Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1981/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının XXXnın AR ƏMDK, Cavabdeh2 və X1, Cavabdeh2 XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1981/22 (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı icraata xitam verilib) Bakı şəhəri, 17 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, XXXnın AR ƏMDK, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilk, Cavabdeh2 XXXna qarşı “qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıql ı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1097/2021 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərardadından XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 58.2 kv.m. qeyri-yaşayış sahəsi “İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə” 02 noyabr 2015-ci il tarixli, 6001 nömrəli müqavilə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 satmışdır. Həmin qeyri-yaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 22 oktyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. 2. “İcarəyə verilmiş ə mlakın alqı-satqısı barədə” 21 may 2018-ci il tarixli, 6932 nömrəli müqavilə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanda yerləşən 58.2 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh2 satmışdır. Həmin qeyriyaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 11 iyun 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
3. XXX Cavabdeh2 binanın zirzəmisində apardığı təmir işləri nəticəsində binanın təməlinə ziyan vurulması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı XXX cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 8368 nömrəli və 18.04.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələrinin, 02.11.2015-c il tarixli, 6001 nömrəli və 21.05.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərkitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onların yaşadığı binanın zirzəmisini qanunsuz olaraq icarəyə götürmüş, qanunsuz olaraq hərracda satın almış, mülkiyyətinə keçirmiş, heç bir tikinti normasına cavab verməyən artırma inşa etmişlər. Zirzəminin alt hissəsi qazılmış, ordan torpaq çıxarılaraq daşınmış, zirzəminin alt hissəsi təxminən 3 metr hündürlükdə dərinliyə qazılaraq özbaşına artırmalar etmişlər. Həmin tikinti əsasında b inanın təməlinə ziyan vurulmuş, binanı qəzalı şəraitə gətirmişlər.
6. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulmasına dair qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, XXX oxşar qanunsuz hərəkətlərini davam etdirərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla orada təmir işləri aparan usta və fəhlələri ləyaqətsiz söyüşlərlə təhqir etmiş, işlərin dayandırılmasını tələb etmiş, səs-küy salaraq təmirin dayandırılmasına səbəb olmuş, bununla da kifayətlənməyərək 13.04.2019-cu il tarix də 28 saylı MİKS-ə, 21.04.2019-cu ildə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə, 22.04.2019-cu ildə Əmlak Komitəsinə, 01.05.2019-cu ildə Əmlak Komitəsinə və Nizami rayon İcra Hakimiyyətinə, 15.06.2019-cu ildə Fövqəladə Hallar Nazirliyinə telefon zəngləri edərək binanın altını guya 3 metr dərinliyində qazdıraraq binanın qəzalı vəziyyətə düşməsinə və binanın titrəməsinə şərait yaratmağı barədə yalan məlumatlar verərək nümayəndələrinin hadisə yerinə gəlmələrini tələb etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 02.11.2015-ci il tar ixli, 6001 nömrəli və 21.05.2018- ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisini əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, həmçinin, qarşılıqlı iddianın da təmin edilməməsi qət edilmişdir.
9. İlkin iddia üzrə iddiaçı XXX, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsi həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) 2(103)-1097/2021 nömrəli, 12.01.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı XXX, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 saylı işi üzrə 25 may 2021-ci il tarixli qətnaməsi “ünvan 1 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 8368 nömrəli və 18.04.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələri, 02.11.2015-ci il tarixli, 6001 nömrəli və 21.05.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” tələblərinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilmiş və həmin hissədə icraata xitam verilmişdir.
11. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın icarəyə və mülkiyyətə verilməsi ilə bağlı ba ğlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.
12. Apellyasiya məhkəməsi tərəfindən MPM-in 262.2-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçıya izah olunmuşdur ki, o, müvafiq qərardadda ona izah olunan hüquqdan istifadə edərsə və əgər səlahiyyətli orqan (məhkəmə) tərəfindən ünvan 1 evin zirzəmisinə dair Cavabdeh2 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış icarə və alqısatqı müqavilələri etibarsız hesab olunarsa, bu halda həmin iddia tələblərini yeni əsaslarla irəli sürə bilər.
13. İlkin iddia üzrə iddiaçı XXX həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
14. XXX kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
16. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
17. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda m üəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
18. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
19. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
20. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
21. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəl ləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
23. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
24. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
25. Maddə 261.0 və 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, Hakim iş üzrə icraata xitam verir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallar a yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Kollegiya hesab edir ki, Apellyasiya instansiya məhkəməsi iddia tələbinin bir hissəsinin inzibati məhkəmədə baxılmalı olma sı qənaətinə gəlməkdə haqlı olmuşdur.
30. Kassasiya kollegiyası qeyd edir ki, hazırki iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. Odur ki, hazırki mübahisə mahiyyət etibarilə inzibati mübahisə olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
32. Həmin Qərarın 3-cü bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) i lə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
33. Qərarın 4-cü bəndinə əsasən, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə a lınmalıdır.
34. Həmin Qərarın 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanuns uz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. Beləliklə, məhkəmə kollegiyası MPM (§24) və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 410-cu maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: XXXnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1097/2021 nömrəli, 12 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova