Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1983/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1, vəkili Həsənov Əkrəm Şirvan oğlunun, maraqlı şəxs YYY nın vəkili Mustafayev Muxtar Nağı oğlunun iştirakları ilə, İddiaçı1 cavabdeh “xxxx” firmasına qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, həmin sahənin sahibliyinə və istifadəsinə verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 2(103)-12106/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Həsənov Əkrəm Şirvan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(005)4736/2016 saylı qətnaməsi ilə (hаkim K.F.Əmirxanova) İddiaçı1 cavabdeh “xxxx” firmasına qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, həmin sahənin sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100,50 kv.m. olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsindən sahəsi 144 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin sahənin iddiaçı İddiaçı1 Şəmistan qızının istifadəsinə verilm əsi vəzifəsinin cavabdeh “xxxx” firmasına həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12106/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, F.F.Babayev) maraqlı şəxs YYY nın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4736/2016 saylı iş üzrə 24 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı1 “xxxx” firmasına qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, həmin sahənin sahibliyinə və istifadəsinə verilməsi” barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı1 cavabdeh “xxxx” firmasına qarşı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100,50 kv.m. olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində sahəsi 144 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin sahiblik və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə həmin firma tərəfindən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100,50 kv.m. olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində sahəsi 144 kv.m. olan qeyri-yaşayış sahəsini 08 oktyabr 2012-ci il tarixli müqavilə əsasında almışdır. Müqavilənin şərtlərinə görə iddiaçı tələb olunan pul məbləğini firmanın hesabına ödəyir, əvəzində Firma ona qeyri-yaşayış sahəsini təhvil verir. Tərəfindən müqavilə öhdəliklərinə əməl olanaraq müəyyən edil miş 432.000 manat məbləğində pulu vaxtında müqavilə imzalanan gün firmanın hesabına ödəmişdir. Firma tərəfindən ona 432.000 manat məbləğində pulun ödənilməsi barədə arayış verilmişdir. Cavabdehin müqavilə öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina edərək, həmin qeyri-yaşayış sahəsini onun istifadə və sahibliyinə verməməsi onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Cavabdehdən bu hərəkətlərə son qoyulmasını tələb etsə də, cavabdeh hərəkətsizlik nümayiş etdirir. Ona görə də, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100,50 kv.m. qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsindən sahəsi 144 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin sahiblik və istifadəsinə verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yu xarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 və vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlı şəxs kimi YYY- nın şikayət vermək kimi subyektiv hüququnun olmamasına hüquqi qiymət verməmişdir. Apelyasiy a instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 və vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında YYY nın vəkili Mustafayev Muxtar Nağı oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” firmasının nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini r əhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı1, vəkili Həsənov Əkrəm Şirvan oğlunun və maraqlı şəxs YYY nın vəkili Mustafayev Muxtar Nağı oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından aydın olur ki, “xxxx” firması ilə İddiaçı1 (alıcı) arasında 08.10.2012ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən firma ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m.-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinə dair bir il müddətində öz adına çıxarış aldıqdan sonra həmin sahənin 2-ci mərtəbəsindəki 144 m² qeyri-yaşayış sahəsini alıcının adına rəsmiləşdirməyi, alıcı isə həmin əmlakın dəyəri kimi müəyyənləşdirilmiş 432.000 manatı müqavilə bağlanan gün firmaya ödəməyi öhdələrinə götürmüş, müqavilənin 1.3-cü bəndində onun Mülki Məcəllənin 402-ci maddəsinə uyğun bağlanmış ilkin müqavilə olduğu, 3.1-ci bəndində tərəflərdən hər hansı birinin öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququnun olduğu təsbit edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışının surətinə əsasən, İddiaçı1 432.000 manat pul vəsaitini “xxxx” firmasına ödəmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, XXX-in iddia etdiyi qeyri-yaşayış sahəsinin yerlə şdiyi ünvan 3 ünvanında yerləşən “xxxx” firmasına məxsus 0,2704 ha torpaq sahəsi, həmin sahənin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət ümumi sahəsi 16100,5 kv.m. olan qeyri-yaşayış binası 28.12.2010-cu il tarixdə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, sonradan - 30.06.2011-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında - firmanın Mərkəzi Bankdan götürdüyü 2.000.000 manat kreditin təminatı qismində ipotekaya qoyulmuş, 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi əsasında isə ASC YYY-in firmaya ayırdığı 17.000.000 ABŞ dolları kredit limitinin təminatı olaraq adı çəkilən bankın xeyrinə ipoteka ilə yüklü olunmuşdur. İş materiallarından həmçinin aydın olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə “xxxx” firmasının ASC “Xalq” Banka qarşı “08.07.2015ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbi təmin olunmamış, bankın qarşılıqlı iddiası təmin edilərək “xxxx” firmasından cəmi 19.400.119,08 ABŞ dollarının və 26.05.2016-cı il tarixindən başlayaraq bankın tələbinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanacaq faizlərin, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 3 ünvanında yerləşən “xxxx” firmasına məxsus 0,2704 ha torpaq sahəsinə, həmin sahənin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət ümumi sahəsi 16 100,5 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi qət olunmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmi ş hallarından görünür ki, iddiaçının iddia etdiyi əmlakla əlaqədar onunla firma arasında 08.10.2012-ci il tarixdə müqavilə bağlanarkən əmlak ipoteka ilə yüklü edilmiş vəziyyətdə olmuş, müqavilənin bağlanması zamanı ipoteka saxlayanların razılıqları alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üç ün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Həmin Qanunun 30.5-ci maddəsinə görə, bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Həmin Qanunun 31.1.1-ci maddəsinə görə isə, ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam v erildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. İddiaçı, “xxxx” firması ilə bağlamış olduğu müqaviləyə istinad etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 385.1-ci, 386.1-ci və 430.1-ci maddələrinə əsaslanmış və cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi,iddiaçı ilə həmin firma arasında müqavilə bağlandığı zaman əmlak ipoteka yüklülüyündə olmuş və müqavilənin bağlanmasına ipotekasaxlayanların razılığı alınmamışdır. “xxxx” firması, İddiaçı1 istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, sonradan məhkəmə qətnaməsi əsasında firmanın kredit borcunun ödənilməsi üçün həmin əmlaka tutma yönəldilmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, bu hal, həmin əmlakın iddiaçıya təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələb inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 iddia tələbinin təmin olunması mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh firma arasında bağlanmış 08.10.2012-ci il tarixli müqavilə ilkin müqavilədir və həmin müqavilə ilə mübahisəli əmlakla əlaqədar gələcəkdə alqı-satqı müqaviləsi (əsas müqavilə) bağlanması barədə razılıq əldə edilmiş olsa da, sonradan əsas müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın veri lməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki, tərəflər (iddiaçı ilə cavabdeh) arasında ilkin müqavilədən irəli gələn əsas müqavilə bağlanmamışdır, iddiaçının hələ bağlanmamış müqavilə üzrə əmlakın ona təhvil verilməsi (sahiblik və istifadə hüququnun tanınması) tələbi isə təmin edilə bilməz. Qeyd edildiyi kimi “xxxx” firmasının iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, səlahiyyəti olmadığı halda onunla müqavilə bağladığı müəyyən edildiyindən apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı qətnamə ilə müəyyən edilmiş hallar əsas götürülərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı həmin firmaya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu iddiaçıya izah edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, birinci instansiya məhkəməsinin qətn aməsi ilə maraqlı şəxsin hər hansı subyektiv hüququnun pozulmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12106/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1983/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1983/2020
12.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver