Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1982/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), qonşuluq hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi” barədə ilk, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi və payların naturada bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-782/2024 nömrəli, 2024-cü il 6 fevral tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə 3 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 252261 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 nömrəli evin 23/21 nömrəli mənzili İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 65.8 m2 olan 19 nömrəli mənzil (yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 106, M2, m1) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 68 nömrəli evin, 23/21 nömrəli mənzilə dair dəhlizdə maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi, qanunsuz tikilmiş qapının, dolabların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması və həmin dəhlizdə qanunsuz yerləşdirilmiş qaz sobasının, soyuducunun, paltaryuyan, qabyuyan maşınlarının və səsli kameranın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdirlər.
5. İddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı uzun illərdir ki, xüsusi mülkiyyətində olan ünvan 2 nömrəli evin, 23/21 nömrəli 4 otaqdan iba rət mənzilində ailə üzvləri və cavabdehlər ilə birlikdə yaşayır. Cavabdehlər ilə iddiaçının mənzilinin girişi ümumi olmuşdur. Dəhliz, mətbəx, hamam və s. isə ümumi istifadələrindədir. Cavabdeh1 mütəmadi olaraq iddiaçı və iddiaçının qızları ilə mübahisələr etmiş, onları nalayiq ifadələrlə təhqir etmişdir. Cavabdeh1 söyüş və təhqirlərindən iddiaçının qızı Mariya psixoloji sarsıntı keçirmişdir (ambulator kitabçadan çıxarış bunu sübut edir).
6. Cavabdehlər ümumi istifadədə olan dəhlizi uzun illərdir ki, pərdə ilə örtülü saxlayaraq pəncərədən dəhlizə gələn gün işığının qarşısını tamamilə almışlar. Bu səbəbdən dəhliz daim qaranlıq olduğundan ümumi istifadədə olan mətbəx, hamam və s.dən istifadə etmək üçün iddiaçı həmin qaranlıq dəhlizdən keçmək məcburiyyətində qalmışdır.
7. Bundan əlavə, cavabde hlər bu yaxınlarda qanunsuz olaraq həmin dəhlizdə qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan və müxtəlif şkaflar quraşdırmışlar. Cavabdehlər orada yemək bişirəndə qoxu hər yerə yayılır. Cavabdeh1 həmin dəhlizin ona aid olduğunu və həmin əşyaları çıxarmayacağını bildirmişdir. Həmçinin cavabdehlər qanunsuz olaraq dəhlizin həmin hissəsinə qapı qoyaraq orada tikinti işləri aparmışlar.
8. İddiaçı cavabdehlərin qanunsuz hərəkətlərindən sahə müvəkkilinə müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəməyə müraciət etdikdən sonra, cavabdehlər ümumi istifadədə olan dəhlizə səsli kamera da quraşdırmışlar. Cavabdehlər dəhlizə səsli kamera yerləşdirdiyindən iddiaçının və ailə üzvlərinin konstitusion hüquqları kobudcasına pozulmuşdur.
9. İ ddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.4158-ci maddələrinə istinad etmişdir.
10. Cavabdehlərin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olmuşdur: - mübahisəli mənzil ümumi 2 girişi və 2 çıxışı olan paylı mülkiyyətdir. Dəhliz deyilən sahə Cavabdeh2 mülkiyyətində olmuşdur; - iddiaçının subyektiv hüququnun olub-olmaması, təqdim etdiyi çıxarışın hüquqi statusu müəyyən edilməli və ümumiyyətlə, 6 otaqdan ibarət Nizami küçəsi, 68 nömrəli binadakı 18, 19, 20, 21, 22, 23 nömrəli mənzillərin hazırki tarixə mülkiyyətçilərinin kim olması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Belə ki, cavabdeh olaraq paylı mülkiyyətlərində olan 19 nömrəli mənzil 20 nömrəli mənzil ilə birləşdirilərək mübahisə predmeti olan dəhliz daxil olmaqla 66 kv.m-də n ibarət olmuşdur. İddiaçı dəhlizin ümumi istifadə olmasını iddia etsə də, sübutedici sənədləri məhkəməyə təqdim etməmişdir. 18 və 22 nömrəli mənzillərin iddiaçıya aid olmasına dair sübut işdə yoxdur. Odur ki, məhkəməyə zəruri sübutları, çıxarışı, yeni və köhnə texniki pasportları, MİS-in sxemini təqdim edərək, iddianın əsassız olmasını, iddiaçının subyektiv hüququnun olub-olmaması, digər paylı mülkiyyətçilərin olub-olmaması, ümumiyyətlə, mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsi üçün mənzilə yerində baxış keçirməli, 5 saylı MİS prosesə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməli, mübahisəli ünvan 1 nömrəli binanın ümumi girişi və çıxışı olan 18, 19, 20, 21, 22, 23 nömrəli mənzillərinin mülkiyyət, istifadə və ya sərəncam hüququ ilə kimə məxsus olması, o cümlədən iddiaçı və cavabdehlərə aidiyyətinin müəyyən edilməsi üçün DƏDRX-in Bakı şəhər İdarəsinə sorğu verilməli və həmin mənzillərə çıxarışların verilməsi üçün əsas olan sənədlər və mənzillərin hazırki hüquqi statusu barədə yazılı məlumat alınması üçün sorğu göndərilməlidir.
11. Cavabdehlər Edvards Nataliya Yuryevna və Cavabdeh1 Əsgər qızı da cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi birgə istifadədə olan dəhlizdə İddiaçı tərəfindən yerləşdirilmiş bütün əşyaların dəhlizdən götürülməsi, İddiaçı və onunla birgə, mülkiyyətində olan 4 otaqdan 23/21 nömrəli mənzillərdə yaşayan üçüncü şəxslərə ümumi istifadədə olan dəhlizə hər hansı bir əşya yerləşdirilərək gediş-gəlişə və ümumi istifadə yə mane olmanın qadağan edilməsi, ünvan 1 ünvanda yerləşən birgə istifadədə olan dəhlizdə quraşdırılmış, evlərinə giriş-çıxışı bilavasitə qeydə alan sərbəst yaşamaq kimi konstitusion hüquqlarını pozan kameranın İddiaçı tərəfindən sökülməsi vəzifəsinin onun üzərinə qoyulması, ünvan 2 ünvanda birgə istifadədə olan 6 mənzildən ibarət yaşayış sahəsinin, eləcə də ümumi birgə istifadədə olan qeyri-yaşayış olan sahələrin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda birgə istifadədə olan 18, 19, 20, 21, 22, 23 nömrəli mənzillər mövcud olmuşdur. 19 və 20 nömrəli mənzillər onların, 19, 21, 22, 23 nömrəli mənzillər isə İddiaçı istifadəsində olmuşdur. İddiaçı adına 21/23 nömrəli, onların adına is ə 19 nömrəli mənzillər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İstifadə olunan sahənin 2 ayrıca giriş və çıxışı, ümumi istifadədə dəhliz, hamam, mətbəx və s. sahələr olmuşdur. İllərdir ki, İddiaçı ilə aralarında mübahisə olduğundan sonuncu onlara qarşı ümumi istifadədə hesab etdiyi sahə üzrə iddia qaldırmışdır, halbuki dəhliz onların mülkiyyətində olmuşdur. Hazırda paylı mülkiyyətdə və ümumi istifadədə olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bölgüsü tələbi ortaya çıxmışdır. İddiaçı məhkəmə prosesi gedişində öz mənzilində olan əşyaları birgə istifadədə olan dəhlizə çıxarmaqla istifadəni məhdudlaşdırıb, mənzillərinə yaxın olan dəhlizin giriş yolunda paltaryuyan, şkaf, soyuducu, qapılarının ağzında böyük taxta dolab, digər giriş-çıxışa gedən yolda dolab, məişət avadanlıqları, eləcə də dəhlizdə onların evinin girişinə keçid hissədə səsli kamera quraşdırmışdır.
13. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 213.1, 213.5, 214.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad edilmişdir.
14. İddiaçı nümayəndəsi qarşılıqlı iddia tələbinə etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 Yurevna və Cavabdeh1 evinə şəxsiyyətləri ona məlum olmayan müxtəlif kişilər gətirmişlər. Hamı işə getdiyindən, evdə azyaşlı uşaqlar tək qaldıqlarından onların təhlükəsizliyini qorumaq üçün iddiaçı kamera qoymuşdur. Kamera olandan cavabdehlərin evinə gəliş-gediş kəsilmişdir. Cavabdeh2 Yurevna və Cavabdeh1 iddia tələbləri təmin edilə bilməz, çünki əgər iddia tələbi təmin edilərsə, onda onun xüsusi mülkiyyətdə olan ümumi sahədən istifadə hüquqları pozula caqdır.
15. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli ünvana yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanda tərəflərə məxsus olan mənzillərin ardıcıl deyil, qarışıq şəkildədir. Cavabdeh2 və Cavabdeh1 tərəfindən quraşdırılan kameranın əhatə dairəsinə İddiaçı məxsus mənzilin giriş qapısı düşür, lakin mənzilin içi görünmür. Cavabdeh2 tərəfindən əşyalar mülkiyyətinə daxil olan sahəyə yerləşdirilmişdir. Cavabdeh2 tərəfindən dəhlizin həmin sahəsinə yarımçıq plastik qapı qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə mənzillərin naturada bölgüsnün müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikintitexniki ekspertizası təyin edilmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzi nin xx.xx.2023-cü il tarixli, 10/3658 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri **********48-**********6 nömrəli Cavabdeh2 adına verilmiş texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 m2 olmaqla sahələri 21.4 və 32.4 m2 olan 2 yaşayış otağı və sahəsi 2.0 m2 olan dəhliz-mətbəx qeyd edilmiş, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində isə mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 m2, 27.7 m2, 12.7 m2, 9.3 m2 olmaqla yaşayış sahəsi 85.7 m2, köməkçi sahələr isə ümumi olmaqla qeyd edilmişdir. Mənzillərin texniki pasporta uyğun bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mən zil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 m2, 27.7 m2, 12.7 m2, 9.3 m2 olmaqla, cəmi yaşayış sahəsi 85.7 m2 sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadədə olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh2 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 m2 olmaqla sahələri 21.4 və 32.4 m2 olan 2 yaşayış otağı və sahəsi 12.0 m2 olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla bölgünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada təcrid şəkildə naturada bölünməsi texniki cəhətdən mümkündü r.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubuna əsasən ünvan 4 ünvanı xx.xx.2001-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 5 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 a rayışına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-80/2023 nömrəli iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin olunmuş, ünvan 4 ünvanında quraşdırılmış kameranın Cavabdeh2 tərəfindən sökülməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında ümumi istifadədə olan dəhlizdən əşyaların İddiaçı tərəfindən götürülməsi və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsinin qadağan edilməsi, ünvan 5 ünvanında quraşdırıl mış kameranın İddiaçı tərəfindən sökülməsi, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 m2, 27.7 m2, 12.7 m2, 9.3 m2 olmaqla, cəmi yaşayış sahəsi 85.7 m2 sahə, ön və arxa tərəfə açılan girişçıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadədə olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh2 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 m2 olmaqla sahələri 21.4 və 32.4 m2 olan 2 yaşayış otağı və sahəsi 12.0 m2 olan dəhliz, mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada bölünməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edil məməsi, 50 manat ekspertiza xərcinin 40 manatının İddiaçı, 10 manatının Cavabdeh2dan dövlət nəfinə tutulması qət edilmişdir. (hakim Şəhla Süleymanova)
20. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, ünvan 4 ünvanı xx.xx.2001-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 5 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 arayı şına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 2 ünvanda birgə istifadədə olan 18, 19, 20, 21, 22, 23 nömrəli mənzillər mövcud olmuşdur. 19 və 20 nömrəli mənzillər Cavabdeh2, 19, 21, 22, 23 nömrəli mənzillər isə İddiaçı istifadəsindədir. İddiaçı adına 21/23 nömrə, Cavabdeh2 adına isə 19 nömrəli mənzillər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının mübahisələndirdiyi dəhliz qarşılıqlı iddia üzrə iddiaçının çıxarış və texniki pasportla mülkiyyətində olduğundan özünə məxsus sahədə yerləşdirilmiş qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan maşın çıxarıla bilməz. Quraşdırılmış tavana qədər üstü açıq olan yarımçıq plastik qapı Cavabdeh2 mülkiyyətlərində olan ərazini ümumi istifadədə olan dəhlizdən ayırdığından sökülə bilməz.
22. Həmçinin birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı tərəfindən ümumi istifadədə olan dəhlizdə yerləşdirilmiş bütün əşyalar götürülməli və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsi qadağan edilməlidir.
23. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinadən qeyd etmişdir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Belə olan halda hər iki tərəfin quraşdırdığı kamera sökülməlidir.
24. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə əsasən hesab etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər və ekspert rəyinə əsasən texniki cəhətdən mümkünlüyünü nəzərə alaraq belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli və İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 m2, 27.7 m2, 12.7 m2, 9.3 m2 olmaqla cəmi yaşayış sahəsi 85.7 m2 sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadədə olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh2 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan, ümumi sahəsi 65.8 m2 olmaqla sahələri 21.4 və 32.4 m2 olan 2 yaşayış otağı və sahəsi 12.0 m2 olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla mülkiyyətinə verilməlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 32-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170, 220-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin təmin edilməyən hissəsində təmin, qarşılıqlı iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 nömrəli binanın ümumi girişi və çıxışı olan 19, 20 nömrəli mənzillərinin mülkiyyət, istifadə və ya sərəncam hüququ ilə kimə məxsus olması, o cümlədən iddiaçı və cavabdehlərə aidiyyətinin müəyyən edilməsi üçün DƏDRX-in Bakı şəhər İdarəsinə sorğu verilməli və həmin mənzillərə çıxarışların verilməsi üçün əsas olan sənədlər əldə olunmalı idi. Mənzillərin hazırki hüquqi statusu barədə yazılı məlumat alınması üçün sorğu göndərilməmiş, bununla da biri-birinə ziddiyyət təşkil edən hallara qiymət v erilmişdir. Onun kamerası ancaq giriş qapısına yönəlmişdir, çünki evdə azyaşlı balaca nəvələri qalmış, cavabdehlərin evinə isə müxtəlif kişilər gəlib-getmişlər, uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin kamera yalnız öz otaqlarına və ümumi giriş qapısına yönəldilmişdir. Cavabdehlərin isə kamerası sırf dəhlizə yönəlmişdir, hansı ki, həmin dəhlizdən hamı ümumi istifadə etmiş, bundan başqa, mətbəx və qızının otağı yerləşən hissəyə, bir sözlə həmin hissələrdə nəzarət kamerası istifadə olunmuşdur. Bundan başqa, qarşı tərəfin, cavabdehlərin mübahisələndirilən, hazırda onlar tərəfdən qapı qoyulan zəbt olunan və vaxtı ilə ümumi istifadədə olan əraziyə dair hər hansı bir sənəd olmadığına əmin olmuşdur.
28. Apellyasiya icraatı zamanı da yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, hər iki mənzilə həm ümumi həyətdən, həm də Nizami küçəsindəki blokdan giriş-çıxış qapısı var və hər iki qapı qıfıllıdır, kənar şəxslərin sərbəst giriş-çıxışı mümkün deyildir. Həyətdən giriş qapısı ilə üzbəüz ümumi istifadədə olan tualet, mətbəx, hamam yerləşir. Mətbəxdə hər iki tərəfin qaz sobası və qabyuyanı var, həmçinin hamamda hər birinə aid qaz sobası quraşdırılıb, yəni həmin sahələr real olaraq ümumi istifadədədir. Həmçinin ümumi istifadədə olan dəhlizdə Cavabdeh2 tərəfindən hər hansı maneə yaradılmamışdır. Ümumi istifadədə olan dəhlizdə iddiaçı tərəfindən müəyyən əşyalar (tumbalar, nərdivan, paltaryuyan maşın və s.) qoyulmuşdur. 12 m2 olan mətbəx-dəhliz Cavabdeh2ın mülkiyyətində olmaqla, yalnız özü tərəfindən istifadə olunur və məişət avadanlıqları yerləşdirilmişdir. Həmin sahəyə y üngül konstruksiyalı arakəsmə quraşdırılmışdır. Eləcə də kamera həmin sahənin daxilində¸qapının ortasıbndaək hündürlükdə quraşdırılmışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-782/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – mənzillərin naturada bölünməsi hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, məhkəmə xərclərinə aid hissədə qətnamə dəyişdirilməklə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi q ət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Akif İsgəndərov)
30. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, ümumi sahəsi 85,7 m2 olan 4 otaqlı sıxlaşdırılmış 23/21 nömrəli mənzil İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, ümumi sahəsi 53,8 m2 olan 2 otaq və sahəsi 12 m2 olan 1 mətbəx-dəhlizdən ibarət 19 nömrəli mənzil isə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir.
31. Apellyasiya instansiya məhkəməsi yerli baxışın nəticələrinə istinadən göstərmişdir ki, ilkin iddiaçının ümumi istifadədə olduğunu hesab edərək mübahisələndirdiyi, sahəsi 12 m2 olan dəhliz əslində ümumi istifadədə deyil, çıxarış və texniki pasporta əsasən Cavabdeh2ın mülkiyyətindədir. B elə olan halda həmin dəhlizə münasibətdə irəli sürülmüş tələblərin təmin edilməsi yolverilməzdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissələrdə iddia tələbini təmin etməmişdir.
32. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, əksinə, yerli baxış zamanı ümumi istifadədə olan dəhlizə İddiaçı özü tərəfindən müəyyən əşyalar yerləşdirilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı da haqlı olaraq həmin əşyaların çıxarılmasını tələb etmişdir.
33. Eyni zamanda apellyasiya instansiya məhkəməsi hər iki tərəfin quraşdırdığı kamera sökülməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyini də əsaslı saymışdır.
34. Bununla belə qarşılıqlı iddia tələbinin ünvan 2 ünvanda birgə istifadədə olan 6 mənzildən ibarət yaşayış sahəsinin, eləcə də ümumi birgə istifadədə ol an qeyri-yaşayış sahələrin naturada bölünməsi hissəsində birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə apellyasiya instansiya məhkəməsi razılaşmamış və bu hissədə mövqeyini onunla əsaslandırmışdır ki, ekspert tərəfindən təklif olunan naturada bölgü variantı əslində heç bir bölgüyə xidmət etmir, çünki yaşayış və köməkçi sahələr onsuz da tərəflərin göstərilən qaydada istifadəsindədir. Yəni, tərəflər mülkiyyətlərində olan sahələrdən fərdi, ümumi istifadədə olan sahələrdən isə birgə istifadə edirlər. Belə olan vəziyyətdə hansı bölgünün aparıldığı aydın deyil.
35. Həmçinin ekspert rəyi olmadan da müəyyən edilir ki, ümumi sahəsi 85,7 m2 olan 4 otaqlı sıxlaşdırılmış 23/21 nömrəli mənzil iddiaçının, ümumi sahəsi 65,8 m2 olan 2 otaq və 1 mətbəx-dəhlizdən ibarət 19 nömrəli mənzil isə Cavabdeh2ın mülkiyyətindədir, tərəflərin hər birinin çıxarış üzrə ünvanları da ayrıdır. Hamam, ayaqyolu, dəhliz isə tərəflərin hər ikisinin ümumi istifadəsindədir, həmin sahələrə onların mülkiyyət hüquqları qeydə alınmayıb. Tərəflərin mülkiyyətinə aid olmayan, ümumi istifadədə olan sahələrin isə naturada bölünməsi mümkün deyil. Belə olan halda birinci instansiya məhkəməsinin bu hissədə iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.
36. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 157.4, 170.2, 220.2 və 220.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin tə min olunmayan hissəsində təmin, qarşılıqlı iddianın təmin edilən hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işdə olan zəruri hallara qiymət verməmiş və bununla da məhkəmə maddi və prosessual hüquq normalarını kobud sürətdə pozmaqla və düzgün tətbiq etməməklə qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Məhkəmə yerli baxış keçirmiş, bu zaman müəyyən edilmişdir ki, ümumi dəhlizdə yerləşdirilən bəzi əşyalar cavabdehin hər hansı bir istifadə hüquqlarını pozmur və qarşı tərəfə maneələr yaratmır. Belə olan halda, qarşı tərəfin ümumi istifadə hüquqları pozulmur. Əksinə Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən onun ümumi sahədən istifadə etmək və həmin sahəyə mülkiyyətində olan əmlakını (əşyalar) qoymaq hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər q onşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olma yaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Kassasiya şikayətində iddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən həmin hissələrdə yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında ba xılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə ilk iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
45. Apellyasiya instansiya məhkəməsi yerli baxışın nəticələrinə istinadən göstərmişdir ki, ilk iddiaçının ümumi istifadədə olduğunu hesab edərək mübahisələndirdiyi, sahəsi 12 m2 olan dəhliz əslində ümumi istifadədə deyil, çıxarış və texniki pasporta əsasən Cavabdeh2ın mülkiyyətindədir. Həmçinin yerli baxış zamanı ümumi istifadədə olan dəhlizə İddiaçı özü tərəfindən müəyyən əşyalar yerləşdirilməsi müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə işin müəyyən edilən hallarına uyğun olmuşdur.
47. Məhkəmə kollegiyası mübahisələndirilən hissələrlə bağlı tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 30-33-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.
48. Məhkəmə kollegiyası kassasiya şika yətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər təkrarlanmaqla həm iddianın, həm də apellyasiya şikayətinin dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi bu dəlillərə ətraflı qiymət vermişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətinin dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Beləliklə, məhkəmə koll egiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-782/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.