Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1949/2020 22.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əmək haqqının və gecikdirməyə görə ödəncin verilməsi (Açar sözlər: əmək haqqının tutulması, gecikməyə görə ödənc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4131/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2720 manat əmək haqqının və 7419,20 manat faiz məbləğinin, cəmi 10139,20 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xeyli müddətdir 12 saylı marşrutda sürücü işləyir. 2015-ci ilin dekabr ayında həmin marşrutun sahibi dəyişmiş və marşrut fiziki şəxs olan cavabdehin sərəncamına keçmişdir. İddiaçı, 08 yanvar 2016-cı ildə cavabdehlə əmək müqaviləsi bağlamış və öz işini davam etdirmişdir. Həmin əmək müqaviləsinə əsasən iddiaçının aylıq əmək haqqı 160 manat müəyyən edilmi şdir. Həmçinin danışığa əsasən maşının gündəlik yanacaq xərcini, yəni 60 manatı iddiaçı özündən ödəmişdir. İddiaçı, əmək müqaviləsini imzalamış, lakin cavabdeh müqavilənin hər iki nüsxəsini özündə saxlamışdır. İddiaçı əmək müqaviləsini cavabdehə vermiş və demişdir ki, onun işə qəbul olunması barədə əmək kitabçasında müvafiq qeyd aparılsın, lakin cavabdeh demişdir ki, narahat olmasın, onun əmək müqaviləsi 08.01.2016-cı ildən müvafiq qaydada qeydiyyatdan keçirilib. İşlədiyi hər gün üçün cavabdehə 180 manat pul ödəmişdir. Lakin iddiaçının əmək müqaviləsində göstərilən əmək haqqı ona ödənilməmişdir. Hər dəfə bu barədə cavabdehə müraciət etdikdə sonuncu onu inandırmışdır ki, narahat olmasın, pulu batmayacaq. Nəhayət, 2017-ci ilin iyun ayında iddiaçı, bütün işlədiyi aylar üçün əmək haqqının ödən ilməsini tələb etdikdə, cavabdeh onu işdən azad etdiyini bildirmişdir. Bu barədə müvafiq qurumlara şikayət etdikdən sonra cavabdeh telefonoqramla iddiaçını işə dəvət etmiş, ərizəni geri götürməsini tələb etmişdir. Onun bu qanunsuz tələbindən imtina etdiyi üçün cavabdeh yenə onu işə buraxmaqdan imtina etmişdir. İşə baxılarkən məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 28 dekabr 2017-ci il tarixli, 27637 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 07 avqust 2016-cı il tarixli əmək müqaviləsinin və aylar üzrə hesablanmış əmək haqqı cədvəllərinin kserosurətlərində "İddiaçı" yazıları qarşısında “imza” qrafasında əks olunmuş imzalar İddiaçı tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23.04.2018-ci il tarixli, 1450 saylı rəyinə əsasən, İddiaçı 08.01.2016-cı ildən işləməsi, işlədiyi dövrdə əmək haqqı almaması məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 2720 manat, hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi isə 7419,20 manat müəyyən olunmuşdur. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə rəy sənədlərin kserosurətləri əsasında verildiyi üçün cavabdehin nümayəndəsi həmin sənədlərin əsillərini təqdim edərək, təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, vəsatət təmin edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-58/201 8 nömrəli, 07 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ödənilməmiş əmək haqqına görə 1738,67 manat və əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 3080,21 manat ödəncin, cəmi 4818,88 manatın alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə, həmçinin iş üzrə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətinin aşkara çıxarılması barədə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-8479/2018 nömrəli iş üzrə 25 s entyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), V.Baxışova və N.Cəfərov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə də təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan hüquq münasibətləri əmək münasibətləri deyil, icarə münasibətləri olmuşdur və bu səbəbdən cavabdehin iddiaçı qarşısında əmək haqqı ilə bağlı öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-8786/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qərarı ilə (hakiml ər – A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin məhz əmək mübahisəsi olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin edilmiş şikayətlərin qarşısını almaq üçün iddiaçı ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə qənaətini sübutlara istinadla əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4131/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və E.Şamayev) birinci instansiya məhkə məsinin cavabdehə münasibətdə gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 01 avqust 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən həmin tarixdə sürücü vəzifəsinə işə götürülmüş, əmək haqqı 160 manat təşkil etmişdir. Əmək müqaviləsinin bağlanması barədə bildiriş 19.08.2016-cı il tarixdə qeydə alınmışdır. Fərdi sahibkar olan cavabdehin 27.06.2017-ci il tarixli 33 saylı əmri ilə əmək intizamını ciddi şəkildə pozduğuna görə 12 saylı marşrutun sürücüsü olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-c i maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının əmək haqqı cədvəllərinə imza etməklə işlədiyi bütün dövr üçün əmək haqqı aldığını, iddiaçı isə ümumiyyətlə işlədiyi dövrdə əmək haqqı almadığını, əmək haqqı cədvəllərində adının qarşısındakı imzaların ona məxsus olmadığını bildirmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində verilmiş rəy sənədlərin kserosurətləri əsasında verildiyi üçün yeni apelyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2019-cu il tarixli, 14546 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 31.08.2016-cı il tarixdən 31.05.2017-ci il tarixədək olan dövr üçün tərtib edilmiş əmək haqqı cədvəllərində "İddiaçı" yazıları qarşısındakı “imza” qrafasında əks olunmuş imzalar İddiaçı tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, Apelyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki, iddiaçı fərdi sahibkar olan cavabdehlə bağladığı 01 avqust 2016-cı il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən 27 iyun 2017-ci il tarixədək 12 saylı marşrut xəttinin sürücüsü vəzifəsində işləmiş, lakin işlədiyi dövrdə əmək müqaviləsində nəzərdə tutulmuş aylıq 160 manat əmək haqqını almamışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndini, 9-cu maddəsinin “d” bəndini, 83-cü maddəsinin 2-ci bəndini, 154cü maddəsini, 172-ci maddəsinin 1, 4, 5-ci bəndlərini tətbiq edərək hesab etmişdir k i, tərəflər arasında mövcud olan hüquqi münasibət əmək münasibətidir və işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçıya 10 ay 26 gün əmək haqqı ödənilməmişdir. Ona ödənilməmiş əmək haqqı 1738,67 manat, əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 3080,21 manat ödənc, cəmi 4818,88 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia müddətinin tətbiq olunması barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməməsi barədə apelyasiya şikayətində qeyd olunan xüsusatla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu barədə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən vəsatət verilməmiş, iddia müddətinin tətbiqi barədə ərizə apelyasiya şikayəti ilə birlikd ə 27 iyun 2018-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tətbiqində səhv nəticəyə gəlmişdir. Belə ki, əmək haqqı cədvəllərinə qeyd etm əklə işlədiyi bütün dövr üçün əmək haqqını aldığı barədə iddiaçı əmək haqqı cədvəllərində adının qarşısındakı qrafalarda imza etmişdir. Qeyd olunan fakta əhəmiyyət verməyən apelyasiya instansiyası məhkəməsi əsassız olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçıya 10 ay 26 gün üzrə əmək haqqı ödənilməmişdir. Bunun üçün apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyinə istinad etmişdir. Halbuki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyini əsas götürməklə Əmək Məcəlləsinin 296-cı maddəsini düzgün tətbiq etməmiş, səhv nəticəyə gəlmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində Əmək Məclləsinin 9, 83, 87, 154, 157, 172 və 173-cü maddələrinə istinad olunmuş, lakin Əmək Məcəlləsinin 294-303-cü maddələrindən irəli gələn tələblər nəzərə alınmamışdır. M əhkəmə iddiaçının məqsədli və qərəzli formada, yəni düşünülmüş qaydada müxtəlif formalarda əmək haqqı cədvəllərinə imza etmək bacarığından məharətlə istifadə etməsi faktını nəzərə almadan Əmək Məcəlləsinin 172-ci maddəsini düzgün tətbiq etməmişdir. İddiaçı ona bir ildən artıq dövr ərzində əmək haqqının ödənilmədiyini iddia edir. Halbuki, bu hal inandırıcı və əsaslı deyil, ona görə ki, iddiaçı uzun müddət əmək haqqını almasaydı işə çıxmağa etiraz edə bilər və ya əmək haqqının ödənilməsini tələb edə bilər, səlahiyyətli dövlət qurumlarına şikayət edə bilərdi. Belə bir fakt isə mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün əmək haqqı cədvəlini iddiaçıya imza etdirmiş kassiri şahid kimi məhkəməyə dəvət etməmiş, bununla bağlı verilmiş vəsatəti heç bir əsas olmadan təmi n etməmişdir. Belə olan halda iddiaçının uzun müddət əmək haqqını almaması, bu barədə keçən müddət ərzində heç bir orqana və işəgötürənə müraciət etmədən seyrçi qalması inandırıcı deyildir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2 -ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator iddianın təmin olunmuş hissəsini yoxlamış apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhk əmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (3-cü maddənin 5-ci bəndi). Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur (9-cu maddənin “d” bəndi). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir (172-ci maddənin 1, 4, 5-ci bəndləri). Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddət ləri
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ödənilməmiş əmək haqqına görə 1738,67 manatın tutulmasının təmin edilməsi hissəsində mübahisəli hüquq müna sibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətləri əmək hüquq münasibətləri kimi qiymətləndirmiş və mübahisəni əmək qanunvericiliyinin normalarına uyğun həll etmişdir. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyən edilmiş müddətlərin iddia müddəti kimi qiymətləndirilməsi və bu barədə birinci instansiya məhkəməsində işə baxılarkən işdə iştirak etmiş cavabdeh tərəfindən vəsatət verilmədiyi üçün apellyasiya baxışı zamanı həmin müddətin tətbiqinin qeyri-mümkünlüyü barədə mövqey ini qanuni və əsaslı hesab edir. Bu hissə ilə bağlı kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödəncin tutulması hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının tələbinin pozulması ilə çıxarılmışdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yar atmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Məcəllənin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyy ən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Məc əllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, borcun yarandığı yalnız baxıla n mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir. Bu baxımdan hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 3080,21 manat ödəncin tutulması hissəsində ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş pozuntu yalnız müddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə bağlı olduğundan və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4131/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 3080,21 manat ödəncin tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilməklə iddia həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən s