Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1954/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “qeyri-qanuni tikilmiş eyvanın sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9507/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsidəki 21B №-li çoxmənzilli binanın 4-cü mərtəbəsində yerləşən 41 №-li mənzil İddiaçı, 3-cü mərtəbəsində yerləşən 38 №-li mənzil isə Cavabdehə məxsusdur. Cavabdehin mənzilinin eyvanını lazımi icazələr alınmadan artırmışdır. Həmin artırma ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd yoxdur.
2. İddiaçı mülkiyyət hüququnun pozulması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsində yerləşən 21B saylı binanın 38 saylı mənzilinin özbaşına olaraq, qeyri-qanuni 30 kv.m-dək genişləndirdiyi eyvanın öz hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, həmin eyvanın qeyri-qanuni tikilməsi ilə əlaqədar eyni binada ona məxsus mənzillə bağlı mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar ona vurulmuş maddi ziyanın kompensasiyası olaraq 5000 manat, mənəvi ziyana görə isə 2000 manat məbləğin Cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən eyvanın artırılması nəticəsində iddiaçıya aid olan mənzilin eyvanının qabağı tutulmuşdur. Onun eyvanı həyətə baxan eyvan olsa da, hal-hazırda binanın həyətini görmək mümkün deyil. Bundan başqa, artırılmış eyvanın dam örtüyündə olan zibillər hər dəfə külək əsəndə iddiaçının eyvanının qarşısına toplanır, iddiaçı və onun a ilə üzvləri eyvanda əyləşə bilmirlər, eyvandan paltar asa bilmirlər. Artırılmış eyvan, həmçinin, iddiaçının mənzilinin bazar dəyərinə də mənfi təsir etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2021 nömrəli, 23.02.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/989 nömrəli, 19 may 2021-ci il tarixli ekspert rəyinə əsasən, cavabdehə məxsus, ünvan 1 evin 38 saylı ünvanında inşa olunmuş eyvan tikilisinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma sənədləri olmadığından eyvan tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üz rə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 41 saylı mənzilə aid ayrıca giriş-çıxış yolunun (qapısı) və mənzilə aid olan tikililərə sərbəst giriş-çıxış yolunun olduğunu nəzərə alaraq, Cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 38 saylı mənzilinin eyvanının artırılması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mik rorayon 20 Yanvar küçəsi 21B saylı evin 41 saylı mənzilindən istifadə etməsinə hər hansı bir maneə törətmədiyi müəyyən edilir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 38 saylı mənzilinin eyvanının yaşayış binasının üçüncü mərtəbəsində yerləşdiyini, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 41 saylı mənzilinin eyvanının yaşayış binasının dördüncü mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 38 saylı mənzilin eyvan tikilisi 41 saylı mənzilin eyvan tikilisini yararsız hala salmadığı müəyyən edilir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2021 nömrəli, 23.06.2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, özba şına tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, ekspert rəyi ilə özbaşına tikili olan eyvanın iddiaçının hüquqlarını pozması müəyyən edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən artırılmış özbaşına eyvan tikilisi iddiaçının mülkiyyətində mənzildən istifadə etməsinə maneə yaratmır, həmin eyvan iddiaçının mülkiyyətində olan mənzili və eyvanı yararsız hala salmır.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni AR Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hak imiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2, 4.3-cü bəndləri, Mülki Məcəllənin 180.1, 180.2, Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 27.1, 27.2.2, 27.3 və Müki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsidəki 21B ünvanında 4-cü mərtəbəsində yerləşən 41 №-li mənzilin alt mərtəbəsində, 3-cü mərtəbədə aparılmış əlavə tikili nəticəsində 41 saylı mənzilin bazar dəyərinə təsiri haqqında” 20 sentyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, yaşayış binasının yükdaşı yıcı konstruktiv elementləri əlavə yüklənməyə məruz qalıb və binanın fasad görünüşü korlanıb. Alt mərtəbədə aparılmış əlavə tikintinin dayaq nöqtəsi olaraq, 2 ədəd metal boru üzərində yerləşdirilib ki, bu da hər hansı fors-major hadisələrində ətraf mənzillər üçün böyük risk yaradır. 3-cü mərtəbədə artırılmış əlavə tikili 4-cü mərtəbədə yerləşən və qiymətləndirilən mənzilin ekoloji və sanitar-gigiyenik göstəricilərinə mənfi təsir edir. Belə ki, küləyin istiqamətinə və mənzilin havalanmasına təsir edir, artırmanın dam örtüyü yuxarı mərtəbənin döşəməsindən 18.0 sm yuxarı qaldırıb və nəticədə günəşli havada dam örtüyünün qızması yuxarı mənzilə axan havanı bir qədər də qızdırır. 3-cü mərtəbədə artırılmış 30 kv.m. sahəyə malik olan əlavə tikilinin dam örtüyünə yığılan tullantıların (küləklə gəti rilən və yuxarıdan atılan) pis görüntü və qoxu mənzilin havalandırılmasını məhdudlaşdırır. Nəticə olaraq, sadalan faktlar Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsidəki 21B ünvanında 4-cü mərtəbəsində yerləşən 41 №-li mənzilin bazar dəyərinə 5000 manat həcmində mənfi təsir göstərir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9507/2021 nömrəli, 22.10.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2021 nömrəli, 23.06.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddianın qismən təmin olunması, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 21B-də yerləşən 38 nömrəli mənzilin artırılmış eyvanı (əlavə eyvan tikilisi) Cavabdeh hesabın a sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə razılaşmayaraq qeyd etmişdir ki, artırılmış eyvan iddiaçıya öz mənzilinin eyvanından rahat istifadə etməyə maneə törədir. Bunu müəyyən etmək üçün iş materiallarında olan fotoşəkillərdəki (20-23 və 60 vərəqələr) təsvirlər kifayətdir. Belə ki, birincisi, artırılmış eyvan iddiaçının eyvanından binanın həyətinə olan görüntünün qarşısını kəsib. İkincisi, artırılmış eyvanın damına (yəni iddiaçının eyvanının qarşısına) müxtəlif tullantılar yığılır, nəticədə isə iddiaçının eyvanının qarşısında natəmiz vəziyyət yaranır. Üçüncüsü, artırılmış eyvan iddiaçıya paltar və digər əşyaları quru tmaq məqsədilə öz eyvanından istifadə etməyə mane olur. Dördüncüsü, artırılmış eyvanın dam (şifer) örtüyü yay aylarında qızdığına görə iddiaçının eyvanında temperaturun artmasına təsir edir. Bundan başqa, yuxarıda qeyd olunan 4 əlamət belə qənaətə gəlməyə əsas verir ki, artırılmış eyvan iddiaçının mənzilinin bazar dəyərinə mənfi təsir göstərib.
14. İddiaçı artırılmış eyvanın sökülməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququ olan şəxslərdən biri “maraqlı tərəf” kimi göstərilib. Yuxarıda qeyd olunan hallar iddiaçının maraqlı tərəf sayılması üçün əsasdır.
15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, cavabdehin hə rəkətinin, yəni öz mənzilinin eyvanını artırmasının iddiaçıya maddi və ya mənəvi zərər vurduğu müəyyən edilmir. Mülki Məcəllənin 21-ci maddəsinin görünür ki, zərərin əvəzinin ödənilməsinin tələb edilməsi üçün əvvəlcə zərərin vurulduğu müəyyən edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə köhnə Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməli idi. Belə ki, eyvanın artırılması 2000-ci ilin əvvəllərində aparılmışdır. Bu halda isə, mübahisəyə Mülki Məcəlləsinin 180.4-cü maddəsini tətbiq etməklə məhkəmə yanlışlığa yolvermişdir. Çünki, mübahisəli mənzildə yenidənqurma işləri köhnə Mənzil Məcəlləsinin tələbləri əsasında aparılmışdır. Buna görə də, eyvan özbaşına tikili hesab edilə bilməz. Həmçinin, iddiaçı 2000-ci ilin əvvəllərindən aparılmış artırmaya ağlabatan müddətdə etiraz etməmişdir. Halbuki, Mülki Məcəllənin 173.3-cü maddəsinə əsasən, əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Kassator belə hesab edir ki, məhkəmə yerində baxış keçirməli, ondan sonra fotoşəkil lərə hüquqi qiymət verməli idi. Çünki, iddiaçının mənzili cavabdehin mənzilindən bir mərtəbə yox, iki mərtəbə yuxarıdadır. Belə olan halda, necə ola bilər ki, aparılan yenidənqurma iddiaçının mənzərəsini bağlasın. Bu fiziki cəhətdən mümkün deyildir. Çünki, iddiaçının eyvanı ilə cavabdehin eyvanı arasında məsafə ən azı 5-6 metrdir. Bu halda isə, paltarların asılmasına hər hansı maneədən söhbət gedə bilməz. Apellyasiya məhkəməsinin 4 arqumenti də əsassız olmaqla, iddia tələbinin təmin olunması üçün kifayət deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
20. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Ma ddə
29. İ və İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 180.1. Tikinti məqsədl əri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3
3. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
38. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, cavabdeh mənzilinin eyvanını lazımi icazələr alınmadan artırmışdır. Həmin artırma ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd yoxdur və həmin artırma iddiaçıya öz mənzilinin eyvanından rahat istifadə etməyə maneə törədir.
39. Məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
40. Məhkəmə kollegiyası onu da qey d edir ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Müvafiq nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi həmin prinsipləri rəhbər tutmaqla, mübahisəyə düzgün hüquqi qiymət vermişdir.
41. Belə olan halda, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərar ın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§22-§24).
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(103)-9507/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.