Məhkəmə qərarları › İş №2(102)-1977/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1977/2023

08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1977/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, qətnamənin apellyatorun maraqlarına toxunması ilə bağlı sübutların olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması və qeydiyyat vəsiqəsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)2523/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı 19 may 2006-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 587,7 kv.metr olan (əsas sahə 573,7 kv.metr, köməkçi sahə 14, kv.metr) tikiliyə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsinə dair qətnamə çıxarılması nı xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1003/2006 saylı 09 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim A.Babayev) b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 may 2007-ci il tarixli 1MK-218/2007 saylı qətnaməsi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Asif Allahverdiyev (sədrlik edən), Qurban Abbasov, Salman Hüseynov)

5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin Bakı Ərazi İdarəsinin bundan 15 il sonra – xx.xx.2022-ci il tarixdə verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin ötməsi və müddətin bərpası barədə vəsatətin olmaması əsası ilə qeyri-mümkün hesab edilmiş və şikayətin qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin buraxılması əsası ilə kassasiya geri qaytarılmışdır.

7. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə müraciət edərək qətnamənin onun hüquq və vəzifəl ərinə toxunduğunu bildirmiş, bu əsasla iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Nərimanov Rayon Məhkəməsinin 2-1003/2006 saylı 09 iyun 2006-cı il tarixli qətnaməsindən yeni apellyasiya şikayətini elektron qaydada birinci instansiya məhkəməsinə məhkəməyə təqdim etmiş, həmin şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Depatamentinin Nəsimi rayon Mənzil Təsərrüfatı Birliyinin balansınmda olmaqla dövlət mülkiyyətində olmuş və daşınmaz əmlakın Registrində dövlət əmlakı kimi qeydiyyatdadır. Məhkəmə Dövlə xidmətini cəlb etmədən işə baxmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2523/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə işdə iştirak edən şəxs olmamışdır, belə olan halda, Əmlak Məsələləri Dövlət Xidmətinin qətnamədən işdə iştirak etməyə cəlb edilməyən və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət verməsi üçün qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən edilməli və müvafiq sübutlar apellyasiya şikayətinə əlavə olunmalıdır.

12. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi MPM-nin 364.2-ci maddəsinin tələbinə uyğun olaraq qətnamənin Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq və vəzifələrinə toxunması məsələsini yoxlamadan, bu barədə müvafiq qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Buna görə də şikayət qeyri-mümkün sayılmalı və MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməsi üçün mülki işlə birgə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 357.1, 357.2, 363.1.1, 364.2 və 366.2-ci maddələri ilə əsaslandı rmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, şikayətin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiyası məhkəməsi qərardadında göstərib ki, qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti şikayət verilməsi üçün qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğunu əsaslandırmamışdır. Halbuki apellyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlarına toxunduğu kifayət qədər əs aslandırıldığından məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və daşınmaz əmlakın dövlət Registrində dövlət əmlakı kimi qeydiyyatdadır. Həmin sahənin Dövlət Əmlak Komitəsi tərəfindən iddiaçıya icarəyə verilməsi, həmin əmlakın dövlət mülkiyyətində olması müvafiq sənədlərlə təsdiq edilir; - göstərilən hallar Nərimanov Rayon Məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə toxunan qətnamə qəbul edildiyini təsdiq etməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi həmin halları nəzərə almadan, əsassız olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətində qətnamənin onun hüquqlarına toxunduğunu əsaslandırmadığını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kass asiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 363.1.1. Apellyasiya şikayət i imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhə miyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən geri qaytararkən Əmlak Məsələləri Dövlət Xidmətinin qətnamədən işdə iştirak etməyə cəlb edilməyən və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət verməsi üçün qətnamənin o nun hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən edilməli və müvafiq sübutların apellyasiya şikayətinə əlavə edilməli olmasına və bununla bağlı birinci instansiya məhkəməsinin MPM-nin 364.2ci maddəsinin tələbinə əməl etməməsinə istinad etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin qeyd edilən əsasla qeyri-mümkün sayması işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün olmuşdur.

23. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti işdə iştirak etməyə cəlb edilməyən və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət verməsi üçün qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunması və müvafiq sübutların apellyasiya şikayətinə əlavə etməmişdir.

24. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə görə apellyasiya şikayəti vermək hüququna işdə iştirak etm əyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

25. MPM-in qeyd edilən maddəsi həqiqətən də işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinə toxunulan şəxslərin də apellyasiya şikayəti vermək hüququnu tanıyır. Lakin bu hüququn realizə edilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinə toxunulan şəxslər müvafiq sübutlar təqdim etməlidirlər. Qeyd edilən şəxslərin hər hansı sübut təqdim etmədən yalnız apellyasiya şikayəti verməsi özü-özlüyündə həmin qətnamənin onların hüquq və vəzifələrinə toxunan məhkəmə aktı kimi qəbul edilməsi yetərli deyil. Hazırki işdə də Əmlak Məsələləri Dövlət Xidməti qətnamə ilə onların h üquq və vəzifələrinə toxunulmasını bildirsə də, nə apellyasiya şikayətinə, nə də birinci instansiyası məhkəməsinə buna dair hər hansı sübut təqdim etməmişdir.

26. O da qeyd edilməlidir ki, prosessual qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. (MPM, 364.2-ci maddə)

27. Buna görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması və MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməsi üçün mülki işlə birgə birinci instansiya məhkəməsinə qaytarılmalı olması barədə apellyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticəni qanuni və əsaslı edir.

28. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətinə əlavə edilən sənədləri (xx.xx.1999-cu il və 18 avqust 2000-ci tarixli icarə müqavilələri, daşınmaz dövlət əmlakı barədə Registrdən çıxarış) kassasiya şikayətinin dəlilləri baxımından qəbul etmir. Belə ki, kassasiya instansiyası məhkəməsinə sübutlar təqdim edilməsi və onlara qiymət verilməsi istisna edlir. Sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edilir. MPM-in 416.1ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2523/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar