Məhkəmə qərarları › İş №2(102)-3116/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3116/2024

11.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3116/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alğı-satqı müqaviləsi, əqdin etibarsızlığı,əqdin (və ya onun bir hissəsinin) məcburi hüquq qaydalarına zidd olması, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavab deh3, Cavabdeh4, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 38 saylı, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Xaçmaz şəhəri, Atatürk küçəsi, 8, dalan 1-də yaşayan Nümayəndə1 N.Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsində ona məxsus mağaza plana düşdüyü ü çün yaxınlığındakı boş istifadəsiz 40 kv.m torpaq sahəsinin fərdi mağaza tikintisi üçün icazə verilmişdir.

2. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 128 saylı, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Xaçmaz şəhəri, Atatürk küçəsi, 8, dalan 1-də yaşayan Nümayəndə1 N.Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsindən ona məxsus 40 kv.m mağazanın genişləndirilməsi üçün əlavə 12,5 kv.m. torpaq sahəsinin ayrılaraq, tikintisinə icazə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, №0009489 saylı Çıxarışa əsasən, 0,00519 ha torpaq sahəsində yerləşən 1A nömrəli, 1 girişli, 41.8 kv.m. umumi, 41.8 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) mülkiyyət hüququ üzrə Nümayəndə1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. 4. 0606397 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.7 kv.m sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsinin inventar nömrəsi 5131, reyestr nömrəsi **********96-06301 saylı Texniki Pasportuna əsasən, ünvan 1 ünvanında yerləşən mağazanın hüquq subyekti İddiaçıdur. 6. 25.05.2015-ci il, 5829 saylı İcarəyə verilmiş əmlakın alğı-satqı Müqaviləsinə əsasən, icarəçi Əliyev X4 şəhəri, N.Nərimanov küçəsi, 1C ünvanında ye rləşən 36.4 kv.m qeyri-yaşayış binasını tam dəyərlə 3100.00 manata X2 almışdır. 7. xx.xx.2015-ci il, 113 saylı Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alğı-satqı Müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının altında yerləşən 340.0 m” torpaq sahəsini Əliyev X9 Əhməd oğlu Heraçiyevdən tam dəyərini ödəməklə satın almışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın seriya RX, № ******* saylı Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid qeyri-yaşayış binası 0.00468 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 məxsusdur. 9. 03.11.2005-ci il tarixli, Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən, Əliyev X4 şəhəri, N.Nərimanov küçəsi, 1C ünvanında yerləşən 36.4 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh3 bağışlamışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid qeyri-yaşayış binası 0.034 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsinin inventar nömrəsi 9867, reyestr nömr əsi **********52-06301 saylı Texniki Pasportuna əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti Cavabdeh3dur.

12. Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-4334/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdeh4 məxsus olmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası 8 saylı “SƏYYAR-ASAN xidmət” notariat ofisinin xx.xx.2015-ci il tarixli, 4Ə-11 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş, xx.xx.2015- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyət hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında ünvan 4 ünvanındakı ümumi sahəsi 36,4 kv.m. olan qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı müqavilənin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində də olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini işin yuxarıda qeyd edil ən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, Cavabdeh3 2022-ci il tarixdə ona və atası Nümayəndə1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsində tikilən tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Yalnız bundan sonra həmin məhkəmə prosesi gedişində mülkiyyətçiyə dair məlumatı olmuşdur. Belə ki, buna qədər Cavabdeh3 onun ona məxsus torpaq sahəsində qanunsuz tikinti aparmağını əsas gətirərək, Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, təhqiqat gedişində xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Cavabdeh3 hansı hüquqi sənədlər əsasında sözügedən qeyri-yaşa yış binasına və torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə dair məlumatı yalnız Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna 5 saylı Xaçmaz Ərazi idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********92 saylı və vəkil sorğusuna verildiyi xx.xx.2022-ci il tarixli, **********73 saylı cavab məktubuna əsasən əldə etmişdir. Odur ki, aşağıda sadalanan əsaslara görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh4 arasında bağlanılmış icarə müqaviləsi və alğı-satqı müqavilələri onun hüquqlarının və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanıldığından qismən - onun istifadəsində olan torpaq sahəsi ilə kəsişən hissəyə münasibətdə etibarsız hesab edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən Cavabdeh3 məxsus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.m. torpaq sahəsinə baxış keçilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh3 texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.m. sənəd üzrə olduğu ilə faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq vardır. Lakin Cavabdeh3 texniki pasportunda əks olunmuş 340 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarından kənarda 10 kv.m. neytral torpaq sahəsi vardır. Bundan başqa Cavabdeh3 texniki pasportunda əks olunmuş sənəd üzrə cizgilər daxılind ə digər şəxs tərəfindən tikilmiş tikintialtı sahənin 6,0 kv.m. hissəsi yerləşir. Göründüyü kimi hazırda Əmlak Məsələləri Dövlət Xidməti Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan 340 kv.m. Cavabdeh4 alğı-satqı edərkən, həmin torpaq sahəsınin icra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamı ilə 12,5 kv.m hissəsinin rəsmi olaraq onun istifadəsinə verilməsini nəzərə almamışdır. Bununla da, sözügedən sahəyə dair ilkin hüquqların ona münasibətdə yaranmasına baxmayaraq, dövlət qurumu yaranmış hüququnu nəzərə almamaqla, qanunla və Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ və əlaqəli hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbayc an Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramının 9.2-ci bəndinə görə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 7721 saylı icarə müqaviləsinin 1.1-ci bəndində birbaşa göstərilmişdir ki, sözügedən sahə Xaçmaz rayon Hakimiyyətinin balansındadır. Yuxarıda göstərilən normanın tələbindən də göründüyü kimi onların mülkiy yətində olan 41,7 kv.m torpaq sahəsi ilə yanaşı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamı ilə istifadəsinə verilmiş 12,5 kv.m torpaq sahəsinə münasibətdə satın almaq hüququ ilkin ona təklif edilməliydi. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən normanın tələbini pozaraq, həmin sahənin onun qanuni istifadəsində olduğunu və bununla da 12,5 kv.m. torpaq sahəsinin alınmasına münasibətdə onun üstün hüququnun olduğunu nəzərə almamışdır.

15. İş üzrə cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə göstərilən müddət ötməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

16. Xaçmaz R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi icraat zamanı müəyyən edilən hallara istinadən qeyd etmişdir ki, iddiaçı alğı-satqı və bağışlama müqavilələrinin qismən etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilələrin qismən etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Aşağıda qeyd edilən hüquq normalarını hazırkı işə tətbiq edən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən müqavilələr bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olma mışdır. Belə olan halda qeyd edilən müqavilələrin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilələrin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların etibarsızlığı və ya ləğv olunması barədə tələb də təmin oluna bilməz.

18. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək bildirmişdir ki, hazırkı iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 324.1, 325.1, 337.1, 337.4, 666.1, 667.1, 668.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə, Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin 3-cü bəndinə, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 8-ci maddəsinə, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 saylı Sərəncamına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti və şikayətə əlavə ərizə verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə göstərilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırmış olduğu hüquqi mövqeləri nəzərə almamış, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına formal yanaşmışdır. Bu səbəbdən qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, torpağın naturada yerləşməsi və texniki pasportda əks edilmiş koordinatlar əsasında fərq mövcuddur. Bu halda məhkəmə ilkin olaraq, mübahisələndirilən torpaq sahəsinə dair məhkəmə-torpaqşünaslıq və tikinti-texniki ekspertizası təyin etməli və qaldırılmış iddia üzrə subyektiv hüquq məsələsinə hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Ələlxüsus bunun iddiaçı tərəfindən də tələb edildiyini nəzərə alma mışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 7721 saylı icarə müqaviləsindən (1.1. bənd) müəyyən olunmuşdur ki, daşınmaz əmlak Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olmuşdur. Lakin həmin əmlakın sonradan ƏMDX-nin mülkiyyətinə keçməsinə dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə ki, mövcud qanunverdiciliyin tələbinə əsasən dövlət əmlakı olmasına baxmayaraq, İcra hakimiyyətinin balansında olan əmlak ilk öncə müvafiq qaydada ƏMDX-nə keçməli və bundan sonra onun üzərində sərəncam hüququ həyata keçirilməliydi. Hazırkı halda əqdin subyekt tərkibinə dair tələbə riayət edilməmişdir. Nümayəndə1 maraqlı şəxs kimi hazırkı müqaviləni mübahisələndirmək hüququ olduğu üçün tərəflər arasında bağlanmış əqdin məzmununda olan pozuntuya da münasibət bildirə bilər. Belə ki, xx.xx.2015-ci il tarixli əqdin 1.2.-ci bənddə göstərilmişdir ki, 340 m2 torpaq sahəsi cəmi 326 manata özgəninkiləşdirilmişdir. Xaçmaz şəhərində həmin tarixə belə gülünc qiymət, əmlakın likvid dəyərindən belə dəfələrlə aşağı məbləğə özgəninkiləşdirilməsi özü qanunun mahiyyətinə ziddir. Odur ki, torpağın 1 kv.m dəyəri 1 manatdan da aşağı olmuşdur. Məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. 22.Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişlər ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətində göstərilən hallar tamamilə əsassızdır, apellyasiya şikayəti fərziyyələrdən ibarətdir. İddiaçı birinci instansiya m əhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, iddia ərizəsində qeyd olunanları təkrar olaraq apellyasiya şikayətinə köçürmüşdür. Hansı ki, həmin hallara birinci instansiya məhkəməsinin qətnaməsində qiymət verilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli 128 saylı sərəncamı ilə ona ayrılmış 12,5 kv.m torpaq sahəsini əsas götürərək iddia tələbini qaldırmışdır. Lakin nəzərə alınmalıdır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli 128 saylı sərəncamı Nümayəndə1 aid edilmişdir. Bundan sonra isə Rasim Məmmədbəli torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarış almış, tikili və torpaq sahəsini oğlu İddiaçı b ağışlamışdır. Hazırda İddiaçı atasına aid sərəncamla ayrılmış torpaq sahəsinə dair mübahisə edə bilməz, çünki onun bu hüququ yoxdur. İddia ərizəsində Nümayəndə1 40 kv.m mağazanın genişləndirilməsi üçün əlavə 12,5 kv.m torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Bunların cəmi 52.5 kv.m torpaq sahəsi edir. İddia tələbindən görünür ki, ilk əvvəl cəmi 0,00519 ha torpaq sahəsində yerləşən tikili X3 məxsus olmuşdur. Yəni artıq X1 rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli 128 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi ilə birlikdə çıxarış almışdır. Belə desək, hazırda iddia etdiyi sərəncam artıq istifadə olunmuşdur. İddiaçı onun istifadəsində olan torpaq sahəsinin ona təklif olunmadan Cavabdeh4 satıldığını qeyd edir. Halbuki alğı-satqı olan zaman qonşuluqda İddiaçı deyil, Nüma yəndə1 olmuşdur. Yəni hazırkı iddiaçı o zaman yox idi. Bundan başqa, həmin torpaq sahəsi iddiaçının istifadəsində olmamışdır. İddiaçı və onun atası cavabdehə məxsus torpaq sahəsində 2021-ci ildə tikili tikmişlər. Bu barədə izahatları cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda vardır. Yəni 2015-ci ildə torpaq sahəsi cavabdehin atasına satılarkən iddiaçı və onun atası hazırkı mübahisə olunan hissədən istifadə etməmişlər. Bundan başqa, iddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli 128 saylı sərəncamı ilə ayrılmış 12,5 kv.m torpaq sahəsinə əsasən iddiasını müdafiə etsə də, həmin sərəncamda 12,5 kv.m torpaq sahəsinin harada yerləşməsi məlum deyildir, sərəncama yerquruluşu xəritəsi əlavə olunmamışdır. Bundan başqa, iddiaçı iddia tələbində ünvan 4 ünvanındakı ümumi sahəsi 36,4 kv.m olan qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015- ci il tarixli, 113 saylı müqaviləsini mübahisələndirsə də, həmin torpaq sahəsinə dair atası Cavabdeh4 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli çıxarış verilmiş, bundan sonra atası əmlakı ona xx.xx.2015-ci il tarixli, 4Ə-11 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən bağışlamış, hazırda həmin əmlak Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli çıxarışa əsasən, cavabdehə məxsusdur. Həmçinin iddiaçının mübahisələndirdiyi və etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2015-ci il tarixli, 113 saylı alğı-satqı müqaviləsinin üstünd ən 7 ildən çox vaxt keçmişdir. 23.Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə əlavəyə də etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iddia tələbində və iddia tələbinin “xahiş etdi” hissəsində 51 kv.m torpaq sahəsi, ümumi sahəsi 12,5 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsini, həmin hissəyə dair dövlət reyestrindən aparılmış qeydiyyatın etibarsız hesab edilməsini xahiş etmiş - hazırkı apellyasiya şikayətinə əlavədə isə iddianın əsasını dəyişərək zəbt etdiyi texniki pasportda göstərilən 3,5 kv.m torpaq sahəsinə istinad edərək iddiasını təmin edilməsin xahiş etmişdir. Bu isə iddianın əsasının dəyişdirilməsidir. Texniki pasportlarında zəbt kimi göstərilmiş 3,5 kv.m sahə faktiki istifadə etdikləri sahədir-həmin sahəni cavabdehə sata bilmə zdilər, çünki onların istifadəsindədir. Cavabdehin onun istifadəsində olan 3,5 kv.m sahə ilə bağlı heç bir iddiası yoxdur, həmin sahə onun texniki pasportunda öz əksini tapmışdır. Həmin sahə cavabdehin texniki pasportunda göstərilmir. Hazırda zəbt etdikləri sahə cavabdehə məxsus torpaq sahəsidir, həmin sahə cavabdehə məxsus texniki pasporta öz əksini tapmışdır. İddiaçının iddia etdiyi 3.5 kv.m zəbt sahə ilə cavabdehə məxsus torpaq sahəsinin heç bir aidiyyatı yoxdur. İddiaçı 3.5 kv.m zəbt ərazidən əlavə cavabdehə məxsus çıxarışda göstərilən torpaq sahəsini 2021-ci ildə zəbt edərək orada tikili tikib. İddiaçının zəbt etdiyi 7.11 kv.m torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Həmin sahənin 3,5 kv.m torpaq sahəsi ilə bağlılığı yoxdur. Cavabdehin texniki pasportunda olan ölçülərindən kənar 10 kv.m neytral zona vardır. İddiaçının zəbt edərək tikinti tikdiyi sahə Cavabdeh3 məxsus torpaq sahəsidir. Bununla bağlı iki dəfə ekspertiza keçirilib. Həmin ekspert rəylərində mütəxəssislə və ekspertlər iddiaçının zəbt edərək tikili tikdiyi torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi olduğu qeyd edilir. Həmin rəylərdə iddiaçının neytral zonada tikili tikdiyi qeyd edilmir. İddiaçının cavabdehə məxsus torpaq sahəsinin 7.11 kv.m zəbt edərək, tikili tikdiyi ərazini heç vaxt istifadə etməmiş, yalnız 2021-ci ildə zəbt edərək tikili tikmişlər. Bunu iddiaçı və onun nümayəndəsi özləri 11 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda yazmışlar. Buna görə də, iddiaçının heç bir üstünlük hüququ yoxdur. İddiaçının bildirdiyi torpaq sahəsinin 326 manata alınması ilə bağlı qeyd etmişdir ki, iddiaçının nümayəndəsi özü 4 iyul 2014-cü il tarixdə 51.9 kv.m torpaq sahəsinin 50 manata almışdır. Eyni qiymətdir. İddiaçının bildirdiyi torpaq sahəsi İcra Hakimiyyətinin balansında olsa belə Əmlak Məsələləri Dövlət Xidmətinin satması ilə bağlı qeyd etmişdir ki, İcra Hakimiyyətlərinin torpaq satmaq səlahiyyəti həmin vaxtı yox idi. Dövlət torpaqları barəsində səlahiyyətli şəxs, yəni Əmlak Məsələləri Dövlət Xidməti sərəncam verə bilərdi.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-598/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən sаxlаnılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlilləri iddia ərizədəki dəlillərlə eyni olsa da, apellyasiya şikayətinə əlavədə dəlil kimi İddiaçı məxsus Texniki pasportda zəbt kimi göstərilmiş 3,5 m2 ölçüdə torpaq sahəsinə yaranmış üstünlük hüququnun pozulması göstərilmişdir. Məhkəmə bu dəlilə qiymət verərək hesab etmişdir ki, Texniki pasportda İddiaçı tərəfindən zəbt olunmuş 3,5 m2 ölçüdə torpaq sahəsinin göstərilməsi zəbtin qanuni olması anlamına gəlmir və həmin zəbt üstünlük hüququnun yaranması üçün əsas ola bilməz.

26. Bundan əlavə kollegiya apellyasiya şikayətinə etirazda göstərilənlərlə razılaşara q hesab etmişdir ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncam Nümayəndə1 adına olduğundan, İddiaçı hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2 və 337.5-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 28.İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 31.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 32.Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 33.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 34.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 35.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya i nstansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol ve rilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 may 2024-cü il tarixli 2(105)-598/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar