Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1982/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi xxx hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə üzrə QƏRARİ iş № 2(102)-1982/22 (Açar sözlər: Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi, tələbin inzibati icraata aid edilməsi, iş üzrə icraata xitam) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Aftandil oğlunun “Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi”nə da ir ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10586/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərardadından ərizəçinin kassasiya şikayətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Aftandil oğlu ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoru və Bakı şəhəri Maraqlı şəxs2 ərizə üzrə maraqlı şəxsdirlər.
3. Ərizə onunla əsaslandırılıb ki, ərizəçi 12.01.1979-cu il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndində doğulmuşdur. 29.01.1979-cu il tarixdə Yeniyol kənd sovetliyi tərəfindən İ-SL seriyalı 279718 saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1988-ci ilin sentyabr ayında azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası zamanı ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək Nərimanov rayonu, Ceyhun bəy Hacıbəyli küçəsi, ev 8, mənzil 11a-da qaçqın kimi məskunlaşmışlar. Təxminən 5-6 ay orada yaşadıqdan sonra onları ünvan 1 ünvanda da 7 aya yaxın yaşamışlar, lakin həmin ünvanın şəraiti yaxşı olmadığı üçün onları yenidən ünvan 2 ünvana köçürmüşlər və 07.08.1992-ci il tarixdə həmin ünvana yaşayış yeri üzrə qeydiyya ta düşmüşlər.
4. Azərbaycana gəldikdən sonra ərizəçi təhsilini Bakı şəhəri, Nərimanov rayonu, 34 saylı orta məktəbdə davam etdirmişdir. 8-ci sinfə kimi həmin məktəbdə təhsil almışdır. 8-ci sinfi bitirdikdən sonra 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Lakin təxminən 4-5 aydan sonra təhsilini yarımçıq qoyaraq liseyi tərk etmişdir. Sonradan təhsilini heç yerdə davam etdirməmişdir.
5. Müəyyən vaxtdan sonra müxtəlif yerlərdə (əsasən tikintidə) fəhlə kimi çalışmağa başlamışdır. 1997-ci ildə Nərimanov rayon Polis İdarəsi tərəfindən DİN-in 1996-cı il tarixli 66 saylı əmrinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyəti təsdiq edən sənədlə – 9 nömrəli formada arayışla təmin edilmişdir. 01.10.1997-ci il tarixdə Nərimanov rayon Hərbi Komissarlığı (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. 26.09.1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdə olduğu zaman Bakı şəhəri, Ceyhun bəy Hacıbəyli küçəsi, ev 8 mənzil 11a-nı satdıqları üçün digər ailə üzvləri ilə birlikdə həmin evdən 03.05.1999-cu il tarixdə qeydiyyatdan çıxarılmışlar. Evləri satıldığı üçün hərbi xidmətdən qayıtdıqdan sonra 1999-cu ildən 2002-ci ilə kimi Bakı şəhərində müxtəlif ünvanlarda qeydiyyatsız yaşamışdır. 2002-ci ildən isə ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşayır. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı X2 ilə ailə qurmuşdur.
6. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişdir. 2015-ci ildə X2 vəfat ed ib.
7. Ərizəçinin anası X3 13.02.1956-cı il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndində doğulub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır və onunla birlikdə ünvan 5 ünvanda yaşayır. Atası Cəlilov Aftandil Mərdan oğlu 23.11.1951-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndində doğulub. Atası Azərbaycan Respublikasının vətəndaşıdır. Atası ilə uzun müddətdir ki, əlaqəsi olmadığı üçün hazırda onun hansı ünvanda yaşaması barədə məlumatı yoxdur.
8. Ərizəçi ilə birlikdə Azərbaycana qaçqın kimi gələn ailə üzvlərinin hamısı (atası Cəlilov Aftandil Mərdan oğlu, anası X3, qardaşı X4, qardaşı X6, bacısı Lətifova (Cəlilova) Mənsurə Aftandil qızı, bacısı Kərimova (Cəlilova) Şəlalə Aftandil qızı) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5-ci maddəsinin bi rinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı sayılıb və Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin ediliblər. Ancaq ərizəçi 1988-ci ildən Azərbaycan SSR-in ərazisində qaçqın kimi məskunlaşsa da, həmin vaxt yetkinlik yaşına çatmadığı üçün ona qaçqın vəsiqəsi verilməmişdir. Bu səbəbdən də, ərizəçi indiyədək Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən anasına təqdim olunmuş qaçqın vəsiqəsindən görünür ki, o, Ermənistan SSR-i 1988-ci ildə tərk edib. 1988-ci ildə ərizəçinin 9 yaşı var idi və yetkinlik yaşına çatmayan şəxs kimi valideynlərindən ayrı Azərbaycandan kənarda olduğu ağlabatan deyil.
10. Ərizəçi 10.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu nəzərə alaraq, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. DMX onun müraciətinə 17.07.2020-ci il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənə din surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər”.
11. Bundan sonra ərizəçi Bakı şəhəri Maraqlı şəxs2ə müraciət edərək ona, əgər onun adına verilməsi mümkün deyilsə, ailə üzvlərinin adı göstərilməklə (eləcə də ailə üzvü kimi onun adı) atası Cəlilov Aftandil Mərdan oğlunun, o da mümkün deyilsə, anası X1 adına DMX-yə təqdim edilməsi üçün «onun 1988-ci ildə Azərbaycanda qaçqın kimi məskunlaşması» barədə arayış verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs2ə etdiyi müraciət Bak ı şəhəri Nərimanov rayon MKTB-nin 37 saylı MKİS tərəfindən cavablandırılmışdır. Bakı şəhəri Nərimanov rayon MKTB-nin 37 saylı MKİS tərəfindən cavab olaraq təqdim olunmuş arayışda sadəcə onun 07.08.1992-ci il tarixdən 24.02.1999cu il tarixədək yeddi nəfər ailə tərkibi ilə ünvan 6 ünvanda qeydiyyatda olaraq yaşaması qeyd olunmuşdur.
12. Daha sonra ərizəçi müvafiq arayışın verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoruna müraciət etmişdir. Həmin Sektorun cavabında qeyd edilib ki, ərizəçiyə köməklik göstərilməsi onların imkanı xaricindədir.
13. Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanununun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyy ətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.1.2-ci bəndinə, Mülki Prosessual Məcllənin 307.1, 307.2.11, 308 və 309-cu maddələrinə istinad etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2230/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Ceyhun Tağıyev)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli 560 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.18-ci bəndində Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azə rbaycan Respublikası Prezidentinə təqdim etmək vəzifəsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Əsasnamənin 10.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə dair sənədləri və faktları araşdırmaq, zəruri hallarda müvafiq dövlət orqanlarından əlavə məlumatlar tələb etmək hüququ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmişdir.
16. Birinci instansiya məhkəməsi göstərib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmaq istəyən şəxs tələb edilən sənədləri toplayıb Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Dövlət Miqrasiya Xidməti şəxsin sənədlərinin doğru olub-olmadığını, o cümlədən onun Azərbaycan Respublikasında qanuni əsaslarla 5 ildən çox müddətdə fasiləsiz yaşayıb-yaşamamasını yoxlamalı, həmçinin sənədləri rəy verilməsi üçün Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə (keçmiş Milli Təhlükəsizlik Nazirliyinə) göndərməlidir. DİN və DTX şəxsin sənədlərini öz rəyləri ilə birlikdə DMX-yə qaytardıqdan sonra DMX əsaslandırılmış rəyi ilə toplanmış materialları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Göründüyü kimi, əcnəbilərin və ya vətənlaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanuni əsaslarla və fasiləsiz olaraq daimi yaşaması faktını müəyyən etmək vəzifəsi qeyd edilən qanunların və normativ aktların tələblərinə əsasən bi lavasitə Dövlət Miqrasiya Xidmətinə aid edilmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini həmçinin Mülki Prosessual Məcəllənin 307.1 və 310-cu maddələri ilə də əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Ərizəçi apellyasiya şikayət verib, qətnaməsinin ləğv, ərizəsinin təmin olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri: - ərizəçi şikayətini onunla əsaslandırıb ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldırmalı olan şəxs deyil, çünki, vətəndaşdır, vətəndaşlığı olmayan şəxs deyil, vətəndaşın vətəndaşlığa qəbul edilmək üçün müraciət etməsi əhəmiyyətsizdir. Onun istəyi Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək deyil, 1988-ci ildə Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmağının t əsdiq edilməsidir ki, qanunun vətəndaş kimi tanıdığı şəxslər kateqoriyasına düşdüyünü sübut edə bilsin. Sadəcə bu faktı-qaçqın kimi məskunlaşmağı faktını sübut etmək lazımdır ki, birbaşa vətəndaş kimi tanınsın və şəxsiyyət vəsiqəsi ala bilsin; - qaçqın kimi məskunlaşdığını sübut edə bilmədiyindən vətəndaş kimi sənədləşdirilə bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilmədiyindən vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşmüşdür. Bu faktın məhkəmə qaydasında müəyyən ediləcəyi təqdirdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınacaq və o, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin ediləcəkdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10586/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizəçinin şikayə t qismən təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-2230/2021 nömrəli, 08.07.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi Aftandil oğlunun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə icraata xitam verilmiş, Ərizəçi Aftandil oğluna ərizəsində göstərdiyi məsələyə dair, yəni ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Akif İsgəndərov )
21. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi faktla bağlı işdə Dövlət Miqrasiya Xidmətinin 17.07.2020-ci il tarixli ərizəçinin müraciətinə cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1- dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər.
22. Apellyasiya instansiya məhkəməsi vurğulayıb ki, ərizəçinin son olaraq istəyi və arzusu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməyə nail olmaq və Azərbaycan Respublikası vətəndaşı kimi hüquq və vəzifələrindən istifadə etməkdir. Bununla əlaqədar, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və yuxarıda qeyd olunan məzmunda cavab almışdır. X10 Xidmətinin 17.07.2020-ci il tarixli məktubunda da qeyd olunduğu kimi Nazirlər Kabinetini n 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. İşdən də göründüyü kimi ərizəçinin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması barədə məlumatları özündə əks etdirən kifayət qədər sənədlər mövcuddur. Belə ki, ərizəçinin 1988-ci ildən Ermənistan SSR-dən deportasiya olunmasını təsdiq edən kifayət qədər sənədlər, o cümlədən doğum haqqında şəhadətnaməsi, valideynlərinin, qardaş və bacılarının Azərbaycan Respublikası vətəndaşları olması və şəxsiyyət vəsiqəsi, Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olması və bununla əlaqədar hərbi bileti mövcuddur.
23. Apellyasiya instansiya məhkəməsi göstərib ki, bütün bu sənədlərin mövcud olduğu halda Dövlət Miqrasiya Xidmətinin ərizəçinin bu müraciətini təmin etməməsi onun düşdüyü vəziyyəti bir qədər də çətinləşdirmiş, nəticədə o, Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almaqdan məhz dövlət orqanlarının əməkdaşlarının öz səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə məhrum olmuş, bu azmış kimi, hazırki ərizə ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan da düzgün yararlana bilməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, ərizənin məzmununa əsasən də orada qoyulan məsələ inzibati orqanın hərəkəti yaxud hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında da baxıla bilər.
25. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə istinad edərək vurğulayıb ki, inzibati və ya cinayət m əhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aid iyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.1, 384 və 384.0.5-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı Ərizəçi Aftandil oğlu (vəkil Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri: - ərizəçinin müraciəti və ona verilən cavablarda ərizəçi ilə inzibati orqan arasında substantiv mübahisə yoxdur; - inzibati orqanlar ərizəçinin faktiki vəziyyətinə dair hüquqi faktı təsdiq edə bilmədiklərini bildiriblər, bu halda hüquqi əhəmiyyətli faktların müəyyən edi lməsi icraatının başlanması üçün prosessual hüquqi əsas mövcuddur; -bundan əlavə, ərizəçi inzibati orqan olan Dövlət Miqrasiya Xidmətinə müraciət edib, lakin qaçqın kimi məskunlaşdığı barədə təsdiq edici sənədi inzibati orqana təqdim edə bilmədiyi üçün müvafiq icraatın aparılması mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnzibati Prosesual Məcəllə Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın h ərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq mü nasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı Bənd
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikas ının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolv erilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində ərizəçi apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.
35. İşin müəyyən edilmiş hallarına görə ərizəçinin son olaraq istəyi və arzusu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməyə nail olmaq və Azərbaycan Respublikası vətəndaşı kimi hüquq və vəzifələrindən istifadə etməkdir. Bununla əlaqədar, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Xidmət tərəfindən müvafiq sənədlər verildiyi təqdirdə icraatın davam etdirilməsi barə də cavab verilmişdir. Üstəlik, o da müəyyən edilmişdir ki, ərizəçinin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması barədə məlumatları özündə əks etdirən kifayət qədər sənədlər mövcuddur.
36. Məhkəmə kollegiyası ərizənin məhkəmə aidiyyatı ilə bağlı bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 21-26-cı bəndində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi prosessual hüquq normaları ilə razılaşır və bu baxımdan, əlavə şərhə zərurət görmür. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub. Apellyasiya məhkəməsinin mövqeyinə görə bu tələb üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münas ibətlərinə (dövlət mülkiyyətindəki torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir.
37. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10586/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi