Məhkəmə qərarları › İş №2(102)-1983/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1983/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1983/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(106)2787/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azər baycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 25 dekabr 2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən mərhum X2 adına qeydiyyata alınmış ünvan 2 ünvanda 0,0353 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 157,8 kv.m, yaşayış sahəsi 76,8 kv.m, yardımçı sahəsi 81 kv.m-dən ibarət fərdi yaşayış evinin miras qoyan X3 aid 1/2 hissəsinin onun vərəsələri olan X6, İddiaçı və X7 arasında bərabər bölünməsi və X2 adına qeydiyyata alınmış, həmin ümumi mülkün 4/6 hissəsi nə X4, 1/6 hissəsinə İddiaçı və 1/6 hissəsinə X5 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən 15 aprel 2021-ci il tarixdə tərtib olunmuş akta əsasən vətəndaş İddiaçı iştirakı ilə həmin tarixdə fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin birinci mərtəbəsində yaşayan vətəndaşın narazılığı olduğu üçün fərdi yaşayış evinin müayinəsi təmin edilməmişdir. Vətəndaşlar arasındakı narazılığa görə 29 noyabr 2016-cı il tarixli Lənkəran Rayon Məhkəməsinin qətnaməsinin icrası baş tutmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yerində müayinə keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçının atası X1 miras qalmış ünvan 2 evin birinci mərtəbəsində qardaşı X7 ailəsi ilə birgə, ikinci mərtəbəsində isə iddiaçı, anası X6 ilə birgə yaşayırlar. Ataları vəfat etdikdən sonra miras qalmış həmin fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi ilə bağlı mübahisə olmuş və Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qətnaməsi qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsin i aldıqdan sonra icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə göndərilmişdir. Lakin, həmin vaxtı iddiaçının maddi imkanı olmadığı üçün qətnaməyə uyğun olaraq adına çıxarış ala bilməmişdir. Hazırda iddiaçı qətnaməyə uyğun olaraq adına çıxarış almaq istəyir və lazımi sənədləri toplayıb Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Həmin idarənin mütəxəssisləri çıxarış vermək üçün sözügedən daşınmaz əmlakın mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək üçün evə getmişlər. Lakin, iddiaçının qardaşı X5 arvadı olan iş üzrə Cavabdeh DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütə xəssisləri tərəfindən yuxarıda qeyd olunan hərəkətləri etməyə imkan verməmiş və onları təhqir edərək həyətdən qovmuşdur. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirə bilmədikləri və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edə bilmədikləri üçün, yəni fərdi yaşayış evini müayinə etmək üçün şərait yaradılmadığından onun ərizəsinin icrası mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(049)-1529/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.İsayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində müayinə olunmasından ötrü Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 157.8-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(049)-1529/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(106)-2787/2021 nömrəli qətnaməsi ilə (ha kim S.İ.Mayılovun sədrliyi və məruzəsi, hakimlər Z.M.Allahyarovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(049)-1529/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi mübahisəli fərdi yaşayış evinə payların müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınması üçün əsasdır. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz hüquqlarını realizə etmək və qanunla müəyyən edilmiş qaydada tanıtmaq kimi imkanlardan məhrum olur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh hər hansı mütəxəssisin baxış keçirməsinə mane olmadığını bildirsə də, iş materiallarında olan 15 aprel 2021-ci il tarixli müayinə aktından da görünür ki, baxışın həyata keçirilməsi mümkün olmamış, bunun səbəbi isə birinci mərtəbədə yaşayan vətəndaşın narazılığı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrini, Mülki Məcəlləsinin 139-1.1.4, 152.1, 157.4-cü maddələrini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(106)-2787/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinin pozulması ilə qəbul edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus olan əmlaka sahib olmasına, ondan istifadə etməsinə və ya ona sərəncam verməsinə mane olmamış, iddiaçının əmlakına qəsd edilməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlar ına təsir göstərə bilər. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsi ndə sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəx slərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki şikayətin məzmununa uyğun olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ müəyyən olunmuşdur. Sonuncunun həmin hüququ MM-in tələblərinə uy ğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, həmin qeydiyyatın həyata keçirilməsi üçün zəruri olan fərdi yaşayış evinin müayinəsinə cavabdeh maneə olmuşdur. Odur ki, cavabdehin bu hərəkətləri əsaslı olaraq MM-in 157.4-cü maddəsində nəzərdə tutulmuş iddiaçının mülkiyyətinə qəsd və ya başqa maneə kimi qiymətləndirilmiş və məhkəmə tərəfindən onların aradan qaldırılması qət edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən belə maneələr yaradılmadığı halda, Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində müayinə olunmasına yönələn məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasınd a şikayətlərinin edilməsi başa düşülən deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2 (106)-2787/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar