Məhkəmə qərarları › İş №2(102)-1960/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1960/2020

16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1960/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7606/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim K.Əmirxanova) ilkin və qarşı lıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov, 2(107)-13457/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)7606/17 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, ilk iddia təmin edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, xxx nömrəli mənzilinə (yeni qaydalarla AZ 1033 Bakı şəhəri, xxx,m2) istifadə hüququ tanınmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, xxx saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan etibarən qeyd olunan ailəsi ilə birlikdə yaşamaqla ailə üzvü kimi mənzilə istifadə hüquq əldə etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, xxx saylı mübahisəli mənzildən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı çıxarılması, onun əri X1, övladları 2004-cü il təvəllüdlü X4 və 2005-ci il təvəllüdlü X2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Oğlu və gəlini ailə qurduqdan sonra formal olaraq cavabdehin mənzilində qeydiyyatda olsalar da başqa yerdə yaşamışlar. Onların birgə nikahından iki övladı ayrıca öz evlərində yaşadıqları vaxt dünyaya gəlmişlər. Uşaqlar məktəb yaşına çatdıqdan sonra oğlu uşaqların şəhərdə məktəbə getmələri üçün onların mübahisəli mənzilə köçmələri və uşaqların da mənzilə qeydiyyata salınmasını istəmiş, əvvəlcə anası etiraz etsə də sonradan razı olmuş, iddiaçılar cavabdehin mənzilinə köçmüş və uşaqlar həmin mənzilə qeydiyyata salınmışdır. Cavabdehlərin Cavabdeh ilə birlikdə yaşaması ona psixi və fiziki şiddət göstərməsi səbəbindən onların bir yerdə yaşamasını mümkün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tar ixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarın müddəaları rəhbər tutularaq onun qarşılıqlı iddiası təmin olunmalı, ilk iddia rədd edilməlidir. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh vəkillə Əlizadə Fariz Ariz oğlu kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini müdafiə etmiş, qarşı tərəflə bir mənzildə yaşamağın mümkün olmadığını, mənzili qaçqın düşdükdən sonra dəyişmə yolu ilə aldığını, 2016-cı ildə özəlləşdirdiyini bi ldirmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: İlk növbədə qeyd olunmalıdır ki, qərarın ləğv edilməsi və ilk iddianın rədd edilərək qarşılıqlı iddianın təmin olunması barədə kassasiya şikayətinin özü dəqiqləşdirilməlidir. Ona görə ki, qarşılıqlı iddia 1-ci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, cavabdeh həmin hissədən apelyasiya şikayəti verməmiş və apelyasiya instansiyası məhkəməsi qətnaməni ilk iddiaya münasibətdə yoxlamışdır. Qarşılıqlı iddia ilə bağlı məsələyə apellyasiya icraatında baxılmadığı üçün həmin tələblə bağlı hazırkı icraatda dəyərləndirmə aparılması mümkün deyil və məhkəmə, apelyasiya icraatının qərarını ilk tələbin təmin olunan hissəsi ilə bağ lı yoxlayır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2001-ci il tarixdə X3 ilə rəsmi nikah bağladıqdan sonra gəlin kimi məhz evin mülkiyyətçisi Cavabdeh (qaynanasmın ) razılığı ilə 2001-ci ildən sonuncunun gəlini (ailə üzvü) qismində hal-hazıradək davamlı və fasiləsiz olaraq Bakı şəhəri, xxx saylı, iki otaqlı mənzilinə köçmüş, cehiz əşyalarını da mübahisəli mənzilə yerləşdirmişdir. İddiaçı mənzildə əri X3, iş üzrə cavabdeh və azyaşlı övladları XXX və XXXli ilə birlikdə yaşamaqla, həmin mənzilin yaşayış sahəsindən istifadə etməkdədir. İddiaçı özünə və ailəsinə məxsus başqa yaşayış yeri mövcud deyil. Mübahisəli mənzil xx.xx.2016-cı il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Apellyasiya inst ansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarına xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq edərək belə qənaətə gəlmişdir ki, ilk iddiaçı mənzilə ailə üzvü kimi istifadə hüququ əldə etmişdir. Məhkəmə kollegiyası Apelyasiya Məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki ilk iddiaçı mənzilə gəlin gələrkən mənzil dövlət fondu mənzili olmuş və ancaq 2016-cı ildə xüsusi mülkiyyətə keçirilmişdir. 2016-cı ilədək ilk iddiaçının mənzildən istifadə hüquqları Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə nizamlanırdı. Həmin normaya görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqa-viləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bü tün vəzifələri yerinə yetirmə-lidir-lər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada ya-şayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İlk iddiaçı mübahisəli mənzilə gəl in köçərkən həmin mənzil Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında deyil, icarə hüququ əsasında məxsus olmuş, Cavabdeh həmin mənzilin icarədarı olmuşdur. İlk iddia üzrə cavabdehin qeyd olunan mənzilə xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Ona görə də, ilk iddiaçı da 2001-ci ildə Cavabdeh razılığı ilə bu mənzilə köçüb onunla birlikdə yaşayıb, ümumi təsərrüfat apardığından ailə üzvü hesab edilmiş və orada yaşayan digər şəxslərlə birlikdə mənzildən istifadə hüququ əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar