Məhkəmə qərarları › İş №2(102)-3648/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3648/2022

14.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3648/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3648/22 ( Açar sözlər: özbaşına tikilmiş artırmanın sökülməsi, zirzəminin əvvəlki vəziyyətinin bərpası və ümumi istifadəyə qaytarılması tələbi) Bakı şəhəri, 14 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq q ızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı alğı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərkitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə ilkin, Cavabdeh2 İddiaçı qarşı qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-1097/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra- iddiaçı) məxsusdur. 2. ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil (bundan sonra- mənzil) və həmin mənzilin altında yerləşən qeyri yaşayış sahəsi (bundan sonra- zirzəmi və ya qeyri-yaşayış sahəsi) Cavabdeh2 (bundan sonra- cavabdeh) məxsusdur və Cavabdeh3 da bu mənzildə qeydiyyatdadır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra- ƏMDK) icarəyə verilmiş əmlakın alğı-satqısı barədə 02 noyabr 2015-ci il tarixli, 6001 nömrəli müq avilə ilə 58.2 kv.m. zirzəmini cavabdehə satmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən (bundan sonra- DƏDRX) verilmiş çıxarışa əsasən zirzəmi cavabdehin adına xüsusi mülkiyyət kimi 11 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

4. İcarəyə verilmiş əmlakın alğı-satqısı barədə 21 may 2018-ci il tarixli, 6932 nömrəli müqavilə ilə ƏMDK 58.2 kv.m. qeyri-yaşayış sahəsini cavabdehə satmışdır.

5. DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 ünvanda olan 117 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi 11 iyun 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələ binin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, zirzəmi ilə bağlı ƏMDK və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8368 nömrəli və xx.xx.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələrinin, xx.xx.2015-c il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alğı-satqısı müqavilələrinin, eləcə də DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artırmaların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərkitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi isti fadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçı və cavabdehlər binanın birinci mərtəbəsində yaşayırlar və qonşudurlar. Cavabdehlər özbaşına və icazəsiz binanın zirzəmisini zəbt edərək, oraya mülkiyyət hüququ əldə etmiş və bu hüquqlarının olmasına əsaslanaraq, orada özbaşına artırmalar etmiş, 3 metr dərinliyində qazma işləri aparmış, binaya maddi ziyan vurmuş və binanı qəzalı şəraitə gətirmişlər. Bununla bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, buna əhəmiyyət vermədən zirzəmini qanunsuz istifadə etməyə davam etmişlər.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına so n qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, mübahisəli zirzəmi mənzilin alt mərtəbəsində yerləşdir və cavabdeh 2007-ci ildən etibarən icarə əsasında həmin zirzəmidən əşyalarının saxlanması üçün istifadə edir. 2015-ci ildə zirzəmiyə ilkin çıxarış almış, 11 iyun 2018-ci il tarixində isə çıxarış almışdır. İddiaçı dəfələrlə həmin zirzəmidən istifadəyə maneələr yaratmış, yarı sahəsinin özünə verilməsini tələb etmiş, tələbi rədd olunduqda isə müxtəlif orqanlara sahənin qanunsuz özəlləşdirildiyinə dair yalan məlumatlar vermişdir. İddiaçı 06 iyun 2019-cu il tarixdə zirzəminin divarını qismən sökdürərək, oraya qapı qoydurmaq istəmiş, lakin bu barədə polisə məlumat verilmişdir. Polis əməkdaşları onun özbaşına hərəkətlərinin qarşını alsalar da, o yenə qanunsuz hərəkətlərinə davam etmişdir. Hətta müxtəlif orqanlara telefon zəngləri edərək, binanın altında 3 metr dərinliyində qazıntı işləri aparıldığını və binanın qəzalı vəziyyətə düşdüyünü demişdir. Binaya baxış keçirilən zaman əslində bu halların mövcud olmadığı aydınlaşdırılmışdır.

10. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil1 ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edərək, bildirmişdir ki, zirzəmi ümumi istifadədə olan sahədir, ƏMDK onun balansında olmayan əmlakı başqa səxsə sata bilməzdi.

11. Məhkəmə iclasında ƏMDK-nın nümayəndəsi X3 ilkin iddianı qəbul etmədiklərini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlətin əmlakıdı r. Dövlət Əmlakının özəlləşdirilməsi barədə 1997-ci il tarixli Fərman ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, cavabdehin adına özəlləşdirilmiş və xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi 2015-ci ildən onun icarəsində olmuşdur. O, məhkəməyə ərizə təqdim edərək, ƏMDK ilə cavabdeh arasında icarə və alğı-satqı müqavilələrinin bağlanması və buna dair çıxarışın verilməsi tarixindən müvafiq olaraq 5 və 2 il keçdiyindən, iddiaçı tərəfindən müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmişdir. Ona görə də, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

12. Cavabdehin vəkili X4 iddia müddəti hissəsində ƏMDK-nın nümayəndəsi ilə razılaşmış və əlavə olaraq, iş üzrə eks pertiza keçirildiyini qeyd etmişdir. Belə ki, mübahisəli obyektdə aparılmış tikinti-təmir işləri zamanı bina üçün təhlükəli şəraitin yaranmaması ekspert rəyi ilə təsdiq edilmişdir.

13. Məhkəmə Nizami RPİ-nin 25-ci PŞ tərəfindən verilmiş 07 avqust 2019-cu il tarixli arayışa əsasən, iddiaçının 22 aprel 2019-cu il tarixdə DİN 102 xidmətinə zəng edərək, cavabdehlərin yaşadıqları binanın blokunda qanunsuz tikinti işlərinin aparılması barədə məlumat verdiyini müəyyən etmişdir.

14. Məhkəmə tərəfindən 16 avqust 2019-cu il tarixində zirzəmiyə baxış keçirilərək müəyyən edilmişdir ki, zirzəmidə tikinti bərpa işləri aparılmış, giriş artırılaraq, ümumi qapı açılmış, istilik, elektrik və kanalizasiya sistemi yenilənmiş, lakin istilik sistemi ümumi xəttə qoşulmamışdır. Həmçinin zirzəmi 40 sm dərinliyə sa lınmış və yer beton örtüklə suvanmışdır. Divarlar isə ağardılmışdır.

15. Məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11 dekabr 2019-cu il tarixli məktubuna əsasən müəyyənləşdirilmişdir ki, ünvan 2 ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binası və binanın ümumi əmlakının tərkib hissəsi olan zirzəmisi Nizami rayon MKTB-nin balansındadır.

16. Bakı şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 25 may 2021-ci il tarixli, 2(007)-76/2021 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilkin iddia qismən- zirzəminin qeyri-yaşayış sahəsi kimi xx.xx.2015-ci il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alğı-satqısı müqavilələri, eləcə də DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artırmaların sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması, binanın sakinlərin ümumi istifadəsinə verilməsi hissəsində təmin edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti ötməmişdir. Belə ki, iddia müddəti iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni polisə müraciət etdiyi tarixdən hesablanmalıdır. Bundan başqa, əqdlərin etibarsız hesab olunması hissəsində məhkəmə hesab etmişdir ki, zirzəmi mənzil f onduna daxildir və ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur, belə ki, mənzil fondunun icarəyə verilməsi və yaxud özəlləşdirilməsi ƏMDK-nın səlahiyyətinə aid edilmədiyindən bağlanmış əqdlər etibarsız hesab olunmalıdır. Qeyd olunanlarla yanaşı, çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin qeyri-yaşayış sahəsi kimi xidmət göstərilməsi məqsədilə cavabdehə icarəyə və mülkiyyətə verilməsi qanunaziddir, belə ki, zirzəminin binanın kommunikasiya vasitələrinin keçdiyi texniki xidmət sahəsi olmaqla, oradan hər hansı başqa məqsəd üçün istifadə olunması yolverilməzdir və baş verəbiləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir-bərpa işlərinin aparılması üçün həmin sahənin istifadəyə açıq qalması zəruridir.

18. Məhkəmə ilkin i ddianın rədd edilən hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, Cavabdeh3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmadığını və oraya hər hansı aidiyyəti müəyyən edilmədiyini nəzərə alaraq, sonuncuya münasibətdə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, iddia ərizəsində qeyd olunan 2.10.2015-ci il tarixli 8368 nömrəli və xx.xx.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələri iddia ərizəsinə əlavə edilmədiyindən və mülki işə baxılan zaman məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, 337, Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.3 və 35.4-cü maddələrinə istinad etmişdir.

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Cavabdeh və ƏMDK qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, onun ləğv edilməsini və ilkin iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdehin apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun olaraq, belə əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin onun tərəfindən özəlləşdirilməsi iddiaçının heç bir hüququnu pozmadığından sonuncunun məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Belə ki, zirzəmi caavbdeh tərəfindən özəlləşdirilənə kimi həmin sahə onun icarəsində olmuşdur. Həmin əmlak baradə sərəncam vermə hüququ ƏMDK-ya aid olduğundan əmlak əvvəlcə cavabdehə icarəyə verilmiş, daha son ra isə onun tərəfindən özəlləşdirilmişdir. Buna qədər isə həmin qeyri-yaşayış sahəsi heç kimin mülkiyyətində olmamışdır.

23. ƏMDK apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 12 yanvar 2022-ci il tarixli, 2(103)-1097/22 nömrəli qərardadı ilə (hakimlər-F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alğı-satqısı müqavilələ ri, eləcə də DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə icraata xitam verilmişdir. İddiaçıya izah olunmuşdur ki, müvafiq qərardadda ona izah olunan hüquqdan istifadə edərsə və əgər səlahiyyətli orqan (məhkəmə) tərəfindən zirzəmiyə dair cavabdehlə ƏMDK arasında bağlanmış icarə və alğısatqı müqavilələri etibarsız hesab olunarsa, bu halda həmin iddia tələblərini yeni əsaslarla irəli sürə bilər.

25. Qərardad qəbul edərkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli zirzəmiyə dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan ƏMDK ilə bağlanmı ş icarə və alğı-satqı müqavilələri, həmçinin həmin alğı-satqı əsasında verilmiş çıxarışlar dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də inzibati hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilir və inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. Apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(103)-1097/22 nömrəli qətnaməsi ilə (hakimlər-F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilkin iddia “cavabdeh tərəfindən həmin binanın zirzəmisində özbaşına artırmaların sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlə rinin ümumi istifadəsinə verilməsi” tələbi və qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, iddianın yuxarıda qeyd olunan (bax; §25) hissələrinə xitam verildiyindən, digər tələblərin təmin olunmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Belə ki, cavabdeh hazırda mübahisəsi davam edən zirzəminin mülkiyyətçisidir və ona həmin hüququ əldə etməyə imkan verən hüquqi əməliyyatlara qiymət verilmədən mülkiyyət hüquqları zərər görə bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 203.3 və 203.5-ci maddələrinə maddələrinə istinad etmişdir. Kassasiya şikayətini n və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, habelə hüququn tətbiqində səhvə yol verərək tətbiq etdiyi qanunu düzgün şərh etməmişdir. Belə ki, zirzəmiyə cavabdeh tərəfindən müdaxilə edilməsi, orada qazıntı işlərinin aparılması binanın gələcəkdə zəlzələyə olan dayanıqlılığını azaltmış olur və yüzlərlə sakinin həyatını təhlükdə qoyur, məhkəmə isə bu halı nəzə rə almadan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ilkin iddianın təmin edilməmiş, yəni “cavabdeh tərəfindən həmin binanın zirzəmisində özbaşına artımların sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi” hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən artırmalar və əvvəlki vəziyyətin bərpa edilməsi tələb edilən zirzəmi cavabde hin qanuni sahibliyində və mülkiyyətindədir.

47. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda, iddiaçının həmin zirzəminin əvvəlki vəziyyətinin bərpa edilməsini və ümumi istifadəyə qaytarılması tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

48. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhə miyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır.

49. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1097/2022 nömrəli, 12 yanvar 2022-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar