Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1975/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə 25.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-748/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıla rı müəyyən etmişlər:
2. İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1028/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.
3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin (bundan sonra – Bələdiyyə) 552 nömrəli, 20 oktyabr 2007-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq, 6-cı mikrorayonun qərb hissəsində Bələdiyyənin 460 nömrəli, xx.xx.2010cu il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 100 kv.m torpaq sahəsinə bitişik, əlavə istifadə etdiyi 150 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün cizgiyə uyğun olaraq vətəndaş İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-115 16/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bələdiyyəyə qarşı “nikah dövründə əldə edilmiş əmlakın bolunməsi” barədə iddia tələbi qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş Bələdiyyənin 460 nömrəli, xx.xx.2007-ci il tarixli və 552 nömrəli xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın (bundan sonra – mübahisəli əmlak) ½ hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi və həmin paylara uyğun Cavabdeh və İddiaçı adlarına bələdiyyə qərarlarının verilməsi Bələdiyyəyə həvalə edilməsi qət edilmişdir.
5. Bələdiyyənin xx.xx.2015-ci il tarixli, 41 nömrəli qərarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş mübahisəli əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, 250 kv.m torpaq sahəsinin 125 kv.m hissəsi vətəndaş Cavabdeh adına rəsmiləşdirilməsi, Bələdiyyənin 460 nömrəli, xx.xx.2007-ci il tarixli və 552 nömrəli, xx.xx.2007-ci il tarixli qərarlarının ləğv edilməsi, ayrılmış torpaq sahəsinin sanitar-texniki və digər normativ tələblərə uyğun saxlanılmasının vətəndaş Cavabdeh tapşırılması, torpağın naturada hər payın ½ hissəsi (125 kv.m) olmaqla bölünüb verilməsi Mülkiyyətin idarə edilməsi şöbəsinə həvalə edilməsi və qanunv ericiliyə uyğun olaraq, müvafiq uçot sənədlərində qeydlərin aparılması “Ümumi şöbə”yə tapşırılması qərarı alınmışdır.
6. Bələdiyyə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda mübahisəli əmlakın Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., şəhid İbrahim Sadıqlı (Sad Park 94) küçəsində yerləşdiyi qeyd edilmişdir.
7. Bələdiyyə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Bələdiyyənin xx.xx.2015-ci il tarixli 41 nömrəli qərarının 2-ci bəndinə “250 kv.m torpaq sahəsinin qalan ½ hissəsinə, yəni 125 kv.m cavabdeh İddiaçı adına rəsmləşdirilməsi” sözləri əlavə edilərək, həmin qərarda buraxılmış səhvin düzəldilməsi və xx.xx.2015-ci il tarixli, 41 nö mrəli qərarın 5-ci bəndinin ləğv edilməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iddiaçının Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayonun qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan torpaq sahəsi üzərində tikilmiş 3 mərtəbəli evə köçürülməsinin təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2013-cü il tarixdən daimi olaraq Türkiyə Respublik ası və Rusiya Federasiyasında yaşamışdır. Onun xəbəri və iştirakı olmadan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, paylara bölünmüşdür. Həmin mübahisəli torpaq sahəsinin üzərində yerləşən 3 mərtəbəli tikili sonuncunun atasının (Hacıquliyev Baba) hesabına tikilmişdir. Qətnamənin icrası ilə əlaqədar Bələdiyyənin xx.xx.2015-ci il tarixli 41 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edilən əmlak hesab edilərək cavabdehin adına, tikili olmayan boş torpaq sahəsi isə iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı daimi yaşamaq üçün Bakıya gəlmiş, lakin göstərilən problemlərlə qarşılaşmışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2941/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının mübahisəli torpaq sahəsi üzərində tikilmiş 3 (üç) mərtəbəli evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günel Abbasova).
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və evin alınmasında iddiaçının pul xərcləməsi, tərəflərin həmin evdə birgə yaşayıb, istifadə etmələri işin faktiki halları ilə, eləcə də iddiaçı tərəf in öz izahatları ilə təsdiq olunmuşdur. Belə ki, cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuz olmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün olmamışdır. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməli idi, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs akseptant mövcud olmamışdır. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün olmamışdır. Bu isə o demək dir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün olmamışdır. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdeh hesab edirsə ki, ev onun vəsaiti hesabına inşa olunmuş və ona məxsus olmuşdur, belə halda həmin şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməli idi. Ona görə də hazırkı işdə evin “cavabdehə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmamışdır.
14. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınacağı təqdirdə, iddiaçı da cavabdehlə bəra bər “mülkiyyətçipayçı” statusu əldə edəcəkdir. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək, iddiaçını evdən məhrum etmək istəmişdir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır.
15. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehlə birlikdə mübahisəli evə dair “qanuni gözləntiyə” malik hüququ olmuşdur. Mübahisəli ev müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikilmiş olsa da, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi məhkəmə aktı əsasında tərəflərin paylı mülkiyyətində olduğundan, mübahisəli ev birgə nikah dövründə tikildiyindən və gələcəkdə istinad edilən qanunvericiliyə uyğun sənədləşdirilməsi istisna edilmədiyindən, əksinə qanunverici bu halı mümkün hesab etdiyindən iddiaçının da cavabdehlə bərabər həm in əmlaka daha öncə qeyd olunan gözlənti hüququ olmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, hazırki halda cavabdeh özbaşına tikili olsa belə iddiaçının da əməyi və əmlakı hesabına əldə edilmiş mübahisəli evə dair hüquqdan suiistifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzu olunmaz nəticələrə gətirib çıxara bilər.
17. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədəmüvafiq olmuşdur.
18. Məhkəmə iddia tələbinin qalan hissəsinə m ünasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin hansı qanunsuz hərəkətlərinə son qoyulması iddiaçı tərəfindən konkret olaraq həmin hərəkətlərin nədən ibarət olması və hansı formada olması qeyd olunmamışdır.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 43, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 164, 560-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlış olaraq belə bir mövqeyə gəlmişdir ki, müb ahisəli evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və alınmasında iddiaçının pul xərcləməsi, tərəflərin həmin evdə birlikdə yaşayıb, həmin evdən istifadə etmələri işin faktiki halları ilə, habelə iddiaçı tərəfin öz izahatları ilə təsdiq olunmuşdur. Qeyd olunan mübahisəli fərdi yaşayış evi yalnız onun vəsaiti hesabına inşa edilmiş, iddiaçı həmin fərdi yaşayış evinin tikilməsinə hər hansı bir məbləğ sərf etməmişdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisə üzrə mülki işə baxarkən hazırda iddiaçının yaşamağa evinin olduğuna, hətta onun adına daşınmaz əmlakın olduğuna dair məhkəməyə tərəfindən təqdim edilmiş sübutları araşdıraraq onlara hüquqi qiymət verməmişdir. Belə ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən f ərdi yaşayış evi üzərində iddiaçının adına paylı mülkiyyət hüququ ilə ½ hissədə payı qeydə alınmışdır. Bundan başqa, qeyd olunan mübahisə predmeti olan evdə özü, iki yetkinlik yaşına çatmamış oğlu və yaşlı (ondan başqa baxanı yoxdur) anası ilə yaşamışdır. İki oğlu 10 və 11-ci sinif şagirdləri olmuş, universitetə qəbul olmaq üçün hazırlaşmış və bu da xüsusi uyğun şərait tələb etmişdir. Bundan başqa o, ağır LAM (limfoangiomiyelamatozis) xəstəsi olmuşdur. Xəstəliyindən dolayı nəfəs çatmazlığı yaşamış, bu da öz növbəsində xüsusi baxım şəraiti tələb etmişdir. İddiaçı uşaqlarının təhsil almasına əsaslı şəkildə maneə törətmiş və ona qarşı bir neçə dəfə psixoloji və fiziki şiddət tətbiq etmişdir. 10 fevral 2023-cü il tarixdə bununla bağlı 4 nömrəli Polis bölməsinə şikayət ərizəsi vermişdir. İddiaç ının mübahisəli fərdi yaşayış evinə köçüb yaşaması onun və uşaqlarının psixi və fiziki sağlamlığı üçün böyük təhlükə olacaqdır. Göründüyü kimi, qeyd olunan mübahisə üzrə işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallar nəzərə alınmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-748/2024 nömrəli mülki iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva).
23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan evin birgə nikah dövründə, tərəflərin birgə gəlirləri hesabına inşa edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən hazırda həmin hallar yenidən sübut edilmir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin nikah dövründə qazandıqları əmlak olmaqla onların ümumi mülkiyyəti olmuşdur.
25. İddiaçının mülkiyyətində digər əmlakın olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mülkiyyətində başqa əmlakın olması onun hazırkı mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etmək hüququnu məhdudlaşdırmamışdır.
26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 180, 225-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə mövcud olan sübutlar və iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər/sübutlar tam və hərtərəfli şəkildə araşdırılaraq onlara lazımi hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı tərəflər arasında mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə və kimin vəsaiti hesabına tikildiyi, bundan əlavə iddiaçının qeyd o lunan mübahisəli evə köçürülməsinə subyektiv hüququnun olubolmaması da apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar əsasında araşdırılaraq müəyyən edilməmişdir.
29. Tərəflər arasında mübahisə predmeti olan nə torpaq sahəsinin, nə də ki onun üzərində yerləşən və iddiaçının ora köçürülməsini istədiyi tikilinin hüquqmüəyyənedici sənədi, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tərəflərdən kimin adına bələdiyyə qərarı olan hissəsində inşa edildiyinə dair də hər hansı bir hüquqmüəyyənedici sənəd və ya bu barədə məhkəmə qərarı, həmin evin tərəflərin birgə nikah dövründə və tərəflərin birgə gəlirləri hesabına inşa edilməklə onların ümumi mülkiyyətində olmasına dair də nə hər hansı bir hüquqmüəyyənedici sənəd, nə də ki, bu barədə məhkəmə qərarı ol mamışdır.
30. Cavabdeh şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 217, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi s urətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdırar aq bu qənaətə gəlmişlər ki, iddiaçının köçürülməsini tələb etdiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, tərəflərin nikahı dövründə əldə edilmiş iqtisadi dəyərdir. Belə olan halda, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi tələbi əsaslıdır.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-748/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.