Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1954/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil-Tikinti Kooperativinə, Cavabdeh3 və Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3) qarşı iş üzrə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil Tikinti Kooperativinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “ərizələrin, maliyyə arayışlarının, müqavilələrin və hüq uqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2019/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi (əlavə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, **********643 saylı, 8İ7643 reyestr nömrəli ərizənin, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı MTK ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin və maliyyə arayışının, 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci tarixli, **********851 saylı, 8i-8851 reyestr nömrəli ərizənin, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.202 1-ci il tarixli müqavilənin və maliyyə arayışının, mübahisəli qeyri-yaşayış sahəsinə dair MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1823/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasın xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, 1 say lı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, **********643 saylı, 8İ-7643 reyestr nömrəli ərizə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı MTK ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı, 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 7.7.2021-ci tarixli, **********851 saylı, 8i-8851 reyestr nömrəli ərizə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı MTK ilə Cavabdeh3 arasında bağlanmış 7.8.2021-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı MTK ilə Cavabdeh4 arasında bağlanmış 16.9.2021-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, cəmi 150 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2612/2023 nömrəli 28 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2019/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul ed ilmiş, iddia tələbi qismən təmin olunmuş, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 106 nömrəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MTK ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 106 nömrəli yaşayış binasının 1-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş 106 nömrəli yaşayış binasının 1-ci blokunun, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 132.000 (yüz otuz iki min) manat pulun tutularaq Cavabdeh4 ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, cəmi 150 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil-Tikinti Kooperativi, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari) İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2019/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən – 132000 (bir yüz otuz iki min) manat məbləğində pulun Cavabdeh1 və C avabdeh3 alınaraq Cavabdeh4 ödənilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. İşdən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, mübahisələndirdiyi müqavilələr etibarsız sayılmış, (tələblərinin bir hissəsi üzrə işə xitam verilmişdir, həmin hissə mübahisələndirilmir) həmçinin ona qarşı hər hansı təmin edilən tə ləb olmamış və onun üzərinə öhdəlik qoyan nəticə də qətnamədə göstərilməmişdir. İddiaçı qətnaməni yalnız 132000 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh3 alınaraq Cavabdeh4 ödənilməsi hissəsində mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Buna baxmayaraq, İddiaçı da kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1954/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadı ilə digər kassatorların şikayəti ilə birlikdə icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul o lunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1954/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadı İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməli, İddiaçı kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1954/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərardadı İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin. İddiaçı kassasiya şikayəti baxışdan çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1954/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-1954/2024
03.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver