər Biləsuvar rayonu, Amankənd kəndində valideynlərinə məxsus ev də yaşayırdılar. Söhbət zamanı Nurlan və Fidan ataları Mehmanın onkoloji xəstəliyi ilə bağlı xeyli borclarının yaranmasını, maddi çətinliklərinin olmasını deyərək iddiaçıdan borc istəmişlər. Bundan başqa Nurlan atasının müllkiyyətində olan Biləsuvar şəhərində yerləşən həyətyanı torpaq sahəsində tikinti işləri aparması üçün də borc istəmişdir. Həmin vaxt 2023-cü ilin avqust ayında iddiaçı cavabdehlərə 20.000 manat borc vermişdir. Münasibətlərinin yaxşı olduğu və qohum olduqları ücün iddiaçı onlardan hər hansi bir qəbz almamış, notarial müqavilə bağlamamışdır. 21 sentyabr 2023-cü il tarixdə iddiaçı Rusiya Federasiyasına qayıtmışdır. Bir müddət sonra cavabdeh Fidan İsmayılova iddiaçı ilə əlaqə saxlayaraq pula ehtiyacının olmasını və yenidən köməklik edərək borc pul verməyini xahiş etmişdir. İ ddiaçı bir qohum olaraq, 5 oktyabr 2023-cü il tarixdə 500 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat və 498 manat olmaqla 2.998 manat, 14 oktyabr 2023-cü il tarixdə 499 manat, 1.000 manat olmaqla, 1.499 manat, 21 oktyabr 2023-cü il tarixdə 1.000 manat, 1.000 manat, 1.500 manat olmaqla, 3.500 manat, cəmi 7.997 manat pul vəsaitini özünə məxsus kart hesabından Cavabdeh2 kart hesabına yükləmişdir. Həmin kart hesabından çıxarışı ərizəsinə əlavə edilmişdir. Cavabdehlər həmin borcu 2024-cü ilin aprel ayına qədər qaytaracağına vəd vermişlər. Son vaxtlarda cavabdehlərin bacı-qardaş olaraq münasibətləri pisləşmiş və onların arasında yaranmış soyuqluq nəticəsində iddiaçının borcu geri qaytarılmır. İddiaçı onlarla əlaqə saxlasa da, cavabdehlər borcu geri qaytarmaqdan imtina edirlər. Belə ki, ca vabdehlərin atasının vəfatından sonra cavabdeh Nurlan Biləsuvar şəhərində yerləşən üzərində ev olan həyətyanı torpaq sahəsini iddiaçıya satmışdır. Cavabdeh2 həmin evin mərhum atasından miras kimi ona çatmalı olduğunu iddia edib iddiaçını günahlandırmış və bu məsələyə görə də borcu qaytarmaqdan imtina etmişdir. Halbuki iddiaçı həmin evi notaral müqavilə əsasında alğı-satqı yolu ilə almışdır. Cavabdehlər bu günə qədər borcunu ödəməmiş və üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə onlar iddiaçıya məxsus 27.997 manat pul vəsaitini geri qaytarmayaraq əsassız varlanmışlar.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə müraciət edərək iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və bildirmişdir ki, iddiaçı 27.997 manat məbləğində pul vəsait inin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 Biləsuvar Rayon Məhkəməsinin 1(022)-82/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli hökmü ilə 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssisəsindədir. Mülki işin məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 20.000 manat pulun cavabdehlərə verilməsini etiraf etmişdir. Məhkum olunması səbəbindən Cavabdeh1 məhkəmə iclasında iştirakı qeyri mümkün olduğundan, onun cavabdehlər sırasından çıxarılmasını və iddia tələbinin 7.997 manata azaldılaraq, həmin məbləğin Cavabdeh2 tutulmasını istəyir. 7.997 manat pul vəsaiti Cavabdeh2 xahişi ilə ona məxsus kart hesabına köçürülmüş və müvafiq sübutlar məhkəməyə təqdim edilib. Cavabd eh2 özü də bunu məhkəmədə etiraf etmişdir. 20.000 manat ilə bağli isə Cavabdeh1 həbsdən çıxdıqdan sonra yenidən məhkəmədə iddia qaldırılacaqdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin xahiş edirəm hissəsini “7.997 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarasınız” kimi qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsindən belə məlum olur ki, o, 20.000 manat pulu Cavabdeh1 vermiş, 7.997 manatı isə onun kart hesabına yükləmişdir. Cavabdeh1 verilmiş 20.000 manat pulun, onun kart hesabına ödənilmiş 7.997 manat pulla heç bir əlaqəsi yoxdur. Əgər iddiaçı Cavabdeh1 20.000 manat pul verilmişdirsə, bunun ona heç bir aidiyyəti yoxdur. Onun kart hesabına ödənilmiş 7.997 manat pulun isə Cavabdeh1 heç bir aidiyyəti olmadığından iki tələbin bir iddiada birləşdirilməsi qanunauyğun hesab edilə bilməz. İddia ərizəsindən belə məlum olur ki, iddiaçı 21 sentyabr 2024-cü ildə Rusiya Federasiyasına getmiş və orada olarkən 7.997 manatı onun kart hesabına yönəltmişdir. İddiaçının iddia ərizədən bələ məlum olur ki, həmin pulları Rusiya Federasiyasında olarkən onun kart hesabına yüklənmişdir. Bankdan əldə etdiyi bank hesabının çıxarışından isə məlum olur ki, həmin pullar Rusiya Federasiyası ərazisindən deyil, Bakı ərazisindən onun kart hesabına yüklənmişdir. Buna görə də qeyd edilmiş tarixlərdə pulların kart hesabına daxil edilməsi zamanı və həmin kart hesabından çıxarılması zamanı çəkilmiş foto görüntülər müvafiq bankdan götürülməlidir. Həmin işlərin onun tərəfindən götürül məsi mümkün deyildir və həmin sənədlər yalnız məhkəmə qərarına əsasən banklardan alına bilər. Həmin sənədlər əldən edildikdən sonra pulların bankdan kimin tərəfindən çıxarılması məlum olacaq və həmin vaxt onun əmək haqqı kartının Cavabdeh1 olması səbəbindən həmin pulların onun tərəfindən çıxarılması aşkar olunacaqdır. Əgər iddiaçı Cavabdeh1 20.000 manat pul vermişdirsə də, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Bu onların öz işləridir, özləri bilərlər. Onun kart hesabına yüklənmiş 7.997 manatla bağlı bildirmişdir ki, həmin müddətdə, yəni 2023-cü ilin sentyabr ayının axırlarında kartını itirmişdir. Sonradan bilmişdir ki, həmin kartı qardaşı Cavabdeh1 götürmüşdür. Kartı ondan, istəsə də verməmişdir. 2023-cü ilin oktyabr ayının son günlərində ona yeni kart verilmişdir. Bu müddət ərzində ka rt hesabına köçürülmüş pullardan məlumatı yoxdur. Buna görə də hesab etmişdir ki, 2023-cü ilin oktyabr ayı ərzində kart hesabına köçürülmüş pulları qardaşı Cavabdeh1 çıxarmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(022)-1057/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Rəsulova) iddia təmin edilmiş, Cavabdeh2 7.997 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cəmi 7.997 manat pul vəsaitini özünə məxsus kart hesabından Cavabdeh2 kart hesabına yükləmişdir. Cavabdeh2 hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Cavabdeh2 əsassız varlanma nəticəsində 7.997 manat pul vəsaitini əldə etmiş və bu fakt iş materiallarında olan müxtəlif tarixli ödəniş qəbzləri ilə sübuta yetirilir. Cavabdeh2 tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.1.8, 14.2, 14.2.7, 135.1, 386, 385.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

12. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuniliyi tərəflərindən mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsində iş üçün mühüm əhəmiyyət kəsb edən kart hesabından kimin tərəfindən çıxarılması sübut olunmamışdır. Əsl həqiqətdə həmin müddətdə kart onda olmamış və qardaşı Cavabdeh1 olmuşdur. Cavabdeh1 məhkəməyə dəvət edilərək bununla əlaqədar onun mövqeyi aydınlaşdırılmamışdır. Bu baxımdan məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Başqa sözlə desək, kart hesabından 7.997 manat pulun kim tərəfindən çıxarılması araşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktlardan aralarındakı qarşılıqlı münasibətlərlə əlaqədar məhkəmə səhv nəticəyə gəlmişdir. Qeyd etdiyi kimi, iddiaçının xalası qızı olsa da, aralarında elə bir səmimi münasibət olmamışdır. Buna görə də onun, ona görə kart hesabına həmin pulu köçürməsi ağlabatan deyildir. 7.997 manat pulun kart hesabından onun tərəfindən çıxarılması barədə məhkəmənin gəldiyi nəticə səhvdir. Onun qardaşı ilə münasibəti çox səmimidir. Məhz həmin səmimiyyət hesabına onlar birləşərək atasından miras qalmış əmlakdan onu məhrum etmək istəyirlər.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelly asiya instansiyası məhkəməsi) 2(106)-475/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Tofiq Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquqda borcun subyekti öhdəliyin əsasına uyğun olaraq müəyyən edilir. Pulun Cavabdeh2 hesabına köçürülməsi nəticəsində öhdəlik də onun üzərində formalaşıb. Burada mülki hüquq nöqteyi-nəzərindən kiminsə həmin pulu çıxarması deyil, öhdəlik subyekti kimi bank hesabı sahibinin kim olması önəmlidir. Çünki bank hesabının sahibi kimi, hesabda olan vəsait üzərində tam sərəncam hüq uqu mövcuddur. Bu hüquqa əsasən, hesab sahibinin hesabında mövcud olan vəsaitin istifadəsi və xərclənməsi onun mülkiyyət hüququna daxildir və həmin vəsaitin hesabdan çıxarılması, Cavabdeh2 hesabın sahibi olaraq məsuliyyətdən yayınmasını təmin etmir. Daha konkret desək, bank hesabına köçürülmüş məbləğ hesab sahibinə aid olduğu üçün, həmin məbləğin xərclənməsi və ya istifadə olunması onun mülkiyyət hüququnun bir hissəsi hesab olunur. Bu baxımdan hesab sahibi olan cavabdeh Fəridə İmanovanın öz kart hesabında olan vəsait üzrə sərəncam hüququna malik olan şəxs olması, bununla əlaqədar olaraq vəsaiti xərcləməsi ehtimalı nəzərə alınaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bundan əlavə, əgər cavabdeh iddia edirsə ki, vəsaiti Nurlan İsmayıllı tərəfindən çıxarılıb, bu iddia da hüquqi baxımdan hesab sahibinin vəsait üzərindəki sərəncam və məsuliyyət hüquqlarını ləğv etmir. Bank hesabına daxil olan məbləğ, hesab sahibi ilə müstəsna əlaqələndirilir və üçüncü şəxslərin-məsələn, Nurlan İsmayıllının– vəsaitin çıxarılması kimi əməliyyatlar belə, hesab sahibinin öhdəliklərini və məsuliyyətini dəyişdirmir.

16. Məhkəmə kollegiyası izah etmişdir ki, Cavabdeh2 öz müdafiəsində həmin vəsaitin başqa şəxs- Nurlan İsmayıllı tərəfindən çıxarıldığını iddia edirsə, bu halda, iddiaçı məhz həmin şəxsə qarşı da iddia qaldırmaq hüququna malikdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2.7, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016 cı il 23 fevral tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 372 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını, işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr absurd olaraq hesab etmişdir ki, bir şəxsin eyni zamanda, eyni anda ölkənin iki şəhərində olması mümkündür. Göründüyü kimi cavabdehin bank kartına pul vəsaitlərinin köçürülməsi, habelə pulun geri qaytarılması tələb olunduğu anda daha öz ünün varlı olmadığını sübut etməsi hallarına əsaslanaraq ona qarşı əsassız varlanma tələbi ilə iddia irəli sürülməsini qanunverici istisna edir. Belə ki, iş materiallarından cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan gəlir, artım, bəhər və s. əldə edilməsi müəyyən edilməmişdir. Məhkəmə MPM-nin 377-ci maddəsinin normalarını pozmaqla, yəni pulları çıxaran şəxsin foto görüntülərinin məhkəmə tərəfindən əldə edilməsi barədə cavabdehin vəsatətlərinə baxmayaraq, cavabdehi pulun geri qaytarılması tələb olunduğu anda daha özünün varlı olmadığını sübut etmək hüququndan məhrum etmiş, eyni zamanda maddi hüquq normasını (Mülki Məcəllən in 1092.3.-cü maddəsi) da tətbiq etməmişdir. Həmin 1092.3-cü maddəyə əsaslanaraq, həmçinin cavabdehin kartına daxil olan pul vəsaitlərini əldə edib onun varlanmasının baş verməsini müəyyən etməklə (karta daxil olan 7.997 manat pul vəsaitindən xəbərdar olmaması, cavabdehin vəsatətinə qanunamüvafiq qaydada baxaraq pul vəsaitlərinin bankomatlar vasitəsilə başqa şəxs tərəfindən nağdlaşdırılıb əldə etməsi faktını müəyyən etməklə) məhkəmə pulun iddiaçıya geri qaytarma tələbini rədd etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsası olmayan qətnaməsinin ləğv etmək, işə mahiyyəti üzrə hərtərəfli və obyektiv baxaraq yeni qətnamə çıxarmaq əvəzinə cəmi 12 dəqiqə məhkəmə iclası keçirməklə yanlış olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qə tnaməsi əsaslıdır, maddi və prosessual hüquq normalarının pozulması halları mövcud deyildir. Nəticədə apellyasiya instansiyası məhkəməsi də kobud maddi və prosessual pozuntulara yol verərək Azərbaycan Respublikasının adından hüquqi əsası olmayan, qanunsuz məhkəmə aktı çıxarmışdır. Eyni zamanda cavabdehin qanunla qorunan mənafelərinə xələl gətirmiş, konstitusiyada təsbit edilən hüquq və azadlıqlarını pozmuşdur. Hər iki məhkəmə instansiyası cavabdehə mülki hüquqlarının müdafiəsinə kömək göstərməmiş, həqiqətin üzə çıxmasını, əsl cavabdehin kim olmasını müəyyən etməmişlər. İş materiallarında olan ABB-nin rəsmi məktubundan aşkar olunmuşdur ki, birinci instansiya məhkəməsi qanunvericiliyə zidd olaraq, müvafiq qərardadı qəbul edib müraciətinə əlavə etmədən bankdan fotogörüntüləri tələb etmişdir. Bankın məhkəmə aktı çıxarılmadan hər hansı məlumat verməyəcəyi hər kəsə məlum bir faktdır. Eyniliklə apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyə əməl etməyərək və öz vəzifə borcunu yerinə yetirməyərək, vəsatətə baxmamışdır. Cavabdehin kartına pul vəsaitlərinin köçürülməsi qəbzlərı ən əvvəl pulların karta mədaxil olması faktını təsdiq edir, cavabdehin əsassız varlanmasının sübutu hesab edilə bilməz. Həmin vəsaitin cavabdeh tərəfindən nağdlaşdırılıb çıxarması, xərcləməsi, nəticədə əsassız varlanması barədə isə işdə hər hansı bir sübut mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

22. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas n ormadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

26. Maddə 1092.2. Əldə edilənləri vermək müm kün olmadıqda, onların dəyəri ödənilir.

27. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016 cı il 23 fevral tarixli Qərarı.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən e dən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apell yasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 əsassız varlanma nəticəsində 7.997 manat pul vəsaitini əldə etmiş və bu fakt iş materiallarında olan müxtəlif tarixli ödəniş qəbzləri ilə sübuta yetirilir. Cavabdeh2 tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən gəldiyi nəticəni hazırkı qərarın 1518-ci paraqraflarında göstərilənlərə uyğun əsaslandırmışdır.

28. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti i lə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Məhkəmə kollegiyası bundan başqa qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

32. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər b ir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

35. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-475/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar