Məhkəmə qərarları › İş №2(102)-1957/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1957/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1957/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi və 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərardaddan verilmiş şikayətin formaya uyğun olmaması əsası ilə apellyasiyanın qeyri-mümkün hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi və 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi) qarşı fərdi yaşayış evinin elektriklə təmin edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8341/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-ə (bundan sonra – ASC və ya cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin el ektriklə təmin edilməsini ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5008/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Səməd Cəfərov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilməsi, iddiaçıya müvafiq tələblə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

3. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 1.2, 2.1 və 2.2.2-ci maddələrinə istinadən hesab etmişdir ki, hazırkı tələbə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Belə olan halda, mülki iddiaçıya izah edilməlidir ki, o, inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.

4. İddiaçı birinci instansiya məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8341/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Azad İmanov (məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavədə göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermişdir.

8. Məhkəmə kollegiyası MPM-nin 32.1, 32.4, 32.5, 269.1, 269.2 və 269.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, məhkəmə aidiyyəti haqqında qərardaddan verilmiş şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməli idi. Hazırki iş üzrə məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarının pozulmasına istinad etmiş, qərardadın nəticə hissəsində iddiaçıya izah edilmişdir ki, müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Nəticə etibarilə qərardad iddia ərizəsinin geri qaytarılması barədə tərtib olunsa da, mahiyyət etibarilə məhkəmə ai diyyətinin pozulmasına istinad edilmişdir. Bu səbəbdən həmin qərardaddan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini həll etməli olduğu halda, əsassız olaraq şikayətə baxılmasının qeyri-mümkün hesab edilməsini, şikayətin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasını qərara almışdır.

11. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3, 32, 269-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

14. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla q orunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

15. Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.

16. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

17. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

18. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi t ərəfindən 3 gün müddətində baxılır.

19. Maddı 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

20. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə əsaslıdır.

27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təmi natı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.

28. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də qərardadlardan verilmiş şikayətlərin forma və məzmununa aid tələblərə cavab verməli olmasıdır.

29. Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir.

30. MPM-nin 407.1-ci maddəsi isə şikayətin MPM-ə Əlavə 2-yə uyğun tərtib olunmasını ehtiva edir.

31. Baxılan işdə də iddiaçı şikayətini MPM-nə Əlavə 2-yə uyğun tərtib etməmişdir. İşin bu prosessual vəziyyəti MPM-nin 366-cı maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb olur. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq apellyasiyanı qeyri-mümkün hesab etmişdir.

32. Həmçinin apelyasiya məhkəməsi şikayətin geri qaytarılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hər bir halda verilmiş şikayətin qanunauyğunluğunu yoxlamalı, müəyyən olunmuş tələblərə cava b verməyən şikayətin geri qaytarılması barədə qərardad çıxarmaqla şikayəti geri qaytarır.

33. Qanunvericilik bu halda proses iştirakçısına şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır.

34. Lakin apelyasiya instansiyası məhkəməsinin «məhkəmə aidiyyəti haqqında qərardaddan verilmiş şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməli olması, qərardaddan verilmiş şikayə tə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalı olması» barədə mövqeyi əsassızdır.

35. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» 18 Sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 2-ci bəndində məhkəmələr izah edilmişdir ki, qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər.

36. Lakin apelyasiya instansiyası məhkəməsinin bu mövqeyinə görə həmin qərardadın ləğv olunması məqsədəuyğun deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi şikayətin qanunla müəyyən olunan formada verilməməsi aşıq-aşkardır və bu hal apelyasiyanın qeyri-mümkün hesab edilməsi üçün müstəqil əsas olmaqla, yetərlidir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8341/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar