Məhkəmə qərarları › İş №2(102)-1976/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1976/2022

02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1976/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 2(105)-1867/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 300000 manat borc alınmasına dair əllə yazılmış 21 dekabr 2011-ci il tarixli müqavilənin, eləcə də 05 dekabr 2012-ci il tarixli Cavabdeh YYY oğlundan 300000 manat borc pul alınmasına dair Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanan 3m/1611 reyestr saylı borc müqaviləsinin borcu qaytararaq icra etdiyi üçün xitam verilməsi, bunun əsasında Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icraatında olan icra işinin ləğv olunması barədə qətnamə və Cavabdeh YYY oğlu barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 21 dekabr 2011-ci il tarixdə əllə yazmaqla Cavabdeh YYY oğlundan 300000 manat borc pul alması barədə cavabdehə qəbz vermişdir. Bundan sonra ehtiyacı olduğu üçün 05 dekabr 2012-ci il tarixdə yenə də cavabdehdən 300000 manat borc pul almış və borc müqaviləsi Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanaraq 3m/1611 sayla reyestrdə qeydə alınmışdır. Lakin sonradan münasibətləri pozulmuş, cavabdeh o nun barəsində Nərimanov rayon Polis idarəsinin 16-cı Polis bölməsinə şikayət etmişdir. Həmin vaxt o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləyirdi. Onun barəsində Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində cinayət işi qaldırılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İki dəfəyə aldığı 600000 manat məbləğində pulu ibtidai istintaq zamanı cavabdehə qaytarmışdır. Öz növbəsində Cavabdeh Baş prokurora ünvanlandığı 09.07.2014-cü il tarixli ərizəsində dəyən ziyanın onun tərəfindən tam ödənildiyini, bu barədə ona qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda zərər çəkən olaraq Cavabdeh tərəfindən imzalanmış, ona dəyən ziyanın tam olaraq ödənildiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən Cavabdeh və müdafiəçisinin dəyən ziyanın guya onun tərəfindən ödənilmədiyi barədə vəsatət verilmişdir. Cinayət işinin materiallarında Cavabdeh adından yazılmış iki ərizə vardır. Həmin ərizələrin birində ona dəyən ziyanın tam ödənildiyi, ikincisində isə ona dəyən 500000 manat məbləğində ziyanın tam ödənildiyi qeyd edilmişdir. Hökmlə zərər çəkənin iddiası baxılmamış saxlanmışdır. Cavabdeh əsassız olaraq icra qeydinin icraya yönəldilməsinə nail olmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh YYY oğluna qarşı borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli, 2(105)-3547/2019 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1352/2019 saylı, 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1354/2021 saylı, 17 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 2(105)-3547/2019 nömrəli iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(105)-1867/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(012)-1352/2019 saylı qətnaməsi 05.12.2012-ci il tarixdə İddiaçı ilə Cavabdeh YYY oğlu arasında 300000 manat məbləğində pul verilməsi barədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı X1 və Cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Məhkəmə k ollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti vermək hüququ olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, cavabdehə qarşı iddia tələbi rədd edilmişdir və işdə cavabdehin özünün təmin olunmayan hər hansı tələbi mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -403.1. bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. -408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olm ayan şəxs tərəfindən verilmişdirsə; kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 403.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci və 408.1.1-ci maddələrinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 403.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 2(105)-1867/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar