Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1966/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və X5 qarşı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X5 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəl i sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4891/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK-nın tikilməkdə olan binasının A blokunun, 14-cü mərtəbəsində yerləşən sahəsi 105 kv.m. olan 3 otaqlı, 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 52.500 manat mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə görə müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı pulun qalan hissəsini kooperativə 6 ay müddətinə olmaqla bərabər hissələrlə, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin pay dəyəri olan 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir.
3. Cavabdeh MTK ilə X9 arasında bağlanmış xx.xx.2010-c u il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş Cavabdeh MTK–nın tikilməkdə olan binasının A blokunun, 14 mərtəbəsində 3 otaqlı sahəsi 105 kv.m. olan 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 52500 ABŞ dolları olan mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 6 ay müddətinə olmaqla bərabər hissələrlə, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür.
4. S.M.Bədirova, K.M.Həs ənova, K.M.Bədirova, K.İ.Həsənov, F.B.Məmmədzadə, S.M. Məmmədzadə, E.R.Əzimov, Y.M.Alxazov, Y.Ə.Əskərov, N.T.Salayeva, A.A.Hüseynova, G.B. Kərimov, A.S.Məmmədova, F.Z.Məhərrəmov tərəfindən imzalanmaqla Cavabdeh MTK tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 5-da yerləşən Nur MTK-nın binasında yaşayan aktı imzalayan şəxslər həmin binanın A girişinin 14-cü mərtəbəsində yerləşən 55 saylı mənzildə X4 ailə üzvləri ilə birlikdə 2011-ci ildən hazırki tarixədək yaşadıqlarını təsdiq etmişlər.
5. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənz ilinin pay dəyəri olan 52500 ABŞ dolları payçı X9 tərəfindən tam ödənilmişdir.
6. Bakı şəhəri Binəqədi rayonu Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli tədiyyə bildirişindən müəyyən olunur ki, İ.Heydərova ünvan 2 ünvanı üzrə 2018-ci il üçün 28,50 manat əmlak vergisi hesablanmışdır. 7. "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli elektrik enerjisinin alğısatqısına dair müqavilənin surətindən müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi abonenti ünvan 4 ünvanı üzrə elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür.
8. Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 55 saylı mənzilin xx.xx.2010-cu ildən X5 müqavilə yolu ilə 52500 ABŞ dollarına satılması, təqdim etdiyi müqavilə və maliyyə arayışının MTK-nın arxivində aşkar edilmədiyi İddiaçı bildi rilmişdir.
9. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının 1 blokunun 14 mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 58000 ABŞ dolları vaxtında ödəməyi öhdəsinə götürür.
10. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş Cavabdeh MTKnın tikilməkdə olan binasının 1 blokunun 14 m ərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 58.000 manatı vaxtında ödəməyi öhdəsinə götürür.
11. Cavabdeh MTK ilə X6 arasında bağlanmış xx.xx.2011 -ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1 blokunun 14 mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını olan 58.000 manatı vaxtında ödəməyi öhdəsinə götürür.
12. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə sinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 5 ünvanında inşa edilən kooperativ binada apardığı təmir-bərpa işləri qarşılığında MTK tərəfindən xx.xx.2010-cu il tarixli müqavilə əsasında binanın A bloku 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 105 m2 ölçüdə olan 55 nömrəli mənzil onun adına rəsmiləşdirilmiş, lakin, sonradan həmin mənzil İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılmışdır. Ona görə də İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə Cavabdeh MTK- dan pay dəyəri 52500 manat olan payçı İddiaçı Təvəkk ül oğluna ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişi 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilindən cavabdeh X4 və onunla birlikdə yaşayan digər şəxslərin çıxarılmalarına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.
14. İddiaçı iddia ərizəsini işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya maliyyə arayışı vermiş və maliyyə arayışında qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X13 küçəsi 63-də yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın A giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin pay dəyəri 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tər əfindən tam ödənilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzili təhvil verməkdən boyun qaçırır. Bu barədə tərəflərin dəfələrlə şifahi danışıqları olsa da, cavabdeh tərəf bu günə qədər verdiyi sözü tutmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının məktubuna cavab olaraq 55 saylı mənzilin xx.xx.2010-cu ildən X5 müqavilə yolu ilə satılmasını bildirmişdir. Həmin mənzilə 52500 ABŞ dolları maliyyə arayışına əsasən ödənilmiş sayılır. İddiaçının göndərdiyi müqavilə və maliyyə arayışı onların arxivində aşkar edilməmişdir. Cavabdeh heç bir əsas olmadan özbaşınalıq edərək iddiaçının şəxsi mülkiyyətində olan mənzili üzərində onun məlumatı olmadan mülkiyyət hüquqlarını pozaraq sərəncam vermişdir.
15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 cavabdehlər İddiaçı və Cav abdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Üçüncü şəxs iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin heç bir hüquqi əsası olmadığından həmin müqavilə etibarsız hesab edilməklə iddia tələbi rədd edilməlidir. Mənzilin dəyəri olan 52500 ABŞ dolları pul maliyyə arayışına əsasən onun tərəfindən ödənilərək satın alınmışdır. Bundan az sonra mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Bu müddət ərzində həmin mənzillə bağlı heç bir iddia və heç bir mübahisə olmamışdır. Əgər həqiqətən həmin müqavilə əsaslı və real m üqavilə idisə bu müddət ərzində iddiaçı nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailə kimi İ.T.Heydərova müraciət etməmiş və ya MTK-ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi iddiaçının qaldırdığı iddianın heç bir əsası yoxdur. Bu günə kimi İ.T.Heydərov ailəsi ilə birlikdə həmin mənzildə maneəsiz və mübahisəsiz şəkildə 11 ildən çoxdur ki, yaşayır. İstər iddiaçının yaxın vaxtlarda MTK-ya müraciətinə cavab məktubunda, istərsə də İ.T.Heydərovun MTK-dan araşdırması nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə MTK-nın arxivində İddiaçı ödəniş edərək həmin mənzili almasına dair hər hansı arxiv və ya baza məlumatı mövcud deyildir. Bundan başqa 11 ildən artıq müddətdir ki, İ.T.Heydərov mənzildə öz ailəsi ilə birlikdə mübahisəs iz və maneəsiz yaşadığına dair qonşuları tərəfindən tərtib edilmiş akt da bunun göstəricisi kimi qiymətləndirilməlidir. İ.T.Heydərov kommunal xidmətlərlə əlaqədar bir sıra dövlət müəssisə və orqanları ilə uzun müddətdir müqavilə bağlayaraq qaz, işiq, su və digər xidmətlərdən istifadə edir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin heç bir hüquqi əsası yoxdur və o hər hansı vasitə ilə sonradan meydana çıxarılan saxta sənəddir. Əgər həqiqətən belə bir müqavilə mövcud idisə bəs nə üçün MTK-nın gözətçi və komendantlarının iştirakı ilə İ.T.Heydərov həmin mənzildə aylarla təmir tikinti işləri apardığı müddətdə iddiaçı yaxınlaşaraq bununla bağlı ona və ya MTK rəhbərliyinə müraciət etməmişdir. Nəinki, təmir tikinti vaxtı iddiaçı ümumiyyətlə 12 il müddətində bu barədə müraciət etməmiş və ya id dia qaldırmamışdır. Bu da bir daha onu göstərir ki, tələb etmənin əsası saxta olmaqla möhkəm əsaslara söykənmir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində göstərilmişdir ki, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tikinti etapı və müddəti ilə payçı tanışdır. Müqavilənin bəndlərindən də göründüyü kimi iddiaçı sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən mənzili təhvil almalı idi. Lakin iddiaçı nəinki, bunu etməmiş 12 il müddətində bunu tələb belə etməmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçının tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. İddiaçı daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini ötürmüşdür.
17. İddiaçı üçüncü şəxsin iddiasına yazılı etiraz verərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə X9 ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən 3 ay öncədən bağlanmışdır. Hər iki müqaviləni və maliyyə arayışını Cavabdeh MTK adından eyni şəxs imzaladığı və MTK-nın möhürü ilə təsdiq olunduğu üçün İddiaçı ilə bağlanmış müqavilə etibarlı və qanunidir. İddiaçı ilə bağlanmış müqavilənin qanuniliyi 3 ay öncədən bağlanması və xx.xx.2010-cu il tarixdə 52500 manat pulun ödənilməsi, maliyyə arayışının verilməsidir. Cavabdeh MTK-nın hazırki sədrinin xx.xx.2022ci il tarixli məktubunda mü bahisəli mənzilinin xx.xx.2010-cu ildən X5 müqavilə yolu ilə satılması, həmin mənzilə 52500 ABŞ dolları maliyyə arayışına əsasən ödənilmiş sayılmasını və X3 məxsus müqavilə və arayışın arxivdə aşkar edilməməsini qeyd etməsi bir daha sübut edir ki, ikinci müqavilə qanunsuz bağlanmış və həmin müqavilə əsasında mənzil əvvəlcədən düşünülmüş şəkildə zəbt edilmişdir. Sənədlərin arxivləşdirilməsi və qorunması MTK-nın vəzifəsidir, yeni sədrin əvvəlki sədrdən sənədləri təhvil almaması o demək deyildir ki, İddiaçı ilə müqavilə bağlanmamış və pul ödənilməmişdir. İddiaçı onunla bağlanmış müqavilənin əslini təqdim etməklə 08 09.2010-cu ildə dəyərini tam ödədiyi mənzilinə sahib olmaq və mülkiyyətinə daxil etmək hüququ vardır. Bu hüquq heç bir şəkildə məhdudlaşdırıla bilməz. Məlum olduğu kimi Azərbayca n Respublikasında ödəniş vasitəsi manatdır. xx.xx.2010-cu il tarixdə İddiaçı ilə bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 52500 manat göstərilmiş və maliyyə arayışına əsasən bu məbləğ eyni tarixdə tam ödənilmişdir. X9 ilə bağlanmış müqavilədə və maliyyə arayışında mənzilin ümumi dəyəri 52500 ABŞ dolları göstərilmişdir. Bu da onu göstərir ki, X9 ilə bağlanmış müqavilə etibarsızdır sadəcə mənzili zəbt etmək üçün bağlanmış və bunu X9 əvvəlcədən bilmişdir. Əvvəlcədən bilərək İddiaçı mənzilini MTK sədrinin əli ilə zəbt etmişdir. İddiaçı Nur MTK ilə xx.xx.2010-cu il tarixdə qanuni şəkildə mənzil tikintisi haqqında müqavilə bağlamış və dəyərini tam ödəməklə Bakı şəhəri Binəqədi rayonu X13 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilini əldə etmişdir. İddiaçı qanuni şəkildə aldığı mənzildə yaşayıb-yaşamaması nə MTK sədrinə nə də, X5 əsas vermir ki, mənzili qanunsuz yollarla zəbt etsinlər, İddiaçı əmlakını mənimsəsinlər. Əmlakın mənimsənilməsi cinayətdir. MTK sədri və X9 bilərəkdən təqsirli hərəkətləri ilə əmlakı mənimsəmiş, bu fakt iddiaçıya MTK-dan mənzilini təhvil verməyinə dair müraciətinə rəsmi cavabında məlum olmuş və İddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X4 ondan əvvəl dəyərini tam ödədiyi mənzilini MTK-dan tələb etdiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Nur MTK mənzilə dair hər hansı bir bildiriş göndərməmişdir. Mənzilin ona məxsus olması haqqında müqaviləyə imza atan MTK-nın sədri məlumatlı idi və onun mənzil in alınması ilə bağlı X7 məlumatlandırması və ya məlumatlandırmaması iddiaçı olaraq ona maraqlı deyildir. Belə ki, X9 ona dəymiş ziyanı MTK-dan tələb etməli və mənzili tərk etməlidir. Bundan əlavə mənzilin tikintisinin başa çatması barədə İddiaçı MTK tərəfindən hər hansı bir rəsmi məlumat verilməmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2010- cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu X13 küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasında 55 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilədən də göründüyü kimi, mənzil tikilməkdə olarkən dəyəri İddiaçı tərəfi ndən tam ödənilsə də, MTK sədri mənzilin tikilib qurtarması barədə heç bır məlumat verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda 55 nömrəli mənzilin binada təmir-bərpa işləri qarşılığında İddiaçı adına rəsmiləşdirilməsi və sonradan İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılması qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mənzilin İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılması qənaətini qəbul etmir. Birincisi əgər belə bir razılıq olmuşdursa həmin idarə sübutu məhkəməyə təqdim etməli idi, ikinci tərəfdən isə əgər belə bir razılıq olmuşsa MTK həmin süb utu məhkəməyə təqdim etməlidir. Neçə aydır davam edən prosesdə MTK razılığa dair heç sübut təqdim edə bilməmiş, yalnız İddiaçı sahibliyində olan əmlakı X5 qanunsuz olaraq verilməsini təsdiqlədiyi müqaviləyə köklənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırkı mübahisədən göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququn u əldə etmişdir. Belə olan halda Cavabdeh MTK-nın mülkiyyətində olmayan əşya barədə sərəncam verməsi 3 ay keçdikdən sonra həmin mənzil barədə X9 ilə xx.xx.2010-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin bağlanması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Hazırki iş üzrə İddiaçı tərəfindən 55 nömrəli mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh MTK mənzili alıcıya verməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə X5 verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin, ödənilən vəsaitin və digər xərclərin ödənilməsi barədə mülki qan unvericiliyə uyğun olaraq tələb irəli sürə bilər. Ona görə də iddianın təmin olunmasına dair qətnamə çıxarılması xahiş olunur.
18. Cavabdeh MTK-nın sədri Nümayəndə İddiaçı iddia ərizəsini qəbul etməyib, iddiaçı İ.T.Heydərovun iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, 4 ildir MTK-nın sədri vəzifəsində işləyir, bu müddət ərzində iddiaçı gəlib 55 saylı mənzili ondan tələb etməmişdir. İddiaçı MTK-da təmir-tikinti işləri ilə məşğul olmuş və ona bu işin müqabilində əvvəl 55 saylı mənzil verilmiş, lakin iddiaçı sahəsi böyük olduğu üçün 53 saylı mənzili tələb etmiş və ona 53 saylı mənzil verilmişdir. 55 saylı mənzilə dair müqavilənin iddiaçıda qalmasının səbəbi ona məlum deyildir. İddiaçı gördüyü işlərə görə mənzildən başqa ümumi sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsi verilmiş, bir il əvvəl iddiaçı həmin sahəni satmışdır. X9 11 ildir 55 saylı mənzildə yaşayır, bütün qonşular İlyası tanıyır və mənzil ilə bağlı MTK-ya heç bir borcu yoxdur. İddiaçı məhkəməyə müraciət etməmişdən bir ay əvvəl müştəri ilə MTK-ya gəlib ona verilən, qızının 10 ilə yaxın yaşadığı 53 saylı mənzili satmışdır. MTK-nın iddiaçıya borcu yoxdur. Ona görə də İddiaçı iddia ərizəsinin rədd edilməsinə, 3-cü şəxs X4 iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X9 iddia müddətinin tətbiqi haqqında ərizə verərək göstərmişdir ki, qaldırılmış iddia tələbinin heç bir əsası mövcud deyildir. Mübahisəli mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Bu müddət ərzində həmin mənzillə bağlı heç bir iddia və heç bir mübahisə olmamışdır. Əgər həqiqətən həmin müqavilə əsaslı və real müqavilə idisə bu müddət ərzində iddiaçı nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailəyə müraciət etməmiş və ya MTK- ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. İddiaçının mənzili tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. O, nəinki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini keçirmişdir. Ona görə də İddiaçı cavabdeh Nur MTK- ya qarşı mənzilin təhvil verilməsinə dair iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Mübahisə predmeti barəsində müstə qil tələblər irəli sürən 3-cü şəxs X9 məhkəməyə təqdim etdiyi yazılı etirazını isə onunla əsaslandırmışdır ki, iddiaçıda Nur MTK ilə aralarında mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixli müqavilənin və maliyyə arayışının olması hələ iddiaçı ilə MTK arasında həmin tarixdə mübahisəli mənzilə dair müqavilənin bağlanmasına və iddiaçının həmin mənzilin ilkin alıcısı olmasına dəlalət edə bilməz. Belə ki iddiaçı özü hazırkı mübahisə üzrə məhkəmə iclasında vermiş olduğu izahatında faktiki olaraq həmin mənzili almadığını, MTK ilə aralarında xidmət göstərilməsindən irəli gələn borc münasibətləri olduğundan, həmin borcun ödənilməsinin təminatı olaraq onunla belə bir müqavilə bağlandığını, lakin, sonradan borcu ödənilmədiyindən hazırki iddianı qaldırdığını, mübahisəli mənzildə digər şəxslərin ya şamasından hələ 2014-cü ildən xəbərdar olduğunu bildirmişdir. Nur MTK tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda MTK-da iddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının aşkar edilmədiyi bildirilmişdir. İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə tərəflər özlərini kooperativ və payçı qismində tanımışdır. Müqavilə subyektlərinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri məhz kooperativ və payçı olaraq münasibətlərə girməsi, buna uyğun hüquq və vəzifələr müəyyən edən müqavilə bağlamaları iddiaçının özünün məhkəmə verdiyi izahatları ilə şübhə altına alınır. Göründüyü kimi iddiaçı ilə MTK arasında tərəflərin iradəsi aralarında mənzilin satılmasına və onun pay dəyərinin ödənilməsinə dair müqavilə bağlanmasına yönəlməmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, borcun ödənilməsinin təminatı müqaviləsi kimi qiymətləndirilməsi barədə nəticəyə gəlinməlidir. Bundan başqa, iddiaçı əsaslandığı xx.xx.2010-cu il tarixli müqavilə üzrə də tələb hüququnu irəli sürmək üçün qanunvericiliklə nəzərdə tutulmuş ən yuxarı iddia müddəti olan 10 illik iddia müddətini də tam ötürmüşdür. Mübahisəli mənzil fərdi müəyyən əşyadır və həmin mənzil xx.xx.2010-cu il tarixli müqavilə əsasında hələ 2013-cü ildə X5 təhvil verilmiş, sonuncu mənzili təmir edərək uzun illərdir ki, ailə üzvləri ilə orada yaşayır. İddiaçı özü də etiraf etmişdir ki, 2014-cü ildən mübahisəli mənzildə digər şəxslərin yaşamasından xəbərda r olmuş, lakin, məqsədi mənzil deyil, borcunun qaytarılması olduğundan, buna əhəmiyyət verməmişdir. Mənzilin hal-hazırda İ.T.Heydərovun istifadəsində olması işin mübahisəsiz halıdır. Ona görə də İddiaçı Nur MTK-ya və X5 qarşı xx.xx.2010-cu il tarixli müqavilə əsasında pay dəyəri tam ödənilmiş və Bakı şəhəri Binəqədi rayonu X13 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A giriş, XİV mərtəbəsində ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilindən X4 və onunla yaşayan digər şəxslərin çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)700/2023 nömrəli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı iddia ərizəsinin təmin edilməməsi, müb ahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X4 iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı dövlət rüsumuna görə 100 manatın X4 xeyrinə tutulması qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə MTK arasında xx.xx.2010-cu il tarixli müqavilə bağlanarkən tərəflərin niyyəti MTK tərəfindən inşa edilən mənzilin satılması deyil, İddiaçı Cavabdeh MTK-da gördüyü işlərə görə sonuncunun ödənilməmiş qalan borcunun rəsmiləşdirilməsi olmuş, bu səbəbdən də MTK 3 aydan sonra həmin mənzili İ.T.Heydərova satmış, tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qohumunun 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 say lı mənzilə dair heç bir tələb irəli sürməmişdir.
23. Məhkəmənin qənaətinə görə xx.xx.2010-cu il tarixli müqavilənin yalan əqd olması müəyyən olunduğundan, yalan əqd olması öz təsdiqini tapan xx.xx.2020-cu il tarixli müqavilə üzrə İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X5 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından İddiaçı iddia ərizəsi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs İ.T.Heydərovun iddia ərizəsi isə təmin edilməlidir.
24. Məhkəmə İddiaçı iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı 3-cü şəxs İ.T.Heydərovun ərizəsinə münasibət bildirib qeyd etmişdir ki, bağladığı əhəmiyyətsiz əqd üzrə heç bir hüququ yaranmayan İddiaçı hüququnun pozulması da mümkün olmadığından ərizənin təmin edilməsi qeyri-mümkündür. Belə ki, b aşqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilmir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71ci, 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 340-cı maddələrinə, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı apellyasiya şikayəti ver ərək qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 55 nömrəli mənzilin əvəzinə 53 nömrəli mənzilin verilməsinə dair hər iki müqavilədə heç bir şərt mövcud deyildir. İddiaçı ilə bağlanmış müqavilə MTK üçün konkret hüquq və vəzifələr yaratmışdır. Həmin müqavilə əsasında əşyanı payçıya verəcəyi, payçı isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəyəcəyi haqqında razılaşmışlar. İddiaçı müqavilə əsasında mənzilin dəyərini tam ödədiyi üçün MTK-nın mənzil üzərində hüquqlarına xitam verildiyindən və bununla belə mənzili təhvil vermədən 3 ay sonra həmin mənzili başqasına qanunsuz olaraq satmışdır. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin standart şərtləri təfsir edilərkən r ast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş Cavabdeh MTK-nın ziyanına (əleyhinə) təfsir edilməlidir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin standart şərtləri əvvəlcədən razılaşdırılmışdır. Bununla yanaşı əvvəlcədən müəyyənləşdirilmiş şərtlərdən fərqlənən şərtlər həmin şəxslər tərəfindən müəyyənləşdirilməli olunduğundan və müqaviləyə sonradan belə bir şərtlər əlavə olmadığından xx.xx.2010-cu il tarixli müqavilənin şərtləri qüvvədədir. Müqavilənin ləğv edilməsinə dair MTK heç bir sübut təqdim edə bilməmişdir. Müqavilənin etibarsızlığını MTK qoya bilərdi. X4 müqavilənin etibarsızlığına dair iddianın qaldırması üçün subyektiv hüququ yoxdur. Belə ki, 08 sentyabr 2010-cu il tarixində mənzil tikintisi haqqınd a müqavilə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmışdır və müqavilə tərəfləri onlardır. X9 3 ay sonra MTK ilə müqavilə bağladığından İddiaçı qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. MTK sədri və nümayəndəsi hər iki tərəf ilə müqavilənin bağlanmasında iştirak etməmişdir. Eyni zamanda İddiaçı ilə 08 sentyabr 2010-cu il tarixdə bağlanmış müqavilənin mövcudluğunu şübhə altına ala bilməz. Həmin müqavilənin MTKnın arxivində olmaması barədə formal mülahizələri qəbul edilə bilməz. Əgər arxivdə yoxdursa bu MTK-nın problemidir və onu idarə edən şəxslərin səhlənkarlığı ucbatından İddiaçı mənzilə olan sahiblik və istifadə hüququndan məhrum ola bilməz. Məhkəmədə bu məsələlərə dair İddiaçı vəkili və nümayəndəsi aydınlıq gətirilməsi xahiş olunsa, belə mümkün olmamışdır. Məhkəmə ümumiy yətlə MTK-da arxiv sənədlərinin necə saxlanması və qorunmasını və buna dair hər hansı bir sübutları tələb etməmişdir. MTK sədri məhkəmədə qeyd edir ki, İddiaçı eyni blokda başqa mənzili olmuşdur. İddiaçı məhkəmədə izahatında bildirmişdir ki, onun ünvan 1 ünvanında tikilməkdə olan binada A bloklu, 14-cü mərtəbədə ümumi sahəsi 105 kv.m 55 №-li mənzildən başqa bir mənzili olmamışdır. Bundan əlavə eyni blokda qohumun yaşaması, İddiaçı həmin mənzildən sahiblik və istifadə hüquqlarına xitam vermir. Cavabdeh MTK-nın sədri Nümayəndə məhkəməyə həqiqətə uyğun olmayan izahatlar vermiş və məhkəmə onun izahatını sübut kimi qəbul edərək qiymətləndirmişdir. MTK-nın sədri İddiaçı ilə bağlanmış müqaviləni saxta hesab edir və onun saxtalığını sübut edə bilmir. Həmin müqavilə necə saxta ola bilər ki, X9 ilə bağlanmış müqaviləyə də eyni şəxs imza atmışdır. Məhkəmə bu faktı araşdırmamışdır.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 15 noyabr 2023-cü il tarixli, 2(103)-4891/23 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-700/2023 nömrəli qətnaməsi qismən – “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X4 iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab olunması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, mübahisə predmeti b arəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 həmin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqavilə qismən - İddiaçı verilməli olan ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin nömrəsinin 55 saylı olması ilə bağlı hissədə etibarsız hesab edilməsi, X4 müvafiq iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair iki müqavilə bağlanmışdır. Birinci müqavilə 08 sentyabr 2010-cu il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanm ışdır. Müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının A blokunun, 14-cü mərtəbəsində yerləşən sahəsi 105 kv.m. olan 3 otaqlı 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 52500 manat mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilin pay dəyəri olan 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir. İkinci müqavilə isə 11 dekabr 2010-cu il tarixdə Cava bdeh MTK ilə X9 arasında bağlanmışdır. Müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş Cavabdeh MTK tikilməkdə olan binasının A blokunun, XİV mərtəbəsində 3 otaqlı sahəsi 105 kv.m. olan 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 52500 ABŞ dolları olan mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilinin pay dəyəri olan 52500 ABŞ dolları payçı X9 tərəfindən tam ödənilmişdir. Göründüyü kimi müqavilə mahiyyət etibarı i lə podrat müqaviləsidir. Çünki Cavabdeh MTK mübahisəli mənzili inşa edərək X5 təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Hazırkı işdə də X9 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh MTK-ya ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə üçüncü şəxsin iddiası əsaslıdır.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı mənzildən çıxarılması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, işin mübahisəsiz halına görə həmin mənzil X1. Həmin sahiblik isə qanunsuzdur. Çünki mübahisəli mənzilə dair ilk öncə 08 sentyabr 2010-cu il tarixdə iddiaçı ilə müqavilə bağlanmış, daha sonra isə həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən 11 dekabr 2010-cu il tarixdə həmin mənzil üçüncü şəxs X2. Göründüyü kimi Cavabdeh MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla X9 ilə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilə dair hissədə müqavilə bağlamışdır.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh MTK mübahisəli mənzili həm iddiaçıya, həm də üçüncü şəxsə təhvil vermək barədə öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Mülki Məcəllənin 452-ci maddəsində “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Bundan başqa İlyas Heydərov həmin binada təmir-tikinti işlərinə başl ayaraq mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. İ.T.Heydərov kommunal xidmətlərlə əlaqədar bir sıra dövlət müəssisə və orqanları ilə uzun müddətdir müqavilə bağlayaraq işıq, su, istilik və digər xidmətlərdən istifadə edir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində göstərilmişdir ki, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tikinti etapı və müddəti ilə payçı tanışdır. Müqavilənin bəndlərindən də göründüyü kimi iddiaçı sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən mənzili təhvil almalı idi. Lakin iddiaçı nəinki, bunu etməmiş, 12 il müddətində bunu tələb belə etməmişdir. Həmçinin tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qızının ailəsi ilə birlikdə yaşadığı 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçının məhz həmin mənzili tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın isə heç bir əsası yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hal-hazırda mənzilin üçüncü şəxsin istifadəsində olması işin mübahisəsiz halıdır və iddiaçı üçüncü şəxs X4 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
33. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız olması ilə bağlı isə qeyd etmişdir ki, mülki-hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barəd ə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özüözlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə bir yanaşma birbaşa Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. No rmadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası qismən əsaslı olaraq İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilə ümumilikdə etibarsız hesab edilməli deyil, yalnız müqavilənin 55 saylı mənzilə dair hissəsi etibarsız hesab olunmalıdır. Belə ki, ümumilikdə müqavilənin etibarsız hesab edilməsi onun bütün şərtlərini də əhəmiyyətsiz edir ki, bu halda iddiaçının hüquqlarının pozulmasına və məhz sözügedən mənzilin əldə edilməsinə yönələn tələbinin aradan qalxması ilə yanaşı müqavilə üzrə gələcəkdə irəli sürə biləcəyi bütün tələblərinin mövcudluğunu ortadan qaldırır.
35. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərb aycan Respublikası Mülki Məcəllənin 5.3, 385.1, 389.1, 404.1, 404.2, 405.1, 425.1, 425.1, 425.2, 442, 448.1, 452.1, 752.1,762.1-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh MTK kassasiya şikayəti verərək qətnaməsinin qismən – müstəqil tələb irəli sürən şəxsin iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, əqdin bütövlükdə etibarsız hesab edilməsi, şəxsin hüquqlarını pozur. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hi ssəsi daxil edilmədən də bağlana bilərdi. Müqavilənin predmeti müqavilənin mühüm şərtidir. Predmet barədə razılıq olmadan müqavilə bağlana bilmədiyindən, əqd hissəvi deyil, bütövlükdə etibarsız hesab edilməli idi. xx.xx.2010-cu il tarixli müqavilə tərəflərin həqiqi iradəsini ifadə etmir. Müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. xx.xx.2010-cu il tarixli müqavilə bağlanılarkən tərəflərin niyyəti Cavabdeh MTK tərəfindən inşa edilən mənzilin satılması deyil, İddiaçı Cavabdeh MTK-da gördüyü işlərə görə sonuncunun ödənilməmiş qalan borcunun rəsmiləşdirilməsi olmuşdur. Bu səbəbdən də MTK 03 aydan sonra həmin mənzili İ.T.Heydərova satmış, tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qohumunun 53 saylı mənzili yerləşən İddiaçı 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdi r. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Təvəkkül oğlunun Cavabdeh MTK tərəfindən ünvan 7 ünvanında inşa edilən kooperativ binada apardığı təmir-bərpa işləri qarşılığında MTK tərəfindən xx.xx.2010-cu il tarixli müqavilə əsasında binanın A bloklu 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 105 m2 ölçüdə olan 55 nömrəli mənzil onun adına rəsmiləşdirilmiş, sonradan həmin mənzil İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılmışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4891/2023 saylı qətnaməsinin 11-ci bəndi ) İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahat, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Ba ş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu, 55 saylı mənzillə qonşuluqda yerləşən mənzildə iddiaçının qızının yaşaması, yalnız iddiaçının qızının həmin mənzili satdıqdan sonra bu iddianı qaldırması, 12 ildən çox müddət ərzində heç bir hərəkət etməməsi iddiaçının hər hansı maraq və mənafelərinin pozulmamasını, müqavilənin saxta yalan əqd olmasını göstərən çoxsaylı dəlillərdən yalnız bir qismidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Müqavilənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
42. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqa vilə sayılır;
43. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
44. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır;
45. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır;
46. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqav ilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır;
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
48. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər;
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
51. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda arad an qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir;
52. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;
53. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
56. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. A pellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
61. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Qətnamədən kassasiya şikayəti verən cavabdeh tərəfindən məhkəmə qətnaməsi qismən mübahisələndirdiyindən məhkəmə aktı mübahisələndiri lən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, gəlinən nəticə əsaslı olmamışdır. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında cavabdehin iddiasının tam təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
66. İddiaçının iddia tələbinin rədd, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, 3-cü şəxsin iddiasının qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hal -hazırda mənzilin üçüncü şəxsin istifadəsində olması işin mübahisəsiz halıdır və iddiaçı üçüncü şəxs X4 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
67. Bundan başqa apellyasiya məhkəməsinin qənaətinə görə ümumilikdə müqavilənin etibarsız hesab edilməsi onun bütün şərtlərini də əhəmiyyətsiz edir ki, bu halda iddiaçının hüquqlarının pozulmasına və məhz sözügedən mənzilin əldə edilməsinə yönələn tələbinin aradan qalxması ilə yanaşı müqavilə üzrə gələcəkdə irəli sürə biləcəyi bütün tələblərinin mövcudluğunu ortadan qaldırır.
68. Apellyasiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 443.1, 452.2, 435-ci maddələrinə istinadən qeyd etmişdir ki, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır
69. Ona görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası qismən əsaslı olaraq İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin ümumilikdə etibarsız hesab edilməsi deyil, yalnız müqavilənin 55 saylı mənzilə dair hissəsi etibarsız hesab olunmalıdır.
70. İş materialları ilə müəyyən edilir ki, iddiaçı A.T. Əliyev Cavabdeh MTK-da gördüyü işlərin dəyərinə görə Cavabdeh MTK ilə mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilə bağlamış, müqavilədə qeyd olunan 52500 manatı MTK-ya ödəməmiş, əksinə MTK-nın ona borcu olmuş, daha sonra mənzilin başqasına satılmasını bilmiş, uzun müddət MTK-dan mənzili tələb etməməsinin səbəbi isə mənzilin başqa şəxsə satılmasını bilməsi, MTK tərəfindən ona təklif edilən, borcun qaytarılmasını gözləməsi təklifi ilə razılaşması olmuşdur.
71. Göründüyü kimi xx.xx.2010-cu il tarixli müqavilə bağlanarkən tərəflərin niyyəti MTK tərəfindən inşa edilən mənzilin satılması deyil, İddiaçı Nur MTK-da gördüyü işlərə görə sonuncunun ödənilməmiş qalan borcunun rəsmiləşdirilməsi olmuş, bu səbəbdən də MTK 3 aydan sonra həmin mənzili İ.T.Heydərova satmış, tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qohumunun 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin tam etibarsızlığının iddiaçının hüquqlarının pozulmasına və sözügedən mənzilin əldə edilməsinə yönələn tələbinin aradan qalxması ilə yanaşı müqavilə üzrə gələcəkdə irəli sürə biləcəyi bütün tələblərinin mövcudluğunu ortadan qaldırılması ilə nəticələnəcəyini qeyd etsə də, hüququn məhdudlaşdırılmasının nədən ibarət olmasını, gəldiyi nəticəni əsaslandırmamışdır.
73. Belə ki, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Müqavilənin predmeti müqavilənin mühüm şərtidir. Predmet barədə razılıq olmadan müqavilə bağlana bilməd iyindən, əqd hissəvi deyil, bütövlükdə etibarsız hesab edilməlidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin əslində mübahisəli mənzilin alqı-satqısı niyyəti ilə bağlanmaması, ümumiyyətlə tərəflər arasında mənzil alqı-satqısına dair sövdələşmənin olmaması, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməməsi, iddiaçı tərəfindən görülmüş işlərə görə MTK-nın iddiaçıya borclu olması, bu əsasla da müqavilənin formal bağlanması sübut oldunduğundan, mübahisələndirilən əqdin yalnız mübahisə predmeti olan mənzilə münasibətdə etibarsız hesab edilməsi, başqa sözlə MTK-nın müqavilə üzrə iddiaçı qarşısında ona mənzil təhvil verməsi ilə bağlı öhdə liyinin saxlanması düzgün nəticə olmamışdır. Belə olan halda, kassasiya şikayəti təmin edilməli, qətnamə üçüncü şəxsin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə iddianın tam təmin edilməsi, yəni, iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə dair yeni qərar qəbul edilməlidir.
75. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli 2(103)-4891/2023 qətnaməsi qismən, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-700/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sü rən üçüncü şəxs X4 həmin iddia tələbinin qismən təmin olunması, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqavilənin qismən etibarsız hesab edilməsi” hissələrində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010cu il tarixli müqavilə etibarsız hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.