Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1969/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1969/22 (Açar sözlər: əsassız varlanma) Bakı şəhəri, 26 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3675/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 VAZ 21099 markalı, **-VG-*** qeydiyyat nişanlı avtomobili almaq məqsədilə Cavabdeh 5100 manat vermişdir. Bununla bağlı, İddiaçı1 16.05.2020-ci il tarixdə 9 ay 1 gün müddətinə, 17.02.2021-ci il tarixədək ƏV-Vİl 284371 nömrəli etibarnamə vermişdir. Lakin, həmin etibarnamə avtomobilin mülkiyyətçisi Cavabdeh tərəfindən ləğv edilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1045/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X3 və Cavabdeh qarşı alqı-satqı faktının baş tutması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, X1 İddiaçı1 qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, X2 məxsus VAZ 21099 markalı, 90-VG369 qeydiyyat nişanlı avtomobilin İddiaçı1 alınaraq X2 verilməsi qət edilmişdir.
3. Nəticədə İddi açı1 5100 manat məbləğində əmlakından məhrum olmuş, Cavabdeh isə onun hesabına əsassız varlanmışdır. İddiaçı1 avtomobil üçün ödənilmiş pulun qaytarılması məqsədilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması ilə bağlı ödənilmiş 5100 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, avtomobilin alınması ilə bağlı 5100 manat məbləğində pul verərək avtomobili alsa da, faktiki olaraq avtomobilinə mülkiyyət hüququnu həyata keçirməkdən məhrum olmuşdur. 6. 01.06.2021-ci il tarixli, 236 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən, İddiaçı1 iddia ərizəsinin yazılması ilə bağlı Quba “ASAN” Vəkil bürosu tərəfindən hüquqi yardım göstərilmiş, 108039 saylı qəbzə əsasən, İddiaçı1 tərəfindən Quba “ASAN” Vəkil bürosuna 50 manat ödəniş edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, maşın alqı-satqısı ilə məşğul olur. 2021-ci ildə Orxan adlı şəxsdən 4000 manata VAZ 21099 markalı, **-VG-*** qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan onu 1200 manat məbləğində təmin etdirmişdir. Sonradan, həmin avtomobili 5100 manata Romik adlı şəxsə satmışdır. Bundan sonra, notariusda İddiaçı1 adına etibarnamə vermişdir. Etibarnamənin ləğv olunmasında onun heç bir günahı yoxdur. Bəlkə də Elməddin və Orxan adlı şəxslər əlbirdirlər. Bu səbəbdən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5459/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı1 xeyrinə 5100 (beş min yüz) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Cavabdeh iddiaya etirazını iddiaçıya verilmiş etibarnamənin ləğv edilməsində təqsirinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının dəlilini qəbul etməmişdir. Belə ki, Mülki Məcəllənin əsassız varlanma haqqında müddəalarında hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş – varlanmış şəxsin əldə etdiklərini qaytarmaq üçün təqsirinin olması zəruri hal kimi nəzərdə tutulmamışdır. Deməli, məhrumolana dəymiş ziyanın əvəzinin ödənilməsi üçün əsassız varlanan şəxsin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 5100 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməlidir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091, 1092 və Mülki Prosessual Məcəllənin 4.1, 119.1, 121.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh həm in qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, maşın alqı-satqısı ilə məşğuldur. 2021-ci ildə Orxan adlı şəxsdən 4000 manata VAZ 21099 markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan 1200 manat xərc çəkib maşını təmir etdirmişdir. Sonradan həmin avtomobili təcili şəkildə pul lazım olduğundan 5100 manata iddiaçı Romikə satmışdır. Bundan sonra notariat kontorunda onun adına etibarnamə vermişdir. Etibarnamənin ləğv olunmasından onun xəbəri olmamışdır. O, aralarında olan razılaşmaya əməl edərək, maşını iddiaçıya satmış və ona 16 may 2020-ci ildə etibarnamə vermişdir. Yəni, üzərinə düşən öhdəliyi icra etmişdir. 08 iyun 2020-ci ildə isə Elməddin adlı şəxs etibarnaməni ləğv etdirmişdir. Belə olan halda, iddianın təmin olunması və 5100 manat pulun ondan tutulması tamamilə qanunsuz və əsassızdır. İddiaçı ona verdiyi etibarnamə əsasında maşını öz adına sənədləşdirməmişdir. Avtomobil ondan alındıqdan sonra isə, ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, qanunun tələbinə əməl etmişdir. Hazırkı vəziyyətdə iddia tələbinə cavab verən şəxs o yox, Elməddin Əliyevdir. Çünki qeyd etdiyi kimi etibarnaməni o, ləğv etdirib. Məhkəmə bunları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3675/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi – G.Tağızadə, hakimlər – L.Məmmədova və T.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsini n 2(060)-5459/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Çünki, hazır ki vəziyyətdə əsassız varlanmamış, əsassız olaraq ziyana düşmüşdür. Hazırki iş üzrə cavabdeh əslində Elməddin Əliyevdir. Elməddin Əliyevə qarşı iddia qaldırılmalı idi, çünki, etibarnaməni o ləğv etdirib. Onun əməllərində cinayət tərkibi də vardır. Ona görə də, Elməddin Əliyev barəsində xüsusi qərardad çıxarılmalı idi. Kassasiya şikayətində Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091, 1092 və Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 54.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaql a, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırki kas sasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, iddiaçı avtomobili cavabdehdən 5100 manat ödəniş etməklə alsa da, avtomobil nasaz olduğundan həmin avtomobili idarə edə bilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə avtomobil ondan alınmış, beləliklə, o həm avtomobildən, həm də avtomobil üçün ödədiyi puldan məhrum olmuşdur.
32. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırılması ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır. Belə k i, məhkəmələr əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə idianı təmin etmişlər. Həmin normanın dispozisiya şərtləri işin hallarına uyğun gəlir. Cavabdeh özünün mülkiyətində olmayan (etibarnamə əsasındla sahibiliyində olan) avtomaşını iddiaçıya 5100 manata satmış, həmin vəsait mülkiyyətçiyə verilməmiş, cavabdedə qalmış, sonradan avtomaşının mülkiyyətçisinin tələbi ilə avtomaşın iddiaçıdan geri alınmışdır. Göründüyü kimi iddiaçının vermiş olduğu vəsait cavabdehdə qaldığı üçün varlanan şəxs odur. Belə varlanma üçün nə qanuni və nədə müqavilə əsası olmamışdır. Çünki, etibarnamə bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Belə vəkalət avtomaşını sataraq dəyərini özünə saxlamağa əsas vermir. Vəkalət əsasında çıxış edən vəkalət v erənin adından çıxış edir, əşyanın əvəzi olaraq aldıqlarını vəkalət verənə verməlidir. Hazırkı işdə cavabdehin aldığı vəsaiti avtomaşının mülkiyyətçisinə vermədiyini cavabdeh özü etiraf etmişdir. Ona görə əsassız varlanmadan irəli gələn maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
33. Cavabdehin nəzərinə çatdırılır ki, o, avtomaşını həmin qaydada başqa şəxsdən satın aldığını israr edirsə, hazırkı qətnamə cavabdehin də eyni qaydada avtomaşını aldığı şəxsə qarşı iddia irəli sürməsini istisna etmir. Hazırkı işdə belə bir tələb olmadığı üçün həmin halların araşdırılmasına zərurət olmamışdır.
34. Kollegiya əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlayır. Ona görə həmin dəlil keçərli deyil. Nəzərə almaq lazımdır ki, işin faktiki halları ilə bağlı sübutlar işə mahiyyəti üzrə baxan məhkəməyə verilməlidir. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş in materiallarına uyğun olsun.
36. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§21-§23) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3675/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İsmayıl Xəlilov Ələsgər Əliyev Mehparə Əhmədova