Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1977/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5201/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 734.098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, xarici ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının bu fəaliyyəti ilə bağlı Bakı şəhərində bir sıra şəxslərlə tanışlığı var. Cavabdehlərdən Cavabdeh1 ilə uzun müddətdir ki, tanışdır. 2011-ci ildə cavabdeh iddiaçıya bildirib ki, k ürəkəni, digər Cavabdeh2 idman mallarının alqı-satqısı ilə məşğul olur və xahiş edib ki, XXX iddiaçı ilə birlikdə bizneslə məşğul olsun. XXX iddiaçıdan xahiş edib ki, o, Dubaydan idman mallarını Bakı şəhərinə göndərsin, XXX da həmin malları Bakı şəhərində satsın, sonra həmin malların pulunu iddiaçıya qaytarsın, həmçinin, bu işə zamin olaraq bildirib ki, əgər birgə işdə hər hansı bir problem olarsa, XXX pulu qaytarmazsa o, öz evini, mülklərini satıb iddiaçının pullarını qaytaracaq. 2011-ci ildə XXXla birgə fəaliyyətə başladılar. İlk vaxtlarda XXXin nəzarəti altında XXX göndərilən malları sataraq pulları qaytarıb. 2011-ci ildən başlayaraq hissə-hissə olmaqla XXXa 3.159.785 ABŞ dolları məbləğində idman malları göndərib. XXX göndərdiyi malları satmaqla iddiaçıya pulların bir hissəsini ödəyib, lakin 986.000 ABŞ dolları məbləğində malın pulunu bu günə qədər qaytarmayıb. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılmış araşdırma prosesində Cavabdeh2 etiraf etdiyi borc məbləğindən ödənilməmiş 55.000 ABŞ dollarının da qaldırılmış iddia məbləğinə əlavə edilərək, cavabdehlərdən müştərək qaydada 789.098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1255/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim – R.Səmədov) iddia tələbi təmin edilərək, cavabdehlərdən müştərə k qaydada 789.098,24 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə xarici ölkədən ticarət məqsədi ilə müxtəlif vaxtlarda 3.159.785 ABŞ dolları məbləğində idman malları göndərmiş, lakin cavabdehlər iddiaçı qarşısında aldıqları mala görə ödənişə dair öz öhdəliklərini tam yerinə yetirməmişlər və hazırda iddiaçı 789.098,24 ABŞ dolları ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir, lakin cavabdehlər iddiaçıya cəmi 55.000 ABŞ dolları borclu olduqlarını etiraf edirlər. Məh kəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə cavabdehlərin iddiaçıya 55.000 ABŞ dollarından əlavə, 06.04.2019-cu il tarixə 743.098,24 ABŞ dolları, ümumilikdə isə 789.098,24 ABŞ dolları borclarının olması təsdiq olunur. Belə ki, Cavabdeh2 Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq şöbəsində verdiyi izahatında təsdiq etmişdir ki, iddiaçının mallara görə verdiyi pul təxminən 3.159.000 ABŞ dolları məbləğində olmuş, həmin məbləğdən o, iddiaçıya 2.000.000 ABŞ dolları məbləğindən artıq pulu - bir hissəsini əlbəəl, bir hissəsini isə bank köçürmələri vasitəsi ilə göndərmişdir. Məsələ İstintaq şöbəsində araşdırılarkən iddiaçıya 116.000 ABŞ dolları nağd pul vəsaiti ödəmiş və “xxxx” MMC-nin yaşayış binasında 206 kv.m sahəsi olan mənzi li ona təqdim etmişdir (mənzilin qiyməti 120.000 ABŞ dolları kimi razılaşdırılmışdır). Həmin pul vəsaitləri xxxxxx” şirkətinin hesabdan çıxarışında da ödənilmiş pul vəsaitləri kimi nəzərə alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır və öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 1091, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5201/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnamə si ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), X.Mərdanova və Z.Şirinov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin istinad etdiyi sübutlar mümkünlük, aidiyyət və mötəbərlik baxımından müvafiq sənədləşmə (müqavilə, məxaric və mədaxil qəbzləri və sair) ilə dəqiq müəyyən edilməli olan pul-mal dövriyyəsi üzrə iddia tələbini təsdiq etmir və prosessual qanunvericiliklə müəyyən edilmiş etiraf etmə proseduru istisna edilməklə, ehtimallara (izahat, ifadə və sair bu növ yanakı sübutlara) əsasən belə əhəmiyyətli məsələdə iddiaçının xeyrinə qənaətin bərqərar edilməsi suiistifadəyə şərait yar adan hal kimi yolverilməzdir. Apellyasiya şikayətlərində iddiaçının əsassız varlanma tələbi üzrə müddətə görə qüvvədən düşməsinə istinad edilməsinə isə qanuni zərurət mövcud deyil. Belə ki, bu zərurət iddianın mahiyyəti təsdiq edildiyi halda mövcud ola bilərdi. Mövcud olmayan (sübuta yetirilməyən) “əsassız varlanma”ya dair müddətin tətbiqi isə mümkünsüzdür. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmamış, mülki (prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh tərəfindən etiraf edilməmiş) qanunvericiliklə əsassız varlanma üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarını ehtimal edilən və mülki hüquqi əsası olmayan öhdəliyə tətbiq etmişdir. Məhkəmə qətnamədə Mülki Məcəllənin 21, 385-388, 399, 470, 739, 1091-ci, MPM-in 14.2, 52, 76, 77.1, 80-82, 106.2, 216, 106.2, 216, 217.3, 217.4-cü maddələrini sadalamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkillər Vəkil2 və Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, hüquq mühafizə orqanının araşdırmasına dair yazılı sübuta düzgün hüquqi qiymət verməmiş, sübutları tam və obyektiv tədqiq etməmişdir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 385.1, 442, 1091.1, 1091.2, 1092.1, MPM-nin 9.1, 14.1, 88-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh2 qeyd etmişdir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi hüquq normalarının pozulduğu və ya düzgün tətbiq edilmədiyi göstərilməmişdir. İddiaçı əsassız varlanma normalarına istinad edərək ondan pul tutulmasını tələb etsə də, Mülki Məcəllənin 1095-ci maddəsi ilə nəzərdə tutulmuş 2 illik kəsici müddəti ötürmüşdür. Belə ki, onun əsassız varlanma obyektini qaytarma tələbi 2017-ci ilin əvvəlində qüvvədən düşmüşdür (iddiaçı devalvasiyadan əvvəl, 2015-ci ildə pulun qaytarılmamasını güman etmiş, hüququnun pozulduğunu bilmişdir). Odur ki, iddia tələbi digər əsaslarla yanaşı, müddətin ötürülməsi əsası ilə də rədd edilməlidir. Etirazda həmçinin qeyd edilmişdir ki, qayınatası- iş üzrə Cavabdeh1 iddiaçı zamin kimi təqdim etsə də, əslində sonuncu ona zamin durmamışdır, sadəcə onu iddiaçıya biznes ortağı kimi tövsiyyə etmiş, onun düzgünlüyünə zamin olduğunu bildirmişdir. Bunun isə hüquqi anlamda zaminliklə əlaqəsi yoxdur. Bundan başqa, Cavabdeh1 ona zamin dursa belə, Mülki Məcəllənin 470-477-ci maddələrinin tələbləri baxımından onun zaminliyi etibarsızdır. Çünki onunla hər hansı yazılı müqavilə bağlanmamışdır. Bundan başqa, kəsici müddətin ötürülməsi səbəbindən zaminə qarşı da müddət Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələbi baxımından ötürülmüş hesab olu nmalıdır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin olunmaması xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh XXX xxxx məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq, həmçinin yazılı etirazında kassasiya şikayətinə münasibətini ifadə etdiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəmə sinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək g östərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxara rkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərlən dirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktınd a işin müəyyən edilmiş halları, məhkəmə nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnaməni ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə o lunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, mə hkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il ta rixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüqu qunun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5201/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.