Məhkəmə qərarları › İş №2(102)-1958/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1958/2020

12.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1958/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2 cavabdeh-ya qarşı ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12351/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında bax araq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(004)-666/2019 saylı qətnaməsi ilə (hаkim E.Ə.Mehdiyev) İddiaçı Cavabdeh2 cavabdeh-ya qarşı ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 Mənzil Tikinti Kooperativindən 16.000 ABŞ dollarının tutularaq iddiaçı XXX na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12351/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, A.Ə.Hüseyn) Cavabdeh2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)666/2019 saylı mülki iş üzrə qəbul etdiyi 17 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavab deh2 cavabdeh-ya qarşı cavabdehdən 16.000 ABŞ dollarının ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq ona ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 cavabdeh-ya qarşı “mülkiyyət hüququnun müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə bağlanmış 16.12.2007-ci il tarixli müqaviləyə əsasən ödədiyi 16.000 ABŞ dolları pul vəsaitinin və 17.160 ABŞ dolları bank uçot dərəcəsinin və 301.160 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin direktoru X2 ilə aralarında bağlanmış 16.12.2007-ci il tarixli müqavi ləyə əsasən, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 46 kv.m. 65 nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi 17.000 ABŞ dollarından 16.000 dollarını ödədikdən sonra cavabdeh tərəfindən evin tikintisi başa çatandan sonra 1000 ABŞ dolları tərəfindən ödənilməli, cavabdeh isə 1000 ABŞ dollarını qəbul etməli və mənzili sənədləri ilə birlikdə ona təhvil verməli idi. Cavabdeh1 MMC-nin direktoru X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313 və 22-3-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edildiyindən, Bakı şəhər İcra Hakimiyyətinin 29.03.2012-ci il tarixli, 121 saylı sərəncamı ilə onun aldadılmış payçıları qarşısında üzərinə götürülmüş öhdəliklərinin icrası Cavabdeh2 cavabdeh-ya ötürülmüş və binanı n tikintisinin başa çatdırılması Cavabdeh2 cavabdeh-ya həvalə edilmişdir. İkinci cavabdeh ona məxsus olan mənzili 10-cu mərtəbədə olan 60 saylı mənzilin müqaviləsinin sahibinə satmışdır. Cavabdehlərə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi tələdinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.08.2014-cü il tarixli, 2(004)-6209/14 saylı qətnaməsi ilə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 23.01.2015-ci il tarixli, 2(103)-924/15 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul olunaraq iddiası qismən təmin olunmuş, mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 MMC-yə həvalə olunmuş və onun mənzilə köçürülməsi, həmin mənzildən istifadəsinin Cavabdeh2 cavabdeh tərəfindən məhdudlaşdırılma sına son qoyulması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.11.2015-ci il tarixli, 2(102)-3349/15 nömrəli qərarı ilə Cavabdeh2 cavabdehnın kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08.02.2016-ci il tarixli, 2(103)-971/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul olunmuş, tərəfindən Cavabdeh2 cavabdeh-ya 1000 ABŞ dolları ödənilməklə mənizilin ona təhvil verilməsi vəzifəsi cavabdeh-ya həvalə olunmuş, onun həmin mənzilə köçürülməsi və mənzildən istifadənin cavabdeh tərəfindən məhdudlaşdırılmasına son qyulması qət olunmuşdur. Azərbay can Respublikası Ali Məhkəməsinin 18 iyul 2016-ci il tarixli, 2(102)- 2986/16 nömrəli qərarı ilə Cavabdeh2 cavabdeh-nın kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(103)- 200/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli, 2(004)-6209/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ona 16.12.2007-ci il tarixli müqaviləyə əsasən cavabdehə qarşı ödənilmiş 16000 ABŞ dollarının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.11.2017-ci il tarixli, 2(102)-7943/17 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 11.07.2018ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 MMC-nin cavabdeh qismindən çıxardığını göstərmiş, Cavabdeh2 Mənzil Tikinti Kooperativindən 16.000 ABŞ dollarının ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətin də apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassa siya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 cavabdeh-nın nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddi açı ilə Cavabdeh1 MMC arasında 16.12.2007-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı 000, 18 ünvanında 14 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 46 kv.m, 65 nömrəli mənzilə görə 17.000 ABŞ dollar ödənilməli, MMC isə mənzili sənədləri ilə birlikdə iddiaçıya təhvil verməli idi. İddiaçı həmin müqavilə üzrə cəmi 16000 ABŞ dolları Cavabdeh1 MMC-yə ödəmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh1 MMC-nin direktoru X2 Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313 və 22-3-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 cavabdeh-ya qarşı irəli sürülmüş müqavilə üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi tələbinə dair iddia Bakı şəh əri Yasamal Rayon Məhkəməsinin 21.08.2014-cü il tarixli 2(004)-6209/14 saylı qətnaməsi ilə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(103)-200/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.08.2014-cü il tarixli, 2(004)-6209/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və iddiaçıya 16.12.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC-yə qarşı ödədiyi 16000 ABŞ dollarının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.11.2017-ci il tarixli 2(102)-7943/17 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 11.07.2018-ci il tarixli qərardadı ilə ş ikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə də bu əsaslar müəyyən edilmədiyindən cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materiallarından görünür ki, iddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış 16.12.2007-ci il tarixli müqaviləyə istinad edərək hazırkı iddianı irəli sürmüş, lakin həmin müqavilə üzrə mənzi lin təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-yə aid olmuş və iddiaçı da müqavilədə nəzərdə tutulmuş 16.000 ABŞ dollarını həmin MMC-yə ödəmişdir. Göründüyü kimi, həmin müqavilə üzrə Cavabdeh2 cavabdeh-nın heç bir öhdəliyi və bundan asılı olaraq öhdəliyin pozulmasına görə zərərin əvəzinin ödənilməsi vəzifəsi yaranmamışdır. İddiaçı bildirmişdir ki, Cavabdeh2 cavabdeh ilə bağlanmış yaşayış binalarına dair müqaviləyə (razılaşmaya) əsasən Cavabdeh1 MMC-nin öhdəlikləri Cavabdeh2 cavabdehya ötürülmüşdür. Buna görə də, onunla bağlanmış 16.12.2007-ci il tarixli müqavilə üzrə Cavabdeh2 cavabdeh cavabdehlik daşıyır və məhz o, öhdəliyin icra etməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarından görünür ki, həmin müqavilə (razılaşma) bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti, Res publika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC, “Azəriqaz” İstehsalat Birliyi və digər tərəfdən Cavabdeh2 cavabdeh arasında bağlanmışdır. Həmin müqaviləyə (razılaşmaya) əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsində, hündürmərtəbəli yaşayış binalarının tikint isinin layihələşdirilməsi barədə Cavabdeh1 MMC-nin adına verilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26.12.2008-ci il saylı Sərəncamı Cavabdeh1 MMC-nin razılığı və Cavabdeh2 cavabdeh-nın müraciətinə rəğmən Cavabdeh1 MMC-nin adından Cavabdeh2 cavabdeh-nın adına keçirilmişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh2 cavabdeh Cavabdeh1 MMC tərəfindən tamamlanmamış 1 və 3 girişli binaların tikintisinin 12 ay müddətində başa çatdırılmasını, payçıların ümumilikdə 85000 kv.metr mənzil sahəsi ilə təmin edilməsini öz üzərinə götürmüşdür. Müqavilə əsasında veriləcək 85000 kv.metr mənzillərə görə öhdəliyi borclunun əvəzinə icra edən Cavabdeh2 cavabdeh-ya müəyyən güzəştlər edilmiş, yaşayış kompleksi tikmək üçün 4 hektar torpaq sahəsi ayrılmış, 10.000.000 manat kredit xətti açılmış, vergidən azad edilmiş, aidiyyəti qurumlar tikiliyə dair müəyyən güzəştlər etmiş, şərait yaradılmışdır ki, zərəçəkənləri mənzillə təmin etmək üçün yaşayış kompleksi inşa edilsin. Müqavilənin 37-ci bəndinə əsasən, Cavabdeh1 MMC-nin mənzil almaqdan imtina etmiş alıcılarına (belə hal olduqda) ödəmiş olduqları pul vəsaitini, onların imtina etdikləri mənzillərin digər alıcılara satıldıqdan sonra qaytarılmasını Cavabdeh2 cavabdeh öhdəsinə götürür. Müqavilənin 38 və 39-cu bəndlərində Azərbaycan Respublikası Respublika Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə zərərçəkmişlərin yekun siyahısının Bakı şəhəri İcra Hakimiyyətinə və Cavabdeh2 cavabdeh-ya verildikdən sonra yeni müraciət etmiş zərərçəkmiş şəxslər olarsa, onların problemlərinin qanunvericiliyə uyğun şəkildə həll edilməsinin həvalə olunması qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, öhdəliklərin verilməsi əsasları və qaydası Mülki Məcəllənin 522-ci maddəsi ilə tənzimləndiyindən Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması və həmin cinayət işi ilə bağlı zərərçəkənlərin mənzillə təmin edilməsi üçün bir sıra dövlət orqanları ilə Cavabdeh2 cavabdeh arasında razılaşmanın imzalanması və Cavabdeh2 cavabdeh-nın üzərinə 85.000 kv.metr-lik yaşayış kompleksinin inşa edilməsi vəzifəsinin qoyulması mübahisəyə təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. -522.2-ci maddəsinə əsasən əgər borclu ilə öh dəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. -522.3-cü maddəsinə görə icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, öhdəliklərin verilməsi həm kreditorun, həm borclunun, həm də üçüncü şəxsin razılığı ilə həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilə (razılaşma) üzrə nə kreditor İddiaçı, nə də borclu Cavabdeh1 MMC tərəf olmamış və müqavilə onlar tərəfindən imzalanmadığından həmin müqavilə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından öhdəliklərin ötürülməsi müqaviləsi kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkə məsi belə qənaətə gəlmişdir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzini ödəmək öhdəliyi Cavabdeh2 cavabdeh-nın deyil, Cavabdeh1 MMCnin üzərinə düşdüyündən və hazırkı iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyünə görə sübutlar araşdırılmadan iddia təmin edilməməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesa b edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12351/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar