Məhkəmə qərarları › İş №2(102)-1968/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1968/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1968/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2694/2021 saylı qətnaməsindən İddiaçı qız tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər ardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2000 ABŞ dolları və 900 manat, Cavabdeh2 isə 21000 manat borcun, 5000 manat mənəvi ziyana görə təzminatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh2 7400 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. Qətnaməd ən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2694/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi, Cavabdeh2 İddiaçı xeyrinə 7300 manat pulun tutulması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 5000 manat pulun tutulması qət edilmiş, qətnamə iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilməklə Cavabdeh2 7400 manat məbləğdə pulun tutulub ona ödənilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavədə isə Cavabdeh1 2000 ABŞ dolları və 800 manat, Cavabdeh2 isə 10000 manat borcun tutulmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Prosessual məsələlər

7. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

8. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlə rlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhk əməsinə qaytarılmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

12. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasi ya şikayəti verilə bilər.

13. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi b u tələblərə tam əməl etməmişdir. Belə ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Çünki iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 7400 manat məbləği mübahisələndirməmişdi və apelyasiya şikayəti verməmişdi. Hazırda isə apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan 5000 manat məbləğlə razılaşmır. Yəni mübahisələndirdiyi hissədə iddianın məbləği artıq 2400 manat təşkil edir.

15. İddiaçının kassasiya şikayətinə əlavədə Cavabdeh1 2000 ABŞ dolları və 800 manat, Cavabdeh2 isə 10000 manat borcun tutulmasını tələb etməsi də vəziyyəti dəyişmir. Çünki iddiaçı tələbin 7400 manat məbləğində təmin edilməsi ilə razılaşdığına və iddianın təmin olunmayan hissəsi apelyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmadığın a görə, iddiaçı həmin hissəni kassasiya icraatında mübahisələndirə bilməz.

16. Qətnamənin mübahisələndirilən hissəsində iddianın məbləği 5000 manatdan az olduğuna görə Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. İddiaçının kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, kassasiya instansiyası məhkəməsinin icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.

17. Çünki kassasiya qaydasında baxmaq üçün prosessual əsasların ol maması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 417.1.7 və 408.1.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2694/2021 saylı qətnaməsindən İddiaçı qız tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mül ki Kollegiyasının 27 mart 2022-ci il tarixli, 2(102)-1968 saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar