Məhkəmə qərarları › İş №2(102)-1951/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1951/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1951/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh ”Malibo” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh ”Malibo” MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-889/2023 saylı iş üzrə 24 yanvar 2023-ci il tarixli qətnaməsindən cavabdeh ”Malibo” M MC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 168 nömrəli reyestr kitabının 15399 saylı vərəqində dövlət qeydiyyatına alınmışdır. 2. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 243 nömrəli reyestr kitabının 22596 saylı vərəqində dövlət qeydiyyatına alınmışdır.

3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2213 saylı rəyi ilə müəyyən edilmşidir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri ap arılan zaman İddiaçı3 məxsus yaşayış evinə ziyanın dəydiyi, X1 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmiş, İddiaçı2 məxsus yaşayış evinin qapısı bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyib-dəymədiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman sonuncu tərəfindən tikinti-təhlükəsizlik qaydalarına riayət edilib-etməməsi məsələsi tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişditr.

4. «X3» MMC-nin 28 sentyabr 2022- ci il tarixli 105 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən təqdim olunmuş məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus 10 saylı fərdi yaşayış evinə dəymiş ziyanın hazırkı bazar qiymətləri ilə dəyəri təqribən 9542 manat məbləğində müəyyən edilmişdir. İddiaçı3 tərəfindən 400 manat ekspertiza xərci ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic Döngəsində təhlükəsizlik tədbirləri görülmədən aparılan inşaat işlərinin dayandırılması və cavabdeh tərəfindən hər bir iddiaç ıya vurduğu 30000 manat olmaqla, cəmi 90000 manat maddi zərərin, hər birinə 50000 manat olmaqla, cəmi 150000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, ev 5, ev 6 və ev 10 iddiaçıların mülkiyyətindədir. Onlar ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və mülkiyyət hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Lakin, cavabdeh tikinti normalarını kobud şəkildə pozaraq apardığı inşaat işləri nəticəsində onların mülkiyyətlərinə əsaslı zərər vurulması ilə b ərabər, mənəvi zərər də vurmaqda davam edir. Heç bir təhlükəsizlik tədbirləri görmədən, ehtiyac olub-olmamasından asılı olmayaraq mülkiyyətlərinin çöl divarlarının bünövrəsini qazaraq evin əsas divarlarında çatların yaranmasına səbəb olmuşdur ki, bu vəziyyətdə evin hər an kiçik bir təkan nəticəsində başlarına uçub tökülərək həyati təhlükə yaranmasına şərait yaradır. Bu azmış kimi, 3 ildir tikilən 2 hündürmərtəbəli binanın bütün betonunun daşınması qəsdən evlərinin çöl girişindən və pəncərələrinin qarşısından nəhəng beton qarışdıran maşın və texnikalar vasitəsilə həyata keçirilir (hətta ilk əvvəllər evlərinin çöl girişinin qarşısını tikintidən çıxan müxtəlif tullantılarla bağlasalar da, sonradan kütləvi narazılıq və uzun müddətli mübahisələrdən stress və gərginlikdən sonra açılmasına nail o lmuşlar). Hal-hazırda tikinti meydançasının ortasında öz mülkiyyətlərində qorxu və həyəcanla yaşamaq məcburiyyətində qalmışlar. Hətta bina tikintisi üçün quraşdırılmış kran evlərinin divarından bir neçə metr aralıda quraşdırılıb və heç bir təhlükəsizlik tədbiri görülmədən evlərinin üstündə hər gün kran vasitəsilə tonlarla armaturlar, taxtalar, daşlar və müxtəlif tikinti materialları daşınır. 10 metrlərlə hündürlükdən əgər o inşaat materiallarından hər hansı biri sürüşüb düşərsə onlar və ailə üzvləri həmin anda öz mülkiyyətlərində həlak olarlar. Lakin onlar hər gün cavabdehin onlara yaşatdığı bu qorxu, həyəcan və stresslə yaşamağa məcburdurlar. Dəfələrlə tikinti normalarına uyğun olaraq həyatları üçün təhlükəsizlik tədbirləri görülməsi üçün cavabdehə müraciət etsələr də, bu günədək heç bi r tədbir görülməmiş, əksinə nəhəng texnikalar və betonqarışdıran maşınlar pəncərələrinin daha da yaxınlığından keçərək davam edən təhlükəli vəziyyəti daha da şiddətləndirmişlər. Gecələr səhərə qədər betonqarışdıran maşınlar və betonu yuxarı mərtəbələrə vuran pompaların səsindən istirahət etmək mümkün deyil. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də hazırki vəziyyətin nə qədər acınacaqlı olması göz önündədir. Hər birinin ailəsində uşaq, yaşlı və xəstələri vardır. Ətrafın səs-küy və vibrasiya təsirindən çirklənməsi normadan dəfələrlə artıqdır. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər birinə 30000 manat maddi və 50000 manat mənəvi zərər vurulmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-457/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 9542 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı3, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd olunması, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus 10 saylı fərdi yaşayış evinə 9542 manat məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən, iddia qismən təmin edilməklə vurulm uş maddi zərər həmin zərəri vurmuş olan Cavabdeh MMC-dən tutulmalıdır. İddiaçı3 iddiasının vurulmuş mənəvi ziyana görə pulun tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, digər iddiaçıların iddia tələbləri təmin edilməməlidir. Belə ki, onlar, iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçı1 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmiş, İddiaçı2 məxsus yaşayış evinin qapısı isə bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyib-dəymədiyini müəyyən etmək mümkün olmamışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097, 1108.1 və 1115-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı3 mükiyyətinə zərər dəyməsi cavabdeh təqsiri uğbatından olmamışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin 03 mart 2017-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ün vanlarda yerləşən istismar müddətinin keçmiş yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirildiyi zaman, həmin ünvanlarda yerləşən yaşayış evlərinin uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin ödənilməsi məqsədi ilə, cavabdehdən 9.452 manat pul vəsaitinin tutularaq İddiaçı3 ödənilməsi iddiaçının əsassız varlanmasıdır. Məhkəmə tərəfindən cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar araşdırılmamış və düzgün qiymət verilməmişdir. Ekspertiza Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2213 saylı rəyi məhkəmə tərəfindən araşdırılmamış və düzgün qiymətləndirilməmişdir. Məhkəmə yalnız ekspert rəyinə əsa slanmış və tərəflərindən təqdim olunmuş “Azərdövlət tikinti-layihə” DLİ-nin 03 mart 2017- ci il tarixli aktına hər hansı bir hüquqi qiymət vermədən qətnamə çıxarmışdır. Həmin, yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam sütükləri ağac konstruksiyasından inşa edilyindən divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erozziyaya uğraması müşahidə olunmuşdur. Beləlikə həmin aktdan da göründüyü kimi, İddiaçı3 məxsus yaşayış evinə cavabdeh tərəfindən hər hansı bir zərər vurulmamışdır və həmin yaşayış evinin divarlarında daha öncədən də çatlar var idi.

13. İddiaçı3 nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verər ək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-889/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X2) apellyasiya şikayəti təmin edilməmişdir.

15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və əsaslıdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı3 ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır.

16. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi ünvanında cavabdeh tərəfindən tikinti və söküntü işləri aparılması nəticəsində İddiaçı3 məxsus həmin ünvanında yerləşən 10 saylı evə maddi zərər vurulmasını, həmin faktın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2213 saylı, 28 iyul 2022-ci il tarixli ekspert rəyi ilə təsdiq edilməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyində göstərilən məbləğdə təmin etməkdə haqlı olmuşdur.

17. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində MMC tərəfindən iddiaçıya maddi ziyan vurulmadığını, həmin, yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam sütükləri ağac konstruksiyasından inşa edilyindən divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erozziyaya uğraması müşahidə olunduğunu bildirsə də, göstərilən hallarla bağlı məhkəmə k ollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı3 ziyan dəyməsi ekspert rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etməmiş və həmin dəlilləri əsassız hesab etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 386.1, 1096.1, 1096.2, 1108.1 və 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 217.3, 217.4, 372.1, 372.6 və 372.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etir azın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamışdır, yəni cavabdeh tərəfindən təqdim edilmiş sübutlara nəzər yetirilməmiş və yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur. Lakin, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 42-ci bəndində göstərilmişdir ki, cavabdeh iddiaçıya maddi ziyan vurulmadığını, həmin yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam sütükləri ağac konstruksiyasından inşa edildiyindən divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erozziyaya uğraması müşahidə olunduğunu bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində yuxarıda qeyd olunan halları məhkəməyə təqdim etdiyi Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin 03 mart 2017-ci il tarixli aktından əla və etmişdir, yəni cavabdeh şəxsi mülahizələrinə əsaslanaraq bu nəticəyə gəlməmişdir. Həmin aktda isə açıq aşkar qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi, ev 3, 4, 5, 6, 8, 4-cü Kərpiçni dal 1 ev 3, 4, 5, 4-cü Kərpiçni ev 3, 4, 6, 7, 8, 9, 10, 12, 13, 14, 18 saylı ünvanlarda yerləşən istismar müddətinin keçmiş yaşayış evlərinin uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuşdur, həmin, yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam sütükləri ağac konstruksiyasından inşa edilyindən divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erozziyaya uğraması müşahidə olunmuşdu r. Beləliklə, həmin yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalmasımüəyyən olunmuş və yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə uyğun olmadığı və şəhərsalma tələblərinə cavab vermədiyi göstərilmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş sübutların nəinki obyektiv araşdırılmasını təmin etməmiş, heç ümumiyyətlə həmin sübutlara baxmamışdır. Əgər məhkəmə cavabdehin təqdim etdiyi Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİnin 03 mart 2017-ci il tarixli aktını araşdırsa idi, həmin halların orada təsdiqlənməsi fakt ını aşkar edərdi. Beləliklə, məhkəmə bu maddənin müddəalarını pozaraq, məhkəməyə təqdim edilmiş sözügedən akta dair hüquqi qiymət vermişdir. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində istinad etdiyi hallar və sübutlara məhəl qoymamış, beləliklə çəkişmə və bərabərlik prinsipini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şə xsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

25. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiri b çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və on unla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmla k vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünl üyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə ko llegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ”Malibo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2023 saylı iş üzrə 24 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar